İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti



Yüklə 261,54 Kb.
səhifə53/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   ...   48   49   50   51   52   53   54   55   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

113.Excel 2010 proqram pəncərəsi
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqrampaketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərləişləməyə imkan verir. Belə proqramlarla işləyərkən ekrana cədvəl çıxır. Cədvəllərin sətirləri natural ədədlərlə, sütunları isə latın hərflərli ilə nömrələnmiş olur. Bu paketlərdən ən geniş yayılan və istifadə olunan Lotus 1-2-3 , Quatro-Pro, SuperCalc və Microsoft Officepaketinə daxil edilmiş Microsoft Excelproqramıdır.
114.Multimedia anlayışı. Multimedia təqdimatlarının hazırlanması
Kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia – informasiyanın səs, qrafika, animasiya (multiplikasiya) və videonun kombinasiyası şəklində təqdim olunması. Hesablama texnikasında: multimedia, sistemdəki informasiya ilə bağlı olan və onu təsvir edən hipermətn ilə multimedia elementlərini birləşdirən hipermedianın altçoxluğudur Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər. Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya texnologiyalarınamultimedia deyilir. Bir sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur.
115.Təqdimatların hazırlanması. Təqdimatın təşkili üsulları
Microsoft Power Point 2010 -da təqdimatın hazırlanması aşağıdakı addımlar formasında təsvir etmək olar:
1. Auditoriya və qarşıya qoyulan məqsədin təyini.
2. Təqdimat üsulunun seçilməsi.
3. Təqdimatın dinləyiciyə çatdırılma üsulunun seçilməsi.
4. Tərtibat və şablonun seçilməsi.
5. Slaydların məzmununun hazırlanması.
6. Vizual təəssüratın yaradılması.
7. Multimediya effeklərinin yaradılması.
8. Paylanma materiallarının hazırlanması.
9. Hazırlıq mərhələlərinin yoxlanması və praktik sınaqdan keçirilməsi
(Təqdimat məşq edilməsi).
10. Təqdimatın keçirilməsi.
11. Nəticələrin təhlili.
Təqdimat auditoriyaya aşağıdakı üsullardan birini seçməklə çatdirmaq
olar:
-Məruzəçinin iştirakı ilə keçirilən təqdimat;
-Məruzəçinin iştirakı olmadan keçirilən təqdimat;
-İnteraktiv təqdimat
PowerPoint da təqdimatların tərtibinin bir neçə üsulları var:
• boş səhifədən yeni təqdimatın hazırlanması;
• mövcud sənədə əsasən təqdimatın hazırlanması;
• PowerPoint- dakı hazır tərtibat şablonlardan istifadə etməklə təqdimatın
hazırlanması;
• prezentasiyanın tərtibində və ya üzərində işləyərkən hazır slaydlardan
istifadə etməklə.

Yüklə 261,54 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə