İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 
Yadda  saxlayın! 
Aqreqatda nəzərə  çarpan 
nasazlığı  aradan  qaldırmaq  üçün  traktor  dayanmış 
halda və  kənd təsərrüfatı  maşını  torpaq üzərində 
olmalıdır (Şəkil 1.12). 
Diqqət!
  Aqreqat  işə  başlamazdan  əvvəl bütün 
işlək  mexanizmlərin  işə  yararlılığını  yoxlamaq 
məqsədilə  sahədə  yoxlama  gedişi  (5-10 metr 
uzunluğunda) edilməlidir (Şəkil 1.13). 
Bu  zaman  meydana  çıxan  nasazlıqlar  yalnız 
aqreqatın dayandırılmasından sonra aradan qaldırıla 
bilər. 
 
1.3.1.
 
Traktorlarla iş zamanı təlimatlanma 
Traktoru  işə  salmazdan  əvvəl surətlər 
qutusunun dəstəyinin neytral vəziyyətdə  olmasına, 
asma aqreqat olduqda onun hidravlik asma sistemi 
bölüşdürücüsünün  neytral  vəziyyətdə  yerləşməsinə 
nəzarət edilir. 
 
1.3.2.
 
Ötürmələrin dəyişdirilməsi 
Cebis  lövhəsində  qırmızı  xətt  (Şəkil  1.14,  1) 
yarandıqda bu, məhdud ötürmələri göstərir. 
Məhdudiyyəti yenidən dəyişmək üçün 
Drivestick, ötürmənin +(A) funksiyasında olduqda 
ona təsir etmək lazımdır. 
Misal  :  Cari  ötürmə  (B4)-dür,  Drivesticklə 
ötürmənin  funksiyasına  təsir edib   (B3)  ötürməsini 
qoşmaq olar (ondan yüksək ötürmə məhduddur). 
 
1.4.
 
Kotan,  mala,  kultivator  və  taxıl  səpən 
maşınla  işləməzdən  öncə  təlimatlanma    və 
təhlükəsizlik tədbirləri 
Bu  alt  başlıqda  müxtəlif  markalı  kənd 
təsərrüfatı  maşınlarından  istifadə  etməzdən  əvvəl 
işçilərin təlimatlandırılması  öz  əksini  tapmışdır. 
Aqreqatın  tarlada  işi  zamanı  hansı  şərtlərin 
gözlənilməsinin vacibliyi qeyd edilir. 
Təlimatlanmanın aparılması şərtləri bilavasitə həmin 
maşınların  işi  ilə  əlaqəli  olan  şəxslərin öncədən 
təlimatlandırılması onların təhlükəsiz işi üçün zəmin 
yaradır. 
 
Şəkil 1.12. Aqreqatda nəzərə çarpan 
nasazlığın aradan qaldırılması 
 
 
Şəkil 1.13. “Class Lexion 580” kombaynının 
sahədə yoxlanılması 
 
 
Şəkil 1.14. Claas Axion traktorunda 
ötürmənin dəyişdirilməsi
 
 
 
 
19 
 


 
Kənd təsərrüfatı  bitkilərinin    yetişdirilməsi  texnologiyasında  torpağın  əsas becərilməsi, 
səpinqabağı  becərilməsi,  bitkilərin səpini və  əkini,  inkişaf  dövründə  bitkilərə  qulluq edilməsi, 
alaqlarla mübarizə, bitkilərə yemləndirici gübrələrin verilməsi, xəstəlik və zərərvericilərə qarşı 
mübarizə,  məhsulun  yığılması  işlərini yerinə  yetirən bütün texnika  ilə  işləmək  üçün  onların 
istismarı üzrə təlimatlanmaq zəruridir. 
Bu texnikalardan kotanlar, malalar, kultivatorlar, toxum səpən maşınlarla təlimatlanmanı 
nəzərdən keçirək. 
 
Unutmayın!
  Aqreqatı  işə  salma  anında  ətrafda kənar  şəxslərin  olmamasına  və  s.  əmin 
olunmalı, hərəkətə başlama anında xəbərdarlıq siqnalı verilməlidir. 
 
Yadda saxlayın ki, 
xəbərdarlıq siqnalı bədbəxt hadisələrin qarşısının alınmasında mühüm 
rola malikdir. 
 
1.4.1.
 
Tarlada iş zamanı aqreqatın təmizlənməsi 
 
Unutmayın!
  Tarla  işlərində  mala ilə  işlədikdə 
işçilər təlimatlanmalıdır (Şəkil 1.15).  
 
Yadda  saxlayın!
  Bütün təmizləmə  işləri 
aqreqatın dayanıq vəziyyətində aparılır. 
 
 
Şəkil 1.15. Tarla işlərində maladan istifadə 
 
1.4.2.
 
Kotanlarla işləmək üçün mexanizatorların 
təlimatlanması 
Kotanlarla 
işləmək 
üçün 
mexanizator 
təlimatlanmalıdır (Şəkil 1.16).  
Təlimat  xüsusi  olaraq  iş  yerində  təhlükəsizlik 
üzrə  mühəndis tərəfindən  aparılmaqla  aqreqatın 
idarə  edilməsindən  əvvəl təlimatlanma ilə 
nəticələnməlidir. 
 
Şəkil 1.16. Kotandan istifadə edən 
mexanizator
 
20 
 


 
1.4.3.
 
Kultivatorla 
işləmək 
üçün 
mexanizatorların təlimatlanması 
Kultivatorla 
işlədikdə 
mexanizator 
təlimatlanmalıdır (Şəkil 1.17). 
Kultivatorların  işçi  orqanları  kəsici tiyəyə 
malikdir.  Oxvari  şəkilli  qazayağı  pəncələrin hər iki 
tərəfi kəsən olur. 
Bir tərəfli  yastı  kəsən pəncələr  adından 
göründüyü kimi bir tərəfli kəsir. 
Kultivatorlarla  işləyən zaman zədələnməmək 
üçün  xüsusi  geyimdən və  qoruyucu  əlcəklərdən 
istifadə edilməlidir. 
Kultivatorun  işçi  orqanlarının  təmizlənməsi 
qaydaları,  onun  hərəkəti  zamanı  işçi  orqanlarının 
təmizlənməsi  haqqında  mexanizator  və  köməkçi 
işçilər  xüsusi  təlimat keçməli,  son  nəticədə 
təlimatlanmaya  əmin olmaq məqsədi ilə  sorğu 
keçirilməlidir. 
 
 
 
Şəkil 1.17. Ağır kövşənlik kultivatorundan 
istifadə zamanı təlimatlanma
 
1.4.4.
 
Cərgəli  pambıq  çiyidi  səpən  maşınla 
işləyərkən təlimatlanma  
 
Diqqət! 
Türkiyə istehsalı olan  CANSA pambıq 
çiyidi  səpən
  maşınlarında  işə  başlamazdan  əvvəl 
işçilər  toxum  və  gübrənin  doldurulması,  işçi 
orqanların işinin keyfiyyətinə nəzarət qaydaları və s. 
üzrə təlimatlanır. 
Bu təlimatlanma  işçinin  bədbəxt  hadisə  ilə 
üzləşməsinin qarşısını alır (Şəkil 1.18). 
Pambıq  çiyidi  ilə  bərabər  gübrə  və  alaqları 
məhv  etmək üçün xüsusi  herbisid  verən  qurğu 
quraşdırılmışdır. 
Bu aqreqatla işləyərkən 
təhlükəsizlik 
tədbirlərinə əməl edilməlidir. 
Sağ  və  sol markerlərdən istifadə  qaydaları 
öyrənilməlidir. 
Bir qayda olaraq çiyidin və  gübrənin 
doldurulması sahənin kənarlarında aparılmalıdır. 
 
Şəkil 1.18. 6 cərgəli CANSA pambıq çiyidi 
səpən maşınının görünüşü
 
21 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə