İxtisasın şifri və adı


Maşınqayırma müəssisələrində istehsal potensialından istifadə səmərəliliyinin dinamikası



Yüklə 1,25 Mb.
səhifə6/9
tarix11.04.2018
ölçüsü1,25 Mb.
#36942
1   2   3   4   5   6   7   8   9

2.3. Maşınqayırma müəssisələrində istehsal potensialından istifadə səmərəliliyinin dinamikası

Bazar münasibətləri şəraitində müəssisələrin davamlı inkişafı onların rəqabət mübarizəsində üstünlüklərindən aslı olur. Belə şəraitdə müəssisələr əsasən üç yolla - keyfiyyətə, differensiallaşdırma strategiyasına və xərclərə əsaslanaraq rəqabət üstünlüyü əldə edirlər. Keyfiyyətə əsaslan rəqabət üstünlüyünün əsasını məhsulun alıcıya yüksək fayda təklif edən fərqli keyfiyyəti təşkil edir. Bu keyfiyyət ya məhsul istehsalı ilə əlaqədar olan xərclərin azaldılması hesabına, ya da məhsulun effektliliyinin artırılması hesabına təmin edilir. Beləliklə, müəssisə öz məhsullarına rəqiblərin məhsullarına nisbətən daha yüksək qiymət müəyyən etmək imkanı əldə edir. Differensiallaşdırma strategiyasında müəssisə özünün marketinq “nou-hau”suna, mövcud məhsulların heç birinin ödəyə bilmədiyi alıcı gözləntilərini aşkar etmək qabiliyyətinə malik olduğunu və bu gözləntilərə uyğun gəldiyini nümayiş etdirməlidir.

Xərclərə əsaslanan rəqabət üstünlüyü müəssisənin qiymətin və xərclərin səviyyəsi üzərində nəzarət edilməsi, həmçinin inzibatçılıq və məhsulun idarə edilməsi sahəsində üstün mövqeyə malik olması ilə şərtlənir. Müəssisənin məhsulunun maya dəyəri prioritet rəqibə nisbətən daha aşağı olduğundan, bu, istehsalçı üçün xüsusilə qiymətlidir.

Qeyd etdiyimiz kimi, son illərdə səhmdar cəmiyyətdə istehsal olunmuş neft-mədən avadanlıqlarının qiyməti stabil olmamışdır. Bu, bir çox amillərlə əlaqədardır - bir tərəfdən bazar elementlərindən yəni, tələblə təklifdən aslı olursa, digər tərəfdən isə məhsulun qiymətinin formalaşmasında onun maya dəyərinin mühüm əhəmiyyət kəsb etməsidir. Məhsulun maya dəyərinin kəmiyyəti müəssisənin istehsal potensialından nə dərəcədə səmərəli va ya qeyri-səmərəli istifadə olunmasını özündə əks etdirən mühüm iqtisadi göstəricilərdən biridir. Bu baxımdanda tədqiqat obyekti seçdiyimiz «Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrində onların istehsal potensialından istifadə səmərəliliyininin dinamikasını araşdırmaq üçün istehsal olunan məhsulların maya dəyərinin dəqiq təhlili zəruri şərtdir.

Aparılmış təhlil göstərir ki, «Azneftkimyamaş» ASC-in 9 törəmə müəssisələri üzrə istehsal olunmuş 1 manatlıq məhsulun maya dəyəri 2014-ci ildə 0,97 manat təş-kil etmiş və 2000-ci illə müqayisədə 0,09 manat artmışdır. Qeyd edilən göstərici 2014-ci ildə B.Sərdarov adına maşınqayırma zavodda (1,2 man), “Bakı fəhləsi” maşınqayırma zavodunda (1,01 man) və Bakı neft-qaz mədən avadanlıqları zavodunda (1,1 man) olmuşdur.

Ümumiyyətlə, məhsulun maya dəyərinin təhlili göstərir ki, digər göstəricilərin dinkamikasında olduğu kimi burada da heç bir qanunauyğunluq olmamış, onun səviyyəsi gah artmış, gah da azalmışdır. Neft maşınqayırma müəssisələrində istehsal potensialının ayrı-ayrı elementlərindən istifadə səviyyəsini təhlil etmək üçün məhsulun maya dəyərinin strukturunu və ayrı-ayrı xərc maddələrinin dəyişmə dinamikasını öyrənmək zəruridir. Neft maşınqayırma müəssisələrində məhsul istehsalının maya dəyərinin strukturunun dəyişmə dinamikası aşağıdakı cədvəldə verilmişdir (bax: cədvəl 2.9.).

Cədvəl məlumatlarının təhlili göstərir ki, neft maşınqayırma məhsullarının maya dəyərində ən böyük xüsusi çəkiyə material xərcləri malikdir. Bu isə, əvvəl qeyd olun-duğu kimi, məhsulun materialtutumluğunun yüksək olduğunu göstərir. Cədvəldən göründüyü kimi, maşınqayırma məhsullarının maya dəyərinin qurluşunun təhlili zamanı yanacaq və enerji xərcləri material xərclərinin tərkibində deyil ayrı bir xərc elementi kimi göstərilmişdir.

Maşınqayırma müəssisələrində material xərclərinin mütləq həcminin artımı birincisi, törəmə müəssisələrdə məhsul istehsalında nomenklaturanın sayının azaldaraq daha yüksək material tutumlu məhsulların payının artması ilə izah edilə bilər. Belə ki, son bir neçə ildə B.Sərdarov və “Bakı fəhləsi” adına maşınqayırma zavodlarında yeni məhsulların istehsalına başlanmışdır və onlar daha yüksək material tutumlu məhsullardır. İkincisi, material xərclərinin mütələq həcminin artması material resurslarının qiymətinin artması səbəbindən baş vermişdir. Belə ki, 2000-2014-ci illərdə xammal və material, yanacaq, elektrik enerjisi və suyun qiymətlərin bir neçə dəfə artmışdır. Üçüncüsü, həmin müəssisələrdə yeni norma və normativlərin işlənmənəsi və müasir texnologiyalardan istifadə olunmaması ilə izah edilə bilər.

Cədvəl 2.9.

Azneftkimyamaş- müəssisələrində istehsal edilmiş məhsulun maya dəyərinin quruluşu (faizlə)



Müəssisələrin adı

Xammal və material xərcləri

Yanacaq və enerji xərcləri

Əmək haqqı xərcləri

Sosial sığorta ayırmalar

Amortizasiya ayırmaları

Sair xərclər




2000

2014

2000

2014

2000

2014

2000

2014

2000

2014

2000

2014

Suraxanı

58,7

49,5

4,4

4,1

15,9

29,3

5,2

6,8

13,4

9,3

2,4

1,0

Sabunçu EİB

63,6

58,8

4,4

2,4

15,9

28,4

5,1

6,6

7,1

2,4

2,7

1,4

B.Sərdarov adına

37,5

39,6

2,6

5,8

10,6

28,2

5,6

6,2

40,9

14,5

2,8

5,7

"Bakı Fəhləsi"

21,2

44,3

4,2

4,8

34,2

32,3

11,3

5,9

24,8

4,4

4,3

8,3

Bakı NMZ

31,1

56,2

9,1

6,2

33,4

21,2

11,5

4,9

1,2

5,9

13,7

5,6

Bakı NQMZ

40,1

72,6

1,9

2,3

36,6

15,6

13,7

4,3

6,6

1,5

1,2

3,7

Zabrat

39,0

64,2

5,0

2,7

33,0

18,8

10,0

3,9

6,0

1,7

7,0

8,7

Balaxanı

44,6

55,2

8,7

3,5

28,0

28,7

10,1

5,8

4,3

1,8

4,4

5,0

Səbail

2,2

77,8

6,3

1,5

27,0

15,4

10,3

2,3

26,3

1,7

5,9

1,3

Məlum olduğu kimi, müəssisənin istehsal potensilının əsas tərkib elementlərindən biri olan işçi qüvvəsindən istifadəni təhlil etmək üçün əmək məhsuldarlığı göstəricisindən istifadə edilir. «Azneftkimyamaş» ASC-nin törəmə istehsal müəssisələrində əmək məhsuldarlığının dinamikası aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 2.10).

Cədvəl 2.10-un məlumatları göstərir ki, «Azneftkimyamaş» ASC-nin bütün törəmə müəssisələrində əmək məhsuldarlığının dəyişmə tempi qeyri sabit olmuşdur. Bu da onunla əlaqədardır ki, müəssisələrdə həmin dövrdə məhsul istehsalı dəyişkən olmuş, müəssisələr ahəngdar və birqərarlı işləməmişlər.

Cədvəlin məlumatlarından göründüyü kimi, təhlil aparılan dövrdə ümumilikdə maşınqayırma müəssisələrində əmək məhsuldarlığının səviyyəsi artmışdır. Belə ki, 2014-ci ildə 2000-ci ilə nisbətən əmək məhsuldarlığı Bakı neft mədən maşınqayırma zavodunda 23,8 dəfə, B.Sərdarov adına maşınqayırma zavodunda 17,2 dəfə, Balaxanı maşınqayırma zavodunda 9,7 dəfə, Səbail maşınqayırma zavodunda 8,7 dəfə, Bakı neft-qaz mədən avadanlıqları maşınqayırma zavodunda 6,4 dəfə, Zabrat maşınqayırma zavodunda 7,7 dəfə, “Bakı fəhləsi” maşınqayırma zavodunda 5,4 dəfə, Suraxanı maşınqayırma zavodunda 3,3 dəfə, Sabunçu EİB-də 2,9 dəfə, artmışdır.

Cədvəl 2.10.

Azneftkimyamaş- müəssisələrində əmək məhsuldarlığının səviyyəsi

(min manat/adam)


Müəssisələrin

adı İllər



2000

2005

2007

2008

2009

2010

2011

2014

Suraxanı

4,3

3,3

4,8

9,8

9,7

8,2

11,7

13,99

Sabunçu EİB

4,9

6,8

8,7

11,3

8,4

10,5

8,4

13,6

B.Sərdarov adına

0,9

3,3

7,1

9,2

1,7

2,9

4,8

15,5

"Bakı Fəhləsi"

2,0

5,6

8,7

11,4

8,9

12,6

11,3

10,7

Bakı NMZ

1,3

7,3

20,1

20,3

-

22,1

36,9

30,9

Bakı NQMZ

1,4

8,2

10,7

16,8

11,1

6,4

8,2

9,02

Zabrat

2,1

7,2

20,0

57,2

19,6

17,1

11,02

16,1

Balaxanı

1,8

4,9

8,5

12,7

7,0

20,5

25,7

17,4

Səbail

2,2

4,4

13,2

17,1

9,6

21,6

22,3

19,03

Təcrubə-sınaq

3,8

3,5

2,6

2,1

0,8

0,9

-

-

Törəmə müəssisələrdə əmək məhsuldarlığının bu cür artımı bir neçə amilin təsiri nəticəsində baş vermişdir. Belə ki, birincisi, təhlil aparılan dövrdə qeyd olunduğu kimi, içilərin sayı dəfələrlə azalmışdır. Belə ki, 2014-ci ildə içilərin sayı 2000-ci ilə nisbətən B.Sərdarov adına maşınqayırma zavodunda 6,01 dəfə, Suraxanı maşınqayırma zavodunda 3,4 dəfə, Sabunçu EİB-də 1,8 dəfə, Bakı neft-qaz mədən avadanlıqları maşınqayırma zavodunda 1,8 dəfə, Zabrat maşınqayırma zavodunda 1,4 dəfə, “Bakı fəhləsi” maşınqayırma zavodunda 1,4 dəfə, Səbail maşınqayırma zavodunda 1,4 dəfə azalmışdır. İkincisi, infilyasiya və digər amillərlə əlaqədar olaraq həmin müəssisələrin istehsal etdikləri məhsulların satış qiymətlərinin artmasıdır. Əvvəlki məlumatlardan da məlum oldu ki, bu maşınqayırma müəssisələrində məhsul istehsalının həcimi natural formada artmamışdır, əksinə azalmışdır.

Müəssisənin əmək resurslarının məhsuldarlığı onların təhsil səviyyələrindən bilavasitə aslıdır. “Azneftkimyamaş” ASC-nin törəmə müəssisələrində işçilərin əksəriyyəti tam orta təhsillidir. Belə ki, 2014-ci ildə Bakı NMZ-da işləyən işçilərin 16,7 faizi ali təhsilli, 6,9 faizi orta ixtisas təhsilli, 20,8 faizi ilk peşə ixtisası təhsilli, 51,4 faizi tam orta təhsilli, 3,8 faizi ümum orta təhsilli, “Bakı fəhləsi” zavodunda işləyən işçilərin 17,8 faizi ali təhsilli, 7,8 faizi orta ixtisas təhsilli, 4,2 faizi ilk peşə ixtisası təhsilli, 66,7 faizi tam orta təhsilli, 0,6 faizi ümum orta təhsilli, Suraxanı maşınqayırma zavodunda işləyən işçilərin 22,8 faizi ali təhsilli, 29,8 faizi orta ixtisas təhsilli, 0,2 faizi ilk peşə ixtisası təhsilli, 55,7 faizi tam orta təhsilli, 6,1 faizi ümum orta təhsilli təşkil etmişdir.

Bu cür vəziyyətin yaranmasının başlıca səbəblərindən biri Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2004-cü il 6 aprel tarixli 60 s saylı Sərəncamına uyğun olaraq bir sıra sənaye müəssisələrinin, o cümlədən “Azneftkimyamaş” ASC-nə daxil olan maşınqayırma zabodlarının Bakı şəhərinin kənarlarına köçürülməsi nəticəsində uzun müddət istehsalat təcrübəsinə malik olan peşəkar yaşlı içilərin müəssisələrdən uzaqlaşmasıdır.

Son dövrlərdə törəmə müəssisələrdə işçilərin ixtisaslarının artırılması istiqamə-tində görülən işləri heç də qənaətbəxş qiymətləndirmək olmaz. Belə ki, 2006-cı ildə Səttarxan adına zavodda 32 nəfər peşə hazırlığına və 10 nəfər ixtisasartırmaya, Keşlə maşınqayırma zavodunda 4 nəfər peşə hazırlığına və 18 nəfər ixtisasartırmaya, Suraxanı maşınqayırma zavodunda 400 nəfər peşə hazırlığına və 71 nəfər ixtisasartırmaya, Sabunçu EİB-də 23 nəfər peşə hazırlığına və 5 nəfər ixtisasartırmaya, B.Sərdarov adına maşınqayırma zavodunda 87 nəfər peşə hazırlığına və 53 nəfər ixtisasartırmaya, “Bakı fəhləsi” zavodunda 258 nəfər peşə hazırlığına və 364 nəfər ixtisasartırmaya, Bakı maşınqayırma zavodunda 64 nəfər ixtisasartırmaya göndərildiyi halda, son dövrlərdə cəmiyyətin nəzdində yüksək ixtisaslı gənc fəhlə kadrların hazırlanması və mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsi, üçün hər cür şəraiti güclü maddi-texniki bazası olan “Təlim mərkəzi” yaradılmasına baxmayaraq, 2011-ci ildə B.Sərdarov adına maşınqayırma zavodunda cəmi bir nəfər sertifikat almaq məqsədilə ixtisas artımağa göndərilmişdir.

İstehsal əsas fondları istehsal proseslərini yerinə yetirmək üçün istehsal potensialı elementləri içərisində başlıca yer tutur. Məlumdur ki, əsaslı vəsait qoyuluşları, əsasən istehsal əsas fondlarının təkrar istehsalına yönəldilir. Bu baxımdan əsaslı vəsait qoyuluşlarının iqtisadi səmərəliliyi istehsal əsas fondlarından istifadənin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Buna baxmayaraq maşınqayırma müəssisələrində istehsal əsas fondlardan səmərəli istifadə olunmur. “Azneftkimyamaş” ASC-nin törəmə müəssisələrində fondverimi göstəricisinin dinamikası aşağıdakı cədvəldə öz əksini tapmışdır .

Cədvəl 2.11.



Azneftkimyamaş- müəssisələrində fondverimi göstəricisinin dinamikası

Müəssisələrin adı

2000

2005

2007

2008

2009

2010

2012

Suraxanı

0,33

0,16

0,22

0,47

0,42

0,37

0,5

Sabunçu EİB

0,57

0,63

0,80

1,01

0,72

0,73

0,8

B.Sərdarov adına

0,05

0,08

0,11

0,14

0,03

0,46

0,15

"Bakı Fəhləsi"

0,16

0,32

0,52

0,73

0,52

0,84

0,5

Bakı NMZ

0,09

0,03

0,62

0,70

0,49

0,33

0,6

Bakı NQMZ

0,04

0,10

0,18

0,32

0,17

0,17

0,3

Zabrat

0,16

0,49

1,64

2,58

0,67

0,67

0,8

Balaxanı

0,28

0,60

1,29

2,06

0,87

1,6

1,9

Səbail

0,13

0,25

0,70

0,92

0,50

1,03

0,7

Təcrubə-sınaq

0,30

0,30

0,13

0,08

0,03

0,02

-

2014-ci ildə "Azneftkimyamaş" ASC-nin 9 istehsal törəmə müəssisələri üzrə ümumi fond verimi göstəricisi 0,47 man/man (2010-cu ildə 0,48 man/man) təşkil etmişdir. 2.11 saylı cədvəlin məlumatlarının təhlili göstərir ki, maşınqayırma zavodlarının hamsında istehsal əsas fondların fondverimi 2014-ci ildə 2000-ci ilə nisbətən yüksəlmişdir. Belə ki, 2000-ci ilə nibətən 2014-ci ildə fondverimi Balaxanı maşınqayırma zavodunda 6,8 dəfə, Bakı NMZ-də 6,7 dəfə, Səbail maşınqayırma zavodunda 5,4 dəfə, Zabrat maşınqayırma zavodunda 5 dəfə, “Bakı fəhləsi” maşınqayırma zavodunda 3,1 dəfə, B.Sərdarov adına maşınqayırma zavodunda 3 dəfə, Suraxanı maşınqayırma zavodunda 1,5 dəfə, Sabunçu EİB-də 1,4 dəfə artmışdır.

Törəmə müəssisələrdə fondverimi göstəricisinin artması o demək deyildir ki, bu müssisələrdə istehsal əsas fondlardan səmərəli istifadə olunur. Əmək məhsuldarlığı göstəricisində olduğu kimi bu gəstəricinin artımı birincisi, müəssisələrdə məhsul istehsalının dəyər ifadəsində artımı ilə əlaqədardır. Belə ki, təhlil edilən dövrdə bu artım Bakı neft mədən maşınqayırma zavodunda (26,1 dəfə), Balaxanı maşınqayırma zavodunda (7,1 dəfə), Səbail maşınqayırma zavodunda (5,04 dəfə), Zabrat maşınqayırma zavodunda (4,7 dəfə), “Bakı fəhləsi” maşınqayırma zavodunda (3,9 dəfə), Bakı neft-qaz mədən avadanlıqları zavodunda (3,6 dəfə), B.Sərdarov adına maşınqayırma zavodunda (2,9 dəfə), Sabunçu EİB-də isə (1,6 dəfə) olmuşdur. İkincisi isə bəzi müəssisələrdə istehsal əsas fondların dəyərinin azalması ilə izah olunur. Təhlil edilən dövrdə istehsal əsas fondların dəyəri Suraxanı maşınqayırma zavodunda 1,5 dəfə və Bakı NQMZ-də 1,4 dəfə azalmışdır.

Ümumilikdə, müəssisənin istehsal potensialından istifadənin səmərəliliyi öz əksini nəticə etibarı ilə bilavasitə mənfəət və rentabellik göstəricilərində tapır. Bu baxımdanda neft maşınqayırması müəssisələrinin timsalında həmin göstəricilərin təhlili mühüm əhəmiyyət kəsb edir. Digər təsərrüfat subyektlərində olduğu kimi, «Azneftkimyamaş» ASC-in törəmə müəssisələrində də mənfəət məhsul satışından və bir də məhsul satışından kənar fəaliyyət hesabına formalaşır. Son illərdə neft maşınqayırma müəssisələrinin mənfəətin məbləği və rentabellik səviyyəsini xarakterizə edən məlumatlar aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2.12).

Cədvəlin məlumatlarından göründüyü kimi, “Bakı fəhləsi” və Səbail maşınqayırma zavodlarından başqa qalan bütün zavodlarda 2000-2014-ci illər ərzində mənfəətin həcmi azalmışdır. Apardığımız araşdırmalardan məlum olur ki, son dövrlərdə neft avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin balans mənfəətinin azalmasının başlıca cəbəblərindən biri satışdan kənar fəaliyyətlərinin ziyanla başa gəlməsidir. Belə ki, 2012-ci ildə Sabunçu EİB və Bakı neft-mədən maşınqayırma müəssisələrinin satışdan kənar fəaliyyəti ziyanla başa gəlmişdir.

Cədvəlin məlumatlarından məlum olur ki 2012-ci ildə «Azneftkimyamaş» ASC-in törəmə müəssisələrinin B.Sərdarov adına və Bakı neft-qaz mədən avadanlıqları zavodları istisna olmaqla, hamısı fəaliyyətini mənfəətlə başa vurmuşdur. B.Sərdarov adına və Bakı neft-qaz mədən avadanlıqları zavodlarının ziyanla işləməsi istehsal məsrəflərinin və satışdan kənar əməliyyatlarla əlaqədar olaraq sərf olunmuş xərclərin satışdan və satışdan kənar əməliyyatlardan əldə edilən gəlirlərin həcmindən çox olması ilə əlaqədardır.

Cədvəl 2.12



«Azneftkimyamaş» ASC-in törəmə müəssisələrində mənfəətin (ziyanın) və rentabellik səviyyəsinin dinamikası (2000-2014-ci illər)

Zavodlar

Mənfəətin məbləği (min man.)

Rentabellik səviyyəsi (faiz ilə)

2000

2008

2010

2014

2000

2008

2010

2014

Suraxanı

897,5

124,1

161,7

205,4

23,96

2,47

4,7

5,9

Sabunçu EİB

320,1

51,9

50,8

60,05

20,68

1,52

7

7,9

B.Sərdarov adına

-384,0

-83,1

-166,1

-229,7

-27,50

-3,41

-19,1

-16,8

"Bakı Fəhləsi"

9,4

176,5

221,05

133,5

1,63

5,45

4,6

3,2

Bakı NMZ

44,2

9,8

-584,2

21,7

8,32

0,23

-7,1

0,2

Bakı NQMZ

-52,6

-9,5

-18,8

-33,9

-54,54

-1,37

-7,8

- 11,7

Zabrat

18,0

45,7

10,3

4,9

5,37

0,93

0,8

0,5

Balaxanı

29,2

54,6

22,6

21,3

15,36

4,34

2,2

1,8

Səbail

7,4

15,2

9,5

13,6

5,27

1,64

0,9

1,5

Təcrubə-sınaq

6,2

-7,9

-

-

5,46

-17,18

-

-

Məlumdur ki, istənilən müəssisədə ümumilikdə resurslardan nə dərəcədə səmərəli istifadəni öyrənmək üçün mütləq iqtisadi səmərəlik göstəricisi olan retabellik göstəricisindən istifadə olunur. Bunu nəzərə alaraq tədqiqat obyekti kimi seçdiyimiz müəssisələrdə də adı çəkilən göstəricinin araşdırılmasını zəruri hesab edirik. Aparıdığımız təhlillər göstərir ki, 2000-ci illə müqayisədə 2014-ci ildə “Bakı fəhləsi” zavodu istisna olmaqla, qalan bütün maşınqayırma müəssisələrində rentabellik səviyyəsi azalmışdır.

2014-ci ildə maşınqayırma müəssisələrində ümumi rentabelliyin səviyyəsi məhsulun rentabelliyinə nisbətən aşağı səviyyədə olmuşdur. Belə ki, ümumi rentabelliyin səviyyəsi məhsulun rentabelliyinə nisbətən Sabunçu EİB-də 5,1 dəfə, Suraxanı maşınqayırma zavodunda 2,9 dəfə, Zabrat maşınqayırma zavodunda 2,1 dəfə və “Bakı fəhləsi” maşınqayırma zavodunda 1,6 dəfə az olmuşdur.

Maşınqayırma müəssisələrində rentabellik göstəricisinin səviyyəsinin azalmasının əsas səbəblərindən biri mənfəətin həciminin azalmasıdırsa, digər səbəb isə xərclərin səviyyəsinin artmasıdır. Xərclərin səviyyəsinin artması əsasən bir tərəfdən həmin müəssisələrdə istehsal potensialından səmərəli istifadə olunmaması və digər tərəfdən isə, artıq qeyd olunduğu kimi, son dövrlərdə xammal və materialın, enerjinin, qazın, suyun qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır.

Bütün qeyd olunanlar, yəni, hal-hazırki dövr üçün ölkənin neft maşınqayırma sənayesinin mövcud istehsal potensialdan tam gücü ilə istifadə edə bilməməsi neft maşınqayırma sənayesinin əsas məhsullarının maksimum çatdırılmış gücündən dəfələrlə aşağı işləməsi ilə sübut olunur. Qeyd olunanlar aşağıdaki cədvəlin məlumatlarında da öz əksini tapmışdır.

Cədvəl 2.13



Azneftkimyamaş- sənayesinin bəzi məhsullar üzrə potensial imkanları

Məhsulun adı

Ölçü vahidi

Çatdırılmış güc

1995

2000

2008

2010

2011

2014

Mancanaq dəzgahları

ədəd

6397

55

68

54

20

30

30

Fontan armaturları

dəst

8680

714

164

89

49

100

120

Ştanqlı quyu nasosları

ədəd

95250

23836

16110

9110

5681

6000

5790

Kəmər başlıqları

ədəd

3734

475

115

129

95

100

120

Qazma dəzgahı

ədəd

525

1

0

7

7

7

8

Cədvəl 2.13-ün məlumatlarından göründüyü kimi, 2014-ci ilin məlumatlarına əsasən mancanaq dəzgahları çatdırılmış gücdən 213,2 dəfə, fontan armaturları 72,3 dəfə, ştanqlı quyu nasosları 16,5 dəfə, kəmər başlığı 31,1 dəfə, qazma dəzgahı 65,6 dəfə az istehsal olunmuşdur. Bütün bunlar bir daha sübut edir ki, təhlil dövründə «Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrində istehsal potensialdan səmərəli istifadə edilməmişdir.

Bütün bunların nəticəsi olaraq son dövrlərdə «Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrinin bazar payı azalmışdır. Məsələn, manacanaq dəzgahları bazarında bu məhsulun ənənəvi istehsalçısı olan “Bakı fəhləsi” zavodun bazar payı 2010-cu ildə cəmi 9,2 faiz təşkil etmiş və 2006-cı illə müqayisədə 14,5 faiz bəndi azalmışdır. «Qalamaşınqayırma» ASC-i hal-hazırda mancanaq dəzgahları bazarında 90,4 faiz bazar payına malik olaraq liderdir (cədvəl 2.14).

Cədvəl 2.14.



Mühüm növ neftmaşınqayırma məhsullarının satışının quruluşu (%-də)




2006

2008

2010

Mancanaq dəzgahı

“Bakı fəhləsi”

24,7

9,5

9,2

Sabunçu

-

0,5

0,4

Ştanqlı quyu nasosları

Suraxanı




99,3

99,5

Fontan armaturlarının bağlayıcı və tənzimləyici qurğuları

B. Sərdarov adına




6,9

6,2

Bakı NMZ




60,6

64,7

Kəmər başlıqları

Bakı NMZ

35,1

71,3

72,5

Fontan armaturları

Bakı NMZ

50,0

50,5

51,3

B. Sərdarov adına

1,1

21,1

-




Kəlləçarxlar







“Bakı fəhləsi”

-

20,0

18,6

B. Sərdarov adına

100,0

80,0

76,6

Tal bloku

B. Sərdarov adına

100,0

100,0

100,0

Maye üçün nasoslar, maye qaldırıcıları

“Bakı fəhləsi”

-

10,0

-

Monifold blokları

B. Sərdarov adına

96,8

100,0

100,0

Qeyd: Cədvəl Azərbaycan Respublikası Statistika Komtəsi və «Azneftkimyamaş» ASC-nin materialları əsasında hazırlanıb.

«Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrində istehsal olunan neft-mədən avadanlıqlarının satışının azalmasının səbəblərindən biri istehsal olunmuş məhsulların bölüşdürülməsi və satışının düzgün təşkil edilməməsi səbəbindən satış xərclərinin səviyyəsinin artmasıdır. Fikirimizcə, müasir şəraitdə "Azneftkimyamaş" ASC-in törəmə müəssisələri tərəfindən istehsal olunan məhsulların satışının sürətləndirilməsi satış xərclərinin azaldılması baxımından cəmiyyətin mərkəzləşdirilmiş vahid satış şəbəkəsinin yaradılması daha yaxşı nıticə verə bilər.

«Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrinin bazar paylarının azalması əsasən bu müəssisələrdə istehsal olunan məhsulların keyfiyyətinin yüksək olmaması və rəqabət qabliyyətlilik səviyyəsinin aşağı olması ilə əlaqədardır. Lakin 2000-ci ildən etibarən neft maşınqayırma məhsullarının keyfiyyətinin yüksəldilməsi, onun beynəlxalq standartlara, xüsusəndə Amerika Neft İnstitutunun (API) stadartlarına uyğunlayşdırılması, sertiikatlaşdırlması və s. üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlamışdır. Belə ki, son illərdə «Azneftkimyamaş» ASC-nin Suraxanı, Bakı neft-mədən maşınqayırma və Zabrat maşınqayırma zavodlarında 7 adda və 13 tip-ölçüdə neft avadanlıqları «API» standartı üzrə istehsal edilir. Eyni zamanda adı çəkilən müəssisələr ilə yanaşı, digər müəssisələrdə də 2005-ci ildən etibarən «ISO» standartları üzrə sertifikatlaşdırılmışdır. Son dövrlərdə TACIS proqramı çərçivəsində milli proqramda nəzərdə tutulan layihə üzrə Sabunçu EİB, “Bakı fəhləsi” və Balaxanı maşınqayırma zavodları törəmə açıq səhmdar cəmiyyətlərinin istehsal etdikləri məhsulların API monoqramalarının alınması üçün sertifikatlaşdırılma işləri həyata keçirilmişdir.

Bunlara baxmayaraq hal-hazırda da «Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrinin istehsal etdikləri məhsulların standartları beynəlxalq standartlara uyğun gəlmir və buna görə də bu müəssisələr analoji məhsul istehsalçıları ilə rəqabət apara bilmirlər. Bu baxımdan da yerli və xarici potensial istehlakçılar bu məhsulların satın alınmasında o qədərdə maraqlı deyillər.

«Azneftkimyamaş» ASC-nin törəmə müəssisələrinin bazar payının itirməsinin digər səbəbi isə son dövrlərdə MDB ölkələrinin bəzilərində xüsusu ilə, vaxtı ilə bu Azərbaycan neft maşınqayırma zavodlarının istehsal etdikləri neft maşınqayırma məhsullarının alıcıları olan Ukrainanın və Rusiyanın özlərinin çox güclü maddi-texniki bazası olan müəssisələrində yüksək keyfiyyətə malik neft maşınqayırma məhsullarının istehsalıdır. Bunun nəticəsində «Azneftkimyamaş» ASC-nin müəssisələrinin ixracı əməliyyatlarında bu müəssisələrin məhsullarının ənənəvi alıcıları olan Rusiya, Ukraina, Qazaxıstan, Türkmənistan, Özbəkstan və digər ölkələrin payı azalmışdır. Bütün bunları cədvəl 2.15-in məlumatlarından da görmək olar.

Cədvəlin məlumatlarından da göründüyü kimi, son dövrlərdə cəhmdar cəmiy-yətin məhsul ixracının səviyyəsi azalmışdır. Belə ki, 2012-ci ildə «Azneftkimyamaş» ASC-nin törəmə istehsal müəssisələrinin ixrac etdikləri məhsulların həcmi 2000-ci ildə həmin müəssisələr tərəfindən ixrac olunan məhsulların həcminin 57,8 %-ni təşkil etmişdir. Cəmiyyətin ixrac etdiyi maşınqayırma məhsulları arasında əsasən kalon başlıqları, qaldırıcı qurğular, reduktorlar, sıxıcı alətlər, kəşfiyyat qazma avadanlıqları, mancanaq dəzgahları və onlara ehtiyat hissələri, siyirtmələr, qıfıllar və s. olmuşdur.

Cədvəl 2.15

«Azneftkimyamaş» ASC -nin MDB ölkələri üzrə məhsul

göndərilməsi haqqında məlumat

(min man.)



Məhsul göndərilişi

İllər


2000

2007

2008

2009

2010

2014

Cəmi

13773,8

27472,6

32909,3

18291,5

20000,2

22012,3

Azərbycan

6698,7

20742,7

24789,6

17345,7

18150,2

17919,6

İxrac

7075,1

6729,9

8119,7

945,8

1850

4092,7

o cümlədən



















Rusiya

4483,7

2895

4466,8

733,6

1271,3

1870,6

Ukrayna

116,2

1151,8

753,6

14

113,1

362,3

Qazaxıstan

952

820,2

719,1

198

452,4

1754

Türkmənistan

1397,8

586,0

917,8

-

-

-

Özbəkstan

93,3

362,7

-

-

-

35,3

Gürcüstan

3,7

140,7

-

-

-

-

Türkiyə

-

-

-

-

-

40,4

Digərləri

28,4

773,5

1214,6

-

14,5

-

Neft sənayesinin ölkədə ənənəvi və başlıca istehsal səhəsi və dünya bazarında bu məhsullara böyük təlabatın mövcud olduğunu nəzərə aldıqda cəmiyyətin inkişaf perspektivlərində ixracın stimullaşdırılması ilə bağlı ciddi tədbirldərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan xarici arenada aktiv marketinq fəaliyyətinin təşkili, mövcud beynəlxalq təcrübədən istifadə olunması, eyni zamanda rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı bütün potensial texniki və maliyyə imkanları, prioritet kimi qiymətləndirilməli və həyata keçirilməlidir. Bu baxımdan da xarici ölkələrdə xüsusilə də MDB ölkələrində neft-mədən avadanlıqları bazarlarının genişləndirilməsi üçün «Azneftkimyamaş» ASC-nin məhsullarının daimi alıcısı olan Rusiyada, Ukraynada, Qazaxıstanda ticarət evlərinin yaradılması daha məqsədə uyğundur. Şübhəsiz ki, səhmdar cəmiyyətin və ya onun törəmə müəssisələrinin hazırkı maliyyə vəziyyəti xarici ölkələrdə ticarət evlərinin yaradılmasına imkan vermir. Bunu nəzərə alaraq səhm nəzarət paketi tamamilə dövlətə məxsus olan bu səhmdar cəmiyyət üçün bu işlərin dövlətin müvafiq qurumları tərəfindən həyata keçirilməsi daha yüksək nəticələr verə bilər. Bunu bir çox ölkələrin təcrübələrindən də görmək mümkündür. Belə ki, inkişaf etmiş ölkələr dövlət və qeyri-dövlət mülkiyyətində olan müəssisələrdə ixracı stimullaşdırmaq baxımından xarici ölkələrdə bəzi mühüm işlər görürlər ki, bunlardan biri də ticarət evlərinin yaradılmasıdır.

III FƏSİL

MAŞINQAYIRMA MÜƏSSİSƏLƏRİNDƏ İSTEHSAL POTENSİALINDAN İSTİFADƏ SƏMƏRƏLİLİYİNİN YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ

    1. 3.1. Maşınqayırma müəssisələrində istehsal potensialının inkişaf istiqamətləri

Azad rəqabət şəraitində istənilən müəssisənin davamlı inkişafı onun malik oldu-ğu istehsal potensialının kəmiyyətindən və ondan nə dərəcədə səmərəli istifadə olunmasından bilavasitə aslıdır. Artıq qeyd edildiyi kimi, mövcud istehsal potensialı məhsulun hazırlanmasına xidmət edir. Aydındır ki, fasiləsiz təkrar edilən istehsal prosesini həyata keçirmək üçün istehsal potensialı da mütəmaddi olaraq kəmiyyətcə artırılmalı keyfiyyətcə təkmilləşdirilməlidir. Müəssisənin istehsal potensialının özünün inkişafına bir çox amillər təsir göstərir. Adətən, istehsal potensialının formalaşması və inkişafına, bir tərəfdən metasistem, digər tərəfdən isə özünüinkişaf proseslərinin də təsiri olur. Bu baxımdan da, müəssisədə yüksək səviyyədə istehsal potensialının formalaşdırılması üçün, ilk növbədə ona (istehsal potensialına) təsir edən bütün amillər dəqiq araşdırılmalı və qiymətləndirilməlidirlər.

Müəssisənin fəaliyyətdə olduğu dövrdə onun istehsal potensialına həm daxili və həm də xarici mühit amilləri təsir edir. Müəssisənin istehsal potensialının xarici mühit ilə qarşılıqlı əlaqələrinin bütöv tərkibi X çoxluğu ilə xarakterizə olunur (şəkil 3.1). İstehsal potensialının müəssisənin məhsullarına tələbin səviyyəsi ilə qarşılıqlı təsiri isə X1 və X2 çoxluğu ilə səciyyələnir. Birinci X1 istehsal potensialı sisteminə verilən tələblərin sayından ibarətdir. Bu tələblər, hər şeydən əvvəl, istehsal potensialı elementlərinin tərkibinə, onların mütənasib və balanslaşdırılmış inkişafına aiddir. Müəssisənin məhsullarına tələbin səviyyəsinin dəyişilməsinə görə hissələrdə və istehsal potensialında bütövlükdə struktur dəyişiklikləri baş verir. X2 çoxluğu istehsal proqramının formalaşması və iqtisadi cəhətdən məqsədyönlü tələbatın müəyyənləşdirilməsi (istehsal gücü haqqında məlumatlar, işçi qüvvəsinin mövcudluğu, xammal və materialla təminatı və s.) nəzərə alınması vacib olan real imkanlar (resurslar) barədə «buraxılış» məlumatlardan ibarətdir. Cəmiyyyətin elmi potensial sistemi ilə qarşılıqlı təsir X3 və X4 çoxluqları ilə ifadə olunur. X3 istehsal potensialı ictimai inkişaf, idarəetmə qanunları və təbiətin obyektiv qanunlarının təsir mexanizmi barədə biliklərlərdən ibarət elmi informasiya axınını müəyyən edir. Elmi tədqiqatın nəticələri istehsal potensialının inkişafının məqsəd və məsələlərinin formalaşmasında mühüm rol oynayır. X4 çoxluğu elmin inkişafına təsir göstərən parametrlərdən ibarətdir. Bunlar istehsal potensialı sistemində fəaliyyət göstərən qanunauyğunluqların xarakteri, həmçinin, idarəetmə metodlarında tətbiq edilən məhsulun, istifadə edilən texnika və texnologiyanın keyfiyyəti barədə məlumat ala bilər. Laboratoriyada keçirilən eksperimentlərin nəticələri alim və konstruktorların daimi elmi axtarışları nəticəsində yeni ideyalar yaranır, elmi fərziyyələr irəli sürülür, bir sözlə elmi potensialın inkişafının əsasları qurulur.

X2

X1

X4

X3

X6

X8

X5

X7


X9

X10



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə