İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   2   3   4   5   6   7   8   9   ...   76

Adətən aparılan tədqiqatlarda CR4 və CR8-in qiymətləri hesablanır. Hissələrin sayının az ol-
mağı ixtisaslaşmanın artdığını və xarici ticarətə daha az hissənin nəzarət etdiyini göstərir.
CRm 0-la 100 arasında qiymət alır və aşağıda göstərilən düsturla hesablanır [8, s.77-78]: 
CR_m=(∑_(i=1)^m▒〖 X_(i,t) 〗)/X_t *100                 (3)             
Düsturda CRm - ixtisaslaşma əmsalı, Xi – isə müəssisə, məhsul, sahə və ölkənin payını
göstərir. 
Ən böyük 4 müəssisənin paylarının cəmi kimi CR4 indeksi Üfüqi Birləşmələr Təlimatında
(Horizontal Merger Guidelines) rəsmi olaraq ilk dəfə 1968-ci ildə ABŞ-da istifadə edilmişdir.
1982-ci ildə isə Herfindahl-Hirschman indeksi (HHİ) CR4 indeksinin yerini tutmuşdur.
1982-ci il tarixli Üfüqi Birləşmələr Təlimatına görə, HHİ-nin CR4-ə nisbətən daha dəqiq
olmasının  səbəbi  onun  ətraflı  struktura  malik  olmasıdır.  “4  müəssisəli  ixtisaslaşma
əmsalı”ndan fərqli olaraq, HHİ ən böyük 4 müəssisənin bazar payları ilə yanaşı, yerdə qalan
bazarın kompleks vəziyyətini də əks etdirir [10, s.5]. 
Fikrimizcə,  yuxarıda  qeyd  edilən  indekslər  vasitəsilə  bazarın  rəqabət  vəziyyəti
qiymətləndirildiyi kimi, ixracın diversifikasiya səviyyəsinin ölçülməsi də mümkün ola bilər.
Beləliklə, əgər CRm indeksinin qiyməti 100-ə yaxınlaşarsa, onda ixracın bir qrup əmtəə
(tərəfdaş) üzrə ixtisaslaşması yüksəlir (diversifikasiya azalır), 0-a yaxınlaşdıqca isə ixracın
ixtisaslaşması azalır (diversifikasiya yüksəlir). CRm indeksi metodologiyasına görə, əgər
CR4 indeksinin qiyməti 30-dan kiçikdirsə, onda yüksək diversifikasiya, 30 ilə 50 arasın-
dadırsa, orta səviyyəli diversifikasiya, 50 ilə 70 arasındadırsa, zəif diversifikasiya mövcud-
dur, 70-dən yüksəkdirsə, onda diversifikasiya mövcud deyildir [11, s.7].
Statistik göstəricilər
Tədqiqatda Türkiyə Dövlət Statistika Qurumunun, Beynəlxalq Ticarət Mərkəzinin (ITC)
“Trademap” və Birləşmiş Millətlər Təşkilatının “Comtrade” ticarət məlumat bazalarının
göstəricilərindən istifadə edilmişdir. 
Qeyd etməliyik ki, tədqiqat çərçivəsində mallar üzrə Türkiyə ixracının diversifikasiya
vəziyyətinin qiymətləndirilməsi zamanı Comtrade məlumat bazasında SİTC-nin 4-cü (so-
nuncu) versiyası üzrə 3 rəqəmli kodlar üzrə mallara dair göstəricilərdən istifadə edilmişdir.
Buna səbəb, 1 və 2 rəqəmli kodların çox ümumi, 4 və 5 rəqəmli kodların isə çox xüsusi məh-
sulları ifadə etməsidir. Bu baxımdan 1 və 2 rəqəmli kodlar üzrə diversifikasiya indekslərinin
hesablanması asan olsa da, çox ümumi nəticələr verir və ətraflı təhlillərin aparılmasına imkan
vermir. 4 və 5 rəqəmli kodlar üzrə ixracın diversifikasiyasının hesablanması isə fiziki olaraq
çox çətinliklə mümkün olur. Belə ki, bu kodlar altında 1000-dən çox mal olur ki, bunların
da hər biri üzrə ayrı-ayrılıqda hesablamaların aparılması çox çətin başa gəlir. Lakin 3 rəqəmli
kodlar üzrə hesablamaların aparılması həm bir qədər asandır, həm də bu kodlar üzrə hesabla-
malar 1 və 2 rəqəmli kodlarla müqayisədə daha dəqiq nəticələr verir.
Qiymətləndirmə və təhlil
Qiymətləndirmənin nəticələrinə keçməzdən əvvəl qeyd edək ki, Türkiyə ixracının tədqiqi

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
8


üçün baza dövr kimi 1980-2015-ci illəri əhatə edən zaman kəsiyi götürülmüşdür. Bu isə
təsadüfi deyildir. Çünki, 24 yanvar 1980-ci il tarixindən Türkiyə azad bazar iqtisadiyyatı qay-
daları ilə idarə olunmağa, “ixrac yönümlü inkişaf strategiyası” tətbiq edilməyə başlanmışdır.
Bu proses  Türkiyə tarixinə öz adını islahatçı və liberal bir lider kimi yazdırmağı bacarmış
Turqut Özalın başçılığı ilə böyük vüsət almışdır. Onun bu sahədə həyata keçirdiyi tədbirlər
Türkiyənin iqtisadi tarixinə qızıl hərflərlə yazılmış aşağıdakılardan ibarətdir: dövlət tərəfindən
gömrük rəsmiləşdirməsi zamanı xərclərin və itirilən vaxtın azaldılması, lisenziya və icazə
kimi sənədlərin ləğv edilməsi ilə yanaşı, ixracatçılara emal zamanı ödədiyi vergilərin geri
qaytarılması, gəlir vergisində istisna və güzəştlər, lazım olan valyutanın təmin edilməsi, xam-
mal və yarımfabrikatların alınması üçün kreditlərin verilməsi, onlara pul və maliyyə dəstək-
lərinin göstərilməsi və s. [12]. Bununla bərabər, ixracatçıların xarici bazarlarda rəqabət
qabiliyyətini artırmaq və Türkiyənin ixrac strategiyasını dəstəkləmək məqsədilə Türk Exim-
bankın (1987) yaradılması da məhz onun rəhbərliyi dövründə baş tutmuşdur. Bütün bunların
nəticəsində 1980-ci ildən başlayaraq ölkənin xarici ticarətinin həcmində və onun strukturunda
ciddi müsbət dəyişikliklər baş vermiş, ixracda kənd təsərrüfatı məhsullarının payı sürətlə
azalarkən, emal sənayesi məhsullarının payı davamlı olaraq artmışdır. Bu baxımdan tədqiqat
dövrü kimi 1980-2015-ci illərin götürülməsinin daha dəqiq nəticələr verəcəyi qənaətindəyik.
Türkiyə ixracının inkişaf dinamikası
Beləliklə, aparılan düzgün xarici ticarət siyasəti nəticəsində Türkiyə ixracı 1980-ci ildən
başlayaraq sürətlə artmağa başladı. Təkcə 5 il ərzində bu ölkənin ixracı 2 milyard ABŞ dol-
larından 8 milyard ABŞ dollarına qədər yüksəldi. 35 illik dövr ərzində isə Türkiyə ixracı
təqribən 50 dəfə artmışdır. Bu artım özünü adambaşına ixracda da göstərmiş, 1980-ci ildə
Türkiyədə hər adambaşına 66 ABŞ dolları məbləğində ixrac olurdusa da 2015-ci ildə Türkiyə
əhalisinin hər nəfərinə düşən ixracın məbləği 1850 ABŞ dollarına qalxmışdır. Şübhəsiz ki,
ixracda baş verən bu artım ölkədə istehsal həcminin də paralel olaraq artmasına bir işarədir.
Rəqəmlərə müraciət etsək, 1980-ci ildə Türkiyədə istehsal olunan ümumi daxili məhsulun
həcmi 67,5 milyard ABŞ dolları idisə, 2015-ci ildə 720 milyard ABŞ dollarınadək yük-
səlmişdir  [13], [20], [21]. 
Cədvəl 1. 
1980-2015-ci illərdə türkiyənin bir sıra makroiqtisadi göstəriciləri, milyard ABŞ
dolları ilə (sabit qiymətlərlə)
Mənbə: Türkiyə Statistika Qurumu (www.tuik.gov.tr)
AZƏRBAYCAN UNİVERSİTETİ
9

İPƏK YOLU 

1/2017
ÜDM Adambaşına ÜDM ($) İxrac Adambaşına ixrac ($) İdxal Saldo İİÖƏ, (%)
1980 67,5
1 518,0
2,9
65,5
7,9
-5,0
36,8
1985 66,4
1 320,0
8,0
158,2
11,3
-3,4
70,2
1990 149,2
2 654,6
13,0
230,6
22,3
-9,3
58,1
1995 168,1
2 726,6
21,6
351,0
35,7
-14,1
60,6
2000 265,4
4 129,3
27,8
432,2
54,5
-26,7
51,0
2005 481,5
7 035,8
73,5
1 073,7
116,8
-43,3
62,9
2010 731,6
10 002,6
113,9
1 557,0
185,5
-71,7
61,4
2015 719,6
9 257,0
143,8
1 850,3
207,2
-63,4
69,4


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə