İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

qədər  olan  sərhədlərdə  Rusiya  hüdudlarına,  Rusiyaya  məxsus  olan  Qafqaza 

gəlmişəm...” 

Azərbaycan  başqa  bir  ciddi  problemlə  də  üzləşmişdi.  Tomson  özü  ilə 

Đrandan Bakıya Biçeraxovun kazaklardan ibarət dəstəsini gətirmişdi. Biçeraxov 

isə Bakıya gələr-gəlməz Azərbaycan hökumətinə meydan oxumağa başlamışdı. 

Onun yaydığı vərəqələrdə Bakının “rus vətəndaşları təkrar ana vətənə (Rusiyaya 

T.K.) iadəsi ilə təbrik” edilir və onlar “əziz əzabkeş Rusiya” naminə işləməyə 

çağırılırdı.  Müttəfiq  qoşunların  və  Biçeraxovun  gəlişindən  qanadlanan 

monarxiyapərəst  rus  təşkilatları  həyasızcasına  və  yekəxanalıqla,  M.Ə.Rəsulza-

dənin  yazdığına  görə,  “azərbaycanlılara  e’lan  etdiyiniz  istiqlaldan  istinkaf 

ediniz  (istiqlaldan  çəkinin!  -  T.K.)  və  sizin  üçün  şəfaət  edəlim!”  deyorlar  və 

müvəqqətən  təşkil  edəcəkləri  hökuməti-məhəlliyədə  azərbaycanlılara  bilnisbə 

daha  mühüm  bir  mövqe  tə’min  edəcəkləri  lütfünü  də  ayrıca”  qeyd  edirdilər. 

“Erməni təşkilatının xüsumət və inadı isə daha bariz idi” (Bakıdakı rus təşkilat-

larının Azərbaycan milli hakimiyyətinə qarşı belə düşmən mövqe tutmasına heç 

bir əsas yox idi. Burada rusların hüquqları tapdalanmırdı, onlara ögey münasibət 

bəslənmirdi.  Hətta  çar  Rusiyasının  Xarici  Đşlər  naziri  S.D.Sazonov  Đstanbulda 

Ə.M.  Topçubaşova  demişdi:  “Qafqazdan  gələn  rus  mə’murları  gürcülərin 

Tiflisdən  qovduqları  rus  mə’murlarına  tatarların  Yelizavetpolda  (Gəncədə  - 

T.K.

)  və  digər  yerlərdə  yaxşı  münasibət  bəsləmələrindən  fərəhlə”  danışırlar. 

Azərbaycanda  ruslara  münasibət  məsələsi  Azərbaycan  istiqlalının  qəddar 

düşməni olan general A.Đ.Denikinin də diqqətini cəlb etmişdi. Denikin sonralar 

yazmışdı:  “Azərbaycanda,  hökumətin  açıq  türkpərəstliyinə  baxmayaraq,  rus 

ünsürü  tə’qib  olunmurdu”.  Hökumət  “burada  öz  qabiliyyətini  tətbiq  etmək 

istəyən ruslara vəzifə tutmaqda və işləməkdə maneçilik törətmirdi”). 

Öz  içində  yaşayan  milli  azlıqlara,  qonşu  xalqlara  Azərbaycan  xalqının, 

mehriban  münasibəti,  çətin  anlarda  onlara  mərhəmət  göstərməsi  xalqımızın 

mühüm xüsusiyyətlərindən biridir. Xalqımız belə mərhəmətli olmaqdan bə’zən 




əzab çəksə də, iliyinə və qanına işləmiş insani mərhəmət duyğusunu həmişə uca 

tutmuşdur). 

Nuru  paşanın  komandanlığı  altında  türk  ordusunun  Bakıdan  çıxması  və 

müttəfiq  qoşunların  Bakıya  girməsi  ilə  əlaqədar  Azərbaycanda  yaranmış  çətin 

və  böhranlı  vəziyyətdə  F.X.Xoyskinin  başçılıq  etdiyi  Azərbaycan  hökuməti 

dözümlülük  göstərir,  mə’yusluğa  qapılmır,  milli  mənafe  keşiyində  mətanətlə 

dayanır,  siyasi  manevrlər  etmək  məharəti  göstərir,  dövləti  inamla  idarə  edir, 

Azərbaycanı  demokratik  yolla  inkişaf  etdirir,  Məclisi-məb’usan  (parlament) 

təşkil  edir  və  s.  Məclisi-məb’usan  başda  F.X.Xoyski  olmaqla  koalisyon 

hökumət yaradır. Bütün bu proseslər müttəfiq komandanlığın gözləri qarşısında 

baş verir və komandanlığın mövqeyinə güclü tə’sir edir. 

Müttəfiq  dövlətlər  komandanlığı  çox  qısa  bir  müddət  ərzində Azərbaycan 

xalqının  müasir,  sivil,  yüksək  mədəniyyətli  bir  xalq  olmasını  başa  düşmüşdü. 

Üzeyir  bəy  Hacıbəyovun  şəhadəti:  “Đngilislər  bizim  içimizə  girərkən  özlərini 

vəhşi bir heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç 

bir  lüzum  olmadığını  bir-iki  gündən  sonra  kəmali-təəccüblə  anladılar  və 

haqqımızda  bəsləməkdə  olduqları  nəzər  və  təsəvvüratın  bilməməzlik  və  ya 

düşmən təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər; əminəm 

ki, bunu  da dərk  etdilər  ki,  istibdad  altında  tərəqqi və  təalidən cəbrən  məhrum 

və  cəhalətə  məhkum  edilmiş  olan  bir  millət,  azad  olduqdan  sonra  çox  çəkməz 

ki,  aləm  mədəniyyət  bazarlarında  öz  milliyyətləri  təqazası  ilə  əmələ  gəlmiş 

mədəni  mətalarını  ənzari-bəşəriyyətə  təqdim  ilə  mədəniyyəti  qoca  olan 

millətləri də heyran qoyarlar”. 

Noyabrın ortalarında F.X.Xoyski hökumətini “yalnız türk komandanlığının 

intriqası ilə təşəkkül etmiş bir hökumət” sayan Tomson dekabrın 28-də belə bir 

rəsmi  bəyanat  verdi:  “F.X.Xoyskinin  sədrliyi  altında  təşkil  olunmuş  koalisyon 

Azərbaycan  hökuməti  Azərbaycan  hüdudlarında  yeganə  qanuni  hakimiyyətdir, 

müttəfiq komandanlıq bu hökumətə tam kömək edəcəkdir”. 




M.Ə.Rəsulzadənin  yazdığına  görə  bu  bəyannamə  “Bakı  mühitində  böyük 

bir inqilabi-əfkara mucib oldu. O vəqtə qədər komandanlığın mədihəxanı bulu-

nan rus və erməni mətbuatı şimdi, bir gün əvvəl təbcil etdikləri məqam, şətm və 

küfürlər yağdırmağa başladılar... 

Rus təşkilatları bu vəziyyətə yalnız qəzetə nəşriyyatı ilə müqabilə etməklə 

iktifa etmədilər. Müttəfiq komandanlıq əleyhinə bir taqım tərtibati - inqilabiyyə 

dəxi  təvəssül  etdilər...  Bunun  üzərinə  on  ayaq  olanlardan  bir  kaç  adam  tovqif 

edildi  və  Ənzəliyə  sürüldü”.  Azərbaycan  hökumətinin  tələbi  ilə  “Biçeraxov 

alayı  aldığı  48  saətlik  bir  möhlət  zərfində  Bakını  tərkə  məcbur  olduğu  kimi, 

erməni məfrəzələrinin inhilalı dəxi təqərrür etdi.” 

Tomsonun  bəyanatı,  habelə  1919-cu  il  yanvarın  22-də  Bakıya  gəlmiş 

Balkanlarda  və  Qafqazda  ingilis  qoşunlarının  baş  komandanı  general  C.Mil-

tonun “Đngilis hökuməti Azərbaycan hökumətini Azərbaycan ərazisində yeganə 

qanuni  hakimiyyət  kimi  tanıyır”  bəyanatı  antiazərbaycan  qüvvələrin  köpünü 

almaq,  milli  hakimiyyətin  mövqelərini  möhkəmləndirmək  və  Azərbaycan 

suverenliyini tə’min etmək üçün olduqca əhəmiyyətli idi. 

Lakin  bütün  bunlar  hələ  Azərbaycanın  rəsmi  tanınması  deyildi. 

Azərbaycanın və Rusiya ərazisində yaranmış digər dövlətlərin tanınması məsə-

ləsində  müttəfiq  dövlətlər  bir  növ  gözləmə  taktikası  seçmişdilər.  Onlar  bu 

məsələyə “rus məsələsi”nin tərkib hissəsi və “rus məsələsi”ndən asılı bir məsələ 

kimi yanaşır, onu “rus məsələsi”ndən kənarda və müstəqil bir məsələ kimi həll 

etmək  istəmirdilər.  ABŞ  prezidenti  V.Vilson  1919-cu  il  mayın  28  də  Parisdə 

Ə.M.Topçubaşova açıq demişdi: Azərbaycan məsələsi “rus məsələsindən əvvəl 

həll edilə bilməz”. 

Kolçak  sovetləri  sıxışdırıb  möhkəmləndikcə  müttəfiq  dövlətlər  Rusiya 

ərazisində  yaranmış  dövlətlərin,  o  cümlədən  Azərbaycanın  müstəqilliyi 

məsələsinə  baxmaqdan  yayınırlar.  Hətta  iyun  ayında  müttəfiq  dövlətlər  özünü 

“Rusiya dövlətinin ali hökmdarı” e’lan etmiş Kolçakı ümumrusiya hakimiyyəti 

kimi tanımaqla faktiki olaraq Azərbaycan, habelə Gürcüstan, Ukrayna və digər 



yeni  dövlətlərin  müstəqilliyindən  imtina  edirlər.  Paris  sülh  konfransında 

Azərbaycan  nümayəndə  hey’ətinin  başçısı  Ə.Topçubaşov  1919-cu  ilin 

sentyabrında N. Yusifbəyova yazdığı kimi, müttəfiq dövlətlər “bütün vasitələrlə 

Kolçak  hökumətini  və  Könüllü  ordunu  möhkəm  müdafiə  etməkdə  davam 

edirlər.  Və  bolşeviklər  üzərində  “qələbə”  qazanıldıqca  müttəfiqlərin  vahid 

Rusiyanın yenidən yaradılacağına inamı artır. Həm də bu məqsəd naminə kiçik 

xalqların azadlıq və müstəqilliyi qurban verilir”. 

Güman etmək olar ki, Kolçak, ya Denikin Sovetlər üzərində qələbə çalsa, 

Antanta  Azərbaycanın  və  digər  yeni  dövlətlərin  tanınması  məsələsini 

gündəlikdən  ümumiyyətlə,  çıxaracaqdı.  Lakin  müttəfiq  dövlətlərin  Kolçaka, 

Denikinə  bəslədikləri  ümid  puç  olur.  Onlar  Rusiya  imperiyası  ərazisində 

yaranmış  dövlətlərə,  o  cümlədən  Azərbaycana  münasibətlərini  dəyişməli 

olurlar. 

Azərbaycan  Cümhuriyyəti  hökumətinin,  onun  Paris  sülh  konqresindəki 

nümayəndə  hey’ətinin  fəal,  çevik  və  səriştəli  siyasəti  bir  sıra  beynəlxalq 

amillərlə  birlikdə  (birinci  növbədə  Rusiyada  hadisələrin  Qərbin  gözlədiyinin 

əksinə cərəyan etməsi və bununla əlaqədar Azərbaycanın müstəqilliyinin Qərbin 

maraqlarına  cavab  verməsi)  Qərb  dövlətlərinin  Azərbaycanın  müstəqilliyini 

tanıması üçün zəmin hazırlayır. 

1920-ci  il  yanvarın  11-də  Paris  Sülh  Konfransının  Ali  Şurası  Đngiltərə 

Xarici  Đşlər  naziri  Kerzonun  təklifi  ilə  Azərbaycanın,  habelə  Gürcüstanın 

müstəqilliyini de-fakto tanıdı. 

Bu,  böyük  qələbə  idi.  Azərbaycan  Cümhuriyyəti  istiqlalının  tanınması 

uğrunda  mübarizənin  zəfər  günü  idi.  Minnətdarlıqla  qeyd  olunmalıdır  ki, 

Azərbaycan müstəqilliyinin beynəlxalq aləmdə tanınmasında Đngiltərə hökuməti 

təşəbbüskar  və  fəal  rol  oynamışdır.  Elə  həmin  günlərdə  F.X.Xoyski 

“Đngiltərənin  və  onun  demokratiyasının  Zaqafqaziya  cümhuriyyətlərinin 

müstəqilliyinin  tanınmasına  qızğın  surətdə  kömək”  göstərməsini  xüsusi 

vurğulamışdı. 



Paris  sülh  konfransı  Ali  Şurasının  Azərbaycanın  müstəqilliyini 

tanımasından  RSFSR  xəbərdar  idi.  Ancaq,  deyəsən,  Ali  Şuranın  bu  qərarına 

qarşı Rusiya heç bir xüsusi diplomatik demarş etməmişdi. 

Yuxarıda demişik, bir də təkrar edək: 

Rusiya Azərbaycan Cümhuriyyətinin müstəqilliyini eşitmək belə istəmirdi, 

onun  müstəqilliyinə  təcavüz  edir,  suveren  hüquqlarını  tapdalayırdı.  Buna 

baxmayaraq,  Azərbaycan  Cümhuriyyəti  yaşamaqda  davam  edir,  onun 

beynəlxalq  vəziyyəti  yaxşılaşır  və  möhkəmlənirdi.  Gündən-günə  aydın  olurdu 

ki,  Azərbaycan  ətrafında  yeni  beynəlxalq  siyasi  ab-hava  yaranır,  RSFSR-in 

Azərbaycan siyasəti tam iflasa uğrayır. 

Belə bir şəraitdə RSFSR gözlənilməz bir addım atdı: 1920-ci il yanvarın 2-

də  RSFSR  Xarici  Đşlər  komissarı  Çiçerin  Azərbaycan  hökumətinə 

radioteleqramla müraciət edərək, Denikin əleyhinə iki ölkə arasında hərbi saziş 

bağlamaq haqqında dərhal danışıqlara başlamağı təklif etdi. 

Lakin bu ciddi təklifdən  daha  çox təbliğat  xarakteri daşıyan  manevr, həm 

də  Azərbaycan  hökumətinə  hədə  idi.  Notada  deyilirdi:  “Azərbaycana  və 

Azərbaycan xalqına nə qədər ki, gec deyil Denikinə qarşı mübarizəyə başlamaq 

çağırışı  ilə  müraciət  edirik.  Azərbaycan  dövləti  və  onun  əməkçi  siniflərinin 

sosial-siyasi  mənafelərinin  düzgün  başa  düşülməsi  Azərbaycanı  bizim 

təklifimizə razılıq verməyə məcbur edəcəkdir” (məcbur edəcəkdir! - T.K.). 

Azərbaycan  Cümhuriyyətinin  mövcud  olduğu  bir  il  yeddi  ay  ərzində  ilk 

dəfə idi ki, RSFSR Xarici Đşlər Komissarlığı Azərbaycan Hökumətinə müraciət 

edir və ilk dəfə nəhayət, “Azərbaycan dövləti” məfhumunu dilinə gətirirdi. 

Azərbaycan  dövləti  Rusiya  ilə  hər  iki  dövlətin  müstəqilliyi  prinsipinə 

əsaslanan münasibətlər yaradılmasına çox maraqlı idi və dəfələrlə bu barədə öz 

mövqeyini  açıq  bəyan  etmişdi.  Azərbaycan  Dövlət  Müdafiə  Komitəsi 

radioteleqram  Bakıda  alınan  gün,  yanvarın  6-da  ona öz prinsipial  münasibətini 

müəyyənləşdirdi: “Azərbaycan Cümhuriyyəti hökuməti müstəqil, asılı olmayan 

dövlətin  hökuməti  kimi  Sovet  Rusiyası  ilə  qarşılıqlı  münasibətlər  yaratmaq 



haqqında  danışıqlara  başlamağa  hazırdır”  (Denikinə  qarşı  hərbi  saziş  haqqında 

deyil, məhz iki ölkə arasında münasibətlər yaratmaq haqqında danışıqlar!). 

Bu  direktivə  uyğun  olaraq  və  Çiçerinin  notasının  tonunu  üzə  vurmadan 

F.X.Xoyski  Çiçerinə  cavab  verdi  ki,  Azərbaycan  hökuməti  başqalarının 

Azərbaycan xalqının daxili işlərinə qarışmaması və başqa xalqın daxili həyatına 

qarışılmaması  prinsipini  rəhbər  tutur.  Ona  görə  Azərbaycan  hökuməti  “özünün 

daxili  həyatını  quran  rus  xalqının  mübarizəsinə  müdaxilə  etməyi  yolverilməz 

sayır”.  Bununla  birlikdə  F.X.Xoyski  bildirdi:  “Azərbaycan  Cümhuriyyəti 

hökuməti danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin 

suverenliyi 

prinsipinə 

əsaslanan 

mehriban 

qonşuluq 

münasibətləri 

yaradılmasına hazırdır”. 

Belə aydın və dəqiq mövqe RK(b)P MK Siyasi Bürosunu da, Çiçerini də, 

necə  deyərlər,  cin  atına  mindirdi.  Siyasi  Büro  qərara  aldı:  “Xalq  Xarici  Đşlər 

Komissarlığına  tapşırılsın  ki,  Azərbaycan  hökuməti  barəsində  çox  böyük 

təmkinlilik və e’timadsızlıq siyasəti yeritsin”. 

Nə üçün? 

“Çünki  o  (Azərbaycan  hökuməti  -  T.K.)  Denikinə  qarşı  birgə  hərbi 

əməliyyat aparmaq təklifimizdən imtina etmişdir...” 

Xarici  Đşlər  Komissarlığına  tapşırıldı  ki  “Azərbaycan  hökumətinin  bu  cür 

davranışına qəti protest” etsin. 

Azərbaycan  hökumətinin  Denikin  barəsində  xətti  yeganə  düzgün  xətt  idi. 

Həqiqətən  də  Denikin  məsələsi  Rusiyanın  daxili  işi  idi.  Digər  tərəfdən, 

Azərbaycanla  Sovet Rusiyası  arasında  heç  bir diplomatik, siyasi əlaqə  yox  idi. 

RSFSR  hökuməti  Azərbaycanı  tanımamaqda  davam  edirdi.  Belə  bir  şəraitdə 

“Denikinə  qarşı  birgə  hərbi  əməliyyat  aparmaq”  təklifi  tam  məntiqsizlik  idi. 

Məntiq  də,  beynəlxalq  hüquq  da  tələb  edirdi  ki,  Azərbaycanın  iki  dövlət 

arasında dövlətlərin suverenliyi prinsipi əsasında münasibətlər yaratmaq barədə 

təklifinə konkret münasibət bildirilsin. Ancaq elə bil heç belə birmə’nalı prinsi-

pial təklif olmayıbmış! 




Yanvarın 23-də  Çiçerinin  Xoyskiyə  göndərdiyi  cavab notasında  da  həmin 

təklifdən  vaz  keçilirdi.  Bunun  əvəzində  millətlərin  öz  müqəddəratını  tə’yin 

etmək  hüququ  haqqında  ümumi  mülahizələr  təkrar  edilir,  eyni  zamanda 

Finlandiya ilə Polşanın müstəqilliyi, Sovet hökumətinin başqırdların, qırğızların 

və keçmiş Rusiya imperiyasının digər xalqlarının geniş muxtariyyətini tanıması 

qeyd olunurdu. 

Bəs, başqırdların və b. “geniş muxtariyyəti” ilə öyünən Çiçerin artıq bir il 

yeddi  aydı  mövcud  olan  və  artıq  Antanta  tərəfindən  de-fakto  tanınan 

Azərbaycan Cümhuriyyətinə nə verirdi - müstəqillikmi, “geniş muxtariyyətmi”? 

Yayğın  və’ddən  başqa  heç  bir  şey:  “Azərbaycana  münasibətdə  də  onun 

(sovet  hökumətinin  -  T.K.)  başqa  xalqlara  bəslədiyi  ümumi  prinsiplər  dönmə-

dən tətbiq olunacaqdır”. 

Nə zaman, hansı şəkildə? 

Cavab yox idi. Ancaq notada belə bir xəbərdarlıq var idi: “Məgər mə’lum 

deyilmi ki, Denikin və onunla bağlı bütün ünsürlərin proqramı vahid, bölünməz 

Rusiyanı keçmiş hüdudlarında bərpa etməkdə və həm də Azərbaycanın hər cür 

müstəqilliyini  tam  məhv  etməkdən  ibarətdir.  Məgər  nazir  Xan  Xoyskiyə 

sirdirmi  ki,  Denikinin  qələbəsi  çar  üsuli-idarəsinin,  həm  də  Azərbaycan  hü-

dudlarında sadəcə bərpası olacaqdır”. 

Nə  deyəsən,  ilk  baxışda  belə  təsəvvür  yarana  bilər  ki,  Çiçerin  xoşniyyətli 

imiş  və  Azərbaycan  istiqlalı  qayğısına  qalırmış,  Azərbaycan  istiqlalına 

tərəfdarıymış! 

Başqa  bir  notasında  Çiçerin  xalqların  öz  müqəddəratını  tə’yin  etməsi 

hüququnun  RSFSR  üçün  “sarsılmaz  prinsip”  olduğunu  bir  daha  qeyd  etməklə 

bildirmişdi  ki,  Azərbaycanın  tanınması  sovet  Rusiyası  və  Azərbaycan  arasında 

qarşılıqlı  münasibətlərə  aid  müxtəlif  məsələlər  üzrə  mürəkkəb  danışıqlar 

nəticəsində ola bilər. 

Bununla  əlaqədar  F.X.Xoyski  martın  7-də  Çiçerinə  yazmışdı:  “Əgər 

xalqların  öz  müqəddəratını  tə’yin  etməsi  hüququ  Sovet  hökuməti  üçün  sarsıl-



maz  prinsipdirsə,  bu  hüquq  hər  cür  məsələlər  üzrə  mürəkkəb  və  uzunsürən 

danışıqlardan asılı ola bilməz..., zira prinsip, həyata keçirilməsi üçün danışıqlara 

möhtac  deyil  və  bu  və  ya  başqa  ekvivalent  almaq  üçün  amil  olmamalıdır,  əks 

təqdirdə  həmin  hüquq  prinsip  xarakterini  itirir  və  imperialist  dövlətlərinin 

addımbaşı istifadə etdikləri alətə çevrilir”. 

Xoyskinin  bu  notasına  cavab  verilmədi.  Prinsip  haqqında  belə  sarsıdıcı 

həqiqətə  cavab  vermək,  əlbəttə,  asan  deyildi.  Ən  başlıcası  isə  RSFSR  Azər-

baycanı yenidən işğal etməyi qət etmişdi və Azərbaycana qarşı hərbi müdaxilə 

hazırlayırdı.  Çiçerin  dalbadal  notaları  ilə  Azərbaycanın  diqqətini  bu  müda-

xilədən yayındırmaq, hərbi təcavüzü nə iləsə əsaslandırmaq istəyirdi. 

Azərbaycan  RSFSR-in  bəd  niyyətlərini  yaxşı  bilirdi.  Ancaq  nə  etmək 

olardı,  əks  tərəf  güclü  və  amansız  idi.  Ona  hərbi  müqavimət  göstərmək  gənc 

Azərbaycan üçün o zamankı şəraitdə qeyri-mümkün idi. 

Sovet Rusiyası Azərbaycanı istila etdi. Müstəqil Azərbaycan Cümhuriyyəti 

süqut etdi. 

Ancaq  Đstiqlal  ruhu,  Đstiqlal  məfkurəsi  yaşadı.  Azərbaycan  dövləti 

yaradıcılarının  Azərbaycanın  müstəqilliyi  və  suverenliyinə  sadiqliyi,  bunun 

üçün  maksimum  mümkün  olanı  etmələri,  bu  yolda  barışmaz  mövqeləri 

tariximizə əbədi həkk olundu. 

1923-cü ildə M.Ə.Rəsulzadə yazmışdı: “Azərbaycanın bu qədər fəlakətlər 

nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rüsuxidir. Şimdi 

istiqlal  və  hakimiyyəti-milliyə  sevdası  ilə  yaşayan  bir  Azərbaycan  gəncliyi 

vardır ki, ÇK-nın amansız e’damlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət 

və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydanə çıxacaq və o zaman 

yanıq  könlündə  atəşin  cizgilərlə  mə’nən  mənquş  bulunan  bayrağı  maddətən 

yüksəldərək deyəcək ki: 

- Əvət, bir kərə yüksələn bayraq bir daha enməz!” 



Bu ümid, bu inam, bu arzu çin oldu. Azərbaycan xalqı Azadlıq meydanına 

çıxdı. Đstiqlal bayrağını yenidən ucaltdı, Azərbaycanın Đstiqlalını bərpa və e’lan 

etdi. 

Azərbaycan Respublikası - Azərbaycan Cümhuriyyətinin varisidir. Đftixarla 



deyə  bilərik  ki,  varis  sələfinin  müstəqillik  və  suverenlik  prinsipini  hər  şeydən 

əziz və hər şeydən uca tutur. 

Tam əsasla deyə bilərik ki, bu gün müstəqil Azərbaycan dövləti dünyanın 

tam  sərbəst,  suveren  siyasət  yeridən  dövlətlərindən  biridir.  Azərbaycan 

Prezidenti  Heydər  Əliyev  hər  hansı  başqa  dövlətin  öz  iradəsini  Azərbaycana 

qəbul etdirmək cəhdini qətiyyətlə rədd edir, Azərbaycanın suverenliyini heç bir 



güzəştsiz qoruyur. 

Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə