İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   2   3   4   5   6   7   8   9   ...   76

Cədvəl 1-dən də göründüyü kimi, Türkiyə ÜDM və ixracında baş verən artım ilə yanaşı,
idxalın həcmi də tədqiqat bazası kimi götürülmüş dövrdə artmış, bu isə öz növbəsində
Türkiyənin xarici ticarət saldosunun ilbəil daha da böyüməsinə gətirib çıxarmışdır. Eyni za-
manda tədiyyə balansı baxımından çox vacib göstəricilərdən biri olan ixracın idxalı ödəmə
əmsalı (İİÖƏ) da 1980-ci illə müqayisədə 2015-ci ilə kimi artmışdır. Belə ki, 1980-ci ildə
ixrac gəlirləri idxal üçün lazım olan xarici valyuta tələbinin yalnız 36,8%-ni ödəyə bilirdisə,
2015-ci ildə bu nisbət 69,4%-ə kimi artmışdır. Lakin, hələ də Türkiyə ixracı onun idxalını
tamamilə ödəyə bilmir. Məhz bu kimi amillərin təsirinin nəticəsidir ki, Türkiyə milli valyu-
tası olan TL-nin xarici valyutalar nəzərən məzənnəsi günbəgün aşağı düşür.
Qeyd olunanlarla yanaşı, 1980-2015-ci illərdə Türkiyə ixracının strukturunda da bir sıra
keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki, 1980-ci illərin əvvəllərində bu ölkə dünyaya
əsasən kənd təsərrüfatı məhsulları satırdısa, 1990-cı ildə ixracının 80%-ni sənaye məhsulları
təşkil edirdi. Bununla yanaşı, xidmətlər sektoru da, həm ÜDM-də, həm də ixracda ilbəil
artım dinamikası nümayiş etdirmişdir [13].
Eyni zamanda, Türkiyə sözügedən dövrdə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı
genişləndirmiş, onların işində aktiv iştirak etmişdir. Bu xüsusda 1995-ci ildə ÜTT-yə üzvlüyü
və Avropa Birliyi ilə “Gömrük Birliyi” haqqında sazişlərin imzalanmasını mütləq qeyd et-
məliyik.
İstehsalın və ixracın artırılması ilə bağlı həyata keçirilən dəstək proqramları, habelə
beynəlxalq və regional iqtisadi bloklara inteqrasiya və s. kimi tədbirlər Türkiyə ixracının
davamlı olaraq artmasına və onun strukturunun təkmilləşməsinə, eləcə də coğrafiyasının
genişlənməsinə şərait yaratmışdır. Bəs bu dövr ərzində Türkiyə ixracını diversifikasiya
edərək ixrac gəlirlərində baş verə biləcək dalğalanma və risklərdən özünü “sığortalaya”
bildimi? Bu suala tədqiqatımızın növbəti hissəsində cavab verməyə çalışmışıq.
Türkiyə ixracının diversifikasiya səviyyəsinin qiymətləndirilməsi
Qeyd edək ki, bəzi iqtisadi ədəbiyyatlarda ixracın diversifikasiyası dedikdə yalnız ixracın
mallar üzrə diversifikasiyası başa düşülür. Lakin, hesab edirik ki, ixracın diversifikasiyası -
ixracın mövcud strukturundakı ayrı-ayrı malların və tərəfdaşların sayının maksimuma yük-
səldilməsi,  onların  ümumi  ixracdakı  xüsusi  çəkiləri  arasındakı  fərqin  isə  minimuma
endirilməsini nəzərdə tutan siyasətlərin məcmusudur. Beləliklə, qənaətimizcə ixracın diver-
sifikasiyası qiymətləndirilərkən hesablamalar təkcə mallar üzrə deyil, həm də tərəfdaşlar
üzrə aparılmalıdır.  
Türkiyədə ixracın tərəfdaşlar üzrə diversifikasiyasının qiymətləndirilməsi. Bunun üçün
tədqiqatın nəzəri hissəsində də qeyd olunduğu kimi HHİ, GHİ və CRm indekslərindən isti-
fadə  edilmişdir.  Beləliklə,  hər  üç  indeksin  metodologiyasına  uyğun  olaraq  aparılmış
qiymətləndirmələr göstərir ki, Türkiyə ixracının tərəfdaşlar üzrə diversifikasiyası 1980-ci
ildən 2015-ci ilə kimi yüksəlmişdir. Bununla yanaşı, son 35 ildə HHİ və GHİ indekslərinə
görə Türkiyədə ixracın diversifikasiya səviyyəsi yüksək, CR4 indeksinə görə isə orta və
yüksək olmuşdur.

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
10


Cədvəl 2. 
türkiyənin 1980-2015-ci illərdə tərəfdaşlar üzrə ixracın diversifikasiyası
Qeyd:  * HHİ indeksinin qiyməti 0-10 000 intervalında dəyişir
** GHİ indeksinin qiyməti 0-100 intervalında dəyişir
*** CR4 indeksinin qiyməti 0-100 intervalında dəyişir
Mənbə: Müəllif tərəfindən hesablanmışdır.
Apardığımız təhlillər göstərir ki, Türkiyə son illər ərzində ixracının tərəfdaşlar üzrə di-
versifikasiyasına, başqa sözlə az sayda ölkə və ya ölkə qrupundan asılılığını tamamilə aradan
qaldırmağa  nail  olmuşdur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  digər  ölkələrlə  müqayisədə
Türkiyə  bu  nəticələri  çox  qısa  müddətdə  və  sürətli  şəkildə  əldə  etmişdir.  Bu  baxımdan
Türkiyənin müvafiq sahədəki təcrübəsi ixracını diversifikasiya etmək niyyətində olan ölkələr
üçün mütərəqqi nümunə ola bilər.
Türkiyədə mallar üzrə ixracın diversifikasiyasının qiymətləndirilməsi.
Ümumiyyətlə,  Türkiyə  ixracının  mallar  üzrə  diversifikasiyasının  qiymətləndirilməsi
məqsədilə hər üç indeks üzrə aparılmış hesablamalar göstərmişdir ki, adı çəkilən ölkədə
ixracın son 35 ildə diversifikasiyası təmin edilmişdir. Eyni zamanda, müsbət hal ondan ibarət
olmuşdur ki, bu proses davamlı xarakter almış və ilbəil diversifikasiya daha da təkmil-
ləşdirilmiş və möhkəmləndirilmişdir. Şübhəsiz ki, bütün bunlar aparılmış sağlam xarici ticarət
siyasəti, eləcə də ixracın hər cür dəstəklənməsi vasitəsilə mümkün olmuşdur. 
Cədvəl 3. 
türkiyənin 1980-2015-ci illərdə mallar  üzrə ixrac diversifikasiyası
AZƏRBAYCAN UNİVERSİTETİ
11

İPƏK YOLU 

1/2017
İllər HHİ*
Diversifikasiya
varmı?
GHİ**
Diversifikasiya
varmı?
CR4***
Diversifikasiya
varmı?
1980
711
Yüksək
26,7
Yüksək
39,7
Orta
1985
838
Yüksək
28,9
Yüksək
49,9
Orta
1990
843
Yüksək
29,0
Yüksək
45,4
Orta
1995
776
Yüksək
27,9
Yüksək
42,8
Orta
2000
688
Yüksək
26,2
Yüksək
43,7
Orta
2005
472
Yüksək
21,7
Yüksək
35,3
Orta
2010
344
Yüksək
18,5
Yüksək
27,5
Yüksək
2015
339
Yüksək
18,4
Yüksək
27,4
Yüksək
İllər
HHİ*
Diversifikasiya
varmı?
GHİ**
Diversifikasiya
varmı?
CR4**
Diversifikasiya
varmı?
1980
716
Yüksək
26,8
Yüksək
44,3
Orta
1985
261
Yüksək
20,6
Yüksək
30,5
Orta
1990
303
Yüksək
28,4
Yüksək
25,0
Yüksək
1995
279
Yüksək
17,0
Yüksək
26,5
Yüksək
2000
239
Yüksək
15,2
Yüksək
21,4
Yüksək
2005
218
Yüksək
14,8
Yüksək
20,3
Yüksək
2010
174
Yüksək
13,2
Yüksək
17,4
Yüksək
2015
173
Yüksək
13,1
Yüksək
16,6
Yüksək


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə