İnteqratsiya anlayışı və təsnifatı


İnteqrasiya nəzəriyyələri: liberal məktəb



Yüklə 20,86 Kb.
səhifə2/3
tarix31.05.2023
ölçüsü20,86 Kb.
#114580
1   2   3
MIP1

İnteqrasiya nəzəriyyələri: liberal məktəb. Sosioloji liberalizmə transnasionalizm də deyilir. Realistlər hesab edirlər ki, beynəlxalq münasibətlər suveren dövlətlərin hökumətləri arasında olan münasibətlərdir. Sosial liberalistlər bunu dar və birtərəfli baxış kimi qəbul edirlər. Beynəlxalq münasibətlər təkcə dövlət-dövlət münasibətləri deyil, həm də transnasional- müxtəlif ölkələrdən olan insanlar, qruplar və təşkilatlar arasında olan münasibətlərdir. Ceyms Rozenau transnasionalizmi belə izah edir: hükumətlər tərəfindən həyata keçirilən beynəlxalq münasibətlər fərdlər, qruplar və cəmiyyətlər arasında da mövcuddur və hadisələrin gedişinə əhəmiyyətli təsir göstərir. İnsanlar arasındakı münasibət milli dövlətlərarası münasibətlərdən daha kooperativ və sülhü dəstəkləyəndir.
Karl Doyç 1950-ci illərdə transnasional münasibətlərin araşdırılmasında əsas şəxslərdəndir. Doyç iddia edir ki, dövlətlər arasında transnasional əlaqələrin yüksək səviyyəsi sülhün genişlənməsinə və müharibələrin azalmasına səbəb olur. Təhlükəsiz cəmiyyət formalaşır və insanlar qrupu inteqrasiya edir. İnteqrasiya “cəmiyyət ruhu” yaradır; insanlar anlayırlar ki onlar münaqişə və problemləri geniş miqyaslı fiziki müharibələr olmadan da həll edilə bilərlər. Doyç qeyd edir ki, bu cür təhlükəsiz cəmiyyət Şimali Atlantikanın Qərb dövlətləri arasında mövcuddur. O, təhlükəsiz cəmiyyəti yaratmağa imkan verən bir neçə şərtləri göstərir: sosial kommunikasiyanın artması, insanların mobilliyinin ( hərəkət) artması, daha güclü iqtisadi bağlar və s.
Bir çox sosial liberallar hesab edirlər ki, müxtəlif ölkələrdən olan insanlar arasında transnasional münasibətlər insan cəmiyyətinin dövlət bərabərində mövcud olan hətta onlarla rəqabətə girən yeni formasını yaradır. Con Burton “hörümçək toru” modelini irəli sürür. Əsas məqsəd milli dövlətlərin müxtəlif tip xarici bağlara və müxtəlif maraqlara sahib çoxsaylı insan qruplarından təşkil olunduğunu göstərməkdir: dini qruplar, biznes qrupları, işçi qrupları və s. Bunun əksinə olaraq realistlər dövlətlər sistemini bilyard stolu şəklində təsvir edirlər. Burton qeyd edir ki, əgər biz müxtəlif qruplar arasında olan transaksiya və kommunikasiyaların nümunə xəritəsini qursaq dünyanın dövlətlərin sərhədlərinə əsaslanan xəritələrdən daha aydın xəritəsini çəkmiş olarıq. Burton bildirir ki, hörümçək toru modeli qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlığın göstəricisidir. Fərdlər müxtəlif qrupların üzvləri olduğu üçün konfliktlərin qarşısı alınacaq və ya tamamilə aradan qaldırılacaq.
Sosial liberal yanaşmanı transnasional münasibətlər səviyyəsinə inkişaf etdirən digər bir araşdırmaçı Ceyms Rosenaudur. O əhali səviyyəsində olan transnasional münasibətlərə diqqət yetirir. O bildirir ki, individual əməliyyatların, əlaqələrin qlobal səviyyədə əhəmiyyəti artmaqda davam edir. Birincisi ona görə ki, fərdlərin elektron kommunikasiya vasitələrinə çıxışı, xarici səyahətlərin sayı, təhsilin səviyyəsi artıb. İkincisi, dövlətin nəzarət və tənzimləmə bacarığı, imkanları azalır. Beləliklə Rosenau beynəlxalq sistemin dəyişdiyini: anarxik, dövlət mərkəzçi sistemin yox olmadığını amma “suverenlikdən azad” dövlətdən kənar bəzən isə dövlətlərlə rəqabət aparan müxtəlif çoxsaylı icmalardan ibarət “çoxmərkəzli” sistemin də mövcud olduğunu qeyd edir. Bununla da liberal ideyanı dəstəkləyən Rosenauya görə fərdlərin və qrupların transnasional şəbəkəsi ilə səciyyələnən pluralist dünya daha sülh mühitində olacaq. Digər tərəfdən bu daha qeyri-sabit dünya olacaq, çünki dövlət gücünə əsaslanan köhnə sistem yenisi ilə əsaslanır. Lakin çox az hallarda konfliktlər gücün tətbiqi ilə nəticələnəcək. Belə ki, yeni kosmopolitan fərdlər çoxsaylı qrupların üzvləridirlər və onlar asanlıqla düşmən səviyyəsinə gəlməyəcəklər. İ
Yüklə 20,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə