72
normal mövqe nümayiş etdiririk. Biz deyirik ki, yaxşı, Dağlıq
Qarabağın statusu olsun. Nəzərə alsaq ki, sovet vaxtında Dağlıq
Qarabağ muxtar vilayət idi, yəni statusu olmuşdur, ondan da üstün
status ola bilər. Biz demişik ki, dünyada onları qane edən hansı
muxtariyyət statusu varsa, biz ona razıyıq. Ancaq Azərbaycanın
tərkibində. Bu, başlıca şərtdir. Biz bu mövqedən bir addım da
geriyə çəkilməyəcəyik. Çox müsbət haldır ki, beynəlxalq
təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan ATƏT-in
Minsk qrupu da bizim bu mövqeyimizə şərikdir.
Sülhməramlı qüvvələr gətirilə bilər. Özü də bu bizim istə-
yimiz olmayıbdır. Biz buna ehtiyac duymuruq. Ancaq görürük
ki, Ermənistan tərəfi bizdən bərk qorxur və istəyir öz
təhlükəsizliyini təmin etsin. Biz prinsip etibarilə etiraz etmirik ki,
sülhməramlı qüvvələr orada müvəqqəti olaraq yerləşdirilsin.
Dünya praktikasında bu var. Bilirsiniz ki, başqa münaqişəli
zonalara sülhməramlı qüvvələr həmişə gəlirlər və orada xidmət
edirlər. Eyni zamanda, Dağlıq Qarabağ Ermənistanla quru yolla
əlaqə saxlamaq üçün Laçın dəhlizindən də istifadə edə bilər. Yəni
əsas danışılan, müzakirə olunan prinsiplər budur. Azərbaycanın
mövqeyi necə vardısa, mən sizə deyirəm. Kim nə deyəcəksə, öz
siyasi məqsədlərini güdən, yaxud Ermənistan nümayəndəsi, yaxud
da başqa nümayəndə nə deyərsə, ona inanmayın. Mənə inanın.
Mən heç vaxt öz sözümdən geri dönməmişəm. Nəyi demişəm,
onu da etmişəm. İstər siyasətdə, istər iqtisadiyyatda, istərsə də
bizim planlarımızda.
Üç il bundan əvvəl bəyan etmişdim ki, Azərbaycanda 600
min iş yerinin yaradılması mənim məqsədimdir. Yəqin ki, artıq
biz buna bu il nail olacağıq. Demişdim ki, bir dənə də çadır
şəhərciyi qalmayacaqdır. Qalmayacaq, bunu bu il həll edirik.
Demişdim ki, yoxsullar olmayacaq, yoxsulluğun səviyyəsi aşağı
düşübdür. Demişdim ki, Bakı–Tbilisi–Ceyhanı biz tikəcəyik,
tikdik. Demişdim ki, Bakı–Tbilisi–Ərzurumu tikəcəyik, tikdik.
Demişdim ki, Bakı–Tbilisi–Qars dəmir yolunu biz tikməliyik,
bunun tikintisinə bir neçə aydan sonra başlayacağıq və beləliklə,
Ermənistanı dəmir yolu vasitəsilə də bütün layihələrdən tamamilə
73
kənarda qoyacağıq. Ermənistan bundan sonra heç vaxt bizimlə
rəqabət apara bilməyəcəkdir. Əgər onlar öz gələcəyini
düşünürlərsə, əgər təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə,
əgər öz sərhədlərində qüdrətli və hər an öz torpaqlarını silah yolu
ilə azad etməyə hazır olan Azərbaycanı görmək istəmirlərsə, əgər
bizimlə dostluq şəraitində yaşamaq istəyirlərsə, öz seçimini
etsinlər, bizim torpaqlardan çıxsınlar və imkan versinlər ki, bizim
millətimiz, camaatımız rahat, sülh yolu ilə öz torpaqlarına
qayıtsın.
Əziz bacılar və qardaşlar!
Mən bir daha vurğulamaq istəyirəm ki, bu sözləri başqa yerdə
də deyə bilərdim. Çünki bu danışıqlar haqqında söz-söhbət,
şayiələr gedir. Yenə də deyirəm, əfsuslar olsun, Azərbaycanda bəzi
cılız siyasi qüvvələr Ermənistanla birləşərək, Azərbaycanın
mövqeyini zəiflətmək istəyirlər, yaxud da bizim haqqımızda
həqiqətə uyğun olmayan yalan, böhtan məlumatlar yaymaq
istəyirlər. Mən bunu başqa yerdə də deyə bilərdim. Mən bunu
məhz burada, şuşalıların qarşısında deyirəm, qaçqın-köçkün bacı-
qardaşlarımızın qarşısında deyirəm.
Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan dövləti heç
vaxt milli maraqlara uyğun olmayan addımları atmaz. Biz öz
doğma torpağımızı müdafiə edəcəyik və ərazi bütövlüyümüzü
bərpa edəcəyik.
Sizi bir daha salamlayıram. Bu gözəl qəsəbənin açılışı
münasibətilə sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Amma
müvəqqəti olaraq. Siz öz doğma torpaqlarınıza mütləq qa-
yıdacaqsınız! Sağ olun.
74
ALMANİYANIN LÜDVİQSHAFEN ŞƏHƏRİNİN
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
4 may 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
mayın 4-də Prezident sarayında Almaniyanın Lüdviqshafen
şəhərinin meri xanım Yeva Louzenin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli müna-
sibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Son iki il yarım
ərzində iki dəfə Almaniyada rəsmi səfərdə olduğunu qeyd edən
Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevral ayında
sonuncu səfərini xatırlayaraq, bu səfər zamanı Almaniyanın
kansleri və eləcə də iş adamları ilə keçirdiyi müxtəlif səviyyəli
görüşlərin əməkdaşlığımızın inkişafı baxımından əhəmiyyətli
olduğunu bildirdi.
Dövlətimizin başçısı qardaşlaşmış şəhərlər olan Sumqayıt
ilə Lüdviqshafen arasında əməkdaşlığın da ikitərəfli müna-
sibətlərimizin inkişafına töhfələr verəcəyinə əminliyini söylədi.
Lüdviqshafen şəhərinin meri xanım Yeva Louze Azər-
baycanla tanışlığın onlarda böyük təəssürat oyatdığını bildirdi,
Sumqayıt şəhəri ilə əməkdaşlığa xüsusi önəm verdiklərini
vurğuladı.