İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

edilən Azərbaycan milli qoşun hissələri ilə birlikdə türk sərkərdəsi Nuru paşanın 

komandanlığı  altında  sentyabrın  15-də  Bakını  düşmənlərdən  azad  etdi.  Bu, 

Azərbaycanın  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  tə’min  edilməsi  uğrunda 

mübarizənin ən önəmli və şanlı səhifəsi idi. 

Türkiyə qoşunu, artıq qeyd olunduğu kimi, Azərbaycanın rəsmi də’vəti ilə 

Azərbaycanın köməyinə gəlmişdi və onun komandanlığı, təbii ki, “Azərbaycan 

hökumətinin  əmrində  bulunmalı”  idi.  Lakin  Nuru  paşa,  onun  siyasi  müşaviri 

Əhməd Ağaoğlu Azərbaycanın daxili işlərinə qarışırdılar. Nuru paşa və Əhməd 

Ağaoğlu  Azərbaycan  Milli  Şurası  Tiflisdən  müvəqqəti  paytaxt  Gəncəyə  gəlib 

yerləşməyə macal tapmamış, ona açıq e’timadsızlıq göstərdilər və Milli Şuranın 

buraxılmasını tələb etdilər. 

Hadisələr  belə  cərəyan  etmişdi:  iyunun  16-da  Gəncəyə  gələn  kimi  Milli 

Şura  sədri  M.Ə.Rəsulzadə,  baş  nazir  F.X.Xoyski  və  Xarici  işlər  naziri  M.Ha-

cınski  Nuru  paşa  ilə  görüşürlər.  M.B.  Məmmədzadənin  yazdığına  görə,  Nuru 

paşa  “siyasətdən  baş  çıxarmadığını”  bildirir  və  siyasi  müşavir  Ə.Ağaoğlu  ilə 

söhbət  etməyi  məsləhət  görür  (məşhur  həmyerlimiz  Ə.Ağaoğlu  1909-cu  ildən 

Türkiyədə  yaşayırdı  və  Gəncəyə  Nuru  paşa  ilə  birlikdə  gəlmişdi).  Ə.Ağaoğlu 

Azərbaycan  rəhbərlərinə  deyir:  “Milli  Şura  özünü  ləğv  etsin.  O  zaman  paşa 

(Nuru  paşa  -  T.K.)  özü  bir  hökumət  qurar”.  Buna  e’tiraz  bildirilir.  Nəticə 

e’tibarilə  razılığa  gəlinir  ki,  “Milli  Şura  hökuməti  özü  təşkil  etsin,  Milli  Şura 

bütün  hüququnu  ona  verməklə...  özünü  ləğv  eləsin”.  Milli  Şura  bu  məsələyə 

baxmaq  məcburiyyətində  qaldı.  Đyunun  17-də  Milli  Şuranın  iclasını  açan  Milli 

Şura  sədri  M.Ə.Rəsulzadə  bildirdi  ki,  “bu  gün  biz  prinsipə  sadiq  qalmaqla  ya-

ranmış  vəziyyəti  nəzərə  almalıyıq.  Bəlkə  də  bu  gün  qəbul  edəcəyimiz  qərar 

bizim bədbəxtliyimiz olsun, amma əgər vəziyyətdən yeganə çıxış yolu bu qərar-

dırsa, biz onu qəbul etməliyik”. 

Milli  Şuranın  iclasında  çıxış  edən  N.Yusifbəyov  demişdi:  “Aydındır  ki, 

paşa  (Nuru  paşa  -  T.K.)  və  Osmanlı  hökuməti  Azərbaycanın  müstəqilliyini  və 

onun öz hökumətinin təşkil olunmasını istəyirlər. Əlbəttə, onlar bizim işlərimizə 



qarışmaq istəmirlər, lakin paşa, Aslan bəyin də (Səfikürdski - T.K.) qeyd etdiyi 

kimi,  ayrı-ayrı  şübhəli  adamlarla  əhatə  olunmuşdur.  Həmin  adamlar  bizim 

hüquqlarımızı  mənimsəmək  istəyirlər.  Əgər  biz  heç  bir  güzəştə  getmək 

istəməsək  və  hüquqlarımızdan  bərk-bərk  yapışsaq,  ölkənin  beynəlxalq  vəziy-

yətinə  zərər  gətirərik”.  O,  təklif  etdi  ki,  hökumətin  iste’fası  qəbul  edilsin  və 

bütün  səlahiyyətlər  yeni  hökumətə  verilsin.  Bu  şərtlə  ki,  hökumət  “azadlığa 

sadiq olsun və onu qorusun, yaxın vaxtlarda Müəssislər Məclisi çağırsın və öz 

hüquqlarını heç kəsə könüllü verməsin və yalnız güc və süngü qarşısında təslim 

olsun”. 

O,  həm  də  bəyan  etdi:  “Müstəqilliyimizə  qəsd  edilərsə,  müstəqilliyimizin 

birinci müdafiəçisi mən olacağam”. Bu təklif müdafiə olundu. 

M.Ə.Rəsulzadə  daha  açıq  bildirdi:  “Burada  əgər  əlimizdəki  hüquqi 

səlahiyyətdən  istifadə  etməyib  bütün  hökumət  təşkilatını  başqa  qüvvələrə  tərk 

etsək, o zaman qara bir hökumət təşkili qorxusu vardır. Halbuki burada icrayi-

nüfuz  edərsək,  daha  bir  müvafiq  bir  hökumət  təşkilinə  müvəffəq  ola  bilərik. 

Bunun  üçün  mən  Nəsib  bəyin  təklifinə  tərəfdaram”.  Gərgin  müzakirələrdən 

sonra  Milli  Şuranın  sədri  M.Ə.Rəsulzadənin  təqdimatı  ilə  F.X.Xoyski  yenidən 

müvəqqəti  hökumətin  -  Nazirlər  Sovetinin  sədri  tə’yin  edildi,  hökumətin  yeni 

tərkibi təsdiq olundu. 

Milli  Şura  özünü  buraxılmış  e’lan  edərək  bütün  hakimiyyəti  Müvəqqəti 

hökumətə verdi. Müvəqqəti hökumətə bir vəzifə olaraq tapşırdı ki, “hakimiyyəti 

qısa  müddətdə  çağrılmalı  olan  Müəssisələr  Məclisindən  başqa  heç  kimə 

verməsin”.  Müəyyən  edildi  ki,  “müvəqqəti  hökumətin  dövlət  müstəqilliyini  və 

mövcud  siyasi  azadlığı  ləğv  etmək  hüququ  yoxdur”,  idarəçiliyin  bütün  başqa 

məsələlərində isə hökumət tamhüquqludur. 

Beləliklə,  M.B.Məmmədzadənin  sözləri  ilə  desək,  “Azərbaycan  milli 

hərəkatını dövlət halında formalaşdıran, Azərbaycan istiqlal fikrini realizə edən 

və Azərbaycan türkünün yeni tarixini açan Milli Şura dağılmışdı”. 




Milli  Şuranın  buraxılması  gənc  Azərbaycan  dövlətçiliyinə,  gənc 

Azərbaycan parlamentarizminə və demokratizminə ciddi zərbə idi. M.Ə.Rəsul-

zadənin tə’birincə,  “xalqı  azacıq  da  olsa  təmsil  edən qurumun (Milli  Şuranın  - 

T.K.

)  səhnədən  getməsi  heç  şübhəsiz,  demokratiyanın  geri  çəkilməsi  və 

mürtəce qüvvələrin qələbəsi sayılmalıdır”. 

Lakin  Milli  Şuranın  strateji  xəttini  saxlamaq  və  yaranmış  siyasi  böhranı 

daha  da  təhlükəli  sarsıntılara,  daha  ciddi  qarşıdurmalara  yol  vermədən  həll 

etmək mümkün olmuşdu. 

Milli  Şuranın  son  iclasında  M.Ə.Rəsulzadə  alovlu  son  söz  söyləmişdi: 

“Dünya  müharibəsi  və  Rusiya  inqilabı  nəticəsində  yaranmış  və  siyasi  həyat 

səhnəsində ilk addımlar atan Azərbaycan idealı hazırda təsvirəgəlməz dərəcədə 

mühüm bir məqamdadır. Yenicə dünyaya gəlmiş bu türk siyasi körpəsi yetkinlik 

yaşına çatacaqmı, başqa xalqların sırasında layiqli yer tutacaqmı, yoxsa sısqa bir 

uşaq  kimi  tələf  olub  gedəcək?  Budur  hamını  düşündürən  məsələ.  Đndi  elə  bir 

məqamdır ki, Azərbaycanın taleyini öz əlinə almış adamların qismətinə ən çətin 

və  eyni  zamanda  ən  mühüm  bir  vəzifə  düşüb  -  yeni  doğulmuş  Azərbaycanın 

məhv olmasına yol verilməməlidir”. 

Milli  Şura  buraxılıb  yeni  hökumət  təşkil  edilsə  də,  Nuru  paşa 

Azərbaycanın  daxili  işlərinə  qarışmaqda,  suverenliyi  pozmaqda  davam  edirdi. 

Azərbaycan  hökuməti  buna  dözmədi,  bununla  barışmadı.  Avqustun  23-də  baş 

nazir  F.X.Xoyski  Türkiyəyə  göndərilmiş  Azərbaycan  nümayəndə  hey’ətinin 

başçısı  M.Ə.Rəsulzadəyə  yazmışdı:  “Nuru  paşanın  siyasəti  get-gedə  bizim 

daxili  işlərimizə  qarışmağa  meyl  edir.  Đstanbulun  mövqeyini  ehtiyatla  aydın-

laşdırmaq  lazımdır”.  Baş  nazir  avqustun  31-də  M.Ə.Rəsulzadəyə  göndərdiyi 

məktubda  həmin  məsələni  təkrar  vurğulamışdı:  “Ən  başlıcası,  Türkiyə  ilə 

qarşılıqlı  münasibətlərimizi  qəti  aydınlaşdırmaq  lazımdır,  yoxsa  hər  bir  işi  və 

idarəetməni tam puç edən ikihakimiyyətlilik və çoxhakimiyyətlilik əmələ gəlir. 

Mən  belə  hesab  edirəm  ki,  bütün  idarəetmə  Azərbaycan  hökumətinin  əlində 




Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə