İrəliləmə hərəkətinin kinematikası Abdullayev Kamran Vüqar oğlu p L a n



Yüklə 285,52 Kb.
səhifə4/6
tarix22.04.2023
ölçüsü285,52 Kb.
#106682
1   2   3   4   5   6
İrəliləmə hərəkətinin kinematikası

Hesablama sistemi
Hesablama cismi, onunla bağlı ko­or­dinat sistemi və vaxtı ölçən cihaz birlikdə hesablama sistemi adlanır.
Maddi nöqtə düzxətli hə­­­­rə­kət edirsə, onun və­ziy­yəti bir koordinat, müstə­vi­də hərəkət edirsə, iki koor­di­nat, fə­za­da hə­rəkət edirsə, üç ko­ordinat (şəkil 1) ilə təyin edilir.

Maddi nöqtənin fəza­da vəziyyəti radius vek­tor­la da tə­yin edilə bilir.


Radius vektor – ko­or­­di­nat başlanğıcını maddi nöqtə ilə birləşdirən vek­tor­dur və ilə işarə olu­nur.
Maddi nöqtənin hərəkəti zamanı onun koordinatları zaman keçdikcə dəyişir. Ümumi halda onun hərəkəti üç skalyar tənliklə
x = x(t)
y = y(t)
z = z(t)
ya onlara ekvivalent olan r = r(t) vektorial tənliklə təyin edilir.

Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistemdir.
Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir.
Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir.
Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.

Trayektoriya
Hərəkət edən mad­­di nöq­­­tə­nin verilən he­sab­la­ma sis­te­mi­nə nəzərən cızdığı arasıkəsilməz xəttə trayektoriya deyilir.
Trayektoriyanın for­ma­­­sına gö­rə hərəkətlər düz­­xətli və əy­ri­xətli olur.
YolMüəyyən zaman fasiləsində maddi nöqtənin cızdığı hə­rə­kət trayektoriyasının uzun­lu­ğuna gedilən yol deyilir.
Yol müsbət skalyar kəmiyyət olub, BS – də vahidi metr­dir.
Yerdəyişmə - maddi nöqtənin başlanğıc vəziyyətini son vəziyyəti ilə birləşdirən vektordur.


Yüklə 285,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə