İrəliləmə hərəkətinin kinematikası Abdullayev Kamran Vüqar oğlu p L a n



Yüklə 285,52 Kb.
səhifə2/6
tarix22.04.2023
ölçüsü285,52 Kb.
#106682
1   2   3   4   5   6
İrəliləmə hərəkətinin kinematikası

Relyativistik mexanika – sürəti işığın vakuumda yayılma sürəti ilə müqayisə olunan cisimlərin mexanikasıdır.





Relyativist mexanika — nəzəri fizikanın bölmələrindən biri. İşıq sürətinə yaxın sürətlərdə (𝜐 ) cismin hissəciklərinin klassik hərəkət qanunlarını öyrənir. Relyativist mexanika nisbilik nəzəriyyəsinə əsaslanır. Nyutonun ikinci qanunun relyativist ümumiləşdirilməsi və enerjinin saxlanması qanunu relyativist mexanikanın əsas tənliklərindəndir. v<Relyativistik mexanikada enerji (və ya tam enerji). Nisbilik nəzəriyyəsinə görə, sistemin tam enerjisi onun sükunət enerjisi ilə kinetik enerjisinin cəminə bərabərdir:
E = E0 + Ek = mc2 + Ek. (5.3)
Eynşteyn müəyyən etmişdir ki, v ≤ c sürəti ilə hərəkət edən və digər zərrəciklərlə qarşılıqlı təsirdə olmayan zərrəciyin tam enerjisi bir ətalət hesablama sistemindən digərinə keçdikdə relyativistik çevrilməyə məruz qalır:
(5.4)le
Əgər cisim sükunətdə olarsa: v = 0, (5.4) ifadəsindən alınır ki, cisim E0 = mc2 sükunət enerjisinə malikdir.
Relyativistik mexanikada kinetik enerji. Cismin kinetik enerjisi onun tam və sükunət enerjilərinin fərqinə bərabərdir:
Ek = E - E0 = E - mc2. (5.5)
Burada tam enerjinin əvəzinə (5.4) ifadəsini yazsaq, alarıq:
(5.6)
Relyativistik mexanikada impuls. Nisbilik nəzəriyyəsinə görə, sistemin impulsu bir ətalət hesablama sistemindən digərinə keçdikdə relyativistik çevrilməyə məruz qalır:
(5.7)
Tam enerji ilə impuls arasında əlaqə. Relyativistik mexanikada cismin tam enerjisi ilə impulsu arasında aşağıdakı əlaqə mövcuddur:

və ya
. (5.9)
Bu münasibət bütün ətalət hesablama sistemlərində ödənilir. Bir ətalət hesablama sistemindən digərinə keçəndə tam enerji və impuls dəyişir, lakin E 2− p2c2 fərqi dəyişmir. Əgər kütlə sıfıra bərabər olarsa (m = 0), (5.9) -dan alınır:
→ E = pc. (5.10)
(5.4) və (5.7) düsturlarından zərrəciyin tam enerjisi ilə onun impulsu arasında belə bir mütənasib olduğu alınır:
(5.11)
(5.10) düsturunu burada nəzərə aldıqda məlum olur ki, m = 0 olduqda zərrəcik (məsələn, foton) işıq sürəti ilə hərəkət edir: v = c.


Yüklə 285,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə