111
Daha sonra qanunda deyilir ki, qanunvericilik aktları və müəssisənin
nizamnaməsi ilə digər hal nəzərdə tutulmayıbsa, müəssisə sərəncamında olan
binaları, qurğuları, avadanlıqları, nəqliyyat vasitələrini, inventarı və digər maddi
sərvətləri satmaq və başqa müəssisələrə, təşkilatlara və idarələrə vermək,
dəyişdirmək, icarəyə vermək, müvəqqəti istifadə üçün pulsuz vermək, yaxud da
borc vermək, habelə onları balansdan silmək hüququna malikdir. Bundan əlavə,
müəssisənin nizamnaməsinə və qanunçuluğuna zidd olmayaraq, istehsal
vasitələrini və başqa maddi sərvətlərini vətəndaşlara icarəyə vermək ixtiyarı var.
Dostları ilə paylaş: