BİRİNCİ BÖLÜM
Övlad istəməyin müstəhəbliyi (bəyənilməsi)
Allah
buyurur:
َنََٰ ـۡلٱَف
ِۚۡمُكَل ُهلِّلّٱَبَتَك اَم ْاوُغَتۡبٱَو هنُهوُرِشََٰب
“...Artıq bundan sonra onlara (zövcələrinizə) yaxınlaşın
və Allah`ın sizin üçün yazdığını tələb edin...”
(Bəqərə 187)
Ayənin təfsirində Şubə Hakəmin, o da Mücahidin belə de-
diyini rəvayət edir:
“Allah`ın sizin üçün yazdığını tələb
edin...”
ayəsində məqsəd övladdır”. Hakəm, İkrimə, Həsən əl-
Bəsri, Suddi və Dahhak da ayəni eyni cür təfsir etmişdilər.
Muhəmməd ibn Sad atasının belə dediyini rəvayət edir:
“Mənə əmim, əmimə atam, atama da atası İbn Abbas
ayəni
təfsir edərək demişdir: “Burada nəzərdə tutulan övladdır”. İbn
Zeyd burada nəzərdə tutulan şeyin cinsi münasibət olduğunu
söyləmişdir. Qatadə bu ayəni “Allah`ın
sizin üçün yazdığı
rüsxətini arayın” kimi təfsir etmişdir. İbn Abbasdan
gələn
başqa bir rəvayətdə isə ayədə nəzərdə tutulan mənanın “qədr
gecəsi” olduğunu bildirilir.
Məsələyə tam kökündən baxsaq deyə bilərik ki, Allah
ümmət üçün asanlıq olsun deyə oruc gecələrində günəş doğa-
na kimi qadınlarla cinsi münasibəti mübah qılmışdır. Bundan
öncə isə bu, caiz deyildi və cima etmək istəyən şəxsə az qala
qəlbinə başqa bir şey gələnə kimi şəhvət və məqsədinə yetiş-
mək qalib gəlirdi.
1
Allah
bu ləzzətin içində Onun rizasını
1
Müəllifin burada qeyd etmək istədiyi Bəqərə surəsinin 187-ci ayəsinin təf-
siridir. İbn Kəsir
rahimahullah
ayənin təfsirində qeyd edir ki, İslamın ilk
16
tələb etməyin yolunu onlara doğru bir şəkildə göstərdi və
yalnız şəhvətə görə cinsi münasibətdə olmayıb, əksinə onunla
Allah`ın
onlar üçün yazdığı savabı qazanmağı öyrətdi. Belə
ki, onlar bu əlaqə ilə Allah`dan
Ona heç bir şərik qoşmayan
övladlar tələb edə, Allah`ın
onlar üçün rüxsət olaraq mübah
etdiyi bir şeyi Onun hökmünə layiq şəkildə qəbul edərək
Allah`ın
məhəbbətini qazana bilərdi. “Həqiqətən də Allah
özünə qarşı asi olmaqdan xoşlanmadığı kimi, Onun rüxsətləri
ilə əməl etməyi də sevir.”
2
Onlar qədr gecəsində də eyni fəzilə-
ti istəməklə, cinsi münasibətdə olmaqla əmr olunmuşdular.
Sual yarana bilər ki, Allah`ın
qədr gecəsini müsəlmanlara
bəxş etməsi və müsəlmanların Ramazan ayı boyunca bu
gecəni axtarmağınının, qadınlarla cinsi münasibətdə olmaqla
nə əlaqəsi vardır?! Burada, qadınlarla mübah edilən cinsi mü-
nasibətin müsəlmanlara min aydan daha xeyirli olan qədr ge-
cəsini axtarmağa mane olmaması üçün bir nəsihət vardır.
Sanki Allah
bununla bizə bildirir ki, “Qadınlarınızla oruc
gecəsində ehtiyaclarınızı aradan qaldırın və bu sizin, Allah`ın
sizin üçün yazdığı və üstün tutduğu gecəni ihya etməyinizə
mane olmasın”. Allah
ən doğrusunu bilir.
dövrlərində oruclu olan şəxs iftar etdikdən sonra işa namazına qədər yeyə,
içə, cinsi münasibətdə ola bilərdi. İşadan sonra isə bu qadağan idi. Bu mü-
səlmanlara çox məşəqqətli gəldi və Allah
onlar üçün bunu yüngülləşdirdi
və oruc gecəsi olan bu qadağaları mübah etdi.
2
Əhməd: 2/108, Təbərani: “əl-Əvsat”. Albaninin də “İrva” kitabında 564 rə-
qəmi ilə söylədiyi kimi hədis səhihdir.
17
Ənəs
rəvayət edir ki, “Allah Rəsulu
evlənməyi əmr
etdi və tərki-dünya olmağı qəti şəkildə qadağan edərək dedi:
“Sevilən və doğan qadınlarla evlənin ki, mən qiyamət günü
sizin çoxluğunuzla digər peyğəmbərlərin qarşısında öyü-
nüm”.
3
Məqil ibn Yasər rəvayət edir ki, “Bir kişi Allah Rəsulunun
yanına gələrək belə dedi: “Mən gözəl, göyçək bir qadına
aşiq olmuşam. Ancaq o, uşaq dünyaya gətirmir. Onunla evlə-
nə bilərəmmi?” Allah Rəsulu:
“xeyr” – deyə cavab verdi.
Sonra o kişi ikinci dəfə gəldi. Allah Rəsulu
yenə ona bunu
qadağan etdi. Üçüncü dəfə gəldiyi zaman isə belə buyurdu:
“Uşaq dünyaya gətirən qadınlarla evlənin, mən sizin çoxluğu-
nuzla öyünəcəm”.
4
Abdullah ibn Amr
Allah Rəsulunun
belə buyurdu-
ğunu rəvayət edir: “Övlad anaları olan (övlad dünyaya gətirə
bilən) qadınlarla evlənin, qiyamət günü mən sizinlə fəxr edə-
cəm”.
5
Aişə
g
Peyğəmbərin
belə buyurduğunu rəvayət etmiş-
dir: “Evlilik mənim sünnətimdəndir. Kim mənim sünnətimlə
əməl etməzsə, məndən deyildir. Evlənin! Şübhəsiz ki, mən qi-
3
Hədisi İmam Əhməd və Əbu Hatim “Səhih” Asərində rəvayət etmişdir.
İbn Hibban səhih olduğunu demiş, Heysəmi həsən olduğuna hökm etmiş-
dir. Hədis bir çox digər mənbələrdə də keçərək səhihliyini gücləndirir.
4
Əbu Davud: 2050, Nəsai: 6/25-26. Hakim hədisin səhih olduğunu demiş,
Zəhəbi də bunu təsdiqləmişdir.
5
İmam Əhməd “əl-Musnəd”: 3/ 172.
18
yamət günü sizin çoxluğunuzla digər ümmətlər qarşısında
fəxr edəcəm”.
6
Həmmad ibn Sələmə Asimdən, o Əbu Salihdən, o da Əbu
Hüreyrədan
Allah Rəsulunun
belə buyurduğunu rəvayət
etmişlər: “(Qiyamət günü) bir qulun dərəcəsi qaldırılacaq. O
deyəcək: “Ey Rəbbim! Bunlar mənə hardandır?” (Allah
)
deyəcək: “Bu, səndən sonra övladının sənin üçün bağışlanma
diləməsi səbəbilədir”.
7
Fəsil
Övlad istəməyə təşviq edən hədislərdən biri də Müslimin
“Səhih” kitabında Əbu Həssəndən rəvayət olunan hədisidir. O
demişdir: “İki oğlum vəfat etdi. Mən Əbu Hüreyrəyə
dedim:
“Sən Peyğəmbərdən
elə bir hədis eşitmisənmi ki, onu bizə
danışdığında nəfsimizə ölülərimiz haqqında bir rahatlıq
gətirsin? O: “bəli” – dedi və rəvayət etməyə başladı: “Az yaşlı
uşaqlarınız
8
cənnət səyyahlarıdır.
9
Onlardan biri öz atasını (və
ya hər iki valideynini) qarşılayıb eynilə mənim sənin
paltarından tutduğum kimi paltarının ətəyindən, ya da
6
İbn Məcə: 1846. Busiri “Zəvaid”-də hədisin sənədindəki İsa ibn Meymun
əl-Mədininin zəif olması üzərindəki ittifaqa əsaslanaraq hədisin zəif oldu-
ğunu deyib. Buna baxmayaraq hədisin səhihliyini göstərən başqa rəvayət-
lər də mövcuddur.
7
İmam Əhməd: “əl-Musnəd”: 2/509. Eyni məna ilə İbn Məcə: 3660. Busiri
“Zəvaid”də isnadının səhih, ravilərinin isə siqa (inanılan yaxud etibarlı) ol-
duğunu demişdir.
8
Kiçik yaşda vəfat edən müsəlman uşaqları nəzərdə tutulur.
9
Hədisidə keçən “dəamis” sözünün mənası istənilən evə daxil olan, hər işə
qarışan mənasındadır. Dünyada ikən uşaq olduqlarından dolayı onlara bu
qadağa olunmadığı üçün Cənnətdə də qada olmayacaqdır. (“Lisanu`l-
Arab” izahlı lüğəti).
19
əllərindən tutacaq və Allah
onu və atasını (valideynini)
Cənnətə daxil edənə kimi buraxmayacaq”.
10
İmam Əhməd demişdir: “Vəki Şubədən, Şubə Muaviyə ibn
Qurradan, o isə atasından rəvayət etmişdir: “Bir kişi oğlu ilə
birgə Peyğəmbərin
yanına gəldi. Peyğəmbər
ondan “Onu
sevirsənmi?” deyə soruşdu. O dedi: “Ey Allah`ın Rəsulu!
Mənim onu sevdiyim kimi Allah
da səni sevsin”. Bir müddət
Peyğəmbər
onu görə bilmədi. Peyğəmbər
həmin şəxsin
oğlu haqqında: “Filankəsin oğlu nə oldu?” – deyə soruşdu.
“Öldü, ey Allah`ın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər
uşağın atasına belə dedi: “Sənə açılan Cənnət qapılarının
hər hansı birisinin qarşısına gəldiyin zaman övladını onun
qarşısında dayanıb səni gözləyən görmək istəməzsənmi?”
Başqa bir kişi dedi: “Bu yalnız ona mı məxsusdur, ey Allah`ın
Rəsulu, yoxsa hər birimizə?” Peyğəmbər
buyurdu: “Xeyr,
bu sizlərdən hər birinə aiddir”.
11
İbn Abbasdan
belə dediyi rəvayət olunur: “Allah Rəsu-
lunun
belə buyurduğunu eşitdim: “Ümmətimdən hər kim
iki uşağını itirərsə, cənnətə daxil olar. Aişə
soruşdu: “Atam-
anam sənə fəda olsun, bəs bir uşağını itirərsə, onda necə?” O
buyurdu: “Hər kimin bir övladı belə ölsə, eyni müvəffəqiyyəti
qazanar”. O yenə soruşdu: “Bəs ümmətindən itirdiyi bir kəsi
olmayan necə?” Peyğəmbər
dedi: “Mən də (ölümümlə)
10
Müslim: 2635. İmam Əhməd “əl-Musnəd”: 2/477-510.
11
İmam Əhməd “əl-Musnəd”: 5/35. İsnadı səhihdir. Həmçinin Nəsai: 4/23.
20
ümmətimin bir itkisiyəm, mənim (ölümümə) bərabər olacaq
bir müsibət yoxdur”.
12
Buxari və Müslim Əbu Səid əl-Xudridən
Allah Rəsulu-
nun
qadınlara belə buyurduğunu rəvayət etmişdir: “Sizlər-
dən hər hansı bir qadının üç övladı olub, dünyasını dəyişərsə,
həmin övladları onu Cəhənnəm atəşindən qoruyan pərdə
olar”. Qadınlardan biri dedi: “Bəs ikisi ölsə necə?” Peyğəmbər
buyurdu: “İkisi də”.
13
Müslim “Səhih” kitabında Əbu Hureyrədən
də eyni
hədisi rəvayət etmişdir. Həmçinin İbn Məsud və Əbu Bərzə Əl
Əsləmi
də Allah Rəsulundan
bu hədisi rəvayət etmişlər.
Buxari və Müslimdə rəvayət olunan hədisdə Əbu Hüreyrə
Allah Rəsulunun
belə buyurduğunu rəvayət etmişdir:
“Həddi-büluğa çatmadan üç övladı vəfat edən hər bir
müsəlmana Cəhənnəm atəşi ancaq yüngülcə toxunar”.
14
Buxarinin “Səhih” kitabında da Ənəsdən
Allah Rəsulu-
nun
belə buyurduğu rəvayət olunur: “Müsəlmanlardan hər
kimin həddi-büluğa çatmamış üç övladı vəfat edərsə, Allah
onu övladlarına mərhəmət olaraq Cənnətə daxil edər”.
15
12
İmam Əhməd “əl-Musnəd” : 1/335, Tirmizi: 1062. İsnadının həsən olduğu
ehtimal olunur.
13
Buxari: 101, Müslim: 2633, İmam Əhməd “əl-Musnəd”: 3/34 .
14
Buxari: 1251, Müslim: 2632.
15
Buxari: 1248, 1381.
21
Müslimin “Səhih” kitabında Əbu Hüreyrənin
belə dediyi
rəvayət olunur: “Bir qadın öz övladı ilə Peyğəmbərin
yanına
gələrək: “Ey Allah`ın nəbisi! Bunun üçün Allah`a dua et. Mən
üç övladımı dəfn etmişəm” – dedi. Peyğəmbər
soruşdu:
“Üçünü dəfn etmisən?” Qadın: “Bəli” – deyə cavab verdi. Pey-
ğəmbər
buyurdu: “Artıq sən Cəhənnəmin alovuna qarşı
güclü bir hasarla himayə olunursan”.
16
Beləliklə, övlad elə bir nemətdir ki, valideynin ölümündən
sonra yaşasa da, yaxud onlardan öncə ölsə də yenə hər ikisinə
fayda verər.
Müslim öz “Səhih” kitabında Əbu Hüreyrədən
Pey-
ğəmbərin
belə buyurduğunu rəvayət edir: “İnsan öldüyü
zaman üç şey xaricində onun əməlləri kəsilər. Bu isə özündən
sonra qoyub getdiyi daimi sədəqə,
17
başqalarının onunla yarar-
landığı faydalı elm
18
və onun üçün dua edəcək saleh bir
övladdır”.
19
Fəsil
Allah`ın
16
Müslim: 2636.
17
Burada nəzərdə tutulan hər zaman insanlara fayda verəcək bir işdən söh-
bət gedir ki, buna da misal olaraq məscid tikmək, yol çəkmək, su çəkmək
və sair kimi əməlləri göstərə bilərik.
18
Burada nəzərdə tutulan yazdığı kitablar, etdiyi faydalı kəşflər və sair ki-
mi əməllərdir.
19
Müslim: 1631.
22
َمََٰتَيۡلٱ يِف ْاوُطِسۡقُت هلََأ ۡمُتۡفِخ ۡنِإَو
َٰى
َف
ِكنٱ
اَم ْاوُح
َنَم مُكَل َباَط
ِخ ۡنِإَف َعََٰبُرَو َثََٰلُثَو َٰىَنۡثَم ِءٓاَسَنلٱ
ُتۡف
َأ ۡم
ۡعَت هلَ
َدِحََٰوَف ْاوُلِد
اَم ۡوَأ ًة
ََٰذ ِۚۡمُكُنََٰمۡيَأ ۡتَكَلَم
َت هلََأ َٰٓىَنۡدَأ َكِل
وُع
ْاوُل
٣
Dostları ilə paylaş: |