İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 
83 
çatdı. Aliyə bacım qorxma, mənim haqqımda düşündüklərindən 
sonra  utanacaqsan.  Mən  bura  alçaq  bir  məqsədlə  yox,  bacı-
qardaş  söhbəti  eləməyə  gəlmişəm.  Aliyənin  baxışlarında  kin-
küdrət  göründü:  «Özünü  mənə  sözlə  tanıtma.  Bugünkü 
yığıncaqda sənin ürəyini, qəlbini gördüm, bunlar mənə bəsdir.» 
– Mən heç kimdən qorxmuram. Aliyənin səsi elə çıxdı ki, elə bil 
Təyyara  deyirdi:  «Sən  nəsən  ki,  mən  qorxam!»  Təyyar 
təqdiredircəsinə güldü: 
–  Onu  bilirəm.  Aliyə  bacım,  anladığıma  görə  mənə  nifrət 
edirsən,  çünki  mən  durub  Qəzənfərin  barəsində  ağız  açmadım. 
Mənim  susmağım,  onların  təklifi:  bunlar  hamısı  sənin  xatirinə 
idi. Mən xeyirxahlıq eləmək istəmişdim, amma sən tərsinə başa 
düşürsən.  Sənin  yanına  gəlməyəcəkdim.  İncidiyini  unuda 
bilmədim.  Sözün  düzü  bu  narahatlıq  məni  yatmağa  qoymadı. 
Gəldim  ki,  hər  şeyi  açıb  sənə  söyləyim.  Bir  nəticəyə  gəlmək 
lazımdır. Məsələni qurtaraq; ya o yanlıq olsun, ya da bu yanlıq. 
Mən  bu  günə  kimi  elə  fərz  edirdim  ki,  sən  Əmiri  sevirsən. 
Yığıncaqda  isə  Qəzənfəri  necə  müdafiə  etdiyini  görəndə  səni 
anlaya bilmədim. Ona görə də mən yığıncaqda dillənmədim, sən 
qələbə  çaldın.  Aliyə  Təyyara  qəribə  bir  heyrətlə  baxırdı,  onu 
maraqla dinləyirdi. Sanki ürəyinin təşnəsi bu dağlar çeşməsinin 
sərin  suyu  ilə  soyuyurdu.  –  Aliyə  bacım,  –  deyə  Təyyar 
söhbətini  davam  etdirdi,  –  mən  yaltaq,  ikiüzlü  adam  deyiləm. 
Özünü  tərifləyənlərdən,  özündən  deyənlərdən  zəhləm  gedir. 
Öyünmək  itə  yaraşır.  Mən  sənin  qarşında  öyünməyə 
gəlməmişəm.  Mən  ailə  başçısıyam.  Öz  şəxsi  həyatımdan 
danışmıram.  Demək  istəyirəm  ki,  bu  ailənin,  gəmi  ekipajının 
başçısıyam.  Burada  ağıllı  adamlar  çoxdur.  Lakin  bunların 
arasında  ağlı,  düşüncəsilə  özünü  idarə  edə  bilməyənlər  də  var. 
Bir  atanın  ağıldan  dövlətli  də,  ağıldan  kasıb  da  övladı  olur. 
Ancaq onların hər ikisi ata üçün övladır. Mən bir qədər gələcəyə 
nəzər salıb belə qərara gəlmişəm ki, gərək onların ikisindən biri 
gəmidən  getsin.  Səni  onların  ikisi  də  sevir.  Heç  biri  də  öz 
məhəbbətindən  əl  çəkmək  istəmir.  «İki  qoçun  başı  bir  qazanda 


 
84 
qaynamaz.»  Gec  də  yox,  lap  bu  günlərdə  onların  arasında  bir 
hadisə baş verməlidir. Əlbəttə Qəzənfər Əmirlə mərdi-mərdanə 
vuruşmaz.  Bəs,  Qəzənfər  nə  etməlidir?  Fiziki  zəifliyinə  görə 
məğlub  olmalıdır?  Yox,  o  hər  cür  işlərə  əl  ata  bilər.  Mən 
Qəzənfərdən  belə  şeyləri  gözləməkdə  haqlıyam,  çünki  onun 
necə  adam  olduğunu  çox  yaxşı  bilirəm.  –  Sən  nə  danışırsan?! 
Heç elə alçaqlıq olar?!  
–  Aliyənin  dəhşətdən  nəfəsi  tıxandı.  Səsi  elə  bil  dərin  bir 
quyunun  dibindən  boğulub  çıxırdı.  O  qorxu  və  dəhşətdən 
uçunurdu.  Təyyar  onun  qolundan  tutub  stula  oturtdu.  –  İndi 
əyləşə  bilərsənmi?  Otur,  mənim  adamları  hələ  yaxşı  tanıya 
bilməyən bacım, otur. Aliyə bu saat elə bir vəziyyətdə idi ki, elə 
bil  kimisə  öldürmüşdü,  yaxud  ona  görə  hansı  bir  günahsızısa 
boğazında  asmışdılar,  bir  azdan  qəzəbli  insan  izdihamı  qapını 
sındırıb içəri doluşacaq, onu lənətləyib kötəkləyəcəkdilər. – Mən 
Qəzənfəri ona görə müdafiə etmədim ki... Anasının xəstələndiyi 
üçün səfərdən qalanı... – Aliyə bacım, o sənə yalan danışıb. Sən 
uşaq  kimi  sadəlövhsən,  hər  sözə  inanırsan.  O  içib,  keflənib. 
Səfərdən  buna  görə  qalıb.  Mən  onu  danışdırmışam.  Anasının 
xəstələndiyi  barədə  mənə  heç  nə  deməyib.  Demək,  anası  xəstə 
deyilmiş.  Xəstələnmiş  olsa  sözlə  onun  vəziyyətini  bir  az  da 
ağırlaşdıraraq  mənə  danışardı.  Bir  də  ki,  doğru  sözün  ahəngi 
başqadır.  Gərək  sən  bunu  müəyyən  etməyi  bacaraydın.  Adam 
danışanda onun gözlərinin içinə diqqətlə bax, ifadə tərzinə yaxşı 
fikir  ver,  gör  dilin  söylədiklərini  gözlərdə  əks  olunanlar 
təsdiqləyirmi. İndi mənə de görüm o sizlə kinoya getmişdimi? – 
Getməyə qoymadım. Dedim ki, get ananla görüş. 
– O nə söylədi? – Dedi kinodan sonra gedəcəm. – Bəs, sən 
onu necə məcbur etdin?  
–  Mən  məcbur  etmədim,  öz  sözü  ilə  onun  özünü 
utandırdım. O mənə söyləmişdi ki, anamı çox istəyirəm. Mən də 
ona həmin sözü xatırlatdım.  
–  Sonra?  –  Sonra  duruxub  getdi.  –  Onun  keflənməsinin 
səbəbini  təhlil  etməyək  ki?  Məncə  aydındır,  o  barədə  çənə 


 
85 
çalmağa  dəyməz,  elə  deyilmi?  Aliyə  öz  keçmiş  qüsurlu 
hərəkətini xatırlayıb kədərlənən, indiki ağlının o zaman başında 
olmadığına təəssüflənən adam qüssəsilə:  
– Elədir, – dedi. – Mən o vaxt belə fikirləşmişdim. Mənim 
ağlıma  o  gedəndən  sonra  gəldi  ki,  Qəzənfər  gedib  içəcək.  Biz 
onu  axtardıq,  ətrafdakı  aşxanaların  bir  neçəsinə  baxdıq,  ancaq 
tapmadıq.  Təyyar  cibindən  bir  papiros  çıxartdı.  Papirosun 
gilizinə  üfürüb onu damağına aldı. O papiros çəkmək istəyirdi. 
Lakin  papirosu  yandırmır,  kibriti  baş  və  şəadət  barmaqları 
arasında  fırlatmaqla  tüstüyə  olan  meylini  öldürürdü.  O  nəyin 
haqqındasa  xeyli  fikirləşdi.  Aliyə  də  sözünü  qurtarıb  gözlərini 
ona dikmişdi. Görəsən Təyyar ona indi nə deyəcəkdi? Aliyənin 
baxışları  cəsarətsiz  və  utancaq  idi.  Təyyar  kibriti  cibinə  qoyub 
papirosu damağından götürdü.  
–  Hə,  Aliyə  bacım  –  deyə  dalğınlıqla  dilləndi.  – 
Yığıncaqdakı  müdafiədən  mən  elə  bilirdim  ki,  hər  şey  sənə 
məlumdur,  Qəzənfəri  sevirsən,  bunun  üçün  də  onun  gəmidən 
qovulmasına etiraz edirsən. Demək o səni aldadıbmış. Qəzənfər 
sənə  qızıl-qırmızı  yalan  danışıbmış.  Bəs  indi  nə  fikirdəsən? 
Aliyə  nə  deyə  bilərdi?  Onların  hansını  sevirdi?  O  hələlik  bu 
haqda  heç  nə  söyləyə  bilməzdi.  Axı,  onun  ürəyində  məhəbbət 
fırtınası  qopmamışdı,  qəlbini  sevgi  qasırğası  ehtizasa 
gətirməmişdi, könlündəki yer bomboş idi. Hafizəsinə hələlik heç 
kimin surəti nəqş olunmamışdır. Belə bir xəyal Aliyənin zehninə 
köçürülmüş olsaydı o həmin surəti öz həsrəti, intizarı ilə bəzəyib 
əzizləyərdi.  Soruşanda  cəsarətli  olar,  tərəddüd  etməz,  ürəyinin 
arzusunu,  könlünün  diləyini  dilinə  gətirməkdən  utanmazdı. 
Aliyənin könül aləminə bahar gəlməmişdi. – Bilmirəm. – Özünü 
başa  düşürsən?  Aliyə  başının  hərəkətilə:  bəli  –  dedi.  Təyyar 
təəccübdən çox məzəmmətə oxşar bir tövrlə: 
–  İnanmıram  –  dedi  –  Yoxsa  ikisini  də  sevirsən?  Aliyə 
utanaraq:  
–  Heç  elə  olar?!  –  deyib  başını  aşağa  saldı.  –  Heç  birini 
sevmirsən?  Aliyə  əllərini  sinəsində  çarpazlayıb  çiyinlərini  atdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə