ya üzrə mütəxəssisin qiymətli kağızlar bazannın təhlilində
istifadə edə biləcəyi informasiya mənbələri 3 qrupda
toplamaq əlverişlidir;
1.
Ümumi iqtisadi vəziyyətlə bağlı məlumatlar;
2.
Sektorların iqtisadi strukturlan ilə bağlı məlumatlar;
3.
Finans bazarında əməliyyatlar aparan firmalarla bağlı
məlumatlar.
İqtisadi vəziyyətlə bağlı məlumatlar, istifadəçiyə finans
bazarının bu günki və gələcəkdəki vəziyyətini göstərən
iqtisadi göstəricilər ümumi daxili məhsul, pul təklifi, cari faiz
dərəcəsi, inflyasiya, ÜDM-dan əmanətə ay- nlan pay və s.
makro iqtisadi fəaliyyət haqqında informasiya verir.
Sektorların iqtisadi strukturlan ilə bağlı məlumatlar isə
hər hansı bir sektorun iqtisadiyyatdakı yerini müəyyənləşdirə
bilməsi üçün lazımdır, Sektorun, ümumi iqtisadi vəziyyətə nə
dərəcədə
təsir
göstərdiyi,
inkişaf
edib
etmədiyi,
iqtisadiyyatdan aldığı pay və s. məlumatlar təhlil üçün vacib
olan məlumatlardır. Bu məlumatlann əldə ediləcəyi mənbələr
ÜDM-un sektorlar üzrə paylan- masmı göstərən cədvəllər,
sektora aid olan sənaye indeksləri, sektorların öz güclərindən
tam istifadə nisbətləri və s. iqtisadi göstəricilərdir.
Firmalarla bağlı məlumatlar, firmaların keçmiş
dövrlərdəki iqtisadi və maliyyə uğurlannı müəyyən etməyə
kömək edən satış, istehsal, mühasibat və finans
göstəriciləridir.
İnformasiya mənbələrini rəsmi və xüsusi (özəl) mənbələr
olmaqla iki yerə ayırmaq olar.
1.
Rəsmi mənbələr. Bu mənbələrin bəzilərinin mövcud
olmasının səbəbi iqtisadiyyatla bağlı məlumatları toplamaq,
təhlil etmək və nəticələrini istifadə üçün təq
58
dim etməkdir. Belə mənbələrə tipik misal olaraq Dövlət
Statistika Komitəsini göstərmək olar. Komitə daima milli
gəlir hesablarından, inflyasiya nisbətlərinə qədər çox müxtəlif
iqtisadi göstəriciləri nəşr edir. Aylıq olaraq nəşr edilən
statistika bülletenləri, tədiyə balansı və digər nəşrlərinə görə
Milli Bank xarici iqtisadi təhlil aparan mütəxəssislərin ən
vacib informasiya mənbəyidir.
2.
Xüsusi mənbələr. Bu gün dünyada iqtisadiyyat, finans
bazan və səhmdar cəmiyyətlərlə bağh məlumatlar verən
kifayət qədər nəşrlər vardır. Bu nəşrlərə dövrü olaraq nəşr
olunan jurnallar, həmçinin də gündəlik çap edilən qəzetlər
aiddir. Bundan başqa finans bazarında qiymətli kağızları
alınıb satılan səhmdar cəmiyyətlər öz fəaliyyətləri ilə bağlı
məlumatları “İlkin fəaliyyət nəticələri” vasitəsilə xalqa
çatdırırlar.
Sənayeləşmiş ölkələrdə xüsusi informasiya mənbələri
sırasına finans vasitəçiləri orqanlarının nəşrləri və digər
firmaların nəşr etdikləri məlumatları da daxil etmək lazımdır.
Bu məlumatlar qiymət indeksləri və bu indekslərin köməyilə
hazırlanmış qrafiklər şəklində istifadəçilərə təqdim olunur.
Finans bazarının qiymət indeksləri təhlil aparan
investorlar və hətta açıq tipli səhmdar cəmiyyətlərin ida-
rəçüəri tərəfindən maraqla izlənir. Buna görə də indekslərlə
bağlı məluraatlanrt da verilməsi zəruridir.
2.14.
QİYMƏTLİ KAĞIZLAR BAZARININ
TƏHLİL İSTİQAMƏTLƏRİ
Qiymətli kağızlar bazarının təhlili əsasən iki istiqamətdə
aparılır: ümumi təhlil və texniki təhlil.
Ümumi təhlil. Əvvəlcə qeyd edildiyi kimi, investisiya
qoymağı planlaşdıran şəxs üçün ən vacib məsələ qiy-
59
raətli kağızın bazar qiymətinin, onun nominal qiymətini əks
etdirib etdirmədiyini müəyyən etməkdir.
İqtisadi vəziyyət bir tərəfdən firmanın nağd mənbələrinə,
digər tərəfdən isə səhmin dəyərinə təsir göstərir.
İnvestisiya qoyuluşuna təsir göstərən siyasi, iqtisadi,
sosial və s. sahələrin təhlili qiymətli kağızlar bazarının və
xüsusilə də səhmlərin təhlilində əhəmiyyətli rola sahibdir.
Səhmin qiymətinə təsir göstərən amillər: mənfəətli- lik,
likvidlik, finans strukturu, bölgü kanalları, idarəetmə
sistemləri, rəqabət, iqtisadiyyatın sektor təhlili və ümumi
inkişafı və s. bu kimi amillər.
Beləliklə,
təhlil
aparan
şəxs
səhmə
özü
müəyyənləşdirdiyi qiyməti verir, sonra bu qiyməti bazar
qiyməti ilə müqayisə edərək almaq və ya satmaq qərarını
verir.
Beləliklə, ümumi təhlildə aşağıdakı informasiyalar
toplanaraq təhlil edilir və dəyərləndirilir: iqtisadi inkişafla
bağlı məlumatlar; sektorun inkişafı ilə bağlı məlumatlar;
firma ilə bağlı məlumatlar.
Bu məlumatlar həm rəsmi mənbələrdən, həm də xüsusi
mənbələrdən alına bilər.
Xüsusi mənbələrə isə özəl tədqiqatlar aparan təşkilatların
və ixtisaslaşmış jurnallann illik nəşri, bu kimi digər
məlumatlar aiddir.
Təhlil aparan şəxs bu məlumatları necə əldə edəcəyini və
bunlardan necə istifadə edəcəyini bilməlidir.
İqtisadi
təhlildə
ölkə
iqtisadiyyatının
inkişafı
müəyyənləşdirilir. Çünki ayn-ayrı firmaların müvəffəqiyyətli
fəaliyyəti ölkə iqtisadiyyatının vəziyyəti ilə də əlaqədardır.
Müasir dövrdə ölkə iqtisadiyyatı ilə yanaşı həm iqtisadi
birliklər, həm də dünya iqtisadiyyatı təhlil edilməli, bunlar
arasındakı qarşılıqlı təsirdən yaranan yeni
60
liklər müəyyənləşdirilməli və bu informasiyalardan səhmlərin
təhlilində istifadə edilməlidir.
Ümumi iqtisadi vəziyyətlə bağlı aşağıda sıralanan
göstəricilər müəyyən bir rəy formalaşdıra bilər;
-
Ümumi daxili məhsul;
-
Adam başına düşən gəlir;
-
Pul təklifi;
-
Faiz dərəcələri;
-
Xarici ticarət və tədiyə balansı;
-
Dövlət sektorunun xərcləri;
-
Pul və maliyyə siyasəti;
-
İnflyasiya;
-
İşsizlik;
-
Sabit investisiya xərcləri;
-
İnşaat sektorundakı inkişaf.
İqtisadi inkişaf və ya iqtisadi inkişafın azalması,
müəssisənin fınansımn, qiymətləndirmə və investisiya
siyasətinə, alacaq və borclarının idarə edilməsinə təsir
göstərir. Buna görə də iqtisadiyyatın inkişaf tempinin
əvvəlcədən ehtimal edilməsi çox vacibdir.
Bu göstəricilər iqtisadi inkişaf haqqında məlumatları bir
neçə ay əvvəl (vaxtından qabaq), bəziləri həmin anda, bəziləri
də bir müddət sonra əks etdirə bilir. Təhlil aparanlar daha çox
əvvəlcədən verilən göstəricilərdən istifadə etməyə üstünlük
verirlər.
Ümumi təhlilin ikinci mərhələsi sənaye sahələrinin
təhlilidir. Firmaların müvəffəqiyyəti fəaliyyət göstərdiyi
sektorun iqtisadi aktivliyindən də asılıdır. Buna görə də
investorlar üçün hansı sektorun cəlbedici olduğunu müəyyən
etmək üçün ümumi iqtisadi təhlillərdən əlavə sektorlar üzrə
də təhlillərin aparılması vacibdir.
Ümumiyyətlə, sənaye dedikdə, oxşar məhsullar istehsal
edən, oxşar istehsal vasitələri və texnologiyalar
61
Dostları ilə paylaş: |