158
DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ
ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDƏRKƏN
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ
NÜMAYƏNDƏLƏRİNİN SUALLARINA CAVAB
18 oktyabr 2003-cü il
S u a l: İlham müəllim, Dövlət müstəqilliyi günündə Azərbaycana nə arzulayardınız?
C a v a b: Biz istəyirik ki, Azərbaycan müstəqil dövlət kimi möhkəmlənsin, güclənsin. Çalışacağıq ki, belə
də olsun. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin ən böyük sərvətidir. Hamımızın borcudur ki, dövlətimizi
möhkəmləndirək.
S u a l: Bakıda baş vermiş son hadisələrlə bağlı nə deyə bilərsiniz? Xarici ölkələrin bəzi informasiya
vasitələri bunu dövlət çevrilişinə cəhd kimi də qiymətləndirir. Belə faktlar varmı?
C a v a b: Belə faktlar yoxdur, bu, kütləvi iğtişaşlardır, müxalifətin radikal qanadı özünün iç üzünü bir daha
göstərdi. Bilirsinizmi, bu barədə mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Demişdim ki, heç nə unudulmayıbdır.
Azərbaycan xalqı yaxşı xatırlayır ki, 1992-ci ildə, 1993-cü ildə məhz bu adamlar Azərbaycanda qardaş qanı
tökdülər. Məhz bu adamlar Azərbaycanı xaosa, böhrana saldılar, ondan sonra qaçıb gizləndilər. Bu hadisələr də
sanki onun bir növ təkrarı idi. Fərq onda idi ki, o vaxt onların bu dağıdıcı fəaliyyəti 1992-ci ildə Azərbaycanda
hakimiyyətdə olan qüvvələrə təsir edə bilmişdi. Bu dəfə isə bu alınmayıb və heç vaxt da alınmayacaqdır.
Azərbaycan qüdrətli dövlətdir, özünü müdafiə etməyə qadirdir.
Belə hərəkətlərə, əlbəttə ki, son qoyulub və bun-
dan sonra da ciddi tədbirlər görüləcəkdir. O adamlar ki bu iğtişaşlarda iştirak ediblər, ona rəhbərlik ediblər,
insanları qeyri-qanuni hərəkətlərə təhrik ediblər, onlar qanun qarşısında cavab verəcəklər.
S u a l: Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti kimi, xalqımıza nə arzulayırsınız?
C a v a b: Sağ olun. Mən dəfələrlə demişəm, çalışacağam ki, Azərbaycan xalqına
xidmət edim, Azərbaycan
inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir vətəndaş özünü rahat, sərbəst, azad hiss
etsin, onun yaşayış səviyyəsi yüksəlsin. Mənim arzum budur.
Arzum budur ki, Azərbaycan müstəqil dövlət kimi Dünya Birliyində daha möhkəm mövqelər tuta bilsin. Bu
istiqamətdə də böyük işlər aparılıbdır. Bir sözlə, mən çalışacağam ki, Azərbaycanda son on il ərzində yaranmış
vəziyyət, onunla bağlı inkişaf özünü daha da büruzə versin. Çalışacağam ki, Heydər Əliyev siyasətini ləyaqətlə
davam etdirim.
S u a l: İlham müəllim, seçkilərin nəticələri məlumdur, artıq bildiniz ki, Siz qalib gəlmisiniz. İlk olaraq
Heydər Əliyev Sizi təbrik etdi, yoxsa Siz ona zəng etdiniz?
C a v a b: Bəli, mən zəng etdim və məlumat verdim. O da seçki prosesini izləyirdi və məni təbrik etdi.
S u a l: Onun Sizə tövsiyəsi oldumu?
C a v a b: Məsləhəti seçkilərdən qabaq olmuşdu. Yeni bir tövsiyə eşitmədim.
S u a l: Siz seçkilərdə qələbənizə inanırdınızmı?
C a v a b: Mən inanırdım ki, qalib gələcəyəm, çünki seçkilərdən əvvəlki bütün proseslər onu göstərirdi ki,
Azərbaycan xalqı artıq öz seçimini edibdir. Eyni zamanda, seçkiyə qəd ər bir-iki həftə ərzində keçirdiyim
görüşlər də bunu göstərirdi. Yəni xalqın münasibəti mənə bəlli idi. Sözün düzü, şübhə etmirdim ki,
qələbə
qazanacağam.
S u a l: Bakıda baş verən son hadisələri necə qiymətləndirirsiniz?
C a v a b: Mən bu hadisələri kütləvi iğtişaşlar kimi, bunları törədən adamların 1990-cı illərin əvvəllərinə
qayıdışa cəhdi kimi qiymətləndirirəm. Xaos, anarxiya yaratmaq cəhdi kimi qiymətləndirirəm. Lakin bu mümkün
deyildir. Azərbaycan dövləti formalaşmışdır. Bu kütləvi iğtişaşlarda iştirak etmiş, vandalizmə yol vermiş bütün
ünsürlər Azərbaycan Respublikasının qanunları qarşısında cavab verməli olacaqlar.
S u a l: İsa Qəmbəri, müxalifəti bu iğtişaşların təşkilatçıları hesab etmək olarmı?
C a v a b: Bunu Azərbaycan xalqı və hüquq-mühafizə orqanları həll edəcəklər. Mən hüquq-mühafizə
orqanlarının əvəzinə fikir söyləyə bilmərəm. Təhqiqat aparılacaq və partiyada vəzifə tutub-tutmamasından asılı
olmayaraq, hər kəsin bu iğtişaşlarda nə dərəcədə əli olduğu müəyyən ediləcəkdir. Qanun qarşısında hamı
bərabərdir.
Bəzən elə olur ki, cinayət törətmək üçün partiya lideri olurlar və beləliklə, immunitet qazanırlar.
Mən hesab edirəm ki, qanun qarşısında hamı cavab verməlidir. İsa Qəmbəri isə təhrikçi, qan tökülməsinin
səbəbkarı kimi bütün Azərbaycan xalqı lənətləyəcəkdir.
S u a l: Bu hadisə ölkəmizin beynəlxalq imicinə təsir edə bilərmi?
C a v a b: Əlbəttə, təsir edə bilər. Mənfi tərəfdən təsir edə bilər. Dünyanın bütün televiziya kanalları bu
kadrları göstərirlər. Axı bütün dünyada bu kadrlara baxan vətəndaşlar bilmirlər ki,
bunu törədənlər Azərbaycan
159
cəmiyyətinin cüzi bir hissəsidir. Onlarda elə təəssürat yarana bilər ki,
ümumiyyətlə, Azərbaycanda sabitlik
yoxdur. Ümumiyyətlə, Azərbaycan xalqı o səviyyədədir. Ona görə bu, mənfi təsir göstərə biləcəkdir. Bütün
məsuliyyəti yenə də Müsavat Partiyası, onun rəhbərləri daşıyırlar və onlar qanun qarşısında cavab verəcəklər.
S u a l: Seçkilərin xarici ölkələrdə qiymətləndirilməsi, ümumiyyətlə, Sizi razı saldımı?
C a v a b: Müxtəlif qiymətlər səsləndi. Ümumilikdə qiymət o idi ki, seçkilər real vəziyyəti əks etdirir. Yəni
Azərbaycan xalqının seçimi belə idi. Azərbaycan xalqı İlham Əliyevə səs veribdir və təbii ki, müxtəlif
çatışmazlıqlar da vardı. Xüsusilə seçkilərdən qabaq olan bəzi hallar dünya standartlarına cavab vermirdi.
Plakatların çap olunması, yaxud da ki, başqa məsələlər – bunlar ciddi xarakter daşımır. Ümumiyyətlə, seçkilər
çox
demokratik, ədalətli şəraitdə keçirilibdir. Beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti seçkilərə məhz belə
qiymət veribdir. Onların bəziləri ilə mən görüşmüşəm. Onlar məni ürəkdən təbrik ediblər.