Vüsal Əliyev
10 Fevral 2018-ci il
6
ميحرلا نحمرلا الله مسب
Həmd aləmlərin Rəbbi, ər-Rahmən (mərhəmətli) və ər-Ra-
him (rəhimli), qiyamət günün sahibi olan Allah`a məxsusdur.
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik.
Bizi doğru yola yönəlt. Nemət vermiş olduğun kəslərin yolu-
na, azmışların və qəzəbə düçar olmuşların yoluna yox.
Allah`ım İbrahimə və ailəsinə xeyir dua verdiyin kimi Mu-
həmmədə
və onun ailəsinə də xeyir dua ver. Allah`ım İbra-
himə və ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə
və
onun ailəsinə də aləmlərdə bərərkrət ver. Həqiqətən də Sən
şükür və təriflərə layiq və şəni ucasan.
Bundan sonra isə onu qeyd edək ki, bu kitab böyük alim
Muhəmməd ibn Əbu Bəkr əl-Hənbəlinin öz nəvəsinə və ondan
sonra gələn bütün uşaqlara töhfə etdiyi bir hədiyyədir. Bu elə
nadir bir töhfədir ki, orada dünya və axirət xeyirləri cəm edil-
mişdir. Kitabın müəllifi toplanması çətin olan müxtəlif fiqh və
hədis kitablarında uşaqlarla bağlı hökmləri bir kitabda topla-
mış və bu əsəri ilə eyni mövzuda təkrar olunmaz bir əsər qo-
yub getmişdir. Bu əsəri ilə müəllif, həm də İslam fiqhinə bö-
yük bir töhfə vermiş və İslam fiqhində bütün hökmlərini əhatə
edən bir mövzu üzrə fiqh kitabı yazmaqla özündən sonra gö-
zəl bir sünnət qoymuşdur.
Kitabın müəllifi yeni doğulan uşaqla bağlı bütün hökmləri
– əqiq, ad qoyma, sünnət və hər gün qarşılaşdığımız uşağın si-
diyinin, ağız suyunun və s. hökmlərini bir yerdə topladıqdan
sonra uşağın tərbiyəsi ilə bağlı bölmələr qeyd etmiş və onları
tərbiyə etməyin, aralarında ədalətli davranmağın vacibliyin-
dən söz açmışdır.
7
Müəllif (Allah`ın rəhməti onun üzərinə olsun) kitabda
yuxarıdakı hökmləri qeyd etdikdən sonra əsasən aşağıdakı
mövzulardan bəhs etməkdədir:
1. Ananın südünün qarışıq olduğundan dolayı doğumun
ilk iki günündə uşağa süd verməməsi haqqında
2. Uşaqların ilk üç ayda bədənlərinin zəif olması səbəbilə
qucaqda daşınmaqdan çəkinilməsi haqqında
3. Uşaqların dişləri çıxana qədər qidalandırmada yalnız
südlə kifayətlənmək haqqında
4. İlkin olaraq qidalandırmada tədriciliyə əməl etmək və ilk
öncə yumşaq qidalardan başlanması və çətin həzm olan qida-
lardan çəkinmək haqqında
5. Uşaqların dişləri çıxdığı dönəmdən tam çıxana qədər
bərk əşyaları ağızlarına aparmalarından və ya onları dişləmə-
sindən qorumaq və onun dişlərə əyrilik və s. fəsadlar verməsi
haqqında
6. Uşaqların ağlamasının və qışqırmasının valideynləri na-
rahat etməməsini tövsiyə edərək əslində ağlamağın uşaqların
bədən üzvlərinin inkişafına, bağırsaqlarının böyüməsi və sinə-
sinin genişlənməsinə faydalı olması haqqında
7. Uşaqları qorxudan hər bir şeydən qorunmasının, əgər
ona qorxu üz verərsə, onun əksi ilə ona qorxunun unudulma-
sının lazım olması haqqında
8. Uşağın dişinin çıxdığı əsnada ona xüsusi qayğının göstə-
rilməsi haqqında
9. Süd əmizdirən qadın uşağını süddən ayırmaq istədikdə
onu mərhələlərlə etməsi, bunun üçün uşağı ona məşq etdir-
8
məklə alışdırması və adət etdiyi şeydən birdən-birə ayırmaqla
ona zərər verəcəyindən qorxulması haqqında
10. Uşaqların çoxlu yemək və içməklə mədələrinin doldu-
rulmaması, onları doymayacaq qədər yedirməklə həzmlərinin
yaxşılaşdırılmasına, bədənlərinin artıq yeməkdən qorunması
və cisimlərinin düzgün inkşafına şərait yaradılması haqqında
11. Uşaqları vaxtından əvvəl yeriməyə sövq etməmək və
bunun nəticəsində ayaqlarında zəiflik və qəbul etməməsi səbə-
bi ilə əyrilik və qüsurun yaranması haqqında
12. Uşaqları ehtiyac olduğu halda qusmasına, yatmasına,
yeməsinə, içməsinə, asqırmasına və sidiyə çıxmasına qəti ola-
raq mane olmamaq və əks halda onun xəstəliyinə yol açması
haqqında
13. Uşağın kiçik yaşlarından əxlaqına xüsusi diqqət yetir-
mək və onun kiçik ikən aldığı tərbiyə üzrə yetişməsi haqqında.
(Bu, müəllifin kitabda bəhs etdiyi ən gözəl mövzudur)
14. Uşağın çox yeməkdən,çox içməkdən, çox yatmaqdan və
qarışıq yerlərdən çəkindirilməsi haqqında
15. Uşaqlara kiçik yaşlarından hansı işlərə uyğundursa onu
öyrətmək, onun hazır olmadığı və istəmədiyi işlərə məcbur
etməmək və bunun boş əziyyətə səbəb olması haqqında
Bundan sonra isə müəllif həm böyüklər, həm də kiçiklər
üçün faydalı olacaq bir bölməyə keçir və orada insanın doğul-
duğu gündən iki məkandan – cənnət və cəhənnəmdən birində
qalacağı vaxta qədər keçdiyi mərhələlərdən danışır. Bu bölmə-
də müəllif Abdullah ibn Məsuddan
rəvayət olunan hədis-
dəki ruhun üfrülməsi məsələsini araşdıraraq insanı başqa bir
9
şeyə yönəlməyə ehtiyac buraxmayacaq şəkildə açıqlamalar
vermiş və bütün qaranlıq məsələlərə aydınlıq gətirmişdir.
Dostları ilə paylaş: |