İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə134/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   128   129   130   131   132   133   134   135   136

                                                                                                                                                      

389


Dərhal  kazaklardan  biri  atını  sürüb  onu  itələdi.  Əhməd  ehtiyatlanmağa 

başladı. Deyəsən, onun özünü də gözdən qoymaq istəmirdilər. 

"Zayez'in  həyətinə  girəndə  Molla  Sadıq  qabağa  keçdi.  Kazaklara  fikir 

vermədən irəli yeridi və birbaş otağa girib pristavla görüşdü. Əhməd yenə

əvvəlki yerinə gəldi. Kürəyini divara söykəyib əllərini köksündə çarpazladı. 

Molla  ilə  pristav  bir  xeyli  bir-birinin  üzünə  baxdılar.  Əhməd  onların 

gözündəki mənanı oxudu və başa düşdü ki, pristavla molla məsləhətləşmək, 

gizli bir məsələ barədə söhbət etmək istəyirlər. Pristav ondan nə soruşacaq, 

molla  isə  əvvəlcədən  şərtləşdikləri  üzrə,  ona  müəyyən  məsələləri  açıb 

deyəcəkdi.  Ancaq  Molla  Sadıq  indi  Əhmədin  hüzurunda  danışmaqdan 

ehtiyat edirdi. Birdən Əhmədin ağlına bir fikir gəldi: bəlkə elə bunu bəhanə

edib  birtəhər  otaqdan  çıxsın,  onları  tək  buraxsın?  Sonra  da  kazakların 

gözündən yayınıb heç olmasa beş-on dəqiqəliyə kəndə qaçsın? 

Otaqdakı  sükut  xeyli  çəkdi.  Molla  Sadıq  gözucu  Əhmədə  baxanda,  o 

sakitcə  qapıya  doğru  addımladı.  Eyvana  çıxdı.  Ancaq  kazaklar  Əhmədə

həyətə düşməyə imkan vermədilər. Pristav molla ilə üzbəüz qaldıqdan sonra 

dərhal  sözə  başlamaq  istədi,  elə  buradaca  başa  düşdü  ki,  molla  ilə  heç  nə

danışa bilməyəcək. Nə molla onu başa düşəcək, nə də o, mollanı. 

Əhmədi  geri  çağırdılar.  Pristav  mollanın  sifətindəki  həyəcanı  oxudu. 

Gülümsünərək üzünü Əhmədə tutdu: 

-  Mollanı  başa  sal  ki,  mən  sənə  etibar  edirəm.  Səndən  gizli  söhbətiniz 

ola bilməz. Çünki sən də qulluqçusan, hökumət adamısan. Qoy ürəyində nə

varsa, hamısını desin. Səndən ehtiyat etməsin. Əvvəlcə soruş gör, Cahandar 

ağadan nə bilir, bu saat evindədir, ya yox? 

Əhməd üz-gözünü ikrahla turşutdu və mollaya sarı döndü. Molla Sadıq 

onun  kəskin  baxışlarından  diksinib  yerində  fısıldadı.  Əhməd  isə  hirsindən 

dişini- dişinə qısdı: 

-  Pristavın  dediklərini  başa  düşdünmü,  molla  cənabları?  İndi  də

satqınlığa  başlamısan?  İndi  də  xəfiyyəlik  eləyirsən?  Adamları  ələ  verib 

yerini  xəlvətləmək  istəyirsən?  Buyur,  de  görək  Cahandar  ağa  haradadır? 

Dillən,  niyə  susursan?  Camaatı  gecə  vaxtı  töküb  gətirmisən,  tez  ol,  düş

qabağa, göstər onun evini. De ki, yaralıdır, evdə xəstə yatır. 

- Artıq-əskik danışma. Hökumət nə iş tutduğunu bizdən yaxşı bilir. 

Cahandar ağa gündə bir adam öldürüb gəzəcək, biz də susacağıq? 

Əhməd  iki  addım  irəli  gəldi.  Molla  ilə  üzbəüz  dayandı.  Onların  nəfəsi 

bir-birini qarsaladı. 

  



                                                                                                                                                      

390


- Taqsır Cahandar ağadadır. O gərək əvvəlcə səni susduraydı ki, satqının 

biri azalaydı. 

Molla Sadıq dik atıldı. Onun boynunun damarları şişdi: 

-  Cənab  pristav,  əvvəlcə  bu  kafirin  dilini  kəsmək  lazımdır.  Mən  onun 

yanında sizə heç nə deməyəcəyəm. 

Pristav  dili  başa  düşməsə  də,  anladı  ki,  molla  həddindən  artıq 

qəzəblənmişdir. Elə Əhmədin özü də tir-tir əsir. Pristav gördü ki, Əhmədin 

əlacı olsa bu saat mollanı əlləri ilə boğar, dişləri ilə parçalayar. Pristav onu 

da başa düşdü ki, əvvəlcə Əhməddən istifadə etmək, sonra qollarını sarıyıb 

atın  qabağına qatmaq  fikri  baş  tutmayacaq.  Əhməd  onlara  heç nə  tərcümə

etməyəcək. O istəyirdi ki, Əhməd onu tutmağa gəldiklərini hələlik bilməsin, 

arxayın olsun. Ancaq deyəsən Əhməd o qədər də sadəlövh deyildi. Elə ilk 

dəqiqələrdən hər şeyi hiss etmişdi. Pristav qərara aldı ki, oyun oynamasın, 

elə birbaşa işə keçsin. Hirslə ayağa durdu. Əhmədlə qabaq-qabağa dayandı: 

- Cənab Peterburq studenti, deyəsən, səninlə də haqq-hesabı çürütməyin 

vaxtı  çatıb.  Səni  də  dostun  Kipianinin  yanına  göndərmək  lazımdır.  Mən 

səninlə adam kimi rəftar etmək istəyirdim, amma başa düşmədin. - O, üzünü 

kazaklara tutdu. - Bağlayın qollarını! 

- Sizin məni tutmağa əsasınız yoxdur. 

- Tapılar. Axtarın bunun evini! 

Kazakların  ikisi  irəli  keçib  Əhmədin  qollarını  arxadan  tutdu.  Yekəpər 

kazak dərhal qabağa yeridi. Qıllı papağını qıllı qaşının üstündən geri çəkdi. 

Ağzını qulağının dibinəcən açıb istehza ilə güldü: 

- İndi bildinmi nədən ötrü gəlmişəm, cənab uçitel! 

- Bildim, ancaq xeyri yoxdur. Zaman öz bildiyini tutacaq. 

Əhmədi  həyətə  çıxartdılar.  Evin  altını  üstünə  çevirdilər.  Dəftərləri, 

kitabları  dağıtdılar.  Pəncərənin  önündəki  qlobusu  yerə  saldılar.  Yorğan-

döşəyi döşəməyə atdılar. Yastıq tükləri ətrafa səpələndi.  



15 

Cahandar  ağa  oyanıb  mütəkkəyə  dirsəkləndi.  Yerin  içində  hərəkətsiz 

dayanıb  bir  xeyli  ətrafı  dinşədi.  Hamı  yatmışdı.  Qonşu  otaqdan  səs-səmir 

gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün 

o  tərəfindəki  dağların  arxasında  üfüq  azacıq  ağarsa  da,  hələ  qaranlıq  idi. 

Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı 

  



                                                                                                                                                      

391


örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. 

Qoltuqaltısı başının altında idi. 

Cahandar  ağa  şalvarını  tapdı.  Tütünqabını  çıxardıb  papiros  eşdi. 

Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq 

lampanın  fitili  aşağı  çəkildiyindən,  ev  yarıqaranlıq  idi.  Ancaq  bu  solğun 

işıqda  burula-burula  havaya  qalxıb,  tavanda  laylanan  tüstü  aydınca 

görünürdü. Tavanın taxtaları qaralmışdı. 

Cahandar  ağa  gözünü  tavanın  qaralmış  yerinə  zillədi.  "Deyəsən  yaram 

sağalır.  Ayağa  duran  kimi  gərək  uşağın  dalınca  adam  göndərim,  gətirsin. 

Mən  özümdən  arxayınam.  Düşməndən  də  hayıf  almışam.  Daha  heç  nədən 

qorxum  yoxdur.  Bircə  Molla  Sadıq  qalıb,  onunla  da  haqq-hesabımı

çürüdəcəm.  Amma  bu  uruslar  əl-ayağıma  yaman  dolaşırlar.  Qorxuram 

axırda  kişiliyimizi  də  əlimizdən  alalar.  Bir  balaca  tərpənən  kimi  başının 

üstünü kəsdirirlər ki, qanun buna yol verir,  elə oturmayın, belə oturmayın. 

Axı deyən gərəkdir ki, sizə nə var? İndiyə qədər qanunsuz pismi dolanırdıq? 

Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi. Qanlı da qanını özü 

alırdı, nə divan var idi, nə dərə. İndi bu nədir? Saatda bir pristav atını çapıb 

gəlir ki, niyə başınızı qaşıyırsınız? Yox, mən belə dolana bilmərəm. Mənim 

öz  ağlım  var,  istədiyim  kimi  yaşamışam,  istədiyim  kimi  də  öləcəm.  Bəs 

uşaqlar? Şamxal tərsdir, tüpürdüyünü yalayan deyil, dediyindən dönməzdir, 

amma özümə oxşayır. Ordan-burdan eşidirəm ki, məndən küsmüş olsa da, 

yenə  qeyrətimi  çəkir.  Amma  Əşrəf  deyəsən  zənnimi  itirəcək.  Küçük  biz 

tərəfə  yox,  südünə  çəkdi.  Heç  kin-küdurət-zad  bilmir.  Bilmirəm  ürəyimi 

yumşaqdır, yoxsa, oxumaqmı onu xarab eləyib? Elə deyir, hamıya yaxşılıq 

eləmək  lazımdır.  Sözə  də  baxmaq  istəmir.  Deyəsən  onu  məktəbdən 

biryolluq qaytarmalı olacam. Yoxsa uşaq əldən təmiz çıxar. - Cahandar ağa 

yerin  içində  çevrildi,  Papirosu  acgözlüklə  sümürüb  burnun  deşiklərindən 

fısıldatdı. - Dünya işidir, bəlkə mənim başıma bir bəla gəldi, onda nə olsun? 

Yurdum  boş  qalmalıdır?  Bu  arvad-uşağın  içində  bir  başıpapaqlı

hərlənməməlidirmi?". 

O,  papirosunu  axırıncı  dəfə  sümürüb  atdi.  Qalxıb  yerin  içində  oturdu. 

Hiss etdi ki, yaman narahatdır. Nə qədər çalışırdısa, elə axşamdan gözünə

yuxu getmirdi. Gecəyarısı kəndin ucqarında itlər hürüşdükdən sonra isə heç 

dincələ bilmirdi. Qorxmurdu. Bilirdi ki, onun evinin həndəvərinə hərlənən 

olmaz.  Allahyarı  günün  günortaçağı  öz  evində  öldürdükdən  sonra  kənd 

adamları  dalınca  düşsələr  də  Kürün  sahilində,  cələdəki  ağacların  arasında 

ona yaxın gələn olmadı. Cahan- 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə