İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə98/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

 
 
352 
Azərbaycan  neft  sənayesinin  bərpa  və  inkişafında  fəal  iştirak 
etmişdir. – 150. 
141.  Böyük  Vətən  müharibəsi  –  bax:  İkinci  dünya  müha-
ribəsi. 
142. İkinci dünya müharibəsi (1939–45) – Almaniya, İtali-
ya  və  Yaponiya  tərəfindən  başlanmış  böyük  müharibə.  İkinci 
dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Pol-
şaya  girməsi  ilə  başlandı. Sentyabrın  3-də  Böyük  Britaniya  və 
Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin ortalarından 
alman  qoşunları  Danimarka,  Norveç,  Belçika,  Niderland,  Lük-
semburq, sonra isə Fransanı işğal etdi.  
1941-ci  il  iyunun  22-də  Almaniya  SSRİ-yə  qarşı  müharibə 
elan  etdi.  1942–43-cü  illərdə  sovet  ordusunun  Stalinqrad  və 
Kursk vuruşmalarında qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.  
1945-ci il  mayın 2-də sovet ordusu   Berlini  aldı. Mayın 8-də 
Karlsxorstda  (Berlin  yaxınlığında)  Almaniyanın  danışıqsız  təslim 
olması haqqında akt imzalandı. 
Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-
də  imzalandı.  Bununla  İkinci  dünya  müharibəsi  qurtardı. 
İkinci  dünya  müharibəsində  72  ölkə  iştirak  etmişdir.  Müha-
ribədə  iştirak  edən  ölkələrin  silahlı  qüvvələrinə  110  milyon 
adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, 
minlərlə şəhər, qəsəbə və kənd dağıdılmışdı. – 151. 
 
143.    Lixaçov  Dmitri  Sergeyeviç  (1906–1999)  –  görkəmli 
rus  ədəbiyyatşünası  və  ictimai  xadim.  REA-nın  akademiki, 
Sosialist  Əməyi  Qəhrəmanı.  1928–32-ci  illərdə  «İqor  polku 
haqqında    dastan»  tədqiqatına  görə  repressiyaya  məruz  qal-
mışdır. – 152. 
144.  İTAR-TASS  –  Rusiya  İnformasiya  Teleqraf  Agentliyi. 
1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır. – 155,156. 


 
 
353 
145. Vitali  İqnatenko  (d.1941)  –  jurnalist.  1991-2013-cü 
illərdə  İTAR-TASS  agentliyinin  Baş  direktoru  olmuşdur.  –
156. 
146.  Sverdlovsk  vilayəti  –  Rusiya  Federasiyasında  Şərqi 
Avropa hissəsində inzibati  ərazi vahidi. Sahəsi 194,8 min km
2

əhalisi 4641 min nəfərdir. – 157. 
 
147. Ulyanovsk vilayəti – Rusiyanın Qərbi Avropa hissəsində, 
Volqa çayının sahilində inzibati ərazi vahidi. Sahəsi 37,3 min km
2

əhalisi 1477 min nəfərdir. – 157,158,184. 
148. «LUKoyl» – neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası 
hökumətinin  qərarı  ilə  yaradılmışdır.  Nəhəng  sənaye-maliyyə 
kompleksinə  malik  olan  «LUKoyl»  şirkəti  Rusiya,  MDB  və 
dünyanın bir çox ölkələrində neft məhsullarının kəşfiyyatı, hasilatı, 
emalı və satışı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda 
fəaliyyət göstərir. – 176. 
149. «Rusal» (R u s   a l ü m i n i u m u) – 2007-ci ilə qədər ən 
böyük Rusiya alüminüm şirkəti, dünyada isə alüminium istehsalına 
görə  üçüncüdür.  Mənzil-qərargahı  Moskvadadır.  2000-ci  ildə 
yaradılmışdır.  2007-ci  ildə  «Rusal»a  «Sibir–Ural  alüminium 
şipkəti»  və  İsveçrə  Çlencore  şirkətinin  aktivləri  birləşdi.  Şirkət  9 
regionda, dünyanın 12 ölkəsində fəaliyyət göstərir. – 176. 
150. Bolqarıstan, B o l q a r ı s t a n   R e s p u b l i k a s ı – 
Cənubi Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min 
km
2
,  əhalisi  8,4  milyon  nəfərdir.  İnzibati  cəhətdən  9  vilayətə 
bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı birpalatalı 
Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 180. 
151. Georgi Pirvanov (d.1957) – Bolqarıstan siyasi və döv-
lət  xadimi.  Tarix  elmləri  doktoru.  2000–2011-ci  illərdə    Bol-
qarıstanın prezidenti olmuşdur. – 180. 


 
 
354 
152. Qana, Q a n a   P e s p u b l i k a s ı – Qərbi Afrikada 
dövlət.  Sahəsi  238,5  min  km
2
,  əhalisi  16,9  milyon  nəfərdir. 
Millətlər  Birliyinə  daxildir.  İnzibati  ərazisi  10  vilayətə  və 
paytaxt mahalına bölünür. Paytaxtı Akkradır.  – 181. 
153.  Con  Kofi  Agiyekum Kufuor  (d.1938)  –  2001–2007-ci 
illərdə  Qananın  prezidenti,  2007–2008-ci  illərdə  Afrika  İttifaqı-
nın sədri olmuşdur. – 181. 
154.  Mişlin  Kalmi  –Rey  (d.1945)  –  İsveçrə  dövlət  və  siyasi 
xadimi. 2003–2007-ci illərdə İsveçrənin Xarici İşlər naziri, 2007-ci 
ildən 2011-ci ilə qədər prezidenti olmuşdur. – 183. 
155.  Türkiyə  Cümhuriyyəti  –  Qərbi  Asiyada  və  Avropanın 
cənub–şərq  kənarında    dövlət.  Sahəsi  780,6  min  km
2
,  əhalisi  76 
milyon  nəfərdir.  İnzibati  cəhətdən  67  ilə  (vilayətə)  bölünür.  Pay-
taxtı Ankara şəhəridir. Dövlət başçısı prezident, Ali qanunvericilik 
orqanı  Türkiyə  Böyük  Millət  Məclisidir.  –  185–196, 
205,209,288,296,312–317. 
156.  Ceyhan  –  Aralıq  dənizi  sahilində  liman.    1998-ci  il  ok-
tyabrın  29-da  Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan, 
Özbəkistan  prezidentləri  və  ABŞ-ın  Energetika  naziri  Bakı–
Tbilisi–Ceyhan  marşrutunu  müdafiə  edən  «Ankara  bəyanna-
məsi»ni  imzalamışlar.  Uzunluğu  1695  km  olan  Bakı–Tbilisi–
Ceyhan  neft  kəməri  2006-cı  ildə  istifadəyə  verilmişdir.  –  185, 
186,287. 
157. İraq, İ r a q   R e s p u b l i k a s ı – Cənub–Qərbi Asiyada 
–  Dəclə  və  Fərat  çayları  hövzəsində  neft  ixrac  edən  ölkə.  Sahəsi 
438,3  min  km
2
,  əhalisi  22,4  milyon  nəfərdir.  İnzibati  ərazisi  18 
mühafazaya bölünür. Dövlət başçısı prezident, hökumət başçısı isə 
Baş  nazirdir.  Ölkə  ABŞ  və  NATO  ölkələri  ilə  müharibə 
vəziyyətində olduğu üçün ali qanunverici orqanı  yoxdur. Paytaxtı 
Bağdaddır. – 186. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə