İnsan və tale problemi


Xristian Avropanın İslama hücumu



Yüklə 144,32 Kb.
səhifə10/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Xristian Avropanın İslama hücumu

Bu məsələ xristian avropalıların əlinə bəhanə verib və onların müsəlmanların tənəzzül səbəbinin qəzavü-qədərə etiqad bəsləmək olduğunu güman etməsinə, İslamı fatalizmə əsaslanan və onda insanın bütün ixtiyar və azadlığının inkar edildiyi din kimi qələmə vermələrinə səbəb olub.

Mərhum Cəmaləddin Əfqani Avropada olanda bu tənqidi yanaşmanı başa düşərək öz məqalələrində bu yanlış tənqidə cavab verdi. O öz məqalələrinin birinin girişində yazır ki, əgər insanların ruhiyyəsi namünasib və napak olsa, pak əqidələr də onların ruhiyyəsinin rəngini alar, onların bədbəxtlik və azğınlığını artırar, onlan çirkin işlərə daha çox sövq edən qüvvəyə çevrilər. O, məqaləsinin davamında belə yazır:

“Qazavü-qədər inancı, barəsində səhvə yol verilən və nadanların xəbərsiz qaldığı haqq inanclardan biridir. Qafil avropalılarda da belə bir səhv təsəvvür yaranıb ki, hansı xalqın arasında təqdir inancı yaransa va möhkəmlənsə, həmin xalqın arasında əzmkarlıq, güc, şücaət va digər fəzilətlər yox olar və elə müsalmanların bülün xoşagəlməz xüsusiyyətlər onların qazavü-qədərə etiqad bəsləmələrinin nəticəsidir. Müsəlmanlar bu gün bədbəxtlik və yoxsulluq içindədirlər, hərbi və siyasi güc baxımından Avropa xalqlarından zəifdirlər, əxlaqsızlıq, yalan, hiyləgərlik, kin-kidurət, düşmənçilik, parçalanma, dünyadan xəbərsizlik, nəyin xeyir, nayin şər olmasını dərk etməmək, acından ölməmak üçün yeməklə kifayətlənmək onların arasında kütləvi hal alıb və onlar tərəqqi, düşməni dəf etmək barədə düşünmürlər… Qaniçən əcrabi qoşunu hər tərəfdən onlara hücum edib,… Yazıqlar qarşıya çıxan hər hadisəyə şükür edir, hər xarlığa dözürlə. Evin küncündə sakit yatıblar və sərvət və istiqlal xəzinəsini düşmən və yadlara veriblər".

O daha sonra belə yazır:

"Qərblilər sadaladığımız bu fəsadları müsəlmanlara aid edirlər, Onlann nəzərincə, bütün alçaq və çirkin işlər qəzavü qadər etiqadından doğur və deyirlər ki, əgər müsəlmanlar bir az da bu əqidədə qalsalar, hər şey sona çatacaq və işləri bitəcəkdir".

Davamında isə belə yazır:

“Avropalılar qəzavü-qədər inancı ilə insanın özünün bütün aməl va işlərinda tam məcbur olmasını deyən fatalizm arasında fərq qoymayıblar…”30




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə