86
Təyyar hədər vaxtına, səmərəsiz söhbətinə heyfsilənirmiş kimi
Aliyəyə küskün bir nəzərlə baxdı. Aliyə dodaqlarını büzdü,
başını sol çiyninə əyib qaldırdı: – Təyyar qardaş utanmazlıq
edirəm, axı ürəyimdə bir şey yoxdur. Təyyar gülüb yarızarafatla:
– Bu pərvanələrin birini ora sal da – dedi. – İki ölmək istəyənin
birini diriltmək. Həyat vermək lazımdır. Bilirsən mən
neynəmişəm? Haradan biləcəksən. Qəzənfərlə Əmiri bu axşam
bir-birindən ayırmışam. Qəzənfərə başqa kayutda yer vermişəm.
Neynim, qorxuram. Əmirə də tapşırmışam ki, yatanda həmişə
qapını daldan bağlasın. Onların ikisinə də yazığım gəlir. Onları
bir-birindən nə üçün ayırdığımı özlərinə deməsəm də anladılar.
Yazıqlar etiraz etmədilər, tezcə razılaşdılar. Məhəbbət yaman
bəladır, bəzən dostları da düşmən eləyir.
– Onlar yəni elə... Təyyar və inam və qətiyyətlə: – Hər şey
olar, – dedi – hər şey! – Təyyar qardaş indi ki, belədir gəmi
Bakıya gələn kimi məni işdən azad edib kadrlar şöbəsinin
sərəncamına göndərin. – Bacım bunun xeyri yoxdur. Əksinə
sənin getməyin onların hisslərini daha da alovlandırar. Bacım
gözüm bayaqdan sənin üzündə, gözündədir. Əmirin adı
çəkiləndə dodaqlarında təbəssüm, gözlərində şəfəq görünür.
Söhbətimizə Qəzənfərin adını gətirəndə qaşların düyünlənir,
alnın qırışır, dodaqların da elə sıxılır ki, – hələ baxışlarındakı
hiddəti demirəm – elə bil kimi isə pis-pis sözlərlə qırmaclamağa
hazırlaşırsan. Bax, indinin özündə də həmin ifadələr simanda
görünüb keçdi. Bacım sən Əmiri sevirsən. Öz hisslərinə biganə
olma. Bilirəm hələ götür-qoy edirsən, fikirləşirsən, əlbəttə belə
lazımdır, bu həyat məsələsi, ömür-gün sevdasıdır; bir günlük,
yaxud bir saatlıq işrət təklifi deyil ki, çox düşünməyəsən. Amma
öz ürəyinə, öz qəlbinə yaxşı boylan, yaxşı nəzər sal, orada Əmir
öz yerini tutub. Yenə də gözlərin parıltı saçdı... Yaxşı mən
gedirəm, sən də yat. Bilirəm ki, yatmayacaqsan, fikirlər səni
dara çəkəcək, xəyallar səni aləmdən-aləmə aparacaq; bu
yaxşıdır. Taleyini düşünənlər, gələcəyə şüurlu istiqamət
götürənlər peşman olmazlar. Heç bir qərara gələ bilməməyin,
87
qətiyyətsizliyin
öz
duyğularına
laqeyd
münasibət
bəsləməyindədir. Sən inanırdın, ancaq əmniyyəti səndən
uzaqlaşdıran bir təsəvvür var, o da onların iltifatlarını oğlanın
qıza olan hörməti kimi qiymətləndirilməyindir. Sən onların
hərəkətinə yaxşı diqqət yetirsən görəcəksən ki, onlarınkı adi
ehtiramdan deyil, sevənlərə məxsus bir itaətkarlıqdır. Bacım,
axı, mən də sevmişəm, mən də cavan olmuşam. Əmirin
gözlərində gözlərini bir balaca çox saxla gör nə hala düşür.
Gözlərin yenə də nur saçdı, dodaqlarını təbəssüm bəzədi. Mən
gedirəm, gecən xeyrə qalsın. Təyyar gedəndən sonra Aliyə
yarım saata qədər stuldan qalxa bilmədi. O düşünmək, yalnız
düşünmək istəyirdi. Lakin düşünə bilmirdi. Uçurduğu xəyalı bir
aləmin seyrinə dalmamış tezcə geri qayıdır, Aliyədən yeni ruh,
yeni şövq, yəni şətarət tələb edirdi. Aliyə isə onu yenidən pərvaz
edib uzaqlara göndərmək iqtidarında deyildi. Təyyarın
söhbətinin onda yaratdığı duyğular hələlik xəstə və şikəst idi.
Aliyə onları sağaltmağa çalışırdı. Ancaq buna ağlının qüdrəti
çatmırdı. Aliyə buna qabil idi; o fikir dərinliklərinə baş vurmağı,
düşüncə ənginliklərində qanad çalmağı bacarırdı. Ona mane
olan Təyyarın Aliyəyə bəxş etdiyi bir sevinc idi. O sevilirdi.
Özü də onu iki adam sevirdi. Aliyə bunu onsuz da hiss etmişdi.
Ancaq Təyyarın dilindən eşitdiyi bu nəzm o qədər şirin idi ki,
bunun hədsiz-hüdudsuz lətafəti, nəşəsi Aliyəni məst etmişdi.
Demək onun sevildiyini gəmidə çoxları bilir. Bu nə böyük
xoşbəxtlikdir. Sevilmək necə yaxşı şeydir, kaş adam həmişə
seviləydi. Sevilənlərə bu əmniyyət, bu səadətin ixlaskarlığı
bəsdir, ona dünyada heç bir şan-şövkət lazım deyil, təki sevilsin,
təki qəlblərdə yaşayan canlı əksinin haşiyəsi ülvi məhəbbətdən
olsun. Aliyəni sevinc təlatümü kayutdan eşiyə qovdu. Sonsuz
fərəh az qala Aliyəyə qapıları döydürtdürüb dedirdəcəkdi: ay
camaat sevilirəm. Mən xoşbəxtəm, mən bəxtiyaram, gəlin əlimi
sıxın, məni təbrik edin, aşab-daşan sevincimi qarşılayın. Məni
sevirlər, eşiyə çıxın, gəlin göyərtəyə toplaşıb bəxtimin
tərəqqisinə, iqbalımın fatehinə bir mahnı oxumaq, qoy dalğalar
88
səsimizi aparıb sevimli rəfiqələrimə, mənə göz verib işıq
verməyən, bədrəftarı ilə məni öz evimizdən didərgin salan
qardaşım arvadına çatdırsın. Aliyə Əmirin qapısını döymək
istədi. Lakin qatlanmış şəhadət və orta barmağını qapının
taxtasına yavaşca toxundurub əlini geri çəkdi, yumruqlarını
sinəsinə sıxdı, çiyinlərinə səpələnmiş saçlarını xışmaladı, dala
döndü, üç, dörd addım atıb dayandı, geri qanrıldı, çevrilib
Əmirin qapısının ağzına gəldi. Nədənsə bayaq Qəzənfərin
kayutu zənn etdiyi qapını döyməyə qolu qalxmadı, utandı. Sanki
Əmirin gözlərinə görünməsində bir ədəbsizlik vardı. Aliyə öz
kayutuna yüyürdü. Kamanı götürüb göyərtəyə çıxdı. Qnextin
üstündə oturub kamanın biz ayağını sol dizi üzərində rahatladı.
Barmaqlarını pərdələrdə gəzdirdi. Kamanın həzin naləsini
gəminin arxasından əsən külək alıb irəli apardı. Gecənin
intəhasız qara qəlbini sanki kiçik bir qəlbin sevinci doldurdu.
Üzü görünməyən ləpələrin hərəsi ağ dodağında bir mahnı gətirib
gəmiyə çatdırdı, gəmini ötdü, irəli axışıb Aliyənin sevincini
bütün dənizə payladı. Gəmi yırğalandı, ağır-ağır gah sağ, gah da
sol böyrü üstə əyilib düzəldi. Motor gumbuldadı, sükan çarxları
cingildədi. Elə bil gəmi özünü beşiyə bənzədərək fərəhdən bihal
olmuş Aliyəyə layla çalırdı. Gəmi gedir, kamanın səsi isə axıb
sulara tökülərək ləpələrin intizamsız mahnılarına zəngulələr
vururdu. Aliyə arxa tərəfdən insan nəfəsi duydu. Geri boylandı.
Əmir beş addım ondan aralı dayanmışdı.
– Əmir, yatmamışdın? – Aliyə qalxıb utancaq, hətta
peşmançılıq duyulan bir səslə dilləndi. – Yuxunu sənə haram
elədim... Hərəkətsiz dayandığı üçün gecənin qaranlığında heykəl
görkəmi alan Əmirdən səs gəlmədi. Lakin onun dilinin ucunda
sual vardı: «Aliyə, mənim qapımı sən döydün?» – Əmir... Aliyə
nə soruşacaqdı? Yoxsa, Əmirə «Yaxın gəl, niyə uzaqda
durmusan!» – deyəcəkdi? Kim bilir, bəlkə də bütün varlığını
çulğalamış sevincə əsir düşməsini söyləmək istəyirdik.
Qaranlığa bürünmüş ismət-həyanın, izzəti-nəfsin hansı
təmənnada olduğunu müəyyən etmək çətin idi. – Qapını döyən
Dostları ilə paylaş: |