JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   46   47   48   49   50   51   52   53   54

113
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: AYRI-SEÇKİLİK
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: 
AYRI-SEÇKİLİK
Ən sadə tərifə üz tutsaq, ayrı-seçkilik deyərkən hər 
hansı ictimai fayda və ya məntiqli bir əsas olmadan, bir 
adamı bənzər durum və şərtlərdəki başqa şəxslərdən 
fərqləndirmək, ona üstün diqqət yetirmək nəzərdə 
tutulur. İnsanlıq tarixi ayrı-seçkilikdən qaynaqlanan 
böyük fəlakətlərlə doludur. Təkcə ötən yüzildə “biz” 
və “o biriləri” arasındakı ayrıcalıq, çox vaxt heç bir 
səbəbsiz, milyonlarca insanı dərdə salıb. Beynəlxalq 
ictimaiyyətin duyarlığı artsa da, XX əsrdə ələçatımlı 
olan çox böyük bilgi ehtiyatı toplansa da, ayrı-seçkilik 
davam etməkdədir. Etnik kimlik, din, dil, dünyagörüşü, 
yaxud cinsiyyət təməlli ayrımçılığın acı sonucları 
tarixin utanc səhifələrini çoxaltmaqdadır. “Başqasına’’  
yaşamaq haqqı tanımamaq tarix boyunca, bəlli bir irq 
və ya dinin mənsublarını, toplumun bəlli kəsimlərini, 
fərqli dünyagörüşünə, ideologiyaya, ya da cinsi 
meyllərə sahib şəxs və ya qrupları hədəf götürüb. 
Bu anlamda ayrı-seçkiliyin çox qədim tarixi var. 
Araşdırmalar ayrı-seçkiliyin ən qorxunc formalarından 
birinin - irqçiliyin, tarixi baxımdan, 3 ən qaba növünü 
ortaya çıxarır: 
1. Amerika köləliyi; 
2. Müstəmləkəçilik (aparteid, irqi ayrı-seçkilik də daxil);
3. Yəhudi soyqırımı (Holocaust). 
Hər üç örnəkdə də ayrımçı, irqçi siyasətlər hədəf 
götürdükləri qrupları bayağılaşdırma, alçaltma və fərqli 
olduqlarını vurğulamaqla çıxdaş və ya yox etməyə 
dayanan bir məntiq izləyib.
Mövzunu ayrı-seçkiliyin konkret ifadəsi olan “nifrətli 
çıxış” (hate speech) üzərindən açıqlamaq yetərli sayıla 
bilər. Axı medianın yol verə biləcəyi ayrı-seçkiliyin 
sərhədi var. Nifrətli çıxış da bu sərhəd çərçivəsində 
mediada yenidən “istehsal edilən’’ ayrı-seçkiliklər 
içində nəticələri baxımından ən ziyanlısıdır. Axı nifrətli 
çıxış bu günü bir qırağa atan və gələcəyin öncədən 
görülməsini əngəlləyib uzaqlaşdıran, toplumun hər 
bir üzvünə zərər potensialına sahib bir ayrı-seçkilik 
“istehsalıdır’’. Nifrət “istehsalçıları” auditoriyasını 
genişləndirmək üçün mediaya ehtiyac duyurlar. Ən çox 
telexəbər və dartışma proqramlarında olmaqla, media 
nifrətli çıxışlara çox əlverişli zəmin yarada bilər. Nifrətli 
çıxış “irqi, cinsi, yaşı, milli mənsubiyyəti, vətəndaşlığı, 
cinsi orientasiyası, əlilliyi, əxlaqi və ya siyasi baxışları, 
sosial kimliyi, peşəsi və ya görünüşü (boyu, çəkisi,  
yaxud saç rəngi və s.), ağıl səviyyəsi və bənzər hər 
hansı başqa özəlliyi səbəbiylə tək və ya bir qrup 
adamın alçaldılmasına, onlara hədə-qorxu gəlinməsini 
və onlara qarşı şiddətə əl atılmasını  və ya önyargı 
formalaşdırılmasını hədəfləyən çıxışları’’ ifadə etmək 
üçün istifadə olunur.
Mediada əksini tapan ayrı-seçkilik mahiyyəti 
baxımından həyatdakı ayrı-seçkiliyə bənzəyir.  An-
caq mediadakı ayrı-seçkiliyin hüdudu olsa da, para-
doksal şəkildə - həyatın bütün digər sahələrindəki 
ayrı-seçkiliyə şükür oxutduracaq dərəcədə ziyan-
vurma potensialı var. Bu ayrı-seçkilik, əsasən, təmsil 
səviyyəsindədir. Sözlü və görüntülü təqdimatlar 
və təşkil edilən çıxışlar sayəsində bəzi adam və ya 
kəsimlər gözardı edilir, yox sayılır və bu yolla ayrı-
seçkilik salınır. Xəbərdən dram əsərinədək bütün 
televiziya proqramlarında görülə biləcək ayrı-seçkiliyin 
ilk baxışda “biz” və “onlar” biçimindəki bir seçimi 
beyinlərə yerləşdirmək və ya yaymaqdan başqa bir 
ziyanı toxunmur. Sözügedən qəzet, televiziya və 
İnternet səhifəsi hər hansı bir şəxs, ya da bir qrupun 
üzvlərini dərisinin rənginə, inancına və ya bir başqa 
səbəbə görə aç saxlaya, döyə, yaxud öldürə bilməz. 
Medianın “gerçəkliklə” münasibəti onu yozaraq rəmzi 
şəkildə yenidən “istehsal etmək”lə məhdudlaşır. Başqa 
deyimlə, mediada yer alan ayrı-seçkilik biçimləri bir 
rəmzi yenidənistehsal olaraq, ifadə, “görüntü”, inter-
pretasiya və yozumlardan ibarətdir.
Ancaq məsələnin təzadı – paradoksu da bundan sonra 
özünü göstərir; media bəlli kəsimə aid insanların inanc 
və ya başqa səbəbdən öldürülmələrinə və fiziki, yaxud 
duyğu baxımından yaralanmalarına birbaşa yol açmasa 
da, buna vasitəçilik edə, yaxud zəmin yarada bilir. Dün-
yada yaşanan bir çox sui-qəsd və ya zorakılıq cəhdinin 
arxasında məhz medianın yaydığı bölücü təhrikin, 
nifrətli çıxış və sanki barmaqla hədəf göstərmənin 
dayandığını düşünmək üçün yetərincə sübut var. Məhz 
mediada yer alan şərh və ifadələrin çox sürətli və 
aramsız şəkildə dövriyyəyə girməsi ayrı-seçkiliyin daha 
geniş kütlələr arasında yayılmasına yol açır. Mediada 
yer alan ayrı-seçkilik heç də şiddət olaylarına araçılıq 
edən ayırıcılıq deyil. Burada üzə çıxan ayrı-seçkilik, 
çox vaxt, hansı kəsiminsə təmsilçisinin olmamasından, 
uyğun nümayəndələrin seçilməməsindən, ya da, 
sadəcə, stereotiplərdən - qəlib təsəvvürlərdən 
qaynaqlanır. Media ayrı-seçkiliyə belə yol verir:
• cəmiyyətin daha çox ayrı0seçkiliyə məruz qalan 
kəsimlərini gözardı edir;
• onlara yer ayırmır, ya da çox az yer verir;
• başda milli azlıqlar olmaqla, ayrı-seçkiliyə məruz 
qalan kəsimləri önyarğı və qəlib təsəvvürlərlə 
stereotipləşdirir.
Üstəlik, 
sadəcə, media 
materiallarının 
deyil, media 
qurumlarını 
formalaşdıran 
və kütləvi 
kommunikasiyanı 
düzənləyən 
hüquqi çərçivənin 
də sözügedən 
kəsimləri 
gözardılaşdırması 
diqqətdən 
qaçmamalıdır. 
Məsələn, Türkiyədə 
siyasi, etnik və 
ya dini icmaların 
radio və TV-ləri 
basqıya məruz 
qalmaqdan tez-tez 
gileylənirlər. 
Avropa İttifaqına 
üzvlük proses-
inin tələblərini 
gerçəkləşdirmək 
bu kəsimlərin 
mədəni inkişafı 
çərçivəsində 
dəyərləndirilən 
yayınçılığın da 
önünü açmaq 
məcburiyyətini 
gündəmə gətirib. 
Toplumların 
çoxmədəniyyətli 
həyatlarını bir 
zənginlik olaraq 
görən belə 
yanaşma sayəsində 
son bir neçə ildən 
bəri Türkiyədə də 
önəmli addımlar 
atılıb və media 
qurumlanmasının 
ayrı-seçkilikçi, 
kənarlaşdırıcı 
görünüşü, çox 
məhdud şəkildə 
də olsa, dəyişməyə 
başlayıb.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə