İnteqratsiya anlayışı və təsnifatı



Yüklə 20,86 Kb.
səhifə3/3
tarix31.05.2023
ölçüsü20,86 Kb.
#114580
1   2   3
MIP1

nstitusionalizm. Liberalizmin bu cərəyanı fikirlərini erkən liberalların beynəlxalq institutların beynəlxalq münasibətlərə müsbət effektinə dair ideyalarına əsaslandırır. Vudro Vilsonun xaotik güc siyasəti “ cəngəlliyi”ni idarəolunan “ Heyvanxana”ya çevirmək ideyasıda bu haqda idi. İlk növbədə bu transformasiya beynəlxalq təşkilatların (Millətlər Liqası) vasitəsilə həyata keçirilməli idi. Bugün institusional liberallar öz sələflərinə nəzərən daha az optimistdirlər. Onlar qəbul edirlər ki, beynəlxalq təşkilatlar dövlətlər arasında əməkdaşlığı asanlaşdırır, amma belə iddia irəli sürmürlər ki, bu institutlar beynəlxalq münasibətləri “cəngəllikdən” “heyvanxanaya” çevirməyin təminatçılarıdırlar. Lakin eyni zamanda institusionalistlər realistlərin beynəlxalq təşkilatların yalnız kağız üzərində mövcud olması və tamamilə böyük dövlətlərin “xidmətçiləridir” ideyasını qəbul etmirlər. Beynəlxalq təşkilatlar müstəqildirlər və dövlətlər arasında əməkdaşlığı təmin edə bilirlər.
Beynəlxalq institut nədir? İnstusional liberalizmə görə bu NATO, Avropa İttifaqı kimi beynəlxalq təşkilat; və ya dövlətin müəyyən sahələrdə fəaliyyətini idarə edən qaydalar toplusudur ( məsələn aviasiya və ya gəmiçilik sahəsində və s.). Bu qaydalar toplusu “rejim” də adlandırılır. Adətən bu ikisi birlikdə mövcuddur: məsələn ticarət rejimi Dünya Ticarət Təşkilatı tərəfindən formalaşdırılır. Lakin formal institutların olmadığı rejimlər də mövcuddur, məsələn Dəniz Qanunu konfransı BMT-nin himayəsi altında keçirilir və ayrıca beynəlxalq təşkilatı yoxdur.
İnstitusional liberallar iddia edirlər ki, institutlar dovlətlərarası əməkdaşlığın genişlənməsinə yardım edir. Onlar bunu sübut ütmək üçün bixeviorist, elmi yanaşmadan istifadə edərək dövlətlərarası institutlaşmanın səviyyəsini müəyyən etməyə çalışırlar. Bu baxımdan institutlaşma iki cəhətə görə təhlil edilə bilər: əhatə dairəsi və dərinlik baxımından. Əhatə dairəsi institutların hansı sahələri əhatə etdiyini müəyyən edir. Məsələn onlar yalnız bir neçə vacib iqtisadi sahəni, ticarət və investisiya kimi sahələri əhatə edir yoxsa digər iqtisadi sahələri və hərbi, sosial, siyasi sahələri də? Əməkdaşlığın genişləndirilməsinə yardım edən təşkilatlar içərisində Avropa İttifaqı qeyd edilir. Avropa ölkələri o dərəcədə intensiv əməkdaşlıq edirlər ki, hətta hökumətində bəzi funksiyalarını bölüşürlər, məsələn sənaye və kənd təsərrüfatı sahəsində, iqtisadi sahədə vahid bazar, digər sahələrdə də əməkdaşlıq genişləndirilir. Aİ institutların əhəmiyyətini vurğulamaq üçün yaxşı nümunədir. İnstitusionalistlər iddia edirlər ki, institutlar Soyuq Müharibədən sonra Qərbi Avropada əhəmiyyətli dəyişikliklər yaratdılar. İnstitusional liberallar neorealistlərin bəzi ideyalarını təkzib edirlər. Neorealistlər bildirirlər ki, Soyuq müharibənin bitməsi avropaya qeyri -sabitlik gətirəcək və böyük müharibə baş verəcək. Soyuq müharibə dövründə sülh Sovet İttifaqı ilə ABŞ arasında qüvvələr balansını yaradan iki sütün üzərində qurulmuşdu. Birinci sütün bipolyarlıq , ikincisi isə super qüvvələrin monopoliyasında olan geniş nüvə silahı arsenalı idi. Çoxqütblülüyün yaranması qeyri-sabitlik və təhlükələri artırdı. Bunun kökündə isə beynəlxalq münasibətlərin anarxik xarakteri durur. Neorealist Merşaymerə görə “anarxiyanın iki nəticəsi var. Birinci dövlətlər arasında inam yoxdur. Hər bir dövlət öz təhlükəsizliyini təmin etməlidir, çünki heç bir digər aktor bunu etməyəcək.”
Buna cavab olaraq institusional liberallar bildirirlər ki, institusionalizmin yüksək səviyyəsi çoxqütblü anarxiyanın qeyri-sabitlik effektinin qarşısını əhəmiyyətli dərəcədə alır. Dövlətlər arasında informasiya mübadiləsinin həyata keçirilməsi (institutlar çərçivəsində) qarşılıqlı inamı artırır. İnstitutlar dövlətlərin bir-birindən qorxu hissini azaldrır. Eyni zamanda institutlar dövlətlər arasında danışıqlar üçün forum rolunu oynayır.


Yüklə 20,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə