İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə12/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

26 
 
Azərbaycan torpaqlarının işğal altında saxlamasına beynəlxalq birliyin köməyi ilə son qoymaq vacibdir ki
Azərbaycanın 1 milyon qaçqın-köçkünü öz yerlərinə qayıda bilsin. Mən elə bilirəm ki, bu, baş verəcəkdir. 
Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən 
Azərbaycanı belə görmək istəyirəm.  
Amma,  əlbəttə, çox şey bizim bu sahələrdə  nə  dərəcədə  uğur  əldə etməyimizdən asılı olacaqdır. Regional 
təhlükəsizlikdən çox şey asılı olacaq, bu çox vacibdir. Bildiyiniz kimi, region təhlükəsiz məkan hesab olunmur, 
ona görə  də Azərbaycanın gələcəyi haqqında düşünərkən, ölkəni  əməkdaşlıq məkanı kimi görmək istəyirəm. 
Keçmişdə qarşıdurma kifayət qədər olub, bizə cəmiyyəti birləşdirmək lazımdır. Biz cəmi 8 milyonuq. Biz bir 
ola bilərik və bir olsaq, məqsədlərimizə də nail olacağıq. 
J u r n a l i s t: Müsahibəyə görə çox sağ olun. 
 
 


27 
 
 
AZƏRBAYCANIN DÖVLƏT TELEVİZİYASININ MÜXBİRİNƏ MÜSAHİBƏ 
 
9 avqust 2003-cü il 
 
S u a l:  İlham müəllim, son vaxtlar Azərbaycanda beynəlxalq yarışların, müxtəlif idman 
tədbirlərinin keçirilməsi  ənənə halını almışdır. Bədii gimnastika üzrə bugünkü yarışın keçirilməsi də 
Azərbaycanın idman tarixində mühüm hadisə deyilmi?  
C a v a b: Mən razıyam. Doğrudan da bu, Azərbaycanın idman tarixində mühüm hadisədir, əlamətdar bir 
haldır. Artıq bir neçə  dəfə Azərbaycanda beynəlxalq yarışlar, dünya, Avropa çempionatları, kubok yarışları  
keçirilibdir. Bu onu göstərir ki, beynəlxalq idman qurumlarının Azərbaycana münasibəti çox xoşdur, bizim 
fəaliyyətimiz çox yüksək qiymətləndirilir. Biz də hər bir beynəlxalq yarışın təşkilində çalışırıq ki, onu ən yüksək 
səviyyədə keçirək.  
Bundan  əlavə, deyə bilərəm ki, Azərbaycan dünyada bəlkə  də yeganə bir ölkədir ki, Olimpiya oyunlarına 
hazırlıq mərhələsində burada idmanın üç növü üzrə lisenziya turnirləri keçiriləcəkdir. Azərbaycanda boks, 
taekvondo və voleybol üzrə beynəlxalq turnirlər keçiriləcəkdir ki, bu da öz növbəsində idmançılarımıza daha da 
gözəl şərait yaradacaqdır.  
Bilirsiniz ki, Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda gözəl 
nəticələr göstərirlər. Azərbaycanda idmanın maddi-texniki bazası  ən yüksək səviyyədə yenidən yaradılıbdır. 
Əlbəttə, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkədə idmana böyük bir təkan verir, gənc, yeniyetmə 
idmançılarımız, uşaqlar  bunu görüb həvəslənirlər. Əminəm ki, bu, həm də Azərbaycanda idmanın kütləviliyinə 
gətirib çıxaracaqdır.  Əsas məqsədimiz də  məhz budur. Yəni uşaqlarımız idmanla məşğul olsunlar, öz fiziki 
sağlamlıqlarını möhkəmləndirsinlər və Azərbaycanda gözəl, fiziki və mənəvi cəhətdən güclü nəsil yetişsin. 
S u a l:  İlham müəllim, bugünkü idman bayramında 17 ölkədən nümayəndə heyəti iştirak edir. 
Beynəlxalq təşkilatların nümayəndələri də bu tədbirə qatılıblar. Belə bir idman yarışlarının 
Azərbaycanda keçirilməsini ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı xarakter alması ilə  də izah 
etmək olarmı? 
C a v a b: Şübhəsiz. Əgər Azərbaycanda ictimai-siyasi sabitlik olmasaydı, təbii ki, belə turnirlərin, yarışların 
keçirilməsi də qeyri-mümkün olacaqdı. Azərbaycanın ən böyük sərvəti ondadır ki, Heydər Əliyevin rəhbərliyi 
altında son on ildə ölkədə sabitlik, ictimai-siyasi asayiş hökm sürür. Bu, xalqımız, ictimaiyyətimiz üçün ən 
böyük sərvətdir,  ən böyük qazancdır.  Əlbəttə, belə bir rahat, sakit şəraitdə  hər bir idman tədbirini, digər 
tədbirləri keçirmək mümkündür.  
Mən sizə deyə bilərəm ki, Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri təxminən bir neçə ay 
bundan  əvvəl təftiş  məqsədilə Azərbaycana gəlmişdilər və burada bizim imkanlarımızı öyrənmiş, mövcud  
idman qurğuları ilə tanış olmuşdular. Onlar bizə böyük məmnuniyyət hissi ilə bildirmişdilər ki, Azərbaycanda 
nəinki idmanla məşğul olmaq üçün imkanlar, böyük beynəlxalq yarışlar keçirmək üçün gözəl idman qurğuları  
var, eyni zamanda, ölkədə gözəl əhval-ruhiyyə, ab-hava hökm sürür. Bütün bu amillər ölkəmizdə belə yarışların 
keçirilməsinə imkan verir. Əminəm ki, gələcəkdə də Azərbaycanda neçə-neçə beynəlxalq yarışlar, çempionatlar 
keçiriləcəkdir. Bu da öz növbəsində bizim idmansevərlərimizi sevindirəcəkdir. 
S u a l: Siz indi ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Yəni narahatçılıq üçün 
hər hansı bir əsas varmı? 
C a v a b: Narahatçılıq üçün heç bir əsas yoxdur. İctimai-siyasi vəziyyət sabitdir. Hər  şey qaydasındadır. 
Azərbaycan inkişaf edir, irəliyə gedir. Azərbaycan qarşıda qoyduğu bütün vəzifələri həyata keçirir. Əminəm ki, 
bundan sonra da belə olacaqdır. 
S u a l:  İlham müəllim, respublika ictimaiyyəti Azərbaycan prezidenti Heydər  Əliyevin səhhəti ilə 
bağlı  xəbərləri maraqla, ümidlə izləyir.  Şükürlər olsun ki, Amerika Birləşmiş  Ştatlarından nikbin 
xəbərlər alınır. Cənab Prezidentin səhhəti ilə bağlı son məlumat necədir? 
C a v a b: Mən deyə bilərəm ki, - ictimaiyyət də bunu bilir, - cənab Prezident ora çatandan sonra Klivlend 
klinikası dövlətimizin başçısının sağlamlığı ilə bağlı  rəsmi məlumat vermişdi. O da mətbuata çatdırılmışdır. 
Eyni zamanda, deyə bilərəm ki, mən bu gün cənab Prezidentlə iki dəfə telefonla danışdım. Oranın vaxtı ilə 
dünən axşam saat on bir,  bizdə  səhər saat səkkiz idi. Bir də günorta, saat 4-də danışdım. Cənab Prezidentin 
səhhətində heç bir problem yoxdur. Özünü çox yaxşı, gümrah hiss edir. Əhval-ruhiyyəsi də yaxşıdır. O da 
bilirdi ki, bu gün Azərbaycanda belə bir mötəbər idman yarışı keçirilir. Xahiş etmişdi ki, mən onun salamlarını, 
ən xoş arzularını Azərbaycan xalqına çatdıram. Mən də bunu məmnuniyyətlə edirəm. Allaha şükürlər olsun ki, 
cənab Prezidentin müalicəsində çox müsbət dəyişikliklər vardır.  Əminəm ki, yaxın gələcəkdə o, Vətənə 
dönəcəkdir. Çox sağ olun.  
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə