K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

89
Avtomaşın  və  idman  avadanlığı  ər-arvad  tərəfindən  onların 
nikahlarının ilk üç ili ərzində alınmışdır. Bundan sonra onlar av-
tomaşından və idman avadanlığından bir-birindən asılı olmaya-
raq istifadə etmişlər. Daha iki il keçdikdən sonra onlar daimi ya-
şamaq  üçün  şəhər  ətrafında  yerləşən  evə  köçmüşlər.  Həbibova 
ərindən onu həftənin müəyyən günləri avtomaşınla şəhərə – işə 
aparmağı xahiş etmişdir ki, bu da iş qrafikinə görə Həbibov üçün 
çətinlik yaratmışdır. Bununla bağlı o, nikah müqaviləsinin şərtinə 
istinad  edərək  arvadının  xahişinə  əhəmiyyət  verməmişdir.  Belə 
olduqda Həbibova bildirmişdir ki, yaşayış yerini dəyişmələri on-
ların həyatına və əmlakdan istifadə etmək şəraitinə əhəmiyyətli 
təsir etdiyindən nikah müqaviləsi etibarsızdır. 
Ər-arvadın mübahisəsi ilə bağlı nəyi aydınlaşdıra bilərsiniz? 
Mülkiyyətin ayrı olması rejimi müəyyən edildikdə ər-arvadın hər 
biri  əmlakın  ayrı-ayrı  növləri  üzərində  yalnız  özünün  şəxsi 
mülahizəsinə  əsasən  sahiblik,  istifadə  və  sərəncam  hüququnu 
həyata  keçirməkdə  haqlıdırmı?  Baxılan  halda  nikah  müqavilə-
sinin dəyişdirilməsinə əsas varmı? Nikah müqaviləsinin dəyişdi-
ril mə sinin qaydası necədir? 
Məsələ 10. 
Ər-arvad  Cavadovlar  nikah  müqaviləsi  bağlayarkən  nikaha 
xitam verilməsi halında bir-birini saxlamaq öhdəliyindən imtina 
etməyi qərara almışlar. Onlar boşanmanın əsaslarından asılı ol-
mayaraq  bir-birinin  qarşısında  aliment  öhdəliyinin  olmamasını 
müəyyən  etmişlər. Ancaq  notarius  onların  nikah  müqaviləsinin 
qanunun tələblərinə uyğun olmadığını bildirib, onu təsdiq etmək-
dən imtina etmişdir. 
Notariusun  hərəkətinə  qiymət  verin.  Nikah  müqaviləsi  bağ-
lanarkən ər-arvad nikaha xitam verilməsi halında qarşılıqlı mad-
di köməkdən imtina edilməsinin nəzərdə tutulması hüququna ma-
likdirmi? 


90
V MÖVZU
Valideynlərin və uşaqların hüquq və vəzifələri
Əsas məsələlər
1. Uşaqların mənşəyinin müəyyən edilməsi. Atalığın könüllü 
müəyyən edilməsi.
2. Atalığın məhkəmə qaydasında müəyyən edilməsi.
3.  Doğum  haqqında  qeydiyyat  kitabında  (doğum  haqqında 
şəhadətnamə də) uşağın valideynlərinin qeyd edilməsi.
4. Atalığa (analığa) dair mübahisə açma.
5. Yetkinlik yaşına çatmayan uşaqların hüquqları:
a) uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ;
b) uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə 
olmaq hüququ;
c) uşağın öz fikrini bildirmək hüququ;
ç) uşağın ad, ata adı və soyad daşımaq hüququ;
d) uşağın müdafiə hüququ;
e) uşağın əmlak hüququ.
6. Valideynlərin hüquq və vəzifələri:
a) valideynlərin hüquq və vəzifələrinin ümumi səciyyəsi;
b) uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və 
vəzifələri;
c)  uşaqların  hüquq  və  mənafelərinin  müdafiəsi  sahəsində 
valideynlərin hü quq və vəzifələri;
ç) uşaqlarından ayrı yaşayan valideynin hüquqlarının həya-
ta keçirilməsi;
d) yetkinlik yaşına çatmayan valideynlərin hüquq və vəzi-
fə lərinin həyata keçirilməsi.
7. Uşaqların tərbiyəsi ilə bağlı valideynlər arasındakı müba-
hisələr.  Uşaqla rın  tərbiyəsi  ilə  bağlı  işlər  üzrə  məhkəmə  qərar-
larının icra edilməsi. 


91
8. Valideynlik hüquqlarından məhrumetmənin əsası, qaydası 
və hüquqi nəticələri. Valideynlik hüquqlarının bərpası.
9.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılmasının  əsası, 
qaydası və hü quqi nəticələri. Valideynlik hüquqlarının məhdud-
laş dırılmasının ləğv edilməsi. 
Yoxlama sualları
1. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin meydana 
gəlməsinin əsa sını göstərin. 
2.  Uşaqların  mənşəyi  (valideynləri)  hansı  orqan  tərəfindən 
müəyyən edilir? 
3.  Nikah  bağlanmasının  dövlət  qeydiyyatı  orqanına  uşağın 
doğulması haq qın da ərizə kim tərəfindən və hansı formada veril-
məlidir? Uşağın doğulması haq qında ərizə hansı müddətə veril-
məlidir? 
4. Doğumun qeydiyyatı zamanı nikah bağlanmasının dövlət 
qeydiyyatı or qa nına hansı sənədlərin təqdim edilməsi zəruridir? 
5. Nikahda olan, nikahda olmayan valideynlərdən olan uşaq-
ların mənşəyi nin müəyyən edilməsi qaydasını göstərin.
6.  Hansı  uşaqlara  münasibətdə  atalığın  könüllü  müəyyən 
olunması institutu tətbiq edilir? Yetkinlik yaşına çatan uşaqların 
atalığını müəyyən etmək müm kün dürmü?
7. Atalığın  könüllü  müəyyən  olunması  haqqında  ərizəni  nə 
vaxt vermək olar? Atalığın müəyyən olunmasına ananın razılığı 
tələb edilirmi?
8. Hansı hallarda uşağın atalığının müəyyən olunması yalnız 
atanın ərizəsi ilə mümkündür?
9.  Ananın  hamiləliyi  dövründə  uşağın  atalığının  müəyyən 
olunması haqqın da ərizə vermək mümkündürmü? Əgər mümkün-
dürsə, hansı hallarda?
10. Atalığın könüllü müəyyən olunmasının hüquqi nəticələrini 
göstərin. 
11. Hansı hallarda konkret şəxsdən uşağın mənşəyi (atalığı) 
məhkəmə qaydasında müəyyən olunur?


92
12.  Uşağın  atalığının  məhkəmə  qaydasında  müəyyən  olun-
ması  haqqında  id dia  kim  tərəfindən  verilə  bilər?  Belə  iddianın 
uşağın özü tərəfindən verilməsi müm kündürmü?
13. Atalığın  müəyyən  olunması  haqqında  mübahisələrə  ba-
xar  kən  məhkəmə  hansı  məqsədlə  və  hansı  hallarda  tibbi-
məhkəmə ekspertizası təyin edir?
14. Uşağın mənşəyinin müəyyən olunması haqqında məsələ 
üzrə «genetik daktiloskopiya» metodu ilə aparılmış ekspertizanın 
rəyinin  başqa  dəlillərlə  müqayisədə  əhəmiyyəti  nədir? Atalığın 
müəyyən  olunması  haqqında  işlər  üzrə  ekspertizaya  tərəflərin 
gəlməməsinin,  yaxud  ekspertlərə  tədqiqat  üçün  zəruri  əşyaları 
verməməsinin hüquqi nəticələrini göstərin (cavab verərkən Azər-
baycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qəra-
rına istinad edin).
15. Hansı hallar olduqda məhkəmə konkret şəxsin atalığının 
müəyyən olun ması haqqında qərar çıxara bilər? 
16. Atalığın müəyyən olunması işləri üzrə məsələdə məhkəmə 
nikahdan  kənar  doğulmuş  uşaqlara  münasibətdə  hansı  halları 
nəzərə  almalıdır  (cavab  verərkən Azər baycan  Respublikası Ali 
Məh kəməsi Plenumunun qərarlar toplusuna istinad edin)?
17. Hansı hallarda məhkəmə xüsusi icraat qaydasında atalıq 
faktını müəy yən etmək hüququna malikdir?
18. Atalığın məhkəmə qaydasında və könüllü qaydada müəy-
yən olunma sının hüquqi nəticələrini göstərin. 
19. Hansı əsaslar olduqda atalığın tanınması faktı məhkəmə 
qaydasında mü əy yən edilə bilər? Kim bu faktın müəyyən edil-
məsi haqqında ərizə ilə məhkə məyə müraciət edə bilər?
20. Hüquq haqqında mübahisə olduqda (məsələn, miras əm-
lakı ilə bağlı) atalığın tanınması faktı məhkəmə tərəfindən müəy-
yən edilə bilərmi?
21. Valideynlərin birgə ərizəsi və ya atalığın müəyyən edil-
məsi haqqında məh kəmənin qərarı olmadıqda nikahda olmayan 
anadan olan uşağın atalığı necə müəyyən edilir? 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə