İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

67 
 
 
QAZAXISTANIN BAŞ NAZİRİ  
DANİAL ƏHMƏDOV İLƏ GÖRÜŞ 
 
2 mart 2004-cü il 
 
Qazaxıstan hökumətinin binasında keçirilən görüşdə Baş nazir ali qonağı salamlayaraq bildirmişdir ki
müstəqillik illərində əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuş Qazaxıstan–Azərbaycan 
münasibətləri xüsusilə iqtisadi sahədə çox uğurla inkişaf edir. Neft-qaz layihələri çərçivəsində  əməkdaşlığın 
geniş perspektivləri mövcuddur.  
D.Əhmədov Qazaxıstanın Bakı–Tbilisi–Ceyhan layihəsinə qoşulmaq və Bakı–Aktau nəqliyyat dəhlizinin 
tezliklə başa çatdırılması istiqamətlərində  işlər aparıldığını, başçılıq etdiyi nümayəndə heyətinin mart ayında 
Azərbaycana səfəri çərçivəsində hökumətlərarası komissiyanın işlədiyi bir sıra məsələlərin daha da 
dəqiqləşdiriləcəyini vurğuladı. 
Azərbaycan prezidenti İlham  Əliyev Qazaxıstana dövlət səfərindən çox razı qaldığını, prezident Nursultan 
Nazarbayevlə keçirilən görüş zamanı nəqliyyat sahəsində, mal dövriyyəsinin artırılması və enerji daşıyıcılarının 
nəqli sahəsində tam razılıq əldə olunduğunu söylədi və dedi ki, gələcəkdə Bakı–Tbilisi–Ərzurum qaz kəməri işə 
düşdükdən sonra Qazaxıstan qazının bu kəmər vasitəsilə Avropaya nəql edilməsi də nəzərdə tutulur. Əminəm ki, 
yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropaya qaz nəqli üzrə əsas ölkələr olacaqlar.  
Azərbaycan–Qazaxıstan hökumətlərarası komissiyasının işindən razılığını  və onun fəaliyyətinin davam 
etdirilməsinin zəruriliyini vurğulayan prezident İlham Əliyev Qazaxıstan hökumət nümayəndə heyətinin Bakıya 
səfərinin böyük əhəmiyyəti olacağını bildirdi.          
Görüşdə hər iki ölkənin iqtisadi potensialının gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı vurğulandı, 
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 
 
* * * 
Azərbaycan prezidenti İlham  Əliyev həmin gün Baş nazirlə görüşdən sonra Qazaxıstan Respublikası 
Prezidentinin Mədəniyyət mərkəzinə gəldi. 
Mədəniyyət mərkəzinin direktoru Uluqbəy  İbrahimov məlumat verərək dedi ki, 2000-ci ilin oktyabrında 
açılmış mərkəzdə muzey, kitabxana, konsert salonu, təsviri və dekorativ tətbiqi sənət əsərləri nümayiş etdirilən 
qalereya fəaliyyət göstərir. Burada etnoqrafiya salonu və Qazaxıstanın müstəqillik illərindən bəhs edən guşə də 
yaradılmışdır.  
Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət mərkəzi ilə tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək 
sözlərini yazdı. Dövlətimizin başçısına Mədəniyyət mərkəzinin albomu təqdim olundu. 
İlham Əliyev Mədəniyyət mərkəzinə ümummilli liderimiz Heydər  Əliyevin kitablarını  və Bakının panoramı 
təsvir olunmuş rəsm əsəri hədiyyə etdi. 
 
* * * 
Azərbaycan prezidenti İlham Əliyev Astana şəhəri ilə tanışlığı zamanı Qazaxıstan paytaxtının baş planı 
hazırlanan "Astana Genplan" dövlət kommunal müəssisəsində oldu. 
Müəssisənin direktoru Bair Dosmaqobetov Azərbaycan dövlətinin başçısına şəhərin yerli və xarici memarlar 
tərəfindən hazırlanmış baş planı haqqında ətraflı məlumat verdi.  
Prezident İlham Əliyev Astana şəhərində tikiləcək müasir tipli binaların maketləri, memarların layihələri ilə 
tanış oldu. 
                                          
 * * * 
Prezident İlham Əliyev Qazaxıstan paytaxtının girəcəyində ucaldılmış "Bayterek" kompleksinə gəldi. Astana 
şəhərinin rəhbərləri Qazaxıstanın milli simvolu olan qüllə haqqında dövlətimizin başçısına  ətraflı  məlumat 
verdilər. 
Kompleksin direktoru Murat Saparqaliyev Azərbaycan prezidenti İlham  Əliyevə bildirdi ki, "sehirli quş" 
demək olan "Bayterek" qazax xalqının qədim tarixi ilə bağlıdır. Ona görə  də ölkənin yeni paytaxtında 
ucaldılmış bu kompleks bütün fəxri qonaqların böyük marağına səbəb olur.  


68 
 
 
QAZAXISTANIN "XƏBƏR" İNFORMASİYA  
AGENTLİYİNƏ MÜSAHİBƏ  
 
Astana,  
Azərbaycan prezidentinin iqamətgahı 
 
2 mart 2004-cü il 
 
S u a lİlham Heydəroviç, Sizin Qazaxıstana dövlət səfəriniz təxminən bir saatdan sonra başa çatır. 
Bu səfərin  əsas yekunlarından, xüsusən neft-qaz sahəsində  əməkdaşlıqdan qısaca danışa bilərsinizmi? 
Bakı–Tbilisi–Ceyhan layihəsində Qazaxıstanın iştirakı barədə nə deyə bilərsiniz? 
C a v a b: Səfər çox uğurlu keçdi. Qazaxıstan prezidenti Nursultan Abişoviç Nazarbayevlə, digər rəsmi 
şəxslərlə aparılmış danışıqlardan çox məmnunam. Biz ikitərəfli əməkdaşlığın bütün məsələləri barədə, regional 
məsələlər haqqında fikir mübadiləsi apardıq. Baxışlarımız tam uyğun gəlir. 
Qazaxıstanla Azərbaycan dost və qardaş ölkələrdir və çox fəal surətdə qarşılıqlı  fəaliyyət göstərirlər.  İndi 
başlıca vəzifəmiz iqtisadi münasibətləri inkişaf etdirmək,  əmtəə dövriyyəsini artırmaqdır. Bundan ötrü real 
imkanlar var. 
Təbii ki, danışıqların və görüşlərin  əsas mövzularından biri energetika siyasətimiz idi. Qazaxıstan və 
Azərbaycan öz enerji ehtiyatlarını  fəal inkişaf etdirir və adambaşına xarici sərmayələrin həcminə görə MDB 
ölkələri arasında liderlərdir. Hər iki dövlətin mövcud imkanlarından və potensialından daha dolğun istifadə 
edilməlidir.  Əlbəttə, Bakı–Tbilisi–Ceyhan layihəsində Qazaxıstanın iştirakı  həm Azərbaycanın, həm də 
Qazaxıstanın mənafelərinə uyğun olacaqdır və ümumən, regional təhlükəsizliyi möhkəmləndirəcəkdir. Bu gün 
Qazaxıstan tərəfinin öz enerji ehtiyatlarının – neftin və  gələcəkdə, ola bilsin, qazın bizim şəbəkələrimiz 
vasitəsilə  nəql olunması üçün infrastrukturumuzdan istifadə etmək istəyi var. Biz isə öz tərəfimizdən, 
Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəql olunması üçün hər cür şərait yaratmağa hazırıq. 
S u a l:  Müstəqil Dövlətlər Birliyində Qazaxıstanın müxtəlif sahələrdə islahatlarının müsbət 
təcrübəsindən çox danışırlar. Hansısa islahat Sizi maraqlandırdımı  və bundan Azərbaycanda istifadə 
edilə bilərmi? 
C a v a b: Bu doğrudan da belədir. Mənə əvvəllər də məlum idi ki, Qazaxıstan iqtisadi islahatların sürətinə 
görə MDB məkanında liderdir. Lakin iqtisadi islahatlar, özəlləşdirmə  və iqtisadiyyatın bazar məcrasına 
yönəldilməsi Azərbaycanda da çox fəal həyata keçirilir. 
Bu gün bizim ÜDM-in 70 faizindən çoxunu özəl bölmə verir. Təbiidir ki, ölkələrimizin bu istiqamətdə ümumi 
cəhətləri çoxdur. Lakin elə sahə vardır ki, biz sizin təcrübənizi öyrənmək istərdik, prezident Nursultan Abişoviç 
Nazarbayevlə  və Baş nazirlə görüşlərimizdə  də bu barədə söhbət getmişdir. Bu, energetika sahəsində islahatlara 
aiddir. Azərbaycanda bu sektorda hələlik müəyyən problemlər – xüsusilə ödəməmələr, enerji ehtiyatlarının 
qiymətlərinin tarazlaşdırılmaması – mövcuddur. Biz bu sahədəki təcrübədən öyrənməyi çox istərdik. 
Burada mənə həmçinin aydın oldu ki, Qazaxıstanda pensiya islahatları çox fəal keçirilmişdir. Özəl pensiya 
fondları yaradılmışdır və  əslində, bu yük dövlətin üzərinə düşmür. Azərbaycanda hələlik belə deyildir və biz 
Qazaxıstanın təcrübəsi ilə çox maraqlandıq. Biz razılaşdıq ki, mütəxəssislərimiz buraya gəlib həmin təcrübəni 
öyrənsinlər və biz də onu tətbiq edə bilək. Bütövlükdə, digər istiqamətlərdə, zənn edirəm ki, müxtəlif 
səviyyələrdə  əlaqələrimiz nə  qədər çox olsa, daha yaxşı qarşılıqlı  fəaliyyət göstərəcək və bir-birimizə kömək 
edəcəyik.        
S u a l:  Növbəti sual beynəlxalq siyasət haqqındadır. Vahid iqtisadi məkanın perspektivlərinə necə 
baxırsınız və buna hansı ölkələr qoşula bilər? 
C a v a b: Bu barədə danışmaq mənim üçün çətindir. Qazaxıstanın təşəbbüsündən xəbərimiz var və əlbəttə, 
onu alqışlayırıq. Hər şey iqtisadi amillərdən asılı olacaqdır. İş belə gətirib ki, Sovet İttifaqı dağıldıqdan sonra 
MDB ölkələri ağır vəziyyətdən təkbaşına çıxmışlar. Hərə bacardığı kimi çıxmışdır, birinin uğuru çox, digərinin 
az olub, lakin bütövlükdə ölkələrin  əksəriyyətində müstəqilliyin və iqtisadi potensialın təşəkkül tapması  və 
möhkəmlənməsi prosesi artıq başa çatmışdır. 
Təbiidir ki, bu gün qarşıda yeni vəzifələr – öz məqsədlərinə nail olmaq üçün səyləri necə birləşdirmək 
vəzifələri durur. Bu baxımdan vahid iqtisadi məkan barədə Qazaxıstanın və digər ölkələrin irəli sürdükləri 
təşəbbüslər mövcuddur. Azərbaycanda buna maraqla yanaşırlar, biz bu təşəbbüsləri öyrənirik.  Əlbəttə,  əgər 
iqtisadi mənafelərimizə uyğun olarsa, biz bu təşəbbüslərdə iştirak edəcəyik. 
S u a l:  Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmasının mümkünlüyü 
müzakirə edilirmi? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə