İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

müstəqilliyinə  qəsd  edən  hər  bir  kəs  -  kim  olur-olsun,  bolşevik,  menşevik 

denikinçi və i.a. fərqi yoxdur - Azərbaycanın düşmənidir”. 

Ziyadxanovun bu cavabı iki baxımdan əlamətdar və qibtəedicidir: 

 Azərbaycan 



Cümhuriyyəti 

ağlagəlməz 

beynəlxalq 

çətinliklərinə 

baxmayaraq  və  ingilis  generalının  vasitəçiliyinə  məhəl  qoymayaraq  Denikinə 

münasibətdə müstəqil xətt yeridir, real Denikin təhlükəsi qarşısında büdrəmir və 

başını  itirmir,  ləyaqət  və  şərəfini,  həm  öz  milli  mənafelərini,  həm  də  obyektiv 

olaraq Gürcüstanın mənafelərini mətanətlə qoruyur. 

− 

Rüstəmbəyova  edilən  “qə’ti  bilin...”  xəbərdarlığı  təkcə  Rüstəmbəyov 



üçün  ibrət  dərsi  deyildi.  Bu  geniş  planda  Azərbaycanın  müstəqilliyi  və 

suverenliyi  məsələsinə  yanaşmaqda  diplomatlarımızın,  dövlət  adamlarımızın 

özündən qondarmaçılığının, rəsmi xətdən sapmaların, əyintilərin qarşısını almaq 

dərsi idi, prinsipial məsələdə aydın, dürüst, dəqiq mövqe tərbiyə etmək dərsi idi. 

Dövlət  adamlarının  təfəkküründə  intizam,  sözündə  məs’uliyyət  aşılamaq  dərsi 

idi. 


Azərbaycan  Ermənistanla  da  normal  münasibətlər  yaratmağa  maksimum 

sə’y  göstərdi.  1919-cu  ilin  noyabrında  Tiflisdə  Azərbaycanla  Ermənistan 

arasında  sülh  sazişi  bağlandı.  Onu  baş  nazirlər  N.Yusifbəyov  və  A.Xatisov, 

habelə  şahid  kimi  Gürcüstan  Xarici  Đşlər  naziri  E.Gegeçkori  və  müttəfiq 

dövlətlərin  Zaqafqaziyada  ali  komissarı  əvəzi  amerikan  C.Rey  imzalamışdılar. 

C.Rey  tərəflərin  razılığı  ilə  sazişin  tə’minatçısı  tə’yin  edilmişdi.  Sazişə  görə 

Azərbaycan və Ermənistan silahlı münaqişələri dayandırmalı və bütün mübahi-

səli  məsələləri  danışıqlar  vasitəsilə  həll  etməli  idilər.  Lakin  sazişin  mürəkkəbi 

qurumamış  Ermənistan  sazişin  şərtlərini  pozdu.  C.Rey  Ermənistanın  öz 

öhdəliklərinə əməl etməsinə nail ola bilmədi. 

(C.Rey  1919-cu  ilin  oktyabrında  Azərbaycanda  -  əvvəlcə  Bakıda,  ondan 

sonra  Gəncədə  olmuşdu.  Gəncədə  o,  şəhərin  tarixi  və  görməli  yerləri  ilə  tanış 

olmuş, Gəncə valisi X.Rəfibəyov, onun müavini H.Xoyski, şəhər bələdiyyə rəisi 

Ə.Xasməmmədov, şəhərin digər rəsmi şəxsləri və ziyalılarla görüşüb söhbətlər 




aparmışdı.  Həmin  adamlar  dövrün  yetkin,  ziyalı,  hərtərəfli  inkişaf  etmiş  əsl 

azərbaycanpərvər adamları  idi.  Onlar,  ümumiyyətlə, Gəncə  mühiti C.Reyə  çox 

güclü tə’sir bağışlayır. 

Rey  Azərbaycana,  Azərbaycan  xalqına,  gəncəlilərə  heyranlığını  gizlətmir. 

Açıq  deyir  ki,  “mən  bir  çox  ölkələri,  o  cümlədən  Zaqafqaziya  respublikalarını 

gəzib  dolanmışam,  lakin  özümlə  Azərbaycan,  onun  xalqı,  burada  xalqların 

münasibəti,  nizam-intizam,  öz  Cümhuriyyətini  mədəni  əsaslarda  qurmaq 

cəhdləri  haqqında,  xüsusən  də  Azərbaycanın  ilk  paytaxt  şəhəri  olan  Gəncə 

şəhəri haqqında... ən yaxşı təəssürat, ən yaxşı xatirə aparıram”. 

C.Rey  Gəncə  şəhərində  ziyalıların  apardığı  mədəni  işdən  razılığını 

bildirərək, bu  fəaliyyət  sayəsində  Gəncədə  cəhalətə üstün gəlinməsini,  həyatda 

ahəngdarlığa  nail  olunmasını,  bütün  vətəndaşlar  üçün  eyni  şərait  və  onların 

arasında  xoş  münasibətlər  yaradılmasını,  Gəncənin  anarxiyadan  qorunub 

saxlanmasını  xüsusi  ilə  qeyd  etdi.  Bütün  bunlara  görə,  C.Reyin  fikrincə, 

Azərbaycanın gələcəyinə nigaran qalmamaq olardı. 

Gəncədə  gördüklərindən,  gəncəlilərlə  görüşlərdən  vəcdə  gələn  C.Rey 

demişdi  ki,  mən  “zəngin  təbiətə  və  mədəni  insanlara  malik  olan  Gəncə  şəhə-

rinin”  vətəndaşı  kimi  qeydə  alınaramsa,  özümü  xoşbəxt  sayaram.  Görünür, 

Bakıda  və  Gəncədə  iqtidar  nümayəndələrinin,  ziyalıların,  aristokratların  ada 

“bəy” sözünü əlavə etməklə bir-birlərinə ən’ənəvi müraciəti, bu sözdəki incəlik 

C.Reyin  xoşuna  gəlibmiş.  Yə’qin,  buna  görə  də,  o,  Gəncənin  fəxri  vətəndaşı 

seçilərsə, məhz “Ceyms bəy adı ilə” seçilməsi arzusunda olduğunu bildirmişdi. 

C.Rey  ümid  etdiyini  bildirmişdi  ki,  Gəncə  şəhər  duması  onun  xahişinə 

baxacaqdır. C.Rey Gəncədən Tiflisə getmək ərəfəsində bir xeyirxah addım atdı: 

Gəncə şəhərinin kasıb adamları üçün 50 min manat ianə verdi. 

Gəncəlilər C.Reyin xahişinə e’tinasız qalmadılar. C.Rey Gəncədən Tiflisə 

qayıtdıqdan  sonra  Gəncə  bələdiyyə  rəisi  Ə.Xasməmmədov  “Azərbaycan  Cüm-

huriyyətinin  Amerika  ilə  gələcək  mədəni-sənaye  əlaqələri  naminə”  C.Reyi 

Gəncə şəhərinin fəxri vətəndaşı seçmək təklifi ilə şəhər dumasına müraciət etdi. 



Şəhər  duması  noyabrın  4-də  həmin  məsələyə  baxaraq  qərara  aldı:  “Polkovnik 

Ceyms Rey, Ceyms bəy adı ilə Gəncə şəhərinin fəxri vətəndaşı seçilsin”. 

Ceyms bəy Gəncə şəhərinin ilk və deyəsən, hələlik yeganə amerikan fəxri 

vətəndaşıdır). 

Ermənistanla  normal  münasibətlər  yaradılmamasının  başlıca  səbəbi 

Ermənistanın  Azərbaycana  ərazi  iddiaları  irəli  sürməsi  və  bu  iddiaları  zorla 

həyata keçirmək cəhdi göstərməsi idi. Ermənistan Naxçıvanı, Dağlıq Qarabağı, 

Zəngəzuru  Azərbaycandan  qoparıb  özünə  qatmaq  istəyirdi.  Bu  nə  ilə 

nəticələndi? Ermənistanın məğlubiyyəti ilə. 

Təfsilata varmadan deyək: 

− 

Naxçıvanda  hadisələrin  cərəyanının  həqiqi  mənzərəsini  Ermənistanın 



birinci  baş  naziri  Kazaçnuni  1923-cü  ildə  e’tiraf  edib.  O  yazıb:  “Müsəlman 

Naxçıvanı  və  Şərurunda,  ...müsəlman  rayonlarında  inzibati  tədbirlərlə  qayda-

qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın 

törətməyə  məcbur  olduq.  Vedibasar,  Şərur-Naxçıvan  kimi  mühüm  yerlərdə  öz 

hakimiyyətimizi  hətta  silah  gücünə  qura  bilmədik,  məğlub  olduq  və  geri 

çəkildik”. 

− 

XΙ Qızıl Ordu 32-ci diviziyasının kəşfiyyat rəisi 1920-ci il iyunun 25-də 



Ermənistanın  Zəngəzurdakı  uğursuzluğu  barədə  yazmışdır:  “Ermənistan 

Zəngəzurda  kürdlərin  güclü  müqavimətinə  rast  gəlib.  Buraya  göndərilən  ən 

yaxşı  erməni  dəstələri  -  Andranikin,  Hamazaspın  və  Dronun  dəstələri  böyük 

itkilər veriblər... Ararat hökuməti kürdlərə qarşı fəallığını dayandırmağa məcbur 

olmuşdur”. 

− 

Ermənistanın Dağlıq Qarabağa yiyələnmək planı puç olmuşdu. 1920-ci 



il  martın  22-23-də  Ermənistanın  Dağlıq  Qarabağda  Azərbaycan  hakimiyyətinə 

qarşı təşkil etdiyi silahlı çıxış darmadağın edilmişdi. Erməni mənbələrinə görə, 

o  zaman  müharibədə  30  min  erməni  məhv  olmuşdu.  Zənnimcə,  bu  rəqəm 

şişirdilmişdir. Amma erməni silahlılarının külli miqdarda itki vermələri faktdır. 




Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə