İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə135/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   128   129   130   131   132   133   134   135   136

                                                                                                                                                      

392


dar ağa özünə dalda yer seçib arxaya bir-iki güllə atdıqdan sonra gördü ki, 

gələnlər  dayandılar  və  geri  qayıtdılar.  Cahandar  ağa  yəqin  etdi  ki, 

Allahyargilin  kəndində  qoçaq  adam  yoxdur.  Onun  dalınca  axıra  qədər 

gəlməyəcəklər.  O,  atını  yarğanların  dibi  ilə  rahatca  sürdü  və  girməyə

çatanda Kürü üzüb meşəyə keçdi. Birbaş Göytəpəyə qayıtdı. Bir neçə gün 

evdə qaldıqdan  sonra kəndin  arasına  çıxdı.  Gözü  ilə  Molla  Sadığı  axtardı. 

O,  Molla  Sadıqla  birdəfəlik  haqq-hesabı  çürütmək  istəyirdi.  Fikirləşmişdi 

ki,  bəlkə  divan-dərə  adamları  tökülüb  gəldilər,  məni  qamarlayıb  araya 

aldilar,  ya  tutdular,  ya  da  başıma  bir  iş  gəldi.  Molla  Sadıq  sağmı  qalsın? 

Ancaq  xoşbəxtlikdənmi,  yoxsa  bədbəxtlikdənmi,  nədənsə,  o  günü  molla 

gözə dəymədi. Cahandar ağa kəndin arasında bir xeyli hərləndikdən sonra 

evə qayıtdı. Kişi bir şey hiss etdi ki, camaat ona əvvəlki kimi baxmır. Elə

bil  ondan  çəkinirlər.  Onunla  üz-üzə  gəlmək  istəyənlər  azalıb.  Kişi 

baxışlardan  oxudu  ki,  onu  məzəmmət  eləyənlər  də  var.  Axı,  mən  nə

etmişəm? Hansı haqsız iş tutmuşam ki, məni qınayırlar? 

Cahandar  ağa  evə  qayıtdıqdan  sonra  heç  kəsin  üzünə  baxmadı.  Yer 

saldırıb  yatdı.  Titrəməli  adamlar  kimi  yorğanın  altında  əsdi.  Nə  qədər 

çalışdısa  da,  Allahyarın  son  anını,  gözlərindəki  axırıncı  ifadəni  unuda 

bilmədi. Cahandar ağa düşmənini öldürdükdən sonra hər şeyi unudaraq bir 

neçə  saniyə  onun  üzünə  baxmışdı.  Kişinin  yazıq  görkəmi  qəlbini  riqqətə

gətirmişdi. Ani olaraq düşünmüşdii ki, bunun günahı nəydi? Mənə nə pislik 

eləmişdi  ki,  öldürdüm?  Hər  nə  eləmişdimsə,  mən  eləmişdim.  Əgər  mən 

onun arvadını götürüb qaçmasaydım, heç məni tanımazdı da! 

Cahandar ağa papiros eşdi. Yandırıb tüstülətdi. Sonra paltarını geyindi. 

Adəti  üzrə  əvvəlcə  xəncərini  bağladı.  Qoltuqaltısını  boynundan  aşırdı. 

Tüfəngini yoxlayıb xəzinəyə güllə verdi və bundan sonra həyətə çıxdı. Hava 

hələ  qaranlıq  idi.  Çisələyirdi.  Yer  sürüşkənləşmişdi.  Toyuqlar  tarda 

qığıldaşırdılar. Arabir torağaylar pırıltı ilə havaya qalxırdı. Xırman yerində

gölməçələr var idi. Cahandar ağa talvarın altına getdi. Son vaxtlar gecələr 

belə,  yəhərli  saxladığı  ata  baş  çəkirdi.  At  sahibini  görən  kimi  qulaqlarını

şəkləyib astadan tırıldadı. Kişi onun yalını tumarladı, axurundakı otu, arpanı

yoxladı. Samanlığın üstünə doğru getdi. Kür tərəfdən əsən sərin hava onun 

üzünə vurdu. Qaşına, kirpiklərinə çisək qondu. Cahandar ağa istidən çıxmış

adamlar  kimi  bu  sərinlikdən,  üzünü  yalayan  narın  yağışdan  ləzzət  aldı. 

Sinəsini  qabardıb  Kürə  doğru  baxdı.  Alatoran  yaxşı  seçilməsə  də,  kişi 

suların necə 

  



                                                                                                                                                      

393


burulduğunu,  ləpələrin  sahil  torpaqlarını  necə  yaladığını  uğultudan  təyin 

etdi. O başa düşdü ki, su daşıb. Neçə gündən bərk yağan yağış Kürü yenə

yerindən oynadıb. Sular köhlən at kimi cilovu gəmirir, yatağına sığmır. 

Azacıq  işıqlandı.  Beş-altı  addımlıqdakı  quru  otlar,  xırdaca  kətyən 

kolları, sahilə enən boz cığırlar görürdü. Kişi donmuşdu. Tüfəngini dizinin 

üstünə  aldı.  Yenə  papiros  eşdi.  Gözünü  isə  samanlığın  üstündə  bitən 

kətyənə  zillədi.  Çiskin  onun  quru  şaxlarında  tumurcuqlanmışdı. 

Qoşabuynuz bir ilbiz qabığından çıxıb budağın üstü ilə süründü. Cahandar 

ağa ikrahla üzünü yana çevirdi. Elə bu vaxt talvarın altındakı at qulaqlarını

şəkləyib kişnədi, Kişi hövlnak dönüb baxdı. Gördü ki, atın gözləri oynayır. 

Yalının tükləri pırpızlanıb. At yerində vurnuxur dartınır və təlaşla firlanır. 

O,  ayağa  durdu,  Samanlığın  üstündən  enmək  istədi.  Haradasa  lap 

yaxında, suvadağın bərabərində at kişnədi. Cahandar ağa tüfəngini hərləyib 

barmağını  tətiyə  uzatdı.  Darvazadan  səs  gəldi.  Nökərlər  doqqaza  çıxana 

qədər  iki  atlı  kazak  siyirmə  qılınc  həyətə  girdi.  İtlər  irəli  atılıb  onları

yəhərdən salmağa çalışdı. Nökərlər araya keçdilər. Kazaklardan biri acığını

Tapdığın üstünə tökdü: 

- Ağan hanı? 

Tapdıq  onun  dediklərini  başa  düşmədiyindən  çiyinlərini  çəkdi.  Kazak 

isə daha da hirsləndi: 

- Çağır gəlsin, pristav gözləyir! 

Cahandar  ağa  başa  düşdü  ki,  pristav  onu  alaqaranlıqda  boş-boşuna 

yanına  çağırmır.  Özləri  qəsdən  qaranlıqkən  gəliblər  ki,  yuxulu-yuxulu 

üstünü  kəsdirsinlər.  Yəqin  ki,  bacarsalar  Cahandar  ağanı  tutub  qollarını

bağlayacaq  və  atın  qabağına  salıb  aparacaqlar.  O  bir  anlığa  özünü 

siyirməqılınc altında təsəvvür etdi. Kazaklar onu atın döşü ilə vurur, tez-tez 

tüfəngin  qundağı  ilə  itələyirdilər.  Yüyəni  çeynəyən  atların  nəfəsi  onun 

kürəyini yandırırdı. 

Kişi  birdən-birə  silkələnib  titrədi.  Beyninə  qan  sıçradı.  Gözü  heç  nə

görmədi.  Dünya  başına  hərləndi.  Kür  də,  meşə  də,  sahildəki  çəmənlik  də, 

evlər də, cığırlar da fırlanıb gözünün önündən keçdi. Tətiyi çəkdi. Dalbadal 

güllə  şaqqıldadı.  Atlar  kişnədi.  Kazakın  ikisi  də  yəhərdə  ləngərləndi. 

Qılınclar  yerə  düşdü.  Hürkmüş  atlar  doqqazdan  aralanıb  xır  yoluna  qədər 

çapdı. Cahandar ağanın başının üstündən vıyıltı ilə iki güllə keçdi. Yarğan 

şaqqıldadı.  Yenə  at  kişnədi.  Cahandar  ağa  yerə  yatdı.  Sonra  sıçrayıb 

samanlığın yanına getdi. Yarğanın qarşı- 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə