Ixtisas: Politologiya Fənn: Yer və Fəza Mövzu



Yüklə 35,4 Kb.
səhifə2/2
tarix26.05.2022
ölçüsü35,4 Kb.
#88096
1   2
Şirin su ehtiyatlarının ölkələr üzrə paylanması

Tədqiqat metodları
Dünyanın 28 ölkəsində bir milyarda yaxın insanın həyati resurslara çıxışı yoxdur. Dünya əhalisinin 40%-dən çoxu (təxminən 2,5 milyard insan) orta və ya ciddi şəkildə su çatışmazlığı olan ərazilərdə yaşayır.2025-ci ilə qədər bu rəqəmin 5,5 milyarda qədər artacağı və dünya əhalisinin üçdə ikisini təşkil edəcəyi güman edilir.
Ümumiyyətlə şirin su dedikdə nə nəzərdə tutulur?Şirin su-dəniz suyunun əksi, duzluluq səviyyəsinin minimal miqdarda olduğu sudur. Yerdəki mövcud suyun bir hissəsini əhatə edir. Duzluluğu 0,1%-dən çox olmayan, hətta buxar və ya buz halında olan suya şirin su deyilir. Qütb bölgələrindəki buz massivləri və buzlaqların ən böyük hissəsini ehtiva edir. Bundan əlavə, şirin su çaylarda, yeraltı sularda, şirin su göllərində daha çox mövcud olur. Müxtəlif hesablamalara görə, Yer kürəsində suyun ümumi həcmində şirin suyun payı 2,5-3% təşkil edir.Şirin suyun böyük hissəsi, sanki, Antarktida, Qrenlandiyanın buzlaqlarında, Arktikanın buzlarında, dağ buzlaqlarında qorunub saxlanılır və hələ istifadə olunmayan bir növ “fövqəladə ehtiyat” təşkil edir.Fərqli ölkələr şirin su ehtiyatları baxımından çox fərqlənir. Şirin suyun regionlar üzrə paylanması regionun ən böyük çay sistemlərindən asılıdır: Asiyada - Yantszı, Qanq və Brahmaputra, Cənubi Amerikada - Amazon, Orinoko, Parana, Şimali Amerikada - Missisipi və s. kimi paylanlır.
Şirin su ehtiyatlarının təxminən 85-90%-i buz şəklindədir. Şirin suyun qeyri-bərabər şəkildə paylanmışdır.Dünya əhalisinin 70%-nin yaşadığı Avropa və Asiyada çay sularının yalnız 39%-i şirin sudur.Braziliya ən böyük bərpa olunan su ehtiyatlarına malikdir-8,233,00 kub kilometrdir. Ən böyük ehtiyatlar Avropadadır, dünyada ikinci yerdə Rusiyadır - 4508,00. Daha sonra ABŞ -3 069,00, Kanadada -2 902,00, Çində isə 2840.00 kubkilometrdir.
Müəyyən ölkələrinin şirin su ehtiyatlarını misal gətirmək istəyərdim. Məsələn: Hindistan. Hindistan böyük miqdarda su ehtiyatlarına malikdir: çaylar, buzlaqlar, dənizlər və okeanlar. Buna baxmayaraq,Hindistanda böyük əhalisi olduğuna görə, şirin su adambaşına burada olduqca aşağıdır.Ümumi şirin su resursu 2085 kubmetr kmdir.Adambaşı 2,2 min kubmetrdir.
Amerika Birləşmiş Ştatları- ABŞ çoxlu çay və göllərə malikdir.Bununla belə, ABŞ-ın belə şirin su ehtiyatlarına malik olmasına baxmayaraq, Kaliforniya tarixin ən pis quraqlığını yaşayır. Üstəlik ölkə əhalisinin sayına görə adambaşına düşən şirin su imkanları o qədər də yüksək deyil.Ümumi şirin su resursu 2480 kubmetr kmdir,adambaşı 2,4 min kubmetrdir.
Çin-Dünya su ehtiyatlarının 5-6% i Çinin payına düşür. Amma əhalinin sıx məskunlaşdığı ölkə olduğu üçün su son dərəcə qeyri-bərabər paylanır.Ölkə hələ də daşqınlarla mübarizə aparır, məhsulları və insanların həyatını xilas etmək üçün bəndlər tikilir. Ümumi təbii su resursu 2800 kubmetr km,adambaşına isə 2,3 min kubmetr düşür.
Kanada-Dünyanın şirin su ehtiyatlarının 7% Kanadanın payına düşür və əhalisi isə dünya əhalisinin 1% təşkil edir. Ümumi resursu 2900 kubmetr km olduğuna rəğmən adambaşı- 98,5 min kubmetr m şirin su ehtiyatı düşür, əhalinin sayının azlığına görə şirin su ehtiyatları zəngin hesab edilir.
Azərbaycan- Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.
Nəticə
BMT-nin məlumatına görə, 2000-ci illərin əvvəllərində 1,2 milyarddan çox insan daimi şirin su çatışmazlığı şəraitində yaşayır, təxminən 2 milyard insan bundan müntəzəm olaraq əziyyət çəkir. XXI əsrin ortalarına qədər daimi su çatışmazlığı ilə yaşayan insanların sayı 4 milyard nəfəri keçəcək. Belə bir vəziyyətdə bəzi ekspertlər Rusiyanın uzunmüddətli perspektivdə əsas üstünlüyünün su ehtiyatları olduğunu deyirlər. Rusiya yerüstü su ehtiyatlarına görə dünyada aparıcı yer tutur. Ehtiyatlar baxımından dünyanın şirin su ehtiyatlarının (buzlaqlar və yeraltı sular istisna olmaqla) 20%-dən çoxu Rusiyanın payına düşür.
Bu statistik məlumatlardan da görə bilərik ki,dünyanın əksər ölkələrində əhali şirin su ilə lazımi qədər təmin ola bilməyib. Bunun həm də səbəbi odur ki, tarixdə ilk dəfə olaraq şəhərlərdə kənd yerlərindən daha çox insan yaşayır. Yaxın 20 ildə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə şəhərlərin 1,5 milyard əhalisinin artacağı gözlənilir. Bu böyük demoqrafik keçidlə şəhər sakinlərini təzə, təhlükəsiz içməli su ilə təmin etmək problemi qlobal aktuallıq kəsb edir. Buna görə də dəniz suyunun şirinləşdirilməsi su qıtlığını aradan qaldırmağın yeganə yoludur.


Istifadə edilən ədəbiyyat:
1)Oxford bibliographies “Water” artikli
2)Xalq qəzeti-2010 mart buraxılışı
3) National Library of Medicine website
4)Apa.az website
5)Azərsu.az





Yüklə 35,4 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə