70
Qeyd: soyuq necə hiss olunur. Soyuq əslində bədənin
sıxlaşması ilə hiss olunur. Təzyiq artır, sıxlaşmış hava
dərini sıxlaşdırır. Bu sıxlaşmadan insanlar soyuğu hiss
edirlər. Bədənin bərkləşməsi soyuqdan əmələ gəlir.
Mənfi enerji anlayışı müqayisə üçündür. Burada kəmiyyət,
tərkib, sürət amili müqayisə kriteriyasıdır. Enerji ötürülmə
zamanı məkandakı kəmiyyətini, həcmini itirir. Ötürülən axın
aktiv olur. Mənbədə toplanmış enerji kütləsi axın edir. Bu da
sürəti artırır. Mənbə aktiv olanda çıxş da aktiv olur. Buna görə
də enerjili insanlar tez enerji ötürürlər və qəbul edirlər. Belə
qəbul etmək olar ki, “bərkləşmiş” zərrəciklərdən yaranan enerji
axını sürət anında seyrəkləşib aktiv enerjiyə çevrilə bilər. Bu
baxımdan da belə qəbul etmək olar ki, soyuq su kütləsi, soyuq
hava axını sürət əsnasında istiləşə bilər. Aktivləşmiş küləyin
seyrəkləşməsi isti küləyi əmələ gətirə bilər.
Ümumiyyətlə, belə qəbul edək ki, insanlar arasında
“mənfi” enerji ötürülmür. Ötürülən elə enerjinin özüdür. Enerji
(insanlar arasında olan) həmişə müsbət olur. Düzdür, biz
insanlar azalan enerjini mənfi adlandırırıq. Mənfi enerji həm də
nisbətən qeyri-aktiv olan passiv enerjidir. Ötürülən sürət artıb-
azala bilər. Bir şəxs digərinə enerji ötürəndə mənbədə enerji
azalır, qeyri-tarazlıq yaranır. Bu qeyri-tarazlıq narahatlıqları
çatışmazlıqları meydana gətirir. İnsanlar mənbənin yeri dolana
qədər özlərini
zəif hiss edirlər, çatışmazlıq yaranır.
Taraz və qeyri-taraz enerji ola bilir. Yəni, müəyyən
tutumda, müəyyən məkanda enerjinin tərkib hissəcikləri
arasında olan məsafə taraz və qeyri-taraz əsaslarla formalaşır.
Burada enerji potensialını yaradan, enerji kütləsini, tutumunu
yaradan zərrəciklər arasında düzülüş də sistemli və qeyri-
sistemli olur. Enerjinin xassəsi onun sistemlilik dərəcəsindən
asılı olur.
Ruhu taraz insanlar daima taraz enerji ötürürlər və bu da
əks tərəfdə -enerjisi çatışmayan tərəfdə- məkanı doldurur və
nəticə etibarilə rahatlıq yaradır. Təbii ki, hər bir ötürülən
71
kəmiyyət enerjidir, enerji yığımıdır, enerji toplusudur. Enerji
bir məkanda çox aktiv, digərində isə nisbətən az aktiv ola bilər.
Burada, yəni məkanın özündə enerji artıqlığı və azlığı yaranır.
Onu da nəzərə almaq lazımdır ki, hər bir insanda bir enerji
məkan tutumu var. Bu da enerji kəmiyyətini meydana gətirir.
Enerji məkanı tutumu arta və azala bilər. İnsanlar məlumatlar
(enerji axınları) yolu ilə bu məkanı artırıb azalda bilirlər.
Hər bir enerji tutumu kənar tutumla bağlıdır. Məsələn, su
bir maddə kimi enerji mənbəyidir. Onun halları olan buz və
buxar da enerji halıdır, enerji formasıdır. Bu hallar suyun kənar
mühitlə, digər enerji mühiti ilə əlaqəsindən yaranır. Kənar
passiv təsir olanda, yəni temperatur aşağı düşəndə su da
passivləşir. Aktivlikdə isə buxara (qaza) çevrilir. Təbii ki,
tərkibində dəyişiklik ola bilir. Təsir edən enerji elementlərə
təsir edir və quruluşu dəyişir.
Qeyd: su müəyyən məkanda sıxlaşmış qazdır. Qazdan
da maye əmələ gəlir. Sudan ayrılmalar da enerji
ayrılmalarıdır. Qaynar suda yaranan buxar enerjidir. Bu
enerji
mayenin,
yəni
passiv
enerjinin
aktivliyə
çevrilməsidir.
Enerji
dəyişmələri
keçidlər,
forma
dəyişmələri zamanı da dəyişir. Bərk kütlə ilə alov arasında
olan keçidlər –qazlardan (bərk və yumşaq qazlardan),
sudan, jele formasından-ərimiş mayenin bərkləşmiş
formasından, rezindən və digər yumşaq formalardan) və
bərk kütlələrdən ibarətdir. Burada aktiv enerjinin
sürətinin azalması alovu bərk materiyaya keçirir. Bu
baxımdan da belə qənaətə gəlmək olur ki, Yer kürəsi
soyumuş Günəşdir, efirdir, fəzadır.
Enerji xassələri
Enerji elementdir və onun sürətidir. Enerji məkan uğrunda
mübarizə aparan zərrəciklərin təsiridir, qüvvəsidir. Enerji kütlə