İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə131/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   128   129   130   131   132   133   134   135   136

                                                                                                                                                      

380


-  Mənə  bir  direktor  kimi  etimad  edilməməsindən.  Mən  xahiş  edirəm, 

göstəriş verəsiniz, bundan sonra bir daha tələbələrin və müəllimlərin izzət-

nəfsinə toxunmasınlar. Elə bilirəm biz nə iş tutduğumuzu polislərdən yaxşı

başa düşürük. 

Qubernator kürsüdə bir az yayxandı və gozünü qıyıb müsahibinə baxdı. 

Dmitri  Dmitriyeviç  də  gözünü  ondan  çəkmədi.  O  nə  qədər  çalışdısa  da, 

sifətinin  bircə  əzası  belə  tərpənməyən,  soyuq  baxışlı  qubernatorun  nə

duşündüyünü,  onun  dedikləri  ilə  şərik  olub-olmadığını  müəyyənləşdirə

bilmədi.  Qubernator  yenə  əvvəlki  kimi  sakit  və  təmkinli  idi.  Ona  görə  də

onun verdiyi sual Semyonov üçün çox gözlənilməz oldu. 

- Peterburqdan çoxdanmı çıxmısınız? 

- On ildir. Necə məgər? 

- Heç, elə-belə soruşdum. Buralarda darıxmırsınız ki? 

- Öyrəşmişəm. Bir də iş çoxdur. 

Qubernator  ayağa  durdu.  Asta  addımlarla  pəncərəyə  yaxınlaşıb  taxtanı 

araladı.  Şiddətli  işıq  zolağı  qaranlığı  qılınc  kimi  kəsdi  və  mizin  üstünə

sərildi. Divarın bir tərəfi işıqlandı. Şəkildəki imperatorun paqonu, ordenləri 

və  qızıl  düymələri  işığa  qərq  oldu.  Qubernator  əllərini  geri  yanında 

çarpazlayıb  bir  çiyni  üstündə  döndü  və  Semyonova  çəpəki  nəzər  saldı. 

Semyonov  onun  azacıq  donqarlanmış  belini  və  qövsşəkilli  əyri  qıçlarını

aydın gördü. Onun dizinin kündəsinə qədər çəkdiyi çəkməsi, dabanlarındakı

mahmızlar par-par parıldayırdı. 

- Sizi Qafqaza kim göndərib? 

-  Mənimi?  -  deyə  Semyonov  təəccüblə  soruşdu  və  çiyinlərini  çəkdi.  - 

Heç kim. 

- İstəsəniz Peterburqda qala bilməzdinizmi? 

- Qala bilərdim, ancaq elə zənn edirəm ki, mən burada daha çox fayda 

verirəm. 

- Kimə? 

Semyonov  bu  gözlənilməz  sualdan  sonra  bir  az  duruxdu  və  gördü  ki, 

qubernator yenə əvvəlki kimi dayanıb, çəpəki nəzərlə ona baxır. 

- Qafqaz xalqına və öz millətinə. 

- Maraqlıdır... Çox maraqlıdır. - Qubernator gəlib öz yerində əyləşdi və 

mizin üstündəki zəngi çaldı. Bayaqkı cavan zabit qapının ağzında göründü. 

Qubernator üzünü Dmitri Dmitriyeviçə tutdu. – Bir fincan qəhvə gətirsələr, 

imtina etməzsiniz ki? 

- Çox sağ olun. 

- Buyuracaqsınız. 

  



                                                                                                                                                      

381


Zabit  heç  iki  dəqiqə  keçməmiş  gümüş  sinidə  qəhvə  gətirdi.  Fincanlara 

süzdü  və  dinməz-söyləməz  çıxıb  getdi.  Qubernator  fincanın  birini  Dmitri 

Dmitriyeviçin qabağına qoydu, birini də özü götürüb qaşıqla qarışdırdı; 

- Cənab Semyonov, Siz burada kimi təmsil edirsiniz? 

- Sualımz çox mürəkkəbdir, zati-aliləri! 

-  Burada  mürəkkəb  bir  şey  yoxdur,  -  deyə  qubernator  gülümsündü.  – 

Məsələn,  mən  əlahəzrət  imperatorumuzu,  böyük  rus  imperiyasını  təmsil 

edirəm. Bəs Siz? 

- Mənmi? - Semyonov da gülümsündü, - mən olsa-olsa rus ziyalılarının 

bir nümayəndəsiyəm. 

- Unutmayın ki, rus ziyalılarının çoxu imperiyanın məmurudur. 

Elə Siz özünüz də Qafqaza gəlmiş bir məmursunuz. 

- Zati-aliləri, rəsmi vəzifədən başqa bir də hər insanın vətəndaşlıq borcu 

var.  Mən  rəsmi  məmurlardan  daha  çox  öz  vətəndaşlıq  borcumu  yerinə

yetirməyə çalışıram. Elə Qafqaza da bu məqsədlə gəlmişəm. 

- Maraqlıdır... Çox maraqlıdır... Lütfən söyləyin görüm, Siz vətəndaşlıq 

borcunu nədə görürsünüz'? 

-  Öz  millətimin  və  vətənimin  şərəfini  ucaltmaqda.  Zənnimcə,  hər  bir 

namuslu  vətəndaş  çalışmalıdır  ki,  öz  hərəkətləri  ilə  mənsub  olduğu  xalqın 

yaxşı  keyfiyyətlərini nümayiş etdirsin.  Bəzən bir adamın timsalında bütün 

xalq haqqında təsəvvür yaranır. 

-  Ona  görə  də  buralarda  məktəb  açıb  yerlilərin  uşaqlarına  dərs 

deyirsiniz,  eləmi?  Həm  də  bu  işin  rus  millətinə  xeyri  olduğunu 

söyləyirsiniz.  Məni  başa  salın  görüm,  yerli  millətlərin  savadlanmasının 

ruslara nə kimi xeyri dəyə bilər? 

Dmitri  Dmitriyeviç  elmin,  maarifin  hamıya  lazım  olduğundan, 

savadsızlığın  nəinki  ucqarlarda,  hətta  Rusiyanın  mərkəzində  də  bəlalar 

törətməsindən,  hər  bir  namuslu  ziyalının  bu  bəlalarla  mübarizə  aparmağa 

borclu  olduğundan  danışmaq  istəmədi.  Hiss  etdi  ki,  qubernator  qəsdən, 

hansı bir gizli niyyətləsə bu cür sual verir. Ona görə də onun rəsmi sualına 

rəsmi cavab verməyi qərara aldı: 

-  Xeyri  olmasaydı,  əlahəzrət  imperator  özü  yerlilər  üçün  məktəb 

açılması haqqında fərman verməzdi. 

Qubernatorun  sol  qaşı  azacıq  səyridi.  Gözünün  qarası  bir  neçə  saniyə

titrədi.  Ancaq  bunlar  çox  çəkmədi.  Onun  sifəti  yenə  əvvəlki  kimi  soyuq 

ifadə aldı. Dodaqlarında anlaşılmaz bir təbəssüm oynadı: 

  



                                                                                                                                                      

382


-  Əlahəzrət  imperatora  yerlilərdən  rus  dilini  bilən  məmurlar  lazımdır, 

cənab  direktor,  amma  Siz,  deyəsən,  bu  vəzifəni  unudub,  maarif  məşəli 

yandırmaq istəyirsiniz. 

- Bu bizim tarixi borcumuzdur. Millətlər gərək bir-birinə kömək etsinlər, 

şüurlar oyansın. 

- Borc... millət... şüurlar oyansın. Çox maraqlıdır, çox maraqlıdır. 

Qubernator  siyirtməni  çəkdi.  Xeyli  eşələndikdən  sonra  iri  bir  şəkil 

çıxardıb, astaca Semyonova doğru itələdi: 

- Bunu tanıyırsınızmı? 

Dmitri  Dmitriyeviç  şəkli  götürdü.  Jiletinin  döş  cibindən  eynəyini 

cıxardıb gözünə taxdı və diqqətlə baxdı: 

- Tanıyıram. Müəllimdir. Bizim seminariyaya tələbə gətirmişdi. 

Göytəpədəndir. Adı Əhməddir. 

- Bəlkə tələbələri bəhanə edib Kipiani ilə görüşməyə gəlmişdi? 

- Mən Sizə təəccüb edirəm, cənab qubernator, nə üçün hamıya şübhə ilə 

yanaşırsınız? 

- Bəs bu necə? – deyə qubernator təzə bir şəkli qəzəblə masanın üstünə

atdı. 


Semyonov şəklə baxdı. Təəccüblə çiyinlərini çəkdi. Sonra ayağa durub 

otaqda  hirslə  gəzinən  qubernatora  baxdı.  O,  elə  bil  bir  az  bundan  əvvəlki 

sakit adam deyildi. Dabanlarının zərbindən döşəmə titrəyir, mahmızlarının 

cingiltisi otağı doldururdu. 

- Bunun oğlu Sizin seminariyada oxuyur. Özü isə meydanda at oynadıb 

bizim  kazaklarla  döşləşir.  Heç  kəsi  tanımaq  istəmir.  Başa  düşdünüzmü 

bunlar nə deməkdir, cənab Semyonov? Əgər onları vaxtında əzməsək, bizə

qan  uddurarlar.  Unutmayın  ki,  biz  buraya  qoşunla,  ordu  ilə  gəlmişik. 

Süngülər,  kazak  qılıncları,  qalalar  olmasa,  bircə  gün  də  hakimiyyəti  əldə

saxlaya  bilmərik.  Aydındırmı?  Bizə  Sizin  maarif  ordunuz  yox,  əli  qılınclı

kazak lazımdır. 

Qubernator dabanı üstə qalxıb bir-iki dəfə ləngər vurduqdan sonra keçib 

yerində əyləşdi. Dərhal əvvəiki kimi balacalaşdı və sakitləşdi: 

- Qəhvənizi için. 

Semyonov soyumuş qəhvəni dodaqlarına yaxınlaşdırdı. Qurtum-qtırtum 

içməyə başladı. Onun hulqumu qalxıb-endi, nə qədər çalışdısa da, qurultunu 

kəsə bilmədi. Özü də hiss etdi ki, əlləri əsməyə başlayıb. Qubernator qaşığı

sakitcə fıncanın içində hərlədi. Gözünü qapıya doğru zillədi: 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə