International scientific conference of young researchers



Yüklə 36,69 Mb.
Pdf görüntüsü
səhifə517/517
tarix31.07.2018
ölçüsü36,69 Mb.
#59670
1   ...   509   510   511   512   513   514   515   516   517

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

934

  

27-28 April 2018, Baku, Azerbaijan

 

artıran  və  hesabatlılığı  təmin  edən  ən  əhəmiyyətli  amillərdir.  Aktiv  iştirak  vətəndaşların  qərar  alma 

prosesinə müəyyən ortaqlıq prinsipi əsasında qatılmasını, yəni, siyasətlə əlaqədar vətəndaşların görüş 

və  fikirlərinin  alınmasını  əks  etdirir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bununla  birlikdə  siyasətin 

formalaşdırılmasında son qərar və məsuliyyət məhz dövlətə məxsusdur [7, s.4].  

Pelin  Kuzeyin  fikrincə  isə  şəffaflığın  dörd  əsas  xüsusiyyəti  mövcuddur.  Belə  ki,  ilk  olaraq 

məlumat  şəffaflığı  təmin  edilməlidir.  Beləcə,  siyasi  qərar  alma  mexanizminin  iştirakçıları  alınan 

qərarlar  və  bununla  əlaqədar  olan  hər  cür  məlumata  giriş  imkanı  əldə  edəcəklər.  Şəffaflığın  ikinci 

xüsusiyyəti  isə  iştirakdır.  Bu,  vətəndaşların  alınan  siyasi  qərarlarda  ədalətli  təmsil  olunması,  ya  da 

birbaşa iştirak etməsini ifadə edir. Üçüncü olaraq, məsuliyyətə bağlı olaraq şəffaflığın təmin edilməsi 

tələb  olunur.  Bunun  sayəsində,  dövlət  vəzifəliləri  hərəkətlərindən  və  qərarlarından  dolayı  istər 

məhkəmə sistemi, istərsə də ictimaiyyət qarşısında məsuliyyət daşıyacaqlar. Dördüncü və son olaraq 

isə  məhkəmə  sisteminin  şəffaflığı  və  müstəqilliyi  həyata  keçirilməlidir.  Bunun  nəticəsində  isə 

məhkəmələr tərəfindən verilən qərarların, mühakimə etmə proseduralarının doğruluğuna dair bir şübhə 

duyulması  ehtimalı  aradan  qalxacaq,  bundan  başqa  isə,  şübhə  duyulduğu  təqdirdə  yenə  məhkəməyə 

müraciət etmək mümkün olacaqdır[8, səh.64]. 

Şəffaflığın  əldə  edilməsi  üçün  əvvəlcə  məlumatın  əlçatan  olması,  məlumatın  vətəndaşların 

ehtiyaclarına uyğun olması, etibarlı və düzgün formada ötürülməsi önəmlidir. Ayrıca məlumatı təmin 

edən təşkilat, yaxud insanların istəkli olması vacib amillərdən biridir. Bu şərhlər əsasında ictimaiyyətə 

açıqlanacaq məlumatların aşağıdakı xüsusiyyətlərdə olması vacibdir: 

 

Məlumat açıq-aydın olmalıdır. 



 

Açıqlanan məlumat doğru olmalıdır. 



 

Məlumatın tam, tərəfsizlik içərisində təqdim edilməsi önəmlidir. 



 

İnformasiya əskiksiz olaraq təqdim edilməlidir. 



 

Məlumat istifadəçiləri tərəfindən analizlər etməyə imkan verəcək xüsusiyyətlərə sahib olmalıdır. 



 

Məlumata zamanında giriş imkanı yaradılmalıdır [9. s.51]. 



Şəffaflıq dövlətin hədəflərini, bu hədəflərə çatmaq üçün həyata keçirdiyi siyasəti və bu siyasətin 

varlığı və nəticələrini izləmək üçün lazım olan məlumatın nizamlı, aydın, ardıcıl və etibarlı bir şəkildə 

təqdim  edilməsi  deməkdir.  Bu  tərifdə  iki  əhəmiyyətli  nüans  vardır.  Birincisi,  şəffaflığı  həyata 

keçirmək  üçün  dövlət  qulluqçularının  yalnız  nə  etdiklərini  bilmək  kifayət  deyil;  nə  etməyə  niyyətli 

olduqlarını  da  əvvəlcədən  ictimaiyyətə  təqdim  etməsi  önəmlidir.  İkinci  məsələ  isə,  məlumat  və 

sənədlərin  vətəndaşların  əldə  edə  biləcəyi,  həmçinin  istifadə  edə  biləcəyi  şəkildə  başa  düşülən 

olmasıdır  [9.  s.52].  Burada  məlumatların  və  sənədlərin  əldə  olunması  baxımından  iki  əhəmiyyətli 

məqam vurğulanmalıdır. Bunlardan biri mətbuat azadlığı, digəri isə informasiya texnologiyaları və e-

dövlət (e-hökumət) tətbiqlərinin genişləndirilməsidir.  

Dövlət idarəetməsində şəffaflığın təmin edilməsinin mühüm məqamlarından biri də korrupsiya ilə 

mübarizənin  yüksək  səviyyədə  təşkilidir.  Dövlətin  bütün  sahələrində  korrupsiya  halları  ilə  mübarizə 

siyasətinin  effektli  tətbiqi  və  bu  sahədə  fəaliyyət  göstərən  qurumların  fəaliyyəti  şəffaflığın  təmini 

baxımndan əhəmiyyətli rol oynayır. 

Nəticə 

Dövlət idarəçiliyində yeni tendensiyalardan olan "yaxşı idarəçilik" anlayışının əsas prinsiplərinən 

biri  kimi  şəffaflıq  dövlət  qurumlarının  fəaliyyətlərinin  hər  tərəfli  surətdə  vətəndaşların 

məlumatlanmasına  açıq  olmasını  tələb  edir.  Bu  da  məlumatların  əldə  edilməsi,  məlumatların  əlçatan 

olması  ilə  mümkündür.  Vətəndaşların  məlumatlanmasına  təqdim  edilən  məlumatlar  həm  qərarların 

alınmasını,  onların  icrasını  əhəatə  elədiyi  kimi,  eyni  zamanda  maliyyə  vəsaitlərinin  necə  istifadə 

edildiyini  də  əhatə  etməkdədir.  Vətəndaşlar  üçü  məlumatların  əlçatan  olması  üçün  dövlətlərin  bu 

sahədə normatif infrasturktur və texniki infrastrukturu formalaşdırması günün tələbidir.  

Dövlət  idarəetməsində  şəffaflığın  təmin  edilməsi  sayəsində  vətəndaşla  rəhbərliyin  əməkdaşlığı 

artacaq, xidmət keyfiyyəti yüksələcək, yol verilən xətaların sürətlə düzəldiləməsi mümkün olacaqdır. 

Bunun sayəsində dövlət - vətəndaş münasibətləri yaxınlaşaraq vətəndaşların idarəetmədə iştirak təmin 

ediləcəkdir ki, bu da demokratik idarəetmənin möhkəmlənməsi deməkdir. 

1.  

Azərbaycan dilinin izahlı lüğəti, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına                                                      



Dilçilik İnstitutu, IV cildi, Şərq-Qərb Bakı 2006 

2.  


Mahmut Akpınar, "Gün işiğında yönetim açısından Türk kamu yönetiminde açıklık ve şeffaflık sorunu", Sülüyman 

Demirel Üniversitesi, İktisadi ve İdari Bilimler Fakültesi Dergisi, Y.2011, C16, S.2.ss.235-261. 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

935

  

27-28 April 2018, Baku, Azerbaijan

 

3.  


Pelin Kuzey, "Şeffaflik ve iyi yönetişim, İyi Yönetişimin Temel Unsurları, Maliye Bakanlığı                                               

Avrupa Birliği ve Dış İlişkiler Daire Başkanlığı Yayını, Ankara 2003 ss. 1-17 

4.  

Hülya Kirmanoğlu, "Amartya Senin Özgürlük ve Kalkınma üzerine Düşüncelerine Bir Bakış"                                              



İÜ, Maliye Araştırmaları Merkezi Konferansları, 47-ci seri, Yıl 2005. 

5.  


Jhon Gram, Bruce Amos, Tim Plumptre, Principles for Good Governance in the 21st Century, İnstitute On 

Governance, Policy Brief No: 15, August 2003 

6.  

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" mfa.gov.az/files/file/9(1).pdf (İstifadə 



tarixi 11 Aprel 2018) 

7.  


Sevim Bozkurt. "Kamu yönetiminde şeffaflık ve bilgi edinme yasası uygulaması".Adana, 2008, 190 

s.http://ulusaltezmerkezi.com/kamu-yonetiminde-seffaflik-ve-bilgi-edinme-yasasi-uygulamasi/135/ (İstifadə tarixi 04 

Aprel 2018). 

8.  


Kuzey, Pelin. "Avrupa Kamu Yönetimi İlkeleri", sıgma Raporları,No:27 (Çeviri),                                                          

Maliye Dergisi, 2004, Eylül-Aralık, 200 s. 

9.  

Şaban Erdoğan. "Kurumsal yönetim ilkeleri ışığında şeffaflık ve Türkiye uygulaması". Afyonkarahisar, 2009, 207 s. 



http://openaccess.inonu.edu.tr:8080/xmlui/bitstream/handle/11616/5494/Tez%20Dosyas%C4%B1.pdf?sequence=1&is

Allowed=y (İstifadə tarixi 04 Aprel 2018) 

 

 

 



DÖVLƏT QULLUĞUNDA ETİK QƏRAR VERMƏ 

 

Nərgiz NƏHMƏTOVA 

nnemetova@beu.edu.az 

Bakı Mühəndislik Universiteti 

 

Müasir idarəetmə anlayışında etik prinsip və dəyərlər universal xarakter daşıyır. Xüsusilə, dövlət 



qulluğunda vətəndaşa təqdim olunan xidmətlər, alternativi olmayan xidmətlər olduğundan, bu sahədə 

etik prinsip və dəyərlər ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə “Dövlət qulluğu 

haqqında”  Azərbaycan  Respublikası  Qanunu  (1  sentyabr  2001-ci  il  tarixindən  qüvvəyə  minmiş), 

dövlət  qulluqçularının  xidməti  fəaliyyətini  icra  edərkən  etik  qaydalara  riayət  edilməsini  əsas 

vəzifələrindən biri kimi təyin etmişdir. Etik qaydalar isə öz növbəsində, 31 May 2007-ci ildən etibarən 

qüvvəyə minmiş “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası 

qanunu  ilə  tənzimlənir.  Bu  qanun  dövlət  qulluqçuları  üçün  vahid  etik  davranış  standartlarını  və 

prinsiplərini müəyyən edir.  

Qanunun  qəbul  edilməsində  əsas  məqsəd,  dövlət  orqanlarının  və  dövləq  qulluğunun  nüfüzunun 

artırılması,  vətəndaşların  dövlət  orqanlarına  və  dövlət  qulluqçularına  etimadın  yüksəldilməsi,  dövlət 

orqanları  və  dövlət  qulluqçularının  fəaliyyətində  səmərəliliyin  və  şəffaflığın  artırılması,  dövlət 

orqanlarında  korrupsiyasının  və  dövlət  qulluqçularının  fəaliyyətində  maraqların  toqquşmasının 

qarşısının  alınması,  dövlət  qulluqçularından  gözlənilən  davranış  barədə  vətəndaşların 

məlumatlandırılmasıdır. Dövləq qulluqçusu status daşıyan insanlar qanunda təyin edilmiş standart və 

prinsiplər çərçivəsində xidməti davranışlarını icra etməlidir.  

Praktik  həyatda,  dövlət  qulluqçuları  qanunların  çərçivəsində  vəzifələrini  icra  edərkən,  xüsusilə 

ictimai  məsələlərdə  qərar  verərkən,  müəyyən  çətinliklərlə,  dilemmalarla  üzləşirlər.  Bu  baxımdan, 

deontolojik və teleolojik əxlaq nəzəriyyələri olaraq qəbul edilmiş iki nəzəriyyə təyin edici olaraq qəbul 

edilir. Teleolojik nəzəriyyə hadisələrin nəticəsinə və deontolojik nəzəriyyə isə  

hərəkətlərin mahiyyətlərinə əsaslanır.  

Teleolojik nəzəriyyə dünya siyasətində, tez tez istifadə edilən nəticəyə əsaslanaraq, davranış və 

qərarların  qiymətləndirildiyi  nəzəriyyədir.  Cəmiyyətin  faydasını  maksimumlaşdırmağı  hədəfləyərək, 

məqsədə nail olmaq üçün vasitələrə bəraət qazandıran nəzəriyyədir. Con Stuart Mill (1806-1873) kimi 

tərəfdarları olan bu nəzəriyyə, hər bir hərəkətin düzgünlüyünü və yanlışlığını təyin etmək üçün, onun 

gətirdiyi  universal  yaxşılığa-faydaya  baxmaq  lazımdır.  Yəni  qısa  zaman  üçün  əldə  edilən  nəticələr 

deyil, ümumilikdə universal yaxşılığa gətirdiyi nəticələr daha əsasdır.  

Deontologiya  nəzəriyyəsi  vəzifə  anlayışına  əsaslanır.  Bu  nəzəriyyəyə  əsasən  davranış  və  ya 

hərəkətlər  özlüyündə  yaxşı  və  ya  pisdir,  nəticə  davranışın  doğruluğunda  qərar  verici  ola  bilməz. 

Adından da görüldüyü kimi, vəzifələr vəya əxlaqi qayda və prinsiplər davranışın əsasını təşkil etməli, 

təyin  edici  olmalıdır.  Bu  nəzəriyyə  İmmanuel  Kantın  (1724-1804) qəti  imperativinə  əsaslanır.  Bu 

imperativə  əsasən  hər  bir  insan  davranışlarında  «Elə  hərəkət  et  ki,  sənin  hərəkətinin  əxlaq  qaydası 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University

  

936

  

27-28 April 2018, Baku, Azerbaijan

 

olaraq  ümumi  qanun  ola  bilsin»,  yaxud  da  «Elə  hərəkət  et  ki,  sənin  iradənin  əxlaq  qaydası  eyni 

zamanda  ümumi  qanunvericilik  prinsipi  qüvvəsinə  malik  olsun».  İnsanlar  cəmiyyətdə  hər  hansı  bir 

fəaliyyəti ümumiləşdirərsə, bunun nəticəsi necə olar? Yəni insanlar heç bir zaman nəticəyə nail olmaq 

üçün vasitə kimi deyil, nəticənin özü kimi davranmalıdırlar. İnsanların ləyaqət və dəyəri Kantın etik 

nəzəriyyəsinin  mərkəzidir.  Deontoloji  nəzəriyyələrə  əsasən,  davranış  qaydalarının  vahid,  insan 

hüququna  və  ictimai  normalarına  əsaslanan  davamlı  və  universal  xarakteri  olmalıdır  və  dövlət 

qulluqçuları davranışlarında bu prsiplərdən heç bir səbəblə uzaqlaşmamalıdır.  

Bu  iki  nəzəriyyə  dövlət  qulluqçularının  qanunun  nizamlamadığı  və  ya  dəqiq  qərarların  aydın 

olmadığı, dilemmalarla qarşılaşdığı zamanlarda dövlət qulluqçularına qərar verməyə kömək edir.  



 

 

Document Outline

  • Section_1_1_Riyaziyyat_kitab
  • Section_1_2_FİZİKA_kitab (2)
  • Section_1_3_Kimya_kitab
  • Section_1_4_Biologiya_kitab
  • Section_2_1_Kamil Ahmedov (Komputer and İCT) (1)
  • Section_2_2_all in all mechanical
  • Section_2_3_Sənaye Mühəndisliyi
  • Section_2_4_MEMARLIQ_VE_INSAAT
  • Section_2_5_GTEK_kimya muh_2018
  • Section_3_IIF-məqalələr2018GTK
  • Section_4_1_Azerbaycan_dili_kitab_son
  • Section_4_2_Azerbaycan_Edebiyati_kitab
  • Secti
    Yüklə 36,69 Mb.

    Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   517




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə