Göy qurşağı
3
N
əhayət, əziz uşaqlar, 2017-ci ildə “Göy qurşağı” jurnalının ilk sayı ilə görü-
şünüzə gəldik. Hər zamankı kimi – şeirləmizi, nağıllarımızı, hekayələrimizi,
ümumilikdə mütaliəni təbliğ etmək arzusu ilə!
“Göy qurşağı” jurnalı dərsdənkənar vaxtınızı səmərəli və mənalı keçir-
mək üçün nəzərdə tutulub. Bu jurnalın daimi sakini olan “İncəhörüm” si-
zin hər birinizi yaxından dost olmağa çağırır. İncəhörüm mütaliə edən hər
bir uşağı sevir və yaxın dostlar haqqında maraqlı məlumatlar verir. “Göy
qurşağı” jurnalının səhifələrində bizi narahat edən, düşündürən sualla-
ra cavab tapa bilirik. Sizinlə nələrdən danışmadıq ötən 2016-cı ildə?! Dovşan Edvardın qeyri-adi
sərgüzəştlərindən (Keyt di Kamillo), torpaqda bitən gəlincik Mirabeldən (Astrid Lindqrin)... Qar
dənəciklərinin yaranmasından tutmuş siçan yuvasında Yeni il bayramınadək (Alf Preysen), şirniy-
yatatan silahlardan (Aygün Bünyadzadə) tutmuş çəhrayı göllərədək... Qalay əsgərcik (H.K. Ander-
sen) haqqında da oxuduq, bir yurdun keşiyində dayanan mətin gil ordu haqqında da... Bir sözlə,
ən müxtəlif kitablar, ən qeyri-adi kitabxanalar, ən əfsanəvi parklar, ən möcüzəli planetlər, ən nadir
heyvanlar, ən sehrli mağaralar, ən qabaqcıl məktəblər, qolfstrim və Coşua ağacı, karliklər səltənəti,
məntiqi suallar və idman oyunları, daha nələr, nələr...
Yağış yağır... Yaz yağışı... Pəncərəm naxış-naxışdır... Mən də yağış damcılarının həzin nəğməsi-
ni dinləyə-dinləyə “Göy qurşağı” jurnalının 2017-ci il saylarının daha nələrdən danışacağı barədə
düşünürəm. Danışmalı o qədər maraqlı əhvalatlar var ki. Təki oxumaq həvəsimiz olsun...
Növbəti aylarda görüşmək ümidilə!
Hələlik!
Salam, dost!
Şəhla Qəmbərova
baş redaktor
Əməkdar mədəniyyət işçisi
4
2016-cı il dekabrın 23-də Xətai Sənət Mərkə-
zində F.Köçərli adına Respublika Uşaq Kitabxa-
nasının təşkilatçılığı ilə Multikulturalizm İlinə
həsr olunmuş “Hər çiçəyin öz ətri...” adlı uşaq və
yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı
xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi
keçirildi. Kitabxananın direktoru Şəhla Qəmbərova
sərgi iştirakçılarını salamladı, qeyd etdi ki, tədbiri
keçirməkdə əsas məqsəd oxucular arasında azsaylı
xalqların nağıllarını tanıtmaq və oxuduqdan sonra
düşündüklərini rənglərin dili ilə ifadə etməyi baca-
ran istedadlı uşaq və yeniyetmələri üzə çıxarmaq-
dır. Tədbirdə sərgilənən rəsmlərin kataloqunun da
təqdimatı keçirildi. Kataloqa 85 uşaq və yeniyet-
mənin 127 rəsm əsəri və azsaylı xalqların nağılları
daxil edilmişdi.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana
sektorunun müdiri Lətifə Məmmədova, Rəssamlar
İttifaqının katibi, professor, Xalq rəssamı Ağaə-
li İbrahimov, Xalq rəssamı Arif Hüseynov sərgi
iştirakçılarına uğurlar arzuladılar. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
Elmira Süleymanovanın adından uşaqların mədəni
hüquqlarının təbliği, gənc nəslin yaradıcılıq poten-
sialının, bilik və bacarığının inkişafı sahəsində uzun
illər səmərəli əməkdaşlığına görə kitabxananın di-
rektoruna Ombudsmanın Fəxri Fərmanı və xatirə
medalı təqdim edildi. Yeniyetmə rəssamlar Əzim
Kazımov və Cavid Qurbanlı sərgidə iştiraklarına
görə öz minnətdarlıqlarını bildirdilər. Nizamı rayon
Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kiçik yaşlı
uşaqlarının ifasında azsaylı xalqların milli geyimlə-
ri nümayiş olundu.
İncəhörüm
Dostum! Sənə rənglərin dili ilə
danışanlardan söhbət açmaq istəyirəm.
Gözəl rəsmlərini sərgiləyənlərdən.
Rənglərdən möcüzə yaradanlardan…
Hər
çiçəyin
öz ətri