İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 
1.1.5.
 
Claas  Axion  traktorlarının  ötürmələr 
qutusundan istifadə qaydaları 
Dəyişdiricinin  (reversorun)  4  vəziyyəti var. 
Lövhənin mərkəzi pəncərəsində  hərəkət istiqaməti 
müvafiq vəziyyətlərdə  görünür (Şəkil 1.5): 
А - İrəli hərəkət; 
В - Reversorun neytral vəziyyəti; 
С - Geriyə hərəkət; 
İrəli hərəkətdən  arxa  hərəkətə  keçmək üçün 
dəstəyi    (1),  A-vəziyyətindən  birbaşa  C  vəziyyətinə 
keçirin. 
Arxa hərəkətdən irəli hərəkətə keçmək üçün bu 
hərəkətləri tərsinə icra edin. 
 
Şəkil 1.5. Claas Axion traktorlarının 
ötürmələr qutusundan istifadə qaydaları
 
Ümumi tələblər! 
Traktor, texnika və ya aqreqatları yalnız iş yerində idarə etmə qaydaları üzrə 
təlim keçmiş, 17 yaşı olan və vəsiqəsi olan şəxslər idarə edə bilərlər.  
Mexanizator 
digər  maşını  idarə  etmək məqsədilə  keçdikdə,  dərəcəsindən və  stajından  asılı 
olmayaraq əvvəl həmin maşının idarə edilməsi üzrə təhlükəsizlik texnikası qaydaları haqqında 
təlimatlanmalıdır. 
 
1.1.6.
 
Case  420  Cotton  Express  pambıqyığan 
kombaynın istifadədən öncə təlimatlanma 
Yeni  maşın,  texnika  və  aqreqatlardan 
(Şəkil 
1.6) istifadə etməmişdən əvvəl onların kabinələrinin 
aşağıdakı  tələblərə  cavab verməsinə  nəzarət etmək 
vacibdir: 

 
Qabaq,  arxa  və  yan  şüşələrdə  görüntünü 
çətinləşdirən çat və  qaranlıqlaşdırıcılar 
olmamalıdır; 

 
Yan  şüşələr  şüşəqaldıran  mexanizmlə  təmin 
edildikdə  asan və  yavaş  aşağı  enə  bilməli, 
qalxmalı  və  qoyulmuş  vəziyyətdə  qala 
bilməlidir; 
 
Şəkil 1.6. Case 420 Cotton Express 
pambıqyığan kombaynın kabinəsi
 

 
Şüşə təmizləyici elə yerləşdirilməlidir ki, şüşəni asan təmizləyə bilsin

 
Qapıların cəftəsi düzəldilmiş halda olmalı, aqreqatın hərəkəti zamanı öz-özünə sərbəst 
açılmamalıdır; 

 
Yoxlama-nəzarət cihazlarının şiti işıqlanmalıdır; 

 
Kabinənin döşəməsində rezin örtük olmalıdır; 

 
Oturacaqda və arxa söykəncdə yay və iti ucluqların çıxmasına yol verilməməlidir. 
16 
 


 
1.2.
 
Yeni maşın, texnika və ya avadanlıqlardan istifadə üçün təlimatlanma 
Bu  alt  başlıqda  yeni  maşın,  texnika  və  ya aqreqatlardan istifadə  üçün  işçilərin 
təlimatlandırılmasının  vacibliyi  qeyd  edilir.  Təlimatların  harada,  kim  tərəfindən və  necə 
aparılması şərtləri göstərilir. 
Məlumdur  ki,  eyni  adlı  texnika  müxtəlif ölkələrdə  və  fərqli firmalar tərəfindən istehsal 
edilir. Hər  bir  firmanın  istehsal  etdiyi  texnikanın  istifadəsi üçün öz təlimatı  olur,  texnikadan 
istifadə dedikdə ondan təyinatı üzrə istifadə edilməsi, hərəkətə gətirilməsi və əməliyyatı yerinə 
yetirilməsi üçün traktorla aqreqatlaşdırılması, işçi orqanların işə hazırlanması və nizamlanması, 
təhlükəsizlik tədbirləri daxildir. 
Təlimat keçirilərkən bu məsələlər  ətraflı  öyrənilir və  təcrübi məşğələlərdə 
möhkəmləndirilir. 
 
 
1.2.1.
 
Mühərrikə baxışın keçirilməsi 
Yadda  saxlayın! 
Aqreqatla  işə  başlamazdan 
əvvəl mühərrikdə  yanacaq,  yağ,  su və  s.  axmasının 
olmamasına əmin olmaq lazımdır (Şəkil 1.7).  
Yanacaq,  yağ  və  su  axıdan  aqreqatla  işləmək 
qadağandır. 
 
Şəkil 1.7. İşə başlamazdan əvvəl John Deere 
traktorunun mühərrikinə baxış keçirmə 
prosesi 
 
1.2.2.
 
İstifadəçinin təlimatlanması 
 
Diqqət! 
Maşın,  texnika  və  ya aqreqatdan 
istifadə  etməmişdən  əvvəl təlimatlanma  bütün  baş 
verə biləcək bədbəxt hadisələrdən qorunmanı təmin 
edir (Şəkil 1.8). 
 
Unutmayın!  Bədbəxt  hadisə 
insan ömrünə 
son qoya bilər. 
 
 
Şəkil 1.8. Maşın, texnika və ya aqreqatdan 
istifadə etməmişdən əvvəl təlimatlanma
 
17 
 


 
1.2.3.
 
Mütəxəssislər  tərəfindən  təlimatlanma  və 
təhlükəsizlik texnikası 
Diqqət!
  Kənd təsərrüfatı  maşın,  texnika  və 
aqreqatlarından  istifadədən  əvvəl təlimatlanma 
təhlükəsizlik  texnikası
  üzrə  mütəxəssislər 
tərəfindən aparılır (Şəkil 1.9). 
Təlimatın  aparılması  haqda  qeydiyyat  xüsusi 
təlimat kitabında aparılır. 
 
 
Şəkil 1.9. Təhlükəsizlik texnikası üzrə 
mütəxəssislərin təlimatlandırılması 
 
1.3.
 
Səpin, əkin, şitil basdıran maşınlarla və traktorlarla  işləməzdən öncə təlimatlanma 
Səpin, əkin, şitil basdıran, kartof yumrularını basdıran maşınlarla iş zamanı baş verə biləcək 
təhlükəli  tədbirlərin və  bədbəxt  hadisələrin  qarşısının  alınması  vacib  şətrdir.  Odur  ki,  bu  növ 
aqreqatlarda işləyəcək bütün işçilərin təlimatlandırılmasından bəhs edilir. 
Yadda  saxlayın  ki, 
yeni  maşın,  texnika  və 
aqreqatdan istifadə  üzrə  təlimatlar  müxtəlif kənd 
təsərrüfatı maşın və mexanizmlərində fərqlidir (Şəkil 
1.10). 
Odur  ki,  müxtəlif  əməliyyat yerinə  yetirildikdə 
həmin  aqreqatların  işini  bilən və  təhlükəsiz istifadə 
etməyi bacaran şəxslər işləməyə buraxıla bilərlər. 
 
Şəkil 1.10. “Amazone D9 4000 Super” 
toxumsəpənindən istifadə 
 
Unutmayın! 
Traktor  və  ya  aqreqatla  işə 
başlamazdan əvvəl mexanizator sükan mexanizmini, 
ilişmə  muftasını,  tormozları,  hidravlik  sistemi,  kənd 
təsərrüfatı  maşınının  komplektliyini  və  yararlılığını 
yoxlayır (Şəkil 1.11). 
 
 
Şəkil 1.11. Mexanizator kənd təsərrüfatı 
maşınının komplektliyini və yararlılığını 
yoxlayır
 
18 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə