Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
  1   2   3   4   5   6   7   8   9   ...   49


 


 


GİRİŞ 
Müasir 
bazar 
iqtisadiyyatında 
“Maliyyə-kredit” 
mövzularına aid aktual problemlərin araşdırılması və təhlilinə 
həsr  olunan  kitablar  iqtisadi  ədəbiyyatımızın  zənginləşməsi 
prosesinə  müsbət  təsir  göstərir  və  həmçinin,  geniş  oxucu 
auditoriyası üçün çox mühüm əhəmiyyət kəsb edir. 
Pul,  kredit,  banklar,  qiymətli  kağızlar  və  valyuta 
mövzuları  gündəlik həyatda ictimaiyyət  tərəfindən, xüsusilə 
də kütləvi informasiya vasitələrində ən çox müzakirə və şərh 
edilən, eyni zamanda mübahisə doğuran məsələlərdən biridir. 
Əmanət və kreditlərə tətbiq edilən faiz dərəcələri və ya 
valyuta məzənnəsindəki dəyişikliklər istər şirkətlərin, istərsə 
də  sahibkarların  maliyyə-investisiya  qərarlarına  təsir  edən 
məsələlərdir. 
“Pul,  kredit,  banklar,  qiymətli  kağızlar  və  valyuta” 
kitabında  suallara  dolğun  və  aydın  formada  cavablar 
verilmişdir. 
Kitab V bölmədən ibarətdir. 
“Pul”  adlanan  I  bölmədə  pulun  funksiyaları,  pulun 
tədavül sürətinə təsir edən amillər, pulun təklif və tələbi, pul 
multiplikatoru,  pul  bazası  və  kütləsi,  pul  siyasətinə  aid 
suallara dolğun və dəqiq cavablar hazırlanmışdır. 
II
 
bölmədə  kredit,  fınans  alətləri  və  investisiya 
mövzularını əhatə edən suallara ətraflı cavab hazırlanmışdır. 
III
 
bölmə  isə  bank  işi  mövzusuna  həsr  edilmişdir.  Bu 
bölmədə 26 mart 2004-cü il “Banklar haqqında” və 


10 dekabr 2004-cü il tarixlərində qəbul edilmiş “Milli Bank» 
haqqında qanunlar öz əksini tapmışdır. 
Bu bölmədə bəzi suallara yeni qəbul edilmiş “Banklar 
haqqında” qanun çərçivəsində cavab verilmişdir. 
IV
 
bölmə qiymətli kağızlar bazarı mövzularına aİd olan 
suallara verilən cavablan əhatə edir. 
V
 
bölmədə isə “Valyuta” mövzulanna aid suallara qısa 
və aydın formada cavablar hazırlanmışdır, 
Ümumiyyətlə, kitab öz yeniliyi, nəzəri və təcrübi 
əhəmiyyəti ilə seçilir. 


I
 
BÖLMƏ 
PUL 
1.1.
 
tLK KAĞIZ PULUN ORTAYA ÇIXMA 
SƏBƏBLƏRİ 
İqtisadi  həyatda  pulun  istifadəsinə  ilk  bankların 
quruluşundan  sonra  başlanmışdır.  Bəs,  o  zamanadək,  pul 
olmayan  yerdə  necə  bank  qurula  bilər  və  ya  kredİt 
əməliyyatları apanla bilərdi? 
İnsanlar o vaxtdan bəri sərvətlərini güvəndikləri yerlərdə 
saxlamaq  ehtiyacı  hiss  etmişdilər.  İlk  çağlarda  din  qorxusu 
son  dərəcə  təsirli  idi.  Tanrıları  aldatmaq  və  ya  fırıldaqçılıq 
etmək kimsənin ağlından keçmirdi. Ən böyük sərvət və gücə 
sahib olan iqtidarlar belə, göylərin qəzəbindən çəkinər və din 
qurumlarına  toxunmazdılar.  Bu  səbəblə  də,  mallarını  oğru, 
düşmən və hökmdarlardan qorumaq istəyənlər də sərvətlərini 
rahiblərə rahatlıqla əmanət edərdilər. 
Rahiblərin əmanətinə buraxılan əşyalar  - tarla, heyvan, 
kənd  təsərrüfatı  alətləri,  dəyərli  daş  və  metal-əşya 
xüsusiyyətində idi. 
Rahiblər bu dəyərli əşyaların hesablarını aparar və istəyə 
uyğun sahiblərinə qaytarardılar. 
Deyə bilərik ki, ilk banklar tanrı evləri və ilk bankçılar 
da rahiblər idi. 
Rahiblərə  qoyulan  əmanət  tanrı  evlərinin  yeganə  gəlir 
mənbəyi deyildi. Tanrıların sevgi və məhəbbətini qazanmaq 
məqsədilə  təklif  edilən  hədiyyələr  çox  böyük  miqdarlara 
çatırdı. 
Hərb  döyüşü,  kralların  müharibədən  əldə  etdiyi 
qənimətlərdən də «Tann evlərinə» pay olaraq verilirdi. 



işləri  yaxşı  gedənlər  şükran  borclarını  “tanrı  evlərinə” 
bağışlar,  günaha  girənlər  isə  səhvlərinin  bağışlanması  istəyi 
ilə «tanrı evlərinə» hədiyyələr gətirərdilər. Beləliklə, «Tanrı 
evlərindəw böyük sərvətlər toplanırdı. 
Ümumiyyətlə, banklann meydana gəlməsi, tarixin böyük 
iqtisadi  inqilablarmdandır.  Kredit  işləri  də,  dövlətin 
iqtisadiyyata ilk müdaxilə formalarından biridir. 
İlk çağda, ticarət fəaliyyətinin olduqca inkişaf etməsinə 
baxmayaraq, mübadilədə yüzlərlə puldan istifadə edilmişdir. 
Mübadilələr, puldan istifadə edilməyən sistemdə yalnız 
barter  yolu  ilə  həyata  keçirilirdi.  Barter  alış-verişdə  bir  mal 
dəyərinin  başqa  mal  ilə  ödənilməsidir.  Barter  sistemi,  ilk 
vaxtlar alış - veriş edənlərin aldıqları və satdıqları malı lazımi 
kimi  dəyərləndirmələrinə  imkan  verəcək  bir  dəyər  ölçüsünə 
əsaslanmadan aparılmışdır. 
İqtisadi inkişaf dəyər Ölçüsü və mübadilə olaraq istifadə 
ediləcək mallar arasında seçim aparılmasını məcburi etmişdir. 
Mübadilə  vasitəsini  uzun  müddət  saxlamaq  üçün 
pozulmaz bir maddə və daşınması yüngül olan əşya lazıın idi. 
Mübadilə  vasitəsinin  hər  kəs  tərəfindən  qəbul  edilməsi  və 
istənməsi isə, az-çox nadir bir maddə olmasına bağlı idi. 
Qiymətli  metallar  başlanğıcda,  külçə-qırıntı  halında 
tədavül edilmişdir. Bunların təmsil etdikləri satınalma gücü, 
əsrlərlə  peculna  və  ya  sesterse  kimi  alışılmış  köhnə  dəyər 
ölçülərinə görə hesablanmışdır. Hesab pulu, metal sikkələr və 
banknot 
tədavülünə 
ahşdıqdan 
sonra 
da 
ortadan 
qalxmamışdır.  Orta  əsrlərdə  hesab  vahidi  olaraq  istifadə 
edilmişdir. 


Dəyərli  metallann  Ödəmə  vasitəsi  olaraq  istifadəsi 
bankların  fəaliyyətinə  də  təsirsiz  qalmamışdır.  İstər  «Tanrı 
evləri»,  istərsə  də  dünyəvi  banklar  saxladıqları  və  ya  borc 
verdikləri  dəyərlər  üçün  qiymətli  metallara  üstünlük 
vermişdilər. 
Tarixçilər 
ilk 
puUann 
Çində 
buraxılmasını 
müəyyənləşdirmişdilər.  Çində  bilinən  ən  qədim  ödəmə 
alətləri bıçaq kimi şeylərdi. 
Mal səbəti və dolayısı ilə pulun dəyərindəki dəyişmələr, 
adətən,  ümumi  qiymət  indeksi  ilə  ölçülür.  Bu  indeksin 
dəyişməməsi,  yəni  qiymət  sabitliyi,  pul  dəyərinin  də 
dəyişməməsi  deməkdir.  Adətən  qiymət  indeksi  yüksələndə 
zaman  pul  həcmini  daraltmaq,  düşəndə  isə  pul  həcmini 
genişləndirmək labüddür. 
1.2.
 
PULUN KLASSİK 
FUNKSİYALARI 
Pul,  bər  kəs  tərəfindən  Ödəmələrdə  qəbul  edilən 
Qmu- mi mübadilə vasitəsidir. 
İnsanlar  arasında  iş  bölümü  və  ixtisaslaşmanın 
inkişafında mübadilə yalnız pulun yardımı ilə mümkündür. İş 
bölümü və ixtisaslaşmanın olduğu bir cəmiyyətdə mübadilə 
məcburiyyəti ortaya çıxır. 
Ancaq  pulun  inkişafı  bununla  da  dayanmadı.  İş 
bölümünün və ticarətin inkişafı kredit yolu ilə ödəmə mctod- 
larmm tətbiqinə səbəb oldu. 
Hal-hazırda  Anqlo-Sakson  ölkələrində  ödəmələrin 
böyük  bir  hissəsi  bank  krediti  və  əmanətə  əsaslanan  çeklə 
həyata keçirilir. 
Ümumiyyətlə, pul - hər kəs tərəfindən ödəmələrdə qəbul 
edilən ümumi bir mübadilə vasitəsidir. 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə