İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə114/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   110   111   112   113   114   115   116   117   ...   121

 384 

Frankfurt  Maynda  qoyulmuşdur.  Dünyanın  40  ölkəsində  8  milyon 

müştəriyə  36  min  işçi  xidmət  edir.  Bankın  17%    aksiyası 

Almaniya  hökumətinə məxsusdur. – 261. 

 

208.  Rassel  Conston  (1932–2008)  –  ingilis  siyasətçisi.  Li-

beral-demokrat politoloqu. 1999–2008-ci illərdə AŞPA-nın sədri 

olmuşdur. – 263.  

 

209.  Xınalıq  –  Azərbaycan  Respublikasının  Quba  rayonun-

da kənd. Baş Qafqaz və Yan silsilələri arasında, çökəklikdədir. 

Əhalisi  2070  nəfərdir.  Xınalıq  kəndinin  erkən  orta  əsrlərdə 

salındığı ehtimal edilir.  

Xınalıq  əsasən  dağ  kəndləri  üçün  səciyyəvi  üslubda  plan-

laşdırılmışdır;  bir  evin  damı  o  birisi  üçün  həyət  kimi  istifadə 

olunur.  Kəndin  əhalisi  Xınalıq  dilində  danışır.  Qafqazın  ən 

yüksək dağ kəndlərindəndir. – 268–270. 

 

210. «Azercell» Telekom MMC – 1996-cı ildə təsis edilmiş 

və  Azərbaycanda  ilk  GSM  operatoru  kimi,  öz  kommersiya 

fəaliyyətinə  başlamışdır.  «Azercell»  Azərbaycana  bir  sıra  inno-

vativ texnologiya və  konsepsiyaları gətirmişdir. «Azercell» dün-

ya  telekommunikasiya  sektorunda  abonentlərin  istifadəsinə 

öncədən ödəmə sistemini (Sim Sim) təklif edən şirkətlərdən biri 

oldu. Hal-hazırda «Azercell»in 4 000 000-dan çox abonenti var. 

Şirkətin rabitə bazarındakı payı 55% təşkil edir. – 269. 

 

211.  Lider–  Azərbaycanda  televiziya  kanalı.  2000-ci  ildən 

fəaliyyətə başlamışdır. «Lider TV və Radio Azərbaycan» MMC-nin 

nəzdində  fəaliyyət  göstərən  telekanalın  əsas  meyarı  özəl, 

professional  və  rəngarəng  proqramların  hazırlanmasıdır.  2001-

ci  ildən  Lider  televiziyası  dünya  teleməkanına  daxil  olaraq, 

dünyaya yayımlanmağa başlamışdır. – 269. 

 

212.  Dünya  Bankı  –  BMT-nin  hökumətlərarası  ixtisaslaş-

dırılmış  idarəsi.  1945-ci  ildə  ABŞ-da  Bretton-Vuds  çərçivəsi 

sistemində  yaradılmışdır.  İdarə  heyəti  Vaşinqtondadır.  Məq-

sədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişi-



 

385 


nə  kömək  etməkdir.  Səhmdar  cəmiyyəti  formasındadır  və 

iştirakçıları  yalnız  Beynəlxalq  Valyuta  Fondunun  üzvləridir. 

Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan 

Respublikası Dünya Bankının üzvüdür. – 292. 

 

213. Küveyt, K ü v e y t   d ö v l ə t i – Qərbi Asiyada dövlət. 

Sahəsi 17,8 min km

2

, əhalisi 3 milyondan çoxdur. Küveyt kons-



titusiyalı  monarxiyadır.  Dövlət  başçısı  əmirdir.  Qanunverici 

orqan  və  hökumət  əmirə  və  birpalatalı  Milli  Məclisə  tabedir. 

Paytaxtı əl-Küveytdir.  – 296. 

 

214. Cabir əl-Sabah (d.1930) – 2006-cı ildən Küveyt əmiri. 

Hakimiyyətə  gəldikdən  sonra  ölkədə  bir  sıra  demokratik  isla-

hatlar  keçirmiş,  qadınlara  dövlət  orqanlarında  işləməyə  icazə 

verilmiş, onlar seçib-seçilmək hüququ əldə etmişlər. – 296. 

 

215. Bruney, B r u n e y  D ə r ü s s a l a m – Cənub-Şərqi 

Asiyada  dövlət.  Sahəsi  5,8  min  km

2

,  əhalisi  425  min  nəfərdir. 



Bruney  konstitusiyalı  monarxiyadır.  Dövlət  başçısı  sultandır. 

Paytaxtı Bəndər-Səri-Bəqavandır. –  297. 

 

216.  Hacı  Həssənal  Bolkiah  (d.1946)  –  Bruney  sultanı.  XIV 

əsrdən hakimiyyətdə olan sülalənin 29-cu nümayəndəsi. – 297. 

 

217. Estoniya, E s t o n i y a   R e s p u b l i k a s ı  – Şərqi 

Avropada  dövlət.  Sahəsi  45,2  min  km

2

,  əhalisi  1,5  milyon  nə-



fərdir. Dövlət başçısı prezident, qanunverici orqanı – Seymdir. 

Paytaxtı Tallindir. – 298. 

 

218.  Hendrik  İlves  (d.1953)  –  Estoniya  siyasətçisi,  diplo-

mat, jurnalist, AŞPA-nın sabiq üzvü. 2006-cı ildən Estoniyanın 

prezidenti. – 298. 

 

219.  «Xəzər-Lənkəran»  futbol  klubu  –  Azərbaycan 

Premyer Liqasında çıxış edən Lənkəran şəhərinin futbol klubu. 

2004-cü ildə yaradılmışdır.  – 299–306. 

 



 386 

220.   Ağasəlim   Mircavadov,   A ğ a s ə l i m   S e y i d - 

ə h m ə d   o ğ l u (d.1947) – məşqçi. Azərbaycanın Əməkdar 

məşqçisi. 1993–95-ci illərdə Azərbaycan Milli futbol komanda-

sının  Baş  məşqçisi  olmuş,  2005–2008-ci  illərdə  «Neftçi»  və 

«Xəzər»  (Lənkəran)  klublarının  Baş  məşqçisi  olanda  MDB  və 

Baltikyanı  ölkələri  çempionlarının  «Birlik  Kuboku»  yarışında 

qızıl  medallar  qazanmışlar.  Azərbaycan  Respublikasının 

«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 299–306. 

 

221. «Neftçi» – Azərbaycanda futbol klubu. SSRİ dövründə 

bir müddət «Neftyanik» adı ilə fəaliyyət göstərmişdir. «Neftçi» 

ilk  rəsmi  oyununu  1937-ci  ildə  keçirmişdir.  Azərbaycan  fut-

bolunun flaqmanı olan «Neftçi» 1966-cı ildə SSRİ birinciliyinin 

bürünc  medalını  qazanmışdır,  2006-cı  ildə  Müstəqil  Dövlətlər 

Birliyi Kubokunu almışdır.  – 300. 



222.  FİFA  –  Beynəlxalq  Futbol  Federasiyası.  1904-cü  ildə 

Parisdə  yaradılmışdır.  Hazırda  210-a  yaxın  milli  federasiyanı 

birləşdirir. – 304,305. 

 

223.  Yozef  Blatter  (d.1936)  –  1998–2015-ci  illərdə  Bey-

nəlxalq  Futbol  Assosiasiyaları  Federasiyasının  prezidenti 

olmuşdur.  Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə 

təltif edilmişdir. – 304,305. 

 

224. UEFA – B e y n ə l x a l q   A v r o p a  İ d m a n   T ə ş- k 

i  l  a  t  ı  –  Avropa  Futbol  Assosiasiya  Şurası.  Əsası  1954-cü  ildə 

qoyulmuşdur. – 304,305. 

 

225.  Mişel  Platini  (d.1955)  –  məşhur  fransız  futbolçusu, 

məşqçi  və  futbol  məmuru.  1984-cü  il  Avropa  çempionatının 

qalibi.  XX  əsrin  ən  yaxşı  futbolçularından  biri.  1983,1984, 

1985-ci  illərdə  «Qızıl  top»un  sahibi.  1988–92-ci  illərdə  Fransa 

milli komandasının  Baş məşqçisi  2007–2015-ci illərdə Avropa 

Futbol 


Assosiasiyalar 

İttifaqının  prezidenti  olmuşdur. 

Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif 

edilmişdir. – 304,305. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə