İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

 

məktubların  çoxnövlülüyünə  baxmayaraq,  onları  iki  vacib  kateqoriyaya  ayırmaq 



lazımdır:  

 



Cavab tələb edən məktublar 

 



Cavab tələb etməyən məktublar 

Cavab tələb edən məktublara aşağıdakılar aiddir: 

 



Xahişnamələr 

 



Müraciətlər 

 



Təkliflər 

 



Tələblər 

 



İradlar 

 



Dəvətlər 

Cavab tələb etməyən məktublar bunlardır: 

 



Xəbərdarlıqlar 

 



Xatırlamalar 

 



İmtinalar 

 



Sərəncamlar 

 



Müşahidə məktubları 

 



Bildirişlər 

 



Zəmanət məktubları 

 



İnformasiya məktubları 

 



Təlimat məktubları 

Məktub  tərtib  edəndə  aydın  təsəvvür  etmək  lazımdır  ki,  bununla  hansı  məqsədə 

nail  olmaq  istəyirsiniz,  burada  hansı  dəlilləri  gətirəcəksiniz.  İşgüzar  məktub 

qüsursuz  olmalıdır,  çünki  kiçik  bir  kənarlaşma  hüquqi  münaqişələrə  səbəb  ola 

bilər.  

Əgər  məktub  hər  hansı  bir  təşkilata  birinci  dəfə  göndərilirsə,  adresatın  soyadını, 

adını,  atasının  adını  (səhvsiz)  aydınlaşdırmaq  lazımdır.  İşgüzar  əlaqələrdə  bu, 

zəruridir. Məlumat kitabçasından təşkilatın telefon nömrəsini və ya katibdən lazımi 

informasiyanı  almaq  olar.  Müxtəlif  ünvanlara  göndərilən  təlimat  məktublarında 



 

şəxssiz  formadan  istifadə  edilir.  Toxunulan  məsələni  həll  etmək  üçün  məktubun 



məzmununu qısa, inandırıcı və məntiqi izah etmək lazımdır. Məktubun tonu sakit, 

nəzakətli,  sadə olmalıdır. Həddindən artıq nəzakət isə kobudluq və diqqətsizliklə 

bərabər yersizdir. Dəqiqsizlik ikimənalılığa, artıq professionalizm, lazım olmayan 

qısaldılmış  ifadələr  isə  sonrakı  dəqiqliyin  zəruriliyinə  gətirib  çıxarır.  İşgüzar 

tərəfdaşa  göndərilən  informasiya  tam  dürüst  olmalıdır.  Əgər  sizin  məktubunuzda 

hər hansı bir xahişin, ya da tapşırığın yerinə yetirilməsinin imtinası varsa, əvvəlcə 

belə  qərarın  motivlərini  izah  etmək  lazımdır.  Əgər  vəziyyətin dəyişməsi  ehtimalı 

varsa, söz vermək lazımdır ki, gələcəkdə həmin  məsələnin baxılmasına qayıtmaq 

olar.  Konkret  rəhbər,  ya  da  reqlament  sənədlərinə  istinad  məktub  müəllifinin 

işgüzar imicini artırır.  



Məktuba  olan  müasir  tələblər  bunlardır:  aydınlıq,  dəqiqlik,  məntiqlilik  və 

kifayət qədər yığcamlıq.  

Əgər telefon zəngi ilə kifayətlənmək olarsa, məktub yazmayın.  

İşgüzar  məktubları  adətən  bir  səhifə  həcmində  yazırlar.  Əgər  məktub  bir  neçə 

səhifədən  ibarətdirsə,  birincidən  başqa,  digər  bütün  səhifələr  ərəb  rəqəmləri  ilə 

nömrələnir.  İşgüzar məktublar  xüsusi  blanklarda sənədləşdirilir.  Onların üzərində 

şirkətin  emblemi,  tam  adı,  poçt  ünvanı,  telefonlar  və  bank  rekvizitləri  göstərilir. 

Məzmunundan asılı olaraq, yazı kağızlarında da bu məktublar sənədləşdirilə bilər. 

Bəzi  vacib  işgüzar  məktubları  bükmürlər,  xüsusi  böyük  zərflərdə  göndərirlər. 

Böyük  müasir  şirkətlərin  xüsusi  şəffaf  pəncərəcikli  zərfləri  olur.  Belə  zərflərdə 

ünvan  yazılmır.  İşgüzar  məktubları  əllə  yazmırlar.  Onlar  mütləq  çap 

olunmalıdırlar. 

 

 

 

 

Mövzu 2.  ƏRIZƏ, TƏRCÜMEYI-HAL. 

 

Sual 6.

 

Ərizə haqqında məlumat verin. 

 Hüquqi  və  mülki  işlərin  geniş  yayılmış  kargüzarlıq  sənədlərindən  biri 

ərizədir. “Ərizə” sözü ərəbcə “ərz” sözündəndir.  



 

A.  Ərizənin  mahiyyəti  –  Ərizənin  hüquqi  sənəd  kimi  mahiyyətcə  şərhi 

aşağıdakı kimidir. Şəxsin (bir neçə şəxsin) idarəyə və yaxud vəzifəli şəxsə rəsmi 

müraciəti.  Şikayətdən  fərqli  olaraq,  vətəndaşın  hüquqlarının  və  qanuni 

mənafeyinin  pozulması  ilə  əlaqədar  olmur  və  həmin  pozulmanın  aradan 

qaldırılması  tələbi  deyildir.    Ərizə  ilk  növbədə,  vətəndaşın  hüququnun,  yaxud 

qanuni mənafeyinin həyata keçirilməsi (məsələn, işə qəbul haqda ərizə, öz xahişi 

ilə  işdən  çıxmaq  haqqında  ərizə,  mənzil  verilməsi  haqqında  ərizə)  üçün  və 

müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir. 

Ərizə  yazılı  və  şifahi  verilir.  Şifahi  ərizə  xüsusi  jurnala  qeyd  edilir  və 

sonradan  yazılı  ərizələrlə    (onlar  da  qeydə  alınmalıdır)  eyni  əsaslarla  baxılır. 

Ərizədə  qaldırılmış  məsələ  həmin  idarənin  səlahiyyətinə  aid  olmadıqda  ərizə 

müvafiq səlahiyyətli orqana göndərilir və bu, ərizəçiyə bildirilir. 

Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət 

məcəlləsinin  və  mülki  məcəllənin  maddələrindən  istifadə  etmək  lazım  gəlir. 

Adətən belə ərizələri vəkillərə yazdırırlar.  



B. Ərizənin məzmunu - Ərizə məzmunca iki cür olur: 1) şikayət ərizəsi;  

2) xahiş ərizəsi.  



C.  Ərizənin  forması  –  Ərizə  vərəqin  sol  tərəfindən  4  -5  sm  buraxılmaqla 

ortadan  başlanır.  İlk  cümlədə  müraciət  olunan  şəxsin  vəzifəsi,  titulu,  adının  və 

atasının adının baş hərfləri və soyadı yazılır. Ondan sonra ərizə verən öz kimliyini, 

(vəzifəsini)  adını,  atasının adını və soyadını  bütövlükdə  yazır. Bundan sonra   isə 

vərəqin  ortasında  “ƏRİZƏ”  sözünü  yazır.  Abzasdan  ərizənin  məzmunu  başlanır. 

Ərizəçi  öz  mətləbini  bildirdikdən  sonra  aşağıda  imza  edir  və  sonda  aşağıda  ayın 

tarixini göstərir.  

Sual 7. Ərizənin dil xüsusiyyətləri barədə yazın. 



Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə