6
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
diversifikasiyasına həsr olunan sənədləri araşdırılmış və yekunda ölkədə iqtisadi diversifikasiyaya mane
olan faktorlar üzə çıxarılmışdır.
Diversifikasiya siyasətinin doğurduğu iqtisadi nəticələrin (policy outputs) təhlili kimi infrastruktura, insan
kapitalına və innovasiyalara yönəlik dövlət investisiyaları araşdırılıb. Yeni qeyri-neft sənaye sahələri, qida
sənayesi, metallurgiya, yüngül sənaye, kimya sənayesi, kənd təsərrüfatı və turizmin inkişafında qət edilən
məsafə və eyni zamanda bu sahələrin önündə qeyri-neft sektorunun prioritet sahələri kimi duran maneələr
göstərilib.
Tədqiqatda diversifikasiya siyasətinin statistik nəticələrinin və dinamikalarının (policy outcomes)
qiymətləndirilməsi istiqamətində iqtisadi diversifikasiya göstəriciləri və ixrac diversifikasiyasını əks etdirən
əsas indikatorlar təhlil edilib. Araşdırma zamanı iqtisadi və ixrac diversifikasiyasının ölçülməsi indikatorları
kimi aşağıdakılar nəzərdə tutulub:
1. Təbii resurslardan asılılıq indikatorları
1.1. Resurs sektorunun ÜDM-dəki payı
1.2. Resurs sektorunun ümumi büdcə gəlirlərindəki payı
2. İqtisadi diversifikasiya indikatorları
2.1. ÜDM-in 1-ci təsnifat səviyyəsində əlavə dəyər yaradan sektorlar üzrə tərkibi
2.2. Məşğulluğun 1-ci təsnifat səviyyəsində sektoral bölgüsü
2.3. ÜDM-in əlavə dəyər üzrə strukturunun sektoral konsentrasiyasının Herfindal indeksi
2.4. Məşğulluğun sektoral konsentrasiyasının Herfindal indeksi
3. İxrac diversifikasiyası indikatorları
3.1. İxrac edilən 10 əsas məhsulun ümumi ixracatda payı
3.2. İxrac konsentrasiyası üzrə Herfindal indeksi
3.3. Xammal (resurs) mənşəli ixracın ümumi ixracatda payı
4. Məhsul təkmilliyi indikatorları
4.1. Yüksək texnologiya ixracının ümumi ixracatda payı
4.2. İxracın təkmilliyi ölçüsü
4.3. Son məhsul formasına salınan sənaye malları ixracının ümumi ixracatda payı
Tədqiqat boyunca və xüsusən də iqtisadi və ixrac diversifikasiyası indikatorları hesablanarkən milli sta-
tistikadan (Dövlət Statistika Komitəsi), BMT-nin ticarət statistikasından və Dünya Bankının metaməlumat
bazasından istifadə edilib. Sənədin sonunda tapıntı və nəticələrlə yanaşı, gələcək vəkillik strategiyala-
rı və fəaliyyətləri üçün də əsas formalaşdırıla biləcək mühim siyasət tövsiyələri (qərar qəbuledicilərə
istiqamətlənən) də öz əksini tapıb.
7
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın ovaxtaqədərki iqtisadiyyatı SSRİ-nin vahid xalq
təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmışdı. Sovet dövründə Azərbaycanın artan
sənaye sektoru, dinamik kənd təsərrüfatı və xidmətlər sektoru var idi. Lakin SSRİ-nin tərkibinə
daxil olan bütün digər respublikalar kimi, Azərbaycan iqtisadiyyatı da tamamilə vahid təsərrüfat
kompleksinə bağlanmışdı. Beləliklə də SSRİ-nin vahid təsərrüfat sistemi dağılarkən respublikadakı
müəssisələrin mühüm hissəsinin fəaliyyəti dayandı, ölkə ciddi iqtisadi və sosial problemlərlə üz-
üzə qaldı. Bununla belə, 1992-ci ildə ölkədə qiymətlər liberallaşdırıldı, milli valyuta dövriyyəyə
buraxıldı, iqtisadi islahatlara start verildi. Lakin siyasi sabitliyin pozulması və Qarabağ müharibəsi
iqtisadi böhranın da dərinləşməsinə və tənəzzülə gətirib çıxardı. 1992-1996-cı illər dövrü ölkədə
iqtisadiyyatın tənəzzülü, ÜDM-in sürətlə azalması, inflyasiya səviyyəsinin çox yüksək olması
və işsizlik səviyyəsinin sürətlə dərinləşməsi kimi meyillərlə xarakterizə olunur: Dünya Bankının
məlumatına görə, bu dövrdə ölkədə ÜDM-in orta illik artım tempi 5,2%, orta illik inflyasiyanın
səviyyəsi 827,7% olub
1
.
1994-cü ilin sentyabrında müstəqil Azərbaycan ilk beynəlxalq neft müqaviləsini – “Azəri-Çıraq-Günəşli”
HPBS imzaladı və sonrakı bir neçə il ərzində beynəlxalq neft müqavilələrinin sayı 20-ni ötdü. Xəzər
dənizindən yeni neft və qaz yataqlarının işlənməsini nəzərdə tutan bu sazişlər ilk növbədə ölkənin neft
sektoruna, habelə bütövlükdə ölkə iqtisadiyyatına xarici investorların marağının artmasına, ölkəyə irihəcmli
xarici investisiyaların cəlb edilməsinə gətirib çıxardı. Bununla yanaşı, 1995-ci ildə start verilən dövlət
mülkiyyətinin özəlləşdirilməsi prosesi real olaraq 1997-ci ildə geniş miqyas aldı və özəl sektor genişlənməyə
başladı. Bunların nəticəsi olaraq qısa müddət ərzində iqtisadiyyatda tənəzzül proseslərinin qarşısını almaq
və ÜDM-in artmasına nail olmaq, qiymət artımını dayandırmaq mümkün oldu: 1997-2000-ci illər dövründə
ÜDM-də 8,6%-lik orta illik artım qeydə alındı, yüksək inflyasiya prosesləri isə orta illik 1%-lik deflyasiya
prosesi ilə əvəzləndi
2
.
2000-ci ildən başlayaraq Azərbaycanda ÜDM-in artmı davamlı xarakter daşıyıb: 2000-ci ildə ölkə ÜDM-i 4.7
milyard manat olmuşdusa, artıq 2005-ci ildə 12.5 milyard manat səviyyəsinə çatmışdı, başqa sözlə, 2,7 dəfə
artmışdı.
1
Azərbaycan – Ölkə üzrə İqtisadi Memorandum. Yeni İpək yolu – ixrac hesabına diversifikasiya. Dünya Bankının sənədi. 23 dekabr
2009-cu il. Səh. 55
2
Yenə orada
2.Makroiqtisadi
Mühit
8
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
Diaqram 1. 2000-2010-cu illər üzrə ÜDM istehsalı həcminin dinamikası
3
(milyon manat)
Ölkədə neft-qaz hasilatı və ixracı həcmlərinin artması, dünya neft bazarında neftin qiymətlərinin qalxması
nəticəsində 2005-ci ildən ölkəyə böyük neft pulları daxil olmağa başladı. Əgər 2004-cü ildə ölkədə neft
hasilatı 15,6 milyon ton idisə, 2005-ci ildə 22.2 milyon, 2006-cı ildə 33.3 milyon və 2007-ci ildə 42.6 milyon ton
səviyyəsinə qalxdı. 2008-ci ildə ölkədə istehsal edilən ÜDM-in həcmi 38.0 milyard manat olmuşdu. Dünya
maliyyə böhranı və neftin dünya bazar qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən 2009-cu ildə ÜDM-in
nominal həcmi əvvəlki illə müqayisədə 2.4 milyard manat azalsa da, 2010-cu ildə yenidən artım baş verdi və
ÜDM-in həcmi 41.6 milyard manat səviyyəsinə çatdı.
Neft-qaz hasilatı və ixracının artması və ölkəyə böyük neft pullarının gəlməsi ilə əlaqədar olaraq ÜDM-in
illik artım templəri yüksəldi: əgər 2000-2004-cü illərdə ÜDM-in orta illik artım templəri təqribən 9-10% təşkil
edirdisə, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə isə 25,0% artım qeydə alındı. Diaqram 2-dən
aydın şəkildə göründüyü kimi, neft hasilatının artım templəri yüksək olduğu dövrdə ölkədə ÜDM-in də
yüksək templərlə artımı müşahidə edilib.
Diaqram 2. 2000-2010-cu illərdə ÜDM-in artım templərinin dəyişilməsi
4
(%)
3
www.azstat.org
4
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi www.economy.gov.az