İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 
72 
qaldırır.  Dilşad  obrazı  Barat  Şəkinskayanın  yeni  yaradıcılıq 
qələbəsidir”. 
“Atayevlər  ailəsində”  tamaşasındakı  Dilşad-Şəkinsayanın  ən 
müvəffəqiyyətli  səhnələrindən  biri  də  son  səhnə  idi.  Bu  səhnədə 
Dilşad-Barat  xanım  əri  Xosrov  Atayevlə  sözləşirdi  və  tamaşaçı 
onun qəlbindəki çirkinliyi hiss edirdi. Tamaşaçlara elə gəlirdi ki, o, 
tamaşaya yox, real həyata baxır. 
Aktrisa  xatirələrində  yazır:  “Hərdən  bütün  oynadığım  rolları 
yada salıb, fikirləşirəm ki, həmin rolları birdə təzədən oynasaydım 
necə  oynayardım?  O  qədər  təzə,  yeni  fikir  gəlir  ağlıma,  özümü 
bağışlaya bilmirəm. 
Amma  Dişad  xanımı  fikirləşəndə  görürəm  ki,  yox!  Bundan 
artığına gücüm çatmazdı!” 
Bu  cəhətdən  Barat  Şəkinskayanın  yaratdığı  Dilşad  obrazı  öz 
dolğunluğu ilə diqqəti cəlb etmiş və teatr tarixində onun yerini möh-
kəmlətmişdir. 
1955- ci il mart ayının 26-da B. Şəkinskaya M. Məmmədovun 
quruluşunda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düş-
dük”  komediyasında  Yetər  obrazı  ilə  tamaşaçılar  qarşısında  çıxış 
etdi. 
Ə.  Əliyeva  “Kommunist”  qəzetində  (27.04.1955.)  yazır  ki; 
“Qadın obrazları içərisində ev qulluqçusu Yetər xüsusi yer tutur. B. 
Şəkinskayanın  gözəl  oyunu  tamaşadakı  hadisələri  tamamlamaqla 
sadə adamların böyük arzu və istəklərini xoşbəxt həyat haqqındakı 
düşüncələrini aydın bir şəkildə ifadə edir”. 
B.  Şəkinskayanın  ifasında  Yetər  bacarıqlı  və  cəld  idi.  O,  öz 
xanımına  (Dubər  xanıma)  sadiq  qulluqçu  idi.  Xüsusən  Hacı 
Qənbərə “-Mən sizdən təveqqe eləyirəm bu sözü bir dediniz bir də 
ağzınıza alıb, danışmayasınız. Mən ölənəcən Dilbər xanımın kənizi-
yəm,  kənizi”.  -dediyi  bu  sözlərlə  aktrisa  Yetərin  daxilindəki  tə-
mizliyi tamaşaçılara göstərirdi. 
İ.Əfəndiyev “Ədəbiyyat və incəsənət” qəzetində (07.05.1955.) 
yazır ki, “İstedadlı aktrisa  Barat  Şəkinskaya Yetərin şən və nikbin 
xarakterini ustalıqla yaradır. Barat Şəkinskayanın bir aktrisa olaraq  


 
73 
ən başlıca məziyyəti ondan ibarətdir ki, onun yaratdığı surətlər heç 
zaman bir-birinə bənzəmir. Bu aktrisadakı istedadla bərabər zəngin 
həyat  müşahidəsinin  və  sənətkarlıq  mədəniyyətinin  nəticəsidir. 
Yetər-Barat  Şəkinskaya  səhnədə  sözsüz  dayananda  belə  canlı  və 
orijinaldır.  Tacir  mühitinin  boğucu  havası  içində  qarşısına  çıxan 
çətinliklər,  kimsəsiz,  yoxsul  bir  qız  olan  Yetəri  ruhdan  salmır, 
qorxudub  iradəsini  sarsıda  bilmir.  Aktrisa  Yetərin  cavan  kəndli 
Mahmuda  olan  sadə,  təmiz  hisslərini  zəif  və  rəngarəng  boyalarla 
yaradır.  Onun  hərəkətlərində  incə,  ilıq  bir  xalq  yumoru  duyulur. 
Yetər-Barat  Şəkinskaya  sadəliyi  ilə  bərabər  ağıllı,  qoçaq  və 
qətiyyətlidir”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
A.  İsmayılova  (1977)  yazır  ki;  “Barat  Şəkinskayanın  zəngin 
xarakterli səhnə obrazlarından biri də şən təbiətli, həyatı şirini-acısı 
ilə sevən, heç zaman ruhdan düşməyən, ağıllı və qoçaq Yetərdir. Bu 
rolda B. Şəkinskayanın yüksək ifaçılıq mədəniyyəti zəngin istedadı 
özünü  daha  aydın  göstərir.  Barat  xanımın  ifasında  Yetər  dünya 
“Yağışdan çıxdıq, yağmura düşdük” 
tamaşasından səhnə. 
Hacı Qəmbər – M.Vəlixanlı, Yetər – B.Şəkinskaya  


 
74 
teatrı  tarixində  şöhrət  tapmış,  öz  ağasından  qat-qat  ağıllı,  zirək 
qulluqçu surətini xatırladırdı”. 
Son  dərəcə  istedadlı  və  yetkin  bir  aktrisa  olan  Barat 
Şəkinskaya geniş tamaşaçı kütləsinin məhəbbətini qazanmış böyük 
sənətkardır.  Aktrisanın  ifa  etdiyi  Yetər  epizodik  obraz  olmasına 
baxmayaraq  tamaşaçıları  uzun  müddət  düşündürmüşdür.  Çünki  B. 
Şəkinsaya  Yetərin  xarakterini  dərindən  duymuş  və  onu  sənətkar 
qəlbinin süzgəcindən keçirmişdir. 
1955-ci  il  dekabr  ayının  24-də  C.  Məcnunbəyovun  “İldırım” 
əsəri Əliheydər Ələkbərovun quruluşunda tamaşaya qoyuldu  və  B. 
Şəkinskaya  əsas  rollardan  birini  İldırımın  həyat  yoldaşı  olan 
Yeganəni ifa etdi. 
Aktrisanın  ifasında  Yeganə  əri  İldırımın  işlə  əlaqədar  başqa 
şəhərə  getməsi  ilə  razılaşmayaraq  “-Qadınını  sevən  kişi  evində 
oturar. İldırım isə ildə bir dəfə qonaq gəlib yenə də gedir.”-deyir. 
Yeganə-Şəkinskaya  ərinin  tutduğu  bu  işlərlə  razılaşmır.  Ona 
görə  Yeganə  Calalın  boş  məhəbbətinə  uyub,  öz  mehriban  ailəsini 
dağıdır. 
Tamaşada  aktrisa  Yeganənin  daxili  aləminə  vararaq  onun 
keçirdiyi  iztirabları  tamaşaçılara  ustalıqla  göstərirdi.  Xüsusən  Ye-
ganə-Şəkinskayanın oğlu Poladla görüşdüyü səhnələr çox inandırıcı 
idi.  Ana-övlad  ayrılığını  Yeganə-Şəkinskaya  incə  cizgilərlə  tama-
şaçıya göstərirdi. Onun yanğı ilə “-Gör neçə vaxtdır mən sənə lay-
lay deməmişəm”-dediyi sözlərlə aktrisa Yeganənin faciəsi ilə tama-
şaçıları kədərləndirirdi. 
H. Abbaszadə “Həyatın ibrət dərsi” adlı məqaləsində yazır ki; 
“Yeganə  obrazına  əsərdə  geniş  yer  verilmişdir.  O,  pyesdə  cərəyan 
edən  bütün  hadisələrlə  üzvü  surətdə  bağlıdır.  Bunu  nəzərə  alaraq 
artistka  Barat  Şəkinskayanın  üzərinə  nə  qədər  böyük  məsuliyyət 
düşdüyünü təsəvvürümüzə gətiririk.  Yeganə-Barat  ötəri  məhəbbətə 
uyaraq istəkli ailəsini atandan sonra başına gələn qəzalar içərisində 
tədricən dəyişir. Şux davranışlı,  iti baxışlı  Yeganə etdiyi  hərəkətin 
ağırlığı  altında  əzilir  və  dəyişir,  peşiman  olur,  ancaq  əli  heç  yerə 
çatmır,  artıq  gecdir.  Heç  kim  onun  bu  kobud  səhvinə  bəraət 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə