“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

100
ağ  yerlikdə  isə  sürməyi  rənglərlə  işlənmiş  “cütbuynuz”  motivləri  vardır.  Xalçada 
zəngin rəng çalarlarının ənənəvi qanunauyğunluqla uzlaşması yüksək peşəkarlıqla 
həll edilmişdir.
H.1326-cı ilə (1908) aid olub, ölçüsü 193x134 olan xalça (bax:  Kataloq. №89) Pəmbək 
mahalında  (Qarakilsə)  toxunmuşdur.  Xalçanın  ara  sahəsinin  yuxarı  hissəsində  sol 
tərəfdə mavi yerlikdə h. 1326 tarixi vardır. Orijinal tərtibata malik olan bu xalça Qazax-
Borçalının “Qaymaqlı” kompozisiyası əsasında toxunmuşdur. Xalçanın adı Qazaxın 
şimal-qərbində 32 km-də yerləşən Qaymaqlı kəndinin adı ilə bağlıdır. Bəzi toxucular bu 
xalçanı “Ləmbəli” adlandırırlar. Qaymaqlı xalçası bədii cəhətdən sadə kompozisiyalı 
xalçalar sırasına daxildir. XIX əsrin əvvəllərində toxunmuş “Qaymaqlı”xalçaları istər 
kompozisiya quruluşuna, istərsə də rəng tərtibatına görə, son dövrlərdə toxunmuş 
bu  kompozisiyalı  xalçalardan  seçilir.  Bu  kompozisiyalı  xalçalar  sonralar  kütləvi 
surətdə  toxunduğu  üçün  bəzi  bədii  xüsusiyyətlərini  itirmişdir.  Xalçanın  ara  sahə-
sində  böyükölçülü  tünd  qırmızı  rəngli  səkkizbucaqlı  göl  tərtib  edilmişdir.  Gölün 
içərisində mərkəzdən bir qədər yuxarı hissədə sarı, sürməyi, qırmızı, yaşıl rənglərlə 
işlənmiş altıbucaqlı element vardır. Bu elementin solunda iki yaşıl, sağında isə iki göy 
rəngli çiçək təsviri verilmişdir. Gölün kənarları qara rəngli “su”lar, künclərdə isə sarı, 
qırmızı rəngli cüzi nəzərə çarpan “siçandişi”lərlə işlənmişdir. Ara sahənin küncləri 
mavi  rənglə  tərtib  edilmişdir.  Mavi  yerlikdəki  əbrəş  çox  aydın  nəzərə  çarpır. Ara 
sahənin kənarları mavi, qırmızı diliklərlə əhatə olunmuşdur. Ara sahəni tünd yaşıl 
yerlikli haşiyə əhatə edir. Yaşıl yerlikli bu haşiyənin içərisində kiçikölçülü ağ, qırmızı, 
sarı, sürməyi, mavi, yaşıl, qara rənglərlə tərtib edilmiş altıbucaqlı motivlər vardır. Bu 
motivlər qara rəngli “su”larla dörd hissəyə bölünmüşdür. Xalçanın qırmızı yerlikli 
ara  haşiyəsində  qara  rəngli  budaqlarda  yarpaq,  gül  təsvirləri  vardır.  Budaqların 
arasında dördbucaqlı həndəsi motivlər və altıbucaqlı sarı, mavi, sürməyi, yaşıl, ağ 
rəngli elementlər işlənmişdir. Budaqlarda dördbucaqlı motivlər sürməyi, qara, mavi, 
sarı, şabalıdı, yaşıl, qırmızı rənglərlə işlənmişdir. Qırmızı yerlikli ara haşiyəni sürməyi 
yerlikli haşiyələr əhatə edir. Bu haşiyələrin içərisində şəkəri, sarı, qırmızı, mavi, yaşıl, 
ağ rəngli güllər işlənmişdir. Sürməyi yerlikli xarici haşiyə qırmızı, ağ, daxili haşiyə isə 
xaricdən sarı, qırmızı, daxildən isə qırmızı, sarı “siçandişi”lərlə əhatə olunmuşdur. 
“Siçandişi”lər  hər  iki  tərəfdən  “su”larla  işlənmişdir.  “Qaymaqlı”xalçaları  adətən 
standart ölçülü olurlar. Bəzən bu xalçalar 6-7 kv.m. ölçüdə toxunur. Nadir hallarda 
bu  kompozisiya  ilə  toxunmuş  böyükölçülü  xalılara  da  rast  gəlinir.  “Qaymaqlı” 
kompozisiyası ilə toxunan xalçaların hər bir kvadrat metrində 70.000-dən 90.000-ə 
qədər ilmə yerləşdirilir, bu tipli xalçaların xovunun hündürlüyü 8-12 millimetr olur. 
Bu xalçanın özünəməxsus kolorit xüsusiyyəti vardır. Azərbaycan xalçalarında istifadə 
edilən əksər rənglər bu xalçada tərtib edilmişdir. 
H.1327-ci ilə (1909) aid üç xalçadan biri (bax: Kataloq. №90) Zəngəzur mahalında 
(Sisyan)  toxunmuşdur.  Ölçüsü  295x145-dir.  Xalçanın  yuxarı  hissəsində  solda  h. 
1327 tarixi vardır. Qırmızı yerlikli bu xalçanın əsas bəzəyi ara sahədə yerləşdirilmiş 
dörd  böyükölçülü  göldən  ibarətdir.  Göllərin  ikisi  ağ  yerlikli,  ikisi  isə  sürməyi 
yerliklidir. Göllərin mərkəzində qırmızı, yaşıl, sürməyi, boz, ağ xaçabənzər motivlər 
yerləşdirilmişdir. Bu motivlərin mərkəzində səkkizbucaqlı həndəsi elementlər vardır. 
Həndəsi  elementlərin  kənarları  ağ,  qırmızı  rəngli  “siçandişi”lər,  aşağı  hissədəki 
açıq  yaşıl  yerlikli  elementin  kənarları  isə  qara  rəngli  “su”larla  işlənmişdir.  Ağ 


101
yerlikli göllərin kənarları xaricdən göy, sürməyi rəngli medalyonların kənarları isə 
xaricdən sarı rəngli qarmaqlı motivlərlə əhatə olunmuşdur. Ağ rəngli medalyonlar 
daxildən  qırmızı,  yaşıl,  sürməyi  rəngli  medalyonlar  isə  qırmızı,  ağ  qırıq-qırıq 
xətlərlə  işlənmişdir.  Xalçanın  ara  sahəsinin  boşluqları  səkkizbucaqlı  həndəsi, 
səkkizguşəli  ulduz,  altıləçəkli  çiçək,  rombvari,  “S”-ə  bənzər,  “gözqaytarıcı”  və  ki-
çikölçülü  “sırğa”  adlanan  motivlərlə  doldurulmuşdur.  Xalçanın  ara  sahəsinin  kə-
narlarında  sağ  və  soldan  mərkəzə  doğru  istiqamətləndirilən  ağ,  göy,  sarı,  yaşıl 
rənglərlə  işlənmiş  qarmaqlı  elementlər  ümumi  kompozisiyanı  tamamlayır.  Ara 
sahənin aşağı hissəsindəki ağ yerlikli gölün yuxarı hissəsində sağ və solda kənarları 
yaşıl qarmaqlarla işlənmiş kiçikölçülü medalyonlar vardır. Medalyonların mərkəzi 
soldan sarı, qırmızı, ağ, sağdan isə qırmızı, ağ rənglərlə işlənmiş üçbucaqlı hissələrə 
bölünmüşdür.  Üçbucaqların  kənarları  qara  rəngli  “su”larla  işlənmişdir.  Xalçanın 
aşağı hissəsində ağ rəngli gölün içərisindəki boşluqlarda tərtib edilən “S”-ə bənzər, 
dördləçəkli  kiçikölçülü  cüzi  nəzərə  çarpan  xaçabənzər  (“dörd  ünsür”)  motivləri, 
digər göllərdə isə müxtəlif rənglərlə işlənmiş xaçabənzər elementlər kompozisiyaya 
xüsusi  görünüş  gətirir.  Xalçanın  göy  yerlikli  enli  haşiyəsi  toxucuların  “qazayağı” 
adlandırdığı motivlər və altıbucaqlı medalyonlarla tərtib edilmişdir. Medalyonların 
içərisində “nal” şəkilli, rombvari, bəzi medalyonlarda isə səkkizguşəli ulduz motivləri 
vardır. Haşiyəni hər iki tərəfdən içərisində sarı, qırmızı “mollabaşı”lar işlənmiş bala 
haşiyələr əhatə edir. Bala haşiyələrin kənarları ağ rəngli xaçabənzər (“dörd ünsür”) 
motivlərlə tamamlanır. Xalça sadə kompozisiya quruluşuna və zəngin rəng çalarlarına 
malikdir.
Eyni  ilə  aid  ikinci  xalça  (bax:  Kataloq.  №91)  Qırxbulaq  mahalında  (Ellər) 
toxun muşdur.  Ölçüsü  289x172-dir.  Xalçanın  yuxarı  hissəsindəki  medalyonun  alt 
hissəsindəki ara sahədə h. 1327 tarixi vardır. Xalçanın zoğalı yerlikli ara sahəsində 
üç  böyükölçülü  altıbucaqlı  göl  təsvir  edilmişdir.  Mərkəzdəki  gölün  kənarları 
sürməyi,  qırmızı,  yuxarı  və  aşağı  hissədəki  göllərin  kənarları  isə  mavi  və  qırmızı 
rənglərlə tərtib edilmiş diliklərlə işlənmişdir. Mərkəzdəki gölün yuxarı hissəsi yaşıl, 
sürməyi,  aşağı  hissəsi  isə  yaşıl  yerliklə  tərtib  edilmişdir.  Gölün  mərkəzindəki  göy 
yerlikli səkkizbucaqlı hən də si element qırmızı yerlikli kənarları çıxıntılı medalyonun 
içərisində  yerləşdirilmişdir.  Medalyonun  çıxıntılarında  sağ  və  solda  mavi  və  göy 
yerlikli  səkkizləçəkli  güllər  təsvir  edilmişdir.  Çıxıntıların  boşluqları  dördləçəkli 
qırmızı güllərlə bəzədilmişdir. Mərkəzdəki həndəsi elementin içərisində səkkizguşəli 
ulduz  motivləri  vardır. Ara  sahənin  yuxarı  və  aşağı  hissəsindəki  göllərdə  də  eyni 
formalı  elementlər  işlənmişdir.  Yalnız  bu  çıxıntılı  motivlər  açıq  qırmızı  rənglərlə, 
mərkəzdəki səkkizbucaqlı element isə yaşıl yerlikdə tərtib edilmişdir. Bu elementlərin 
içərisində “nal” motivləri vardır. Eyni formalı səkkizbucaqlı elementlər nisbətən kiçik 
ölçüdə medalyonların sağında və solunda da təkrarlanır. Xalçanın ara sahəsindəki 
boşluqlar  içərisində  “nal”  və  səkkizguşəli  ulduzlar  işlənmiş  həndəsi  elementlərlə 
bəzədilmişdir. Ara  sahəni  mavi  rəngli  dilikli  mədaxil  əhatə  edir.  Xalçanın  qırmızı 
yerlikli ana haşiyəsində dalğavari naxışlar işlənmişdir. Azərbaycan dekorativ tətbiqi 
sənətinin  naxış  motivləri  içərisində  ən  ilkin  və  sadəsi  sınıq  və  dalğalı  xətlərdir. 
Bunlara 4,5 min il bundan əvvəl yaradılmış Qazax, Göygöl və Naxçıvan ərazisindən 
tapılmış saxsı qablar üzərində təsadüf edilir. Əsrlər ötdükcə dalğalı xətt əsasında yeni, 
nisbətən  mürəkkəb  bəzək  motivləri  yaranmışdır.  Dalğaların  arasındakı  boşluqlar 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə