İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   2   3   4   5   6   7   8   9   ...   58


 
ən  aktual  problemlərini  müzakirə  etdilər.Beynəlxalq  təşkilatın  yaradılması 
ideyasını  dəstəkləyən  iştirakçılar  “Roma  klubu”-nda  birləşdilər.Təşkilat  siyasi 
partiyalarla,  siniflərlə  və  ideologiyalarla  heç  bir  əlaqəsi  olmayan  qeyri-hökumət 
qurumu  statusunu  qəbul  etdi.Qeyd  olundu  ki,  “Roma  Klubu”  beynəlxalq  ictimai 
təşkilat  olub,  dünyanın  elm,  siyasət,maliyyə  və  mədəniyyət  elitasının 
nümayəndələrini özündə birləşdirir.  Klubunun üzvlərinin  sayı 100 nəfər olmaqla 
,məhduddur.Heç bir rəsmi dövlət vəzifəsi tutmayan və heç bir ölkənin maraqlarını 
təmsil etməyən nüfuzlu insanlar RK-nun üzvü ola bilər.                                            
     Yarandığı ilk illərdə RK-u məruzələri ilə dünya ictimaiyyətinin diqqətini qlobal 
ekoloji  problrmlərə  yönəltməyi  əsas  vəzifə  kimi  öz  qarşısına  qoymuşdu.Klubun 
məruzəyə  olan  sifarişi  yalnız  onun  mövzusunu  müəyyənləşdirir  və  elmi-
tədqiqatların 
maliyyələşdirilməsinə  zəmanət  verir,lakin,bu  zaman  işin 
gedişinə,onun  nəticələrinə  və  yekun  rəyinə  heç  bir  təsir  göstərmir.Məruzənin 
müəllifləri  (bu  müəllif  klubun  üzvü  olsa  belə)  tam  sərbəst  və  müstəqildir.  Bir 
qayda olaraq,hazır məruzəni təhvil alan Klub ,onu illik konfransında müzakirə və 
təsdiq edir.Əksər hallarda bu müzakirələrdə geniş kütlənin-ictimaiyyət,elm,siyasət 
və  mətbuat  nümayəndələri  də  iştirak  edir.Bundan  sonra  isə  Klub  bu  tədqiqatların 
nəticələrinin  yayılması  ,  məruzənin  nəşri  və  dünyanın  müxtəlif  ölkələrində  onun 
müzakirəsi ilə məşğul olur.    
Bu  təşkilat  biosferin  inkişaf  perspekivlərinin  tədqiqi  ,insan  və  təbiətin 
münasibətlərinin  harmonikləşdirilməsi  ideyalarının  təbliğində  əhəmiyyətli  işlər 
görmüşdür. 
    Roma  Klubu  bir  çox  sahələrdə,əsasən  də  sosial-iqtisadi  sahədə  iri  miqyaslı 
tədqiqatlar  təşkil  edir.RK-nun  nəzəri  tədqiqatlar  sahəsində  fəaliyyəti  birmənalı 
deyil.Buraya,konkret  elmi  işlərin  geniş  spektri  daxildir  ki,bu  işlər  də  qlobal 
modelləşdirmə  və  müasir  dünyada  insanın  mövcudluğu  haqqında  ümumfəlcəfi 
mülahizələr,həyati dəyərlər və insanlığın inkişaf perspektivləri və s. haqqinda elmi 
tədqiqatların  yeni  istiqamətlərinin  yaranmasına  təkan  verir.Qlobal  modelləşdir-
mə,Dünyanın  ilk  kompüter  modelinin  qurulması,qərb  sivilizasiyasının  neqativ 
ənənələrinin tənqidi,bütün problemlərin həllində iqtisadi artımın ən səmərəli vasitə 
olması  haqqında  texnokratik  mifin  dağıdılması,insan  və  dünyanın  humanistləş-
dirilməsi yollarının axtarılması,silahlanma marafonunun mühakiməsi,millətlərarası 
nifaqın dayandırılması üçün dünya ictimaiyyıtinin səylərinin birləşdirilməsi, insan-
ların  rifahının  yüksəldilməsi  və  ətraf  mühitin  yaxşılaşdırılması  və  s.  Sahələrdə 
aparılan və mütərəqqi alimlərin, siyasətçilərin,dövlət xadimlərinin diqqətini özünə 
cəlb  edən  elmi-tədqiqat  işləri  Roma  Klubunun  fəaliyyətinin  pozitiv  tərəflərini 
təşkil edir. 
     RK  nümayəndələrinin  nəzəri  tədqiqatlarının  nəticələri  müxtəlif  ölkələrdə  isti-
fadə  olunmaqdadır.Klubub  praktik  tövsiyələri  ayrı-ayrı  ölkələrin,sənaye  sahələ-



 
rinin  və  şirkətlərin  sosial-iqtisadi  inkişafının  proqnozlaşdırılmasında  nəzərə 
alınmaqdadır. 
    Roma  klubunun  təklifi  ilə  1970-ci  ilin  əvvəlində  C.Forrester  EHM-da  özünün 
işləyib  hazırladığı    modelləşdirmə  metodikasını  dünya  problematikasına  tətbiq 
etdi.Tədqiqatların  nəticələri  1971-ci  ildə”Dünyanın  dinamikası”  adlı  kitabda  dərc 
olundu.Bu  kitabda  qeyd  olunurdu  ki,fiziki  cəhətdən  məhdud  ilan  Yer  planetində 
insanlığın  sonrakı  inkişafı  XXI  əsrin  20-ci  illərində  ekoloji  fəlakətlərə  gətirib 
cıxaracaq. 1970-ci ildə ABŞ-nın
   
Massaçuset Texnologiya İnstitutundan heç kimə 
tanış  olmayan  assistent  Dennis  Medouz  Roma  klubuna  “Artımın  həddi”  adlı 
məruzəsini təqdim etdi.Məhz,o vaxtdan da Medouzun adi müasir dövrün görkəmli 
ekoloqları ilə bir sırada çəkilir.                                                                                                                  
     O vaxtdan uzun müddət keçməsinə baxmayaraq “Artımın həddi” kitabı bu gün 
də  bir  çox  ölkələrdə  ekoloq-iqtisadçıların  masaüstü  kitabına  çevrilmişdir.    
Medouz  oz  işləri  ilə  sanki,dunyanın  “maşımla”  dərk  olunmasını  təbliğ  edir. 
O,EHM-rı  ilə  cəmiyyətin  qlobal  düşüncəsinə  təsir  etməyə  cəhd  edərək  rəqəmləri 
sözdən  “yüksəkdə  tutur”.Məhz,  ona  görə  də  qeyri-standart  düşüncə  tərzinə  malik 
bu qəribə amerikalı Roma klubuna gəlmişdi.  
     Əfsuslar  olsun  ki,  keçmiş  SSRİ-də  uzun  müddət  Roma  klubu  və  xüsusilə  də 
onun məruzələri  haqqında cəmiyyətin çox az məlumatı oimuş və ya heç olmamış-
dır. Bu məruzələr barədə ya susmuşlar,ya da bu məlumatları ilkin mənbəyə istinad 
etmədən  vermişlər.Medouzun  “Artımın  həddi”  isə  tənqid  hədəfinə  çevrilir  və 
yararsız  hesab  edilirdi.Çünki,      “hansısa    Medouz  çox  əsaslandırılmış  şəkildə 
göstərmişdi  ki,inkişafın  müəyyən  bir  mərhələsində  iqtisadi  artım  ekoloji  şərairin 
pisləşməsinə cəbəb olacaq və nəticədə doğuşların sayı aza-lacaq,xəstəliklər artacaq 
və s”.Bu isə iqtisadiyyatın ekstensiv inkişaf yolunu tutmuş o dövr siyasətçilərinin 
xoşuna gəlmirdi.  
    Əlbəttə,iqtisadi artım vacibdir,lakin bu artım müəyyən həddə qədər mümkündür. 
Məhz,ixtisasca  riyaziyyatçı  olan  ekoloq  Medouz  da  bunu  əsaslandırırdı.O,qeyd 
edirdi ki,müəyyən həddən sonra artıq bu artım deyil,deqradasiyadır. 
    1938-ci ildə İ.V.Stalinin “dialektik və tarixi materializmə dair”məqaləsində irəli 
sürülmüş  müddüalar  Sovet  alimlərinin  şüuruna  möhkəm  hopmuşdu.Bu  məqalədə 
insan təsiri altında coğrafi mühitin,yəni təbiətin dəyişməsi inkar edilirdi.Ona görə 
də Sovet alimləri “Artimın həddi”-ni belə kəskin hücumlar edirdilər. 
    Yalnız  1988-ci  ildə  SSRİ  “İnsanlığın  ümumbəşəri  mədəniyyət  və  təbiət  irsinin 
qorunması  haqqında  Konvensiyaya”  qoşuldu.Düz  16  il  SSRİ  bu  sənədi  və  ətraf 
mühitin  qorunması  üzrə  beynəlxalq  hərəkatları  tanımadı.Artıq  dünyada  çox  şey 
dəyişmişdi.Bu  dövr  ərzində  professor  Medouzun  qrupu  dünyanın  quruluşunun 
modelini işləyib hazırladı və dinamik tarazlıq anlayışına aydınlıq gətirdi. 
Cey Forrester (14.07.1918)
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə