İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə94/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

 
 
340 
bütün  qərarları  Komissiyadan  keçməlidir.  Qərarların  yerinə 
yetirilməsinə AŞ nəzarət edir. – 56,101,131. 
74.  Heyki  Talvitiye  (d.1939)–2003–2006-cı  illərdə  Avropa 
Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olmuşdur. – 
57. 
75.  Ziya  Məmmədov,  Z  i  y  a      A  r  z  u  m  a  n      o  ğ  l  u  
(d.1952)  –  dəmiryolçu  mühəndis.  1996–2005-ci  illərdə  Azər-
baycan  Dövlət  Dəmir  Yolunun  rəisi,  2005-ci  ildən  isə  Azər-
baycan Respublikasının Nəqliyyat naziridir. – 58–73. 
76. Ramil Usubov, R a m i l  İ d r i s   o ğ l u (d.1948) – 
general-polkovnik.  1994-cü  ildən  Azərbaycan  Respublikasının 
Daxili İşlər naziridir. – 58–73.  
77. Cabir əs-Sabah – 2006-cı ildən Küveyt əmiri. Hakimiy-
yətə  gəldikdən  sonra  ölkədə  bir  sıra  demokratik  islahatlar 
keçirmiş,  qadınlara  dövlət orqanlarında işləməyə  icazə  verilmiş, 
onlar seçib-seçilmək hüququ əldə etmişlər. – 74,128. 
78. Finlandiya, F i n l a n d i y a   R e s p u b l i k a s ı – 
Şimali  Avropada  dövlət.  Sahəsi  397  min  km
2
,  əhalisi  5,13 
milyon  nəfərdir.  İnzibati  ərazisi  11  lyaniyə  (əyalətə)  bölünür. 
Aland  adaları  isə  muxtar  ərazidir.  Dövlət  başçısı  prezident, 
qanunverici  orqanı  parlamentdir.  Paytaxtı  Helsinki  şəhəridir.  –
75,104. 
79. Tarya Halonen (d.1943) – Finlandiyanın ictimai və siyasi 
xadimi.  Müxtəlif  illərdə   Ədliyyə,  Sosial  Müdafiə  və  Xarici  İşlər 
nazirliklərinə  başçılıq  etmişdir.  2000-ci  ildən  Finlandiya 
Respublikasının prezidentidir. – 75. 
80. Kanada – Şimali Amerikada dövlət. Sahəsi 9,97 milyon 
km
2
,  əhalisi  29,6  milyon  nəfərdir.  Kanada  10  əyalətə  və  3 
əraziyə bölünmüş federasiyadır. Dövlət başçısı Böyük Britaniya 
kraliçasıdır.  Onu  ölkədə  general-qubernator  əvəz  edir.  Qa-


 
 
341 
nunverici  orqanı  ikipalatalı  (Senat  və  İcmalar  palatası)  parla-
mentdir. Paytaxtı Ottavadır. – 76. 
81. Stiven Harper (d.1959) – 2006-cı ildən  Kanadanın 22-ci 
Baş naziri. Mühafizəkarlar Partiyasının lideri. – 76. 
82. Polşa, P o l ş a   R e s p u b l i k a s ı – Mərkəzi Avropada 
dövlət. Sahəsi 312,7 min km
2
, əhalisi 38,7 milyon nəfərdir. İnzibati 
cəhətdən  49  voyevodalığa  bölünür.  Ali  və  yeganə  qanunverici 
orqanı ikipalatalı Seymdir. Paytaxtı Varşava şəhəridir. – 77. 
83 Lex Kaçinski (1949–2010) – 2002–2005-ci illərdə Varşa-
vanın  meri,  2005–2010-cu  illərdə  Polşanın  prezidenti  olmuşdur. 
2010-cu  il  aprelin  10-da  Smolensk  yaxınlığında  təyyarə  qə-
zasında  həlak  olmuşdur.  Haqq  və  Ədalət  Partiyasının  lider-
lərindən biri olmuşdur. –  77. 
84.  İslam  Konfransı  Təşkilatı  (İKT)  –  1969-cu  ildə  yaradıl-
mışdır.  Müsəlman  ölkələrinin  çoxunu  birləşdirir.  Nizamnaməsinə 
görə  İslam  Konfransı  Təşkilatının  fəaliyyəti  müsəlmanların 
həmrəyliyinin  möhkəmlənməsinə,  üzv  dövlətlər  arasında  əmək-
daşlığa  yönəldilmişdir.  İqamətgahı  Ciddədədir  (Səudiyyə  Ərə-
bistanı). Azərbaycan 1991-ci ildən İKT-nin üzvüdür. – 79,85,206. 
85.  GUAM  –  Avropada  adi  silahların  azaldılması  haqqında 
müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra həmin sənədi 
bəyənən  ölkələrdən  –  Gürcüstan,  Ukrayna,  Azərbaycan  və 
Moldovadan ibarət qeyri-rəsmi  «dördlər  qrupu»  yaradıldı. Sonralar 
bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə 
Özbəkistan bu qurumu tərk etdi. – 79,85. 
86. Milli Bank  (Mərkəzi  Bank)  –  Azərbaycan  Respublikası-
nın mərkəzi bankıdır. Onun əsas vəzifəsi qiymətlərin sabitliyi-
nin  təmin  edilməsi,  xarici  dönərli  valyutalara  nisbətən  milli 
valyutanın  kursunun  möhkəmləndirilməsi,  həmçinin  ölkə  bank  
sisteminin    sabitliyinin      qorunmasıdır.  AMB  valyuta 
tənzimlənməsi və nəzarətini həyata keçirir, xarici dövlətlərlə he-


 
 
342 
sablaşma qaydalarını müəyyən edir, xarici valyuta ehtiyatlarını 
idarə edir. AMB həmçinin Azərbaycan Respublikasının ödəmə-
hesabat balansının tərtibinə rəhbərlik edir. – 82. 
87.  Dövlət  Neft  Fondu  –  1999-cu  ildə  yaradılmışdır.  Əsas 
fəaliyyəti Azərbaycanın neft strategiyasından əldə edilən gəlirlərin 
idarə edilməsidir. – 82,90,213,214,224,254,298. 
88. «Aqrolizinq» – 2004-cü ildə təsis edilib. Şirkət ölkənin 
Kənd  Təsərrüfatı  Nazirliyinin  strukturuna  daxildir.  Ölkənin  55 
rayonunda «Aqrolizinq»in xidmət məntəqələri var. – 93, 136. 
89.  Horst  Köler  (d.1943)  –  alman  dövlət  və  siyasi  xadimi, 
iqtisadçı – politoloq. 2000–2004-cü illərdə Beynəlxalq Valyuta 
Fondunun prezidenti, 2004-cü ildən Almaniyanın prezidentidir. 
– 95. 
90. Rau Yohannes (1931–2006) – Almaniya dövlət xadimi. 
1999–2004-cü illərdə Almaniyanın federal prezidenti olmuşdur. 
Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri. – 95. 
91. Ukrayna, U k r a y n a  R e s p u b l i k a s ı – Cənub–
Şərqi  Avropada  dövlət.  Ərazisi  603,7  min  km
2
,  əhalisi  51,3 
milyon  nəfərdir.  Ukraynanın  tərkibinə  24  vilayət  və  Krım 
Respublikası  daxildir.  Dövlət  başçısı  prezident,  qanunverici 
orqanı  –  Ali  RADA-dır.  Paytaxtı  Kiyev  şəhəridir.  –  97,127, 
293. 
92.  Anatoli  Kinax  (d.1954)  –  Ukrayna  siyasi  və  dövlət 
xadimi.  2005–2006-cı  illərdə  Ukraynanın  Milli    Təhlükəsizlik 
və Müdafiə Şurasının sədri olmuşdur.  Hal-hazırda Ukrayna Ali 
«RADA»-nın deputatıdır. – 97. 
93. Ümumdünya Gömrük Təşkilatı  (ÜGT) – dövlətlərara-
sı beynəlxalq təşkilat. ÜGT-na, demək olar kı, bütün dünyanın 
gömrük  xidməti  daxildir.  ÜGT  beynəlxalq  ticarətin  98%-nə  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə