İxtisas: 050607 Qrup: 221. 18 Kurs



Yüklə 0,96 Mb.
səhifə13/14
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#82436
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   14
Ağakişi Sadıqov Kurs işi texnoloji proseslər (1)

Yerüstü ştuserlər fontan armaturunun atqı xəttində yan siyirtmələrdən sonra qoyulur. Əslində ştuser bir tərəfində flansı olan və ortasında əvvəldən axıradək dəlik açılmış ştuser oymağı adlandırılan polad parçasından ibarətdir. Ştuser oymağının flansı iki flans arasında qoyulub çubuqlarla sıxılır. Quruluşunun sadə olmasına baxmayaraq, bu ştuserin ən böyük nöqsanı maye keçən dəlik yeyiləndən sonra bütün ştuser oymağının tamamilə atılmasıdır, Həm də oymağın dəyişdirilməsinə xeyli vaxt sərf olunur. Bu ştuserin son quruluşunda onun gövdəsinə termiki işlənmiş konusvarı oymaq qoyulur; dəyişdirmək lazım gələndə təkcə bu oymağı atırlar, ştuserin gövdəsi isə yerində qalır.

Ştuserin dayanıqlığını artırmaq üçün maye axan hissədə pobedit xəlitəsindən hazırlanmış lüləcik, xüsusi rezin, saxsı borucuq və s. işlədirlər.

Ştuserin yeyilməyə qarşı dayanıqlığını başqa bir yolla, maye axınının sürətini azaltmaq yolu ilə də artırmaq mümkündür; bunun üçün bir deyil, ardıcıl olaraq bir neçə ştuser götürülür. Bir neçə ştuserdəki təzyiq düşkülərinin cəmi bir ştuserinki qədər olur. Beləliklə, çox pilləli ştuser alınır.

Neftlə birlikdə qum gəlməyəndə ştuserdə qalın polad oymaq əvəzinə ortasında xırda dəliyi olan adi halqa da qoymaq olar. Bəzən bir deyil, bir neçə dəliyi olan ştuserlər də işlədilir.

Yuxarıda haqqında danışdığımız ştuserlərin çatışmayan cəhəti onların dəliyi yeyiləndə axıntının o biri atqı xəttinə keçirilməsidir ki, bu zaman quyunun adi qaydada iş rejimi müəyyən qədər pozulmuş olur. Bu nöqsanı aradan qaldırmaq üçün keçidi tənzim olunan ştuserlər düzəldilmişdir. Quyu ağzındakı əks təzyiqi ştuser vasitəsilə dəyişmək lazım gələndə, bu yeni ştuserlərdə maye axınını bir atqı xəttindən o birinə keçirmək lazım gəlmir.

Yeraltı ştuser ortasında dəliyi, bayır tərəfdən çıxıntısı olan polad parçasından ibarətdir. Ştuserin çıxıntısı qaldırıcı kəmərin aşağı hissəsindəki iki boru arasında muftalar vasitəsilə sıxılır. Göründüyü kimi ştuseri dəyişdirmək üçün bütün kəməri yuxarıya, yer üstünə qaldırmaq lazımdır, fontan vuran zaman boruları qaldırmaq isə mürəkkəb və çox vaxt tələb edən işdir.

Yuxarıda dediyimiz kimi quyudibi ştuseri ilə quyunun işini tənzim etmirlər, o, döyüntünü bir qədər zəiflətmək məqsədi ilə bütün fontanvurma müddətində başmaqda saxlanılır.

Quyudan çıxan qazlı neft qarışığı fontan armaturundan və atqı xəttindən keçərək trapa axıdılır.


    1. Trap

Trap maye ilə qazı bir-birindən ayıran rezervuardır. Trapın diametri atqı borusunun diametrindən bir neçə dəfə böyük olduğu üçün oraya daxil olan qazlı maye qarışığının sürətini azaldır, maye ağır olduğu üçün aşağı enir, qaz isə yuxarıya qalxır və beləliklə bir-birindən ayrılır. Qaz, təzyiq tənzimləyicisindən qaz kəmərinə, neft isə xüsusi klapan və ya ştuserdən ölçücü-çökdürücü qaba, ya da nisbətən alçaq təzyiqli trapa göndərilir və alçaq təzyiqli trapda qazın yenidən ayrılması davam edir.

Fontan armaturunun buferindəki təzyiqdən asılı olaraq müxtəlif təzyiqli trap işlədilir. Traplar aşağıdakı təzyiqlər üçün hazırlanır. Alçaq təzyiqli 0,7-dən 6 atm-dək, orta təzyiqli 6-dan 16 atm-dək və yüksək təzyiqli 16-dan 60 atm-dək. Bundan başqa 0,2-dən 0,7 atm-dək təzyiqə hesablanmış vakuum trap da işlədilir.

Trap elə qurulmalıdır ki, qazı neftdən tamam ayıra bilsin və qaz xəttinə nefti, neft xəttinə isə qazı buraxmasın. Bunun üçün trapın ölçüsü, başqa sözlə, orada qaz və neftin sürəti elə olmalıdır ki, nə qaz özü ilə nefti, nə də neft qaz qabarcıqlarını apara bilsin. Bundan başqa qazın neftdən yaxşı ayrılması üçün trapın içərisində müxtəlif vasitələr qurulur. Neft trapdan xüsusi üzgəc vasitəsilə buraxılır. Bunun nəticəsində trapa gələn hasilatın miqdarından asılı olmayaraq onun içərisində maye həmişə müəyyən səviyyədə olur.




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə