İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 
55 
Bu,  əlbəttə,  iki  rəngin-qara  ilə  ağın  kontrastı  demək  deyil.  Hər  iki 
gənc  bu  mühitin  məhsuludur.  Lakin  bunlar  hər  adamda  başqala-
rından  nə  ilə  seçilməli,  hərəkətlərində  səmimiyyət  və  şuxluq  gös-
tərməlidirlər... Xüsusən öz sevgilisi ilə intim söhbətlər zamanı tez-
tez  “rəqsə  başlayaraq”  dediyi  səhnələrdə  təbii  və  sadə  oyunu  ilə 
tamaşaçıda  gülüş  doğurması  və  özünə  qarşı  səmimiyyət  oyatması 
aktrisanın müvəffəqiyyətli cəhətidir”. 
Dünya səhnəsinin zəngin obrazlarından sayılan  Florela  Barat 
xanımın ifasında özünə əbədi məskən salmışdır.
 
 
B. Şəkinsaya xarakterik aktrisa 
idi.  O,  faciə,  komediya  və  müasir 
pyesləri ifa etdikdə belə öz yaradıcı-
lıq  təravətini  itirmirdi,  hər  dəfə  ta-
maşaçılar  tərəfindən  rəğbətlə  qar-
şılanırdı.  Əlbəttə  “Rəqs  müəllimi” 
komediyasındakı  Floreladan  sonra 
C.  Məcnunbəyovun  “Böyük  məhəb-
bət”  pyesindəki  kəndli  qızı  Tərlan 
tamam  əks  insanlardır.  Lakin  Barat 
xanımın  ifasında  hər  iki  obraz 
tamaşaçıya  sevilirdi  və  sənətkarın 
böyüklüyünə heyran qalınırdı. 
R. Şahvələd  “Kommunist” qə-
zetində 
(24.06.1950)  yazır  ki; 
“Kənddən  Daşkəsənə  gələnlərin  içə-
risində  sadə  kəndli  qızı  Tərlan  da 
(Barat  Şəkinskaya)  vardır.  Müəllif, 
rejissor  və  başlıca  olaraq  aktrisanın  özü  bu  rolu  çox  maraqlı  mi-
zanda qurmuş və hər səhnədə dəyişən, artan, inkişaf edən bir vəziy-
yətdə  tamaşaçılara  çatdırmışlar.  Aktrisanın  əsas  müvəffəqiyyəti 
ondan  ibarətdir  ki,  bu  rol  bu  vaxta  kimi  səhnəmizdə  gördüyümüz 
surətlərin heç birinə bənzəmir. Ruhən Turaca (“Bahar suları”) yaxın 
olsa da burada tamamilə başqa bir keyfiyyət vardır. Şəkinskayanın 
B.Şəkinskaya – Tərlan rolunda 


 
56 
surət  üçün  seçdiyi  ifadə,  danışıq  tərzi  səmimi  və  orijinaldır.  Onun 
hətta şən gülüşlərində belə bir sadəlik, şirinlik və məziyyət vardır”. 
B.  Şəkinskaya  üçün  kəndli  qızı  Tərlan  obrazını  yaratmaq  o 
dərəcədə  çətin  deyildir.  Klassik  əsərlərdə  son  dərəcə  mürəkkəb 
obrazlar yaradan bu mahir sənətkar Tərlanı da yüksək səviyyədə ifa 
etmişdir. 
1951-ci  ildə  S.  Vurğunun  “Vaqif”  mənzun  dramında  Barat 
xanım    Vaqifin  gəlini  Gülnar  obrazını  yaratdı.  Aktrisa  bu  rolu  ifa 
edən günü belə xatırlayır: “-Bir gün məlum oldu ki, Gülnarı (“Va-
qif”də) oynayan aktrisaların ikisi də xəstədir. Adil İsgəndərov məni 
təcili teatra çağırdı və rolu mənə verdi. Bu şərtlə rolu götürdüm ki, 
Ələsgər Ələkbərov mən səhnəyə çıxana qədər heç bir şey bilməsin. 
Adil  əlacsız  qalıb,  razı  oldu.  Xülasə,  axşam  mənə  gəlin  paltarı 
geyindirib, üzümə qırmızı duvaq salıb, qolumdan tutub səhnəyə çı-
xartdılar.  Gətirib  orta  pilləkəndə  dayandırdılar.  Vaqif  (Ə.  Ələk-
bərov)  mənə  yanaşıb  “A  qızım,  üzündən  götür  duvağı,  qoy  açıq 
görünsün  ayın  qabağı...”  deyib  duvağı  üzümdən  götürdü...  Mat 
qaldı. Bu kimdir? Həm çaşdı, həm hirsləndi. Özünü ələ alıb səhnəni 
birtəhər oynadı. Sonra tufan qopdu... Amma mən çaşıb qalmışdım, 
bu  kişiyə  nə  oldu?  O  bəyəm  Gülnarə  birdən-birə  görmüşdü?  Ona 
nə, kimdi? Gülnarı Əlibəy özü seçib almışdır. Başqa kişi onu necə 
görə bilərdi?” 
Gülnar rolunu B. Şəkinskayadan əvvəl Sona Hacıyeva böyük 
sənətkarlıqla  ifa  etmişdir.  Əlbəttə  Sona  xanımdan  sonra  tələbkar 
tamaşaçıların qarşısında  Gülnar rolunu ifa etmək aktrisadan böyük 
bacarıq,  gərgin  zəhmət  tələb  edirdi.  Lakin  buna  baxmayaraq  Barat 
xanım  heç  kimin  oyunun  təkrar  etmədi,  səhnədə  öz  Gülnarını 
yaratdı. 
B.  Şəkinskayanın  ifasında  Gülnar  nəzəri  cəlb  edən  azərbay-
canlı qızı idi. Tamaşaçı ilk görüşdən Gülnar-Şəkinskayanı utancaq, 
qayğısız  görürdü.  Tamaşaçılar  Gülnarla  ikinci  şəkildə  görüşürlər, 
dördüncü  şəkildə  isə  əməlli-başlı  tanış  olurlar.  Gülnar-Şəkinskaya 
şair  Vaqifin  gəlini  olması  ilə  fəxr  edirdi.  O,  bu  ocağın  namusunu 
göz bəbəyi kimi qoruyurdu. Tamaşa boyu Gülnar-Şəkinskaya anası 


 
57 
Əminə xala ilə görüş səhnəsində çox şən görünürdü. Gəlin gəldiyi 
evin müqəddəsliyindən anası üçün danışan Gülnar-Şəkinskaya Xu-
ramanın xəyanətinə gözyuma bilmirdi. Utandığından Vaqifin üzünə 
dik baxa bilməyən Gülnar-Şəkinskaya hıçqırıqlar içində Xuramanın 
xəyanət etdiyini Vaqifə bildirirdi. Bütün bunları aktrisa elə  yüksək 
peşəkarlıqla  ifa  edirdi  ki,  tamaşaçılar    onun  təmiz  əqidəsinə  baş 
əyməyə  bilmirdi.  Sonra  tamaşaçılar  Gülnarla  doqquzuncu  şəkildə, 
zindan səhnəsində rastlaşırdı. O, zindana salınmış Vaqif və Əlibəyə 
yemək gətirməsi,  ağlaya-ağlaya “ Alın, ac qalmayın”-dediyi sözlər 
son  dərəcə  təbii  və  inandırıcı  idi.  Gülnar-Şəkinskaya  Vaqifin  yaz-
dığı məktubu gizlədib, meşədə özünə məskən salmış Eldara çatdır-
ması olduqca təbii idi. Barat xanım Gülnarın xarakterini dəqiq gös-
tərməyə nail olmuşdur. 
Beləliklə,  B.  Şəkinskaya  Səməd  Vurğunun  qüdrətli  qələ-
mindən  çıxmış  “Vaqif”  pyesindəki  Gülnar  obrazına  gözəl  səhnə 
həyatı vermiş, bu cəsarətli qızı xalqın yaddaşına həkk etmişdir. 
1952-ci  il  sentyabr  ayının  11-də  M.  Məmmədovun  quruluşunda 
Karlo  Holdoninin  “Mehmanxana  sahibəsi”  komediyası  S.  Rəhma-
nın  tərcüməsində  tamaşaya  qoyuldu.  Bu  tamaşadakı  Mirandolina 
obrazı  B.  Şəkinskayanın  sevə-sevə  yaratdığı  səhnə  qəhrəmanların-
dan biri oldu. 
Aktrisanın  yaratdığı  Mirandolina  komik  obrazdır.  Görkəmli 
rejissor  Mehdi  Məmmədov  tərəfindən
 
  ən  xırda  detalına  qədər 
işlənmiş  bu  tamaşanın  müvəffəqiyyətlə  çıxmasında  Barat  xanımın 
Mirandolinası əvəzsiz idi. 
B. Şəkinskaya xatirələrində yazır; “Holdoninin “Mehmanxana 
sahibəsi”  tamaşasında  belə  bir  səhnə  var  idi.  Qadınlara  nifrət  edən 
Kavaleri  (bunu  Möhsün  oynayırdı)  ram  etmək  üçün  Mirandolina 
min  kələk  işlədir.  Həmin  səhnədə  söhbət  əsnasında  guya 
Mirandolinanın  ürəyi  gedir.  Kavaler  su  dalınca  qaçır.  O  gedəndən 
sonra  qızın  bir  monoloqu  var,  onu  söyləyib  tələcik  yerə  uzanır  və 
Kavaler  əlində  su  qayıdır.  Məşqlərin  birində  Möhsün  tələcik  gəlib 
ayar tərəfdə oturdu və suyu mənə içirmək istəyəndə ayağıma baxıb 
heyrətləndi. Təəccüblə, guya başımı axtarırmış kimi o yan-bu yana 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə