İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə22/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   18   19   20   21   22   23   24   25   ...   121

 

73 


adətən,  ilk  dəfə  müraciət  edən  şəhərə  cavab  müsbət  olmur. 

Ancaq bununla bərabər, biz bütün lazımi tədbirləri görməliyik.  

Biz  artıq  bilirik  və  dünya  da  bilir  ki,  planetin  ən  böyük 

idman  tədbirinin  Azərbaycanda  keçirilməsinə  hazırıq.  Bizim 

buna  həm  iqtisadi,  həm  təşkilatçılıq,  həm  də  infrastruktur 

imkanlarımız çatır və 2016-cı ilə qədər Azərbaycanda görüləcək 

işlər  ölkəmizi  və  əlbəttə,  Bakını  dünyanın  aparıcı  ölkəsinə  və 

şəhərinə  çevirəcəkdir.  Hamımız  görürük  ki,  Bakı  necə  inkişaf 

edir.  Bakıda  böyük  infrastruktur  layihələri  həyata  keçirilir, 

böyük  tikintilər  gedir,  insanların  rahatlığı  üçün  bütün  şərait 

yaradılır.  Bizim  planlarımız  da  bu  işi  davam  etdirməkdir.  O 

cümlədən  şəhərimizin  idman  infrastrukturunun  yeniləşməsi  və 

yaradılması bizim planımızdadır.  

Biz  artıq  bölgələrdə  olimpiya  komplekslərini  kifayət  qədər 

inşa etdik. O komplekslər ki, böyük ölkələrin paytaxtları onlarla 

fəxr  edə  bilər.  Biz  bu  işi  davam  etdirəcəyik.  Ancaq  hesab 

edirəm  ki,  Bakı  şəhərində  yeni  müasir,  böyük  idman 

qurğularının  tikintisinə  də  başlamalıyıq.  Müvafiq  göstərişlər 

verilibdir  və  işlər  artıq  gedir,  araşdırmalar  aparılır.  Mən  hesab 

edirəm  ki,  ilk  növbədə,  Bakıda  böyük  üzgüçülük  kompleksi 

yaradılmalıdır.  Biz,  demək  olar  ki,  bölgələrdə  tikilən  bütün 

idman  komplekslərində  üzgüçülük  hovuzunun  olmasını  da 

nəzərdə tuturuq. Amma indi gərək açıq danışaq, Bakıda lazımi 

səviyyədə    üzgüçülük  hovuzu  yoxdur.  Olan  hovuzlar  çox 

köhnəlib, böyük təmirə ehtiyacları var, lap təmir olunsalar belə, 

onlar  dünya  səviyyəsinə  uyğun  deyildir.  Bizim  yeniləşən, 

gözəlləşən şəhərimizə də uyğun deyildir. Ona görə mən göstəriş 

vermişəm,  Gənclər  və  İdman  Nazirliyi  indi  bu  məsələ  ilə 

məşğuldur.  Böyük  üzgüçülük  kompleksi  tikilməlidir  ki,  orada 

bütün su idmanı növləri üzrə dünya çempionatları və gələcəkdə 

Olimpiya oyunları keçirilə bilsin.  

Bununla bərabər,  mən  hesab  edirəm,  vaxtı  gəlib  ki, Bakıda 

futbol  üzrə  yeni  olimpiya  stadionu  tikilsin.  Tofiq  Bəhramov 

adına  stadionumuz  uzun  illərdir  ki,  fəaliyyət  göstərir,  əsaslı 

təmir olunub, orada müasir avadanlıq quraşdırılır və bu proses 



 74 

davam  etdiriləcəkdir.  Ancaq,  əlbəttə,  Bakı  kimi  şəhərə  daha 

müasir stadion lazımdır. Xüsusilə nəzərə alsaq ki, biz futbolun 

inkişafına çox böyük diqqət göstərəcəyik və xüsusi proqramlar, 

planlar var. Bu sahəyə çox böyük investisiya qoyulacaq, böyük 

şirkətlər sponsorlar kimi cəlb olunacaqdır. Mən ümid edirəm ki, 

biz futbolda dönüş yaradacağıq. İndiki vəziyyətlə barışmaq çox 

çətindir,  biz  hamımız  futbol  yarışlarına,  oyunlara  böyük 

məyusluqla baxırıq. Çünki futbol dünyanın ən populyar idman 

növüdür  və  bu  idman  növündə  Azərbaycan  oyunçularının belə 

səviyyədə  çıxış  etməsi  ölkəmizə  başucalığı  gətirmir.  Ona  görə 

dünyanın ən populyar idman növü kimi, futbol Azərbaycanda çox 

sürətlə  inkişaf  etməlidir.  Biz  bilirik  ki,  bunun  üçün  nə  etmək 

lazımdır.  Həm  peşəkar  mütəxəssislər  dəvət  ediləcək,  həm  də 

xüsusilə  ilk  növbədə,  biz  uşaq  futboluna,  yeniyetmə  futboluna, 

gənc  nəslin  yetişdirilməsi  prosesinə  ciddi  yanaşacağıq.  Bu,  vaxt 

tələb  edəcəkdir.  Biz  başqa  ölkələrin,  vaxtilə  futbolun  o  qədər  də 

inkişaf etmədiyi ölkələrin təcrübəsindən bilirik ki, bir neçə il – 5 il, 

10 il lazımdır ki, milli komanda yüksək səviyyəyə çatsın.  

Biz  bütün  işləri  daha  da sürətlə  aparırıq. Mən  ümid edirəm 

ki,  görüləcək  bütün  tədbirlər  nəticəsində  Azərbaycan  futbolu 

dirçələcəkdir. Yəni demək istəyirəm ki, böyük olimpiya futbol 

stadionunun tikintisinə ehtiyac vardır. Artıq müvafiq göstərişlər 

verilibdir. Bunun layihəsi ilə bağlı işlər, demək olar, başlayıb və 

biz bunu etməliyik.  

Bildiyiniz  kimi,  idman  infrastrukturunun  möhkəmlənməsi 

üçün  bölgələrdə  dünya  miqyaslı  infrastruktur  yaradılır. 

Mingəçevir  avarçəkmə  bazası  yeniləşir,  demək  olar,  yenidən 

tikilir.  Biz  bu  məsələ  ilə  uzun  illərdir  məşğul  olurduq.  Hətta 

mənim yadımdadır, Beynəlxalq Olimpiya Komitəsinə müraciət 

etmişdik  ki,  bizə  kömək  göstərsin.  Ancaq  axırda  gördük  ki, 

bunu  özümüz  etməliyik.  Layihə  hazırlandı,  artıq  işlər 

başlanmışdır  və  Mingəçevirdə  çox  müasir,  gözəl  avarçəkmə 

bazası  tikilir.  Eyni  zamanda,  orada  beynəlxalq  yarışların 

keçirilməsi də nəzərdə tutulur.  



 

75 


Bu  həm  Azərbaycanda  avarçəkmənin  inkişafına  təkan 

olacaq,  həm  də  Mingəçevir  şəhərinin  inkişafına  böyük  təkan 

verəcəkdir.  Çünki  Şərqi  Avropa  ölkələrindən,  keçmiş  Sovet 

İttifaqı, MDB məkanından çoxlu müraciətlər vardır. Vaxtilə bu, 

sovet  məkanında  yeganə  baza  idi  ki,  orada  il  boyu  avarçəkmə 

ilə məşğul olmaq  mümkün idi, bütün bazalar qışda donur. Biz 

bütün  bu  işləri  bundan  sonra  da  görəcəyik  və  əlbəttə, 

Azərbaycanda  güclü  idman  infrastrukturunun  yaradılması  həm 

idmana  xidmət  edir,  həm  də  ölkənin  ümumi  inkişafının 

göstəricisidir. 

Gələn ilə az  vaxt,  bir neçə  gün  qalıbdır.  Gələn il  Olimpiya 

oyunları  ilidir.  Biz  ciddi  hazırlaşırıq.  Hələlik  beynəlxalq 

lisenziya  turnirlərində  ilk  lisenziyalar  əldə  edilibdir.  2008-ci  il 

həlledici il olacaqdır. Pekin Olimpiya oyunları başqa Olimpiya 

oyunlarından son dərəcə fərqlənəcəkdir. Orada rəqabət daha da 

güclü  olacaqdır.  Bildiyiniz  kimi,  Çin  milli  komandası  həmişə 

dünya  reytinqində  qabaqcıl  yerlərdədir  və  şübhəsiz,  onlar 

çalışacaqlar  ki,  doğma  vətəndə  daha  da  böyük  nailiyyətlər 

qazansınlar. Ona görə rəqabət daha da güclənəcəkdir. Biz də bu 

rəqabətə hazır olmalıyıq, gözəl praktikanı, gözəl ənənəni davam 

etdirməliyik. Müstəqil Azərbaycan dövləti həm Sidney, həm də 

Afina  Olimpiya  oyunlarında  çox  ləyaqətlə  təmsil  olunmuşdu. 

İdmançıların  çıxışları,  medalların  sayı,  bütövlükdə  hazırlıq 

səviyyəsi çox yüksək idi. Mən əminəm ki, 2008-ci ildə də bizim 

idmançılarımız Olimpiya oyunlarında bütün Azərbaycan xalqını 

sevindirəcəklər.  

Bildiyiniz  kimi,  biz  idmanın  bütün  aspektləri  ilə  çox  ciddi 

məşğul oluruq. Mən bu məsələlərlə mütəmadi qaydada məşğul 

oluram.  İdmançılarla  il  ərzində  bir  neçə  dəfə  görüşmüşük.  Bir 

daha  demək  istəyirəm  ki,  ilin  sonundakı  bu  görüşlərimiz  gözəl 

ənənədir.  Bir  daha  bir-birimizi  görürük,  görüşürük,  mən  öz 

fikirlərimi, 

ürək 

sözlərimi 



sizə 

deyirəm, 

idmançıları 

mükafatlandırırıq. Bir qədər bundan əvvəl Milli Olimpiya Komitəsi 

tərəfindən idmançılara pul mükafatları verilibdir.  



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə