İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə113/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   109   110   111   112   113   114   115   116   ...   121

 

381 


188.  Ramiz  Zöhrabov,  R  a  m  i  z      F  ə  r  z  u  l  l  a      o  ğ  l  u  

(d.1939) – sənətşünas, professor, sənətşünaslıq doktoru.  Azərbay-

can  Respublikasının  Əməkdar  incəsənət  xadimi.  «Humay» 

mükafatı laureatı. – 220. 

 

189. Peter Semnebi (d.1959) – İsveç səfiri. 2006–11-ci illərdə 

səfir Semnebi Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi 

olmuşdur. – 224–225. 

 

190.  Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyası 



(AHİK) – Azərbaycanda ilk dəfə 1905-ci ildə Bakı konka fəhlə 

və  qulluqçularının  həmkarlar  ittifaqı  yarandı.  1920-ci  ildə  isə 

Azərbaycan Həmkarlar İttifaqları Şurası (AHİŞ) yaradıldı. 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  (1991)  sonra  1993-cü 

ildə  AHİŞ  özünü  buraxaraq  səlahiyyətlərini  Azərbaycan  Həm-

karlar  İttifaqları  Konfederasiyasına  (AHİK)  verdi.  Kon-

federasiyaya  22  sahə,  iki  federativ  tipli  həmkarlar  ittifaqı  və 

Naxçıvan Həmkarlar İttifaqları Şurası daxildir. 

AHİK-in  tərkibində  olan  həmkarlar  ittifaqlarının  öz 

nizamnaməsi  və  Fəaliyyət  proqramı  var.  AHİK-in  ali  orqanı  5 

ildən  bir  çağırılan  qurultaydır.  Qurultaylararası  konfedera-

siyanın  ali  orqanı  bütün  üzv  təşkilatların  bərabər  sayda  təmsil 

olunduqları Məclisdir. AHİK-in sədri və müavinlərindən ibarət 

olan İcraiyyə Komitəsi isə Məclisin iclaslararası dövründə onun 

funksiyasını yerinə yetirir. – 226–227, 228–232. 

 

191. Serbiya, S e r b i y a   R e s p u b l i k a s ı – Cənub-

Şərqi  Avropada,  Balkan  yarımadasının  mərkəzi  hissəsində 

dövlət. Serbiyanın sahəsi 88 min km

2

, əhalisi 7,920 min nəfərdir. 



Dövlətin  başçısı  prezident,  qanunvericilik  orqanı  Skupşinadır. 

Paytaxtı Belqraddır. – 233. 

 

192.  Boris  Tadiç  (d.1958)  –  Serbiya  siyasətçisi,  Serbiya 

Demokratlar  Partiyasının  sədri.  2004–2012-ci  illərdə  Serbiya 

Respublikasının prezidenti olmuşdur. – 233. 

 



 382 

193. Litva, L i t v a   R e s p u b l i k a s ı – Şərqi Avropada – 

Pribaltikada  dövlət.  Sahəsi  65,2  min  km

2

,  əhalisi  3,5  milyon 



nəfərdir. İnzibati ərazisi 44 rayona bölünür və respublika tabe-

çiliyinə 11 şəhər  daxildir. Dövlət başçısı prezident, qanunverici 

orqanı birpalatalı Seymdir. Paytaxtı Vilnüsdür. – 234. 

 

194. Valdas Adamkus (d.1955) – 1998–2003 və 2004–2009-cu 

illərdə Litva Respublikasının prezidenti olmuşdur. – 234. 

 

195. ANS    televiziyası  – Azərbaycanda 1991-ci ildən fəaliyyət 

göstərən müstəqil televiziya  kanallarından  biri. – 225–248. 

 

196.  Çingiz    Mustafayev,  Ç  i  n  g  i  z      F  u  a  d      o  ğ  l  u 

(1960–1992)  telejurnalist.  Azərbaycan  Respublikasının  Milli 

Qəhrəmanı. –  235–248. 



197. Vahid Mustafayev, V a h i d   F u a d   o ğ l u (d.1968) 

–  ANS  Şirkətlər  qrupu  MMC-nin  prezidenti.  Azərbaycan 

Respublikasının  «Tərəqqi»  medalı  ilə  təltif    edilmişdir.  –  235–

248. 


 

198. Uzaq Şərq – Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, 

Koreya  (KDXR  və  Koreya  Respublikası)  və  Yaponiya 

ərazilərinin  şərqi  aiddir.  Bəzən  Filippini  də  Uzaq  Şərqə  aid 

edirlər. –238. 

 

199. «Qoldman Saks» – maliyyə konqlomeratı olan dünya-

da  ən  böyük  investisiya  banklarından  biri.  Maliyyə  qurumları 

arasında «The Firm» kimi tanınır. «Qoldman Saks» investisiya 

baqkinqi,  qiymətli  kağızların  satışı  və  hər  şeydən  əvvəl 

institutsional müştərilərlə fəaliyyət göstərir. 

Bank 1869-cu ildə Nyu-Yorkda yaradılmışdır. Bankın 2015-

ci ildə gəliri 77,70 milyard dollar olmuşdur. – 246–279. 

 

200. Jak Roqq (d.1942) – belçikalı ortoped-cərrah, məşhur 

yelkənli  qayıqsürmə  idmançısı.  Belçika  kralı  II  Albert 

tərəfindən  rıtsar  adlandırılmış  və  qraf  tituluna  layiq  görül-

müşdür.  Hazırda  Beynəlxalq  Olimpiya  Komitəsinin  sədridir.  – 

249–250. 




 

383 


 

201Qambiya, Q a m b i y a   R e s p u b l i k a s ı  – Qərbi 

Afrikada  dövlət.  Sahəsi  11,3  min  km

2

,  əhalisi  1.148  min 



nəfərdir. Millətlər Birliyinə daxildir. Dövlət və hökumət başçısı 

prezidentdir.  Qanunverici  orqanı  Nümayəndələr  Palatasıdır. 

Paytaxtı Banjuldur. – 251. 

 

202.  Yəhya  Cammeh  (d.1965)  –  Qambiya  siyasi  və  dövlət 

xadimi. 1994-cü ildən Qambiya Respublikasının prezidentidir. – 

251. 


 

203.  Ruslan  Auşev  (d.1954)  –  tanınmış  Rusiya  dövlət  və 

siyasi  xadimı,  İnquşetiya  Respublikasının  birinci  prezidenti, 

1991-ci ildən – 256–257. 

 

204.  Astana  (1961-ci  ilə  qədər  Akmolinsk,  1961–92-ci 

illərdə  Selinoqrad,  1992–98-ci  illərdə  Akmola)  –  Qazaxıstan 

Respublikasının paytaxtı. – 259. 

 

205. Nursultan   Nazarbayev,  N u r s u l t a n   A b i ş  o ğ- l 

u (d.1940) – Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə 

Qazaxıstan    KP  MK-nın  katibi,  1984-cü  ildə  Qazaxıstan  Ali 

Sovetinin  sədri,  Nazirlər  Sovetinin  sədri,  1989–91-ci  illərdə 

Qazaxıstan  KP  MK-nın  Birinci  katibi.  1990-cı  ildə  eyni 

zamanda,  Ali  Sovetin  sədri,  1991-cı  ildə  Qazaxıstan  SSR-nin 

prezidenti  və  1991-ci  ilin  dekabrından  Qazaxıstan  Respub-

likasının prezidentidir.  – 259. 

 

206.  Boris  Qromov  (d.1943)  –  Rusiya  dövlət  və  hərbi  xa-

dimi,  general-polkovnik.  Sovet  İttifaqı  Qəhrəmanı.  1980–89-cu 

illərdə  Əfqanıstanda    (fasilələrlə)  sovet  ordusuna  başçılıq  et-

mişdir. 1992–95-ci illərdə Rusiya Federasiyasının Müdafiə naziri 

olmuşdur. 2000–2012-ci illərdə Moskva  vilayətinin qubernatoru 

olmuşdur. – 260. 

 

207.  Commerzbank  –  Almaniyada  bank  konserni.  Bankın 

aktivləri 600  milyard avro  təşkil edir. Bank  Almaniyada aktiv-

lərinin  çoxluğuna  görə  ikinci  yeri  tutur.  Əsası  1870-ci  ildə 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə