Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə109/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   104   105   106   107   108   109   110   111   112

                                                                                                  317
Həzrət Əli (ə) ona buyurur: “O da xeyir və zərər verə bilir. Allah aləmi-
zərdə
1
 (zər aləmi) onun vasitəsi ilə əhd almışdır və qiyamətdə əhdinə 
vəfa edənlərin xeyrinə bu daş şəhadət verəcəkdir.”” Ömər bu sözləri 
eşitdikdə, deyir: “Allah məni sən olmayan yerdə salamat qoymasın, ey 
Əbülhəsən!”
2
 
8. İmam Əli (ə) və Peyğəmbərə (s) canişinlik
Keçmiş  bəhslərdən möhtərəm oxucu öz-özlüyündə  həzrət  Əlinin 
(ə) istər dostlar tərəfindən olsun, istərsə də düşmənlər, Peyğəmbərdən 
(s) sonra bütün insanlardan elmli, fəzilətli və üstün olduğunun 
etiraf edilməsi nəticəsinə  gəlmişdir. Yəni, digərləri deyil, o həzrət 
Peyğəmbərdən (s) sonra canişin olmağa layiqdir. Bu cəhətdən, İslam 
Peyğəmbəri (s) xilafət və müraciət mənbəyi olmaq kimi iki mətləbi 
özünün əhatəli xütbəsi olan “Qədir” xütbəsində bir yerdə qeyd edərək 
belə buyurmuşdur:
ﻰﺘَﻔﻴﻠَﺧَو ﻰﻤْﻠِﻋ ﻰﻋاوَو ﻰّﻴ ِﺻَوَو ﻰﺧَا اﺬﻫ ! ِسﺎّﻨﻟا َ ِﴍﺎﻌَﻣ
“Ey camaat! Bu, (Əli ibn Əbu Talib) qardaşım, vəsim, mənim bütün 
elmimin qoruyucusu və canişinimdir.”
3
 
Yuxarıda qeyd edilən dörd xüsusiyyəti nəzərə aldıqda, bir sıra 
mətləblərin həqiqəti aydınlaşır:
1. 
ﻰﺧَﺍ
 
(Əxi)
 – Əgər hansısa bir şəxs özündən böyüyə ehtiram 
etmək istəsə, ona “ata”, kiçiyə hörməti nişan vermək istəsə, “oğlum” 
ifadələri ilə müraciət edər. Amma biri şəxsi özü ilə  bərabər tutarsa, 
ona “qardaşım” ifadəsi ilə müraciət edər. Mənəvi qardaşlıq iki şəxs 
arasında bərabərliyə  əsaslanan münasibətlərdən ibarətdir. Nəticədə, 
“qardaşım” ifadəsi böyük bir həqiqətdən söhbət açır və o, budur ki, 
həzrət  Əli (ə) Peyğəmbərlə (s) bir çəkidədir və ya onun şəxsiyyəti 
Peyğəmbərin (s) şəxsiyyətinə daha yaxındır. “Qardaşım” ifadəsi 
“Mübahilə” ayəsində  işlənən “ənfusəna və  ənfusəkum…” cümləsini 
bəyan edir. 
2. 
ﻰّﻴ ِﺻَﻭ
 
(Vəsiyyi)
 – Əhli-sünnənin etiqadına əsasən, Peyğəmbər (s) 
özündən sonra heç bir irs qoymur. Bilirik ki, Əli (ə) Peyğəmbərin (ə) 
vəsisi deyildi və o həzrətin yeganə övladı Fatimə (ə) idi. Həzrət Əli (ə) 
Peyğəmbərin (s) mal və mülkü baxımından vəsisi deyildi. Həmçinin, 
o həzrətin qızı Fatimeyi-Zəhra (ə) var idi və imam Əli (ə) Peyğəmbər 
övladlarının vəsisi ola bilməzdi. Deməli, Əli (ə) dini məsələlər barədə 
1. Aləmi-zərlə bağlı geniş şərhi «Nümunə təfsiri», c.7, səh. 5-dən sonra mütaliə edə bilərsiniz.
2. «Əl-Camiul-üsul li əhadisir-rusul», c.2, səh. 149.
3. “Əl-Qədir”, c.3, səh. 117.


          318             
                                            
Əbülqasim Əlyan Nejadi
Peyğəmbərin (s) vəsisi idi. Bəli, Peyğəmbər (s) öz yolunun davam 
etdirilməsi üçün həzrət Əlini (ə) özünə vəsi təyin etdi. 
3.
 ﻰﻤْﻠِﻋ ﻰﻋﺍﻭ 
(Vaiyi elmi)
 – “Vai” sözü ərəb dilində hansısa bir şeyi 
qəlbdə saxlamağa, yəni bir mətləb barəsində düşünərək ona qəlbdə 
yer vermək və onu həyat amalına çevirməyə deyilir. Nəticədə, həzrət 
Əli (ə) Peyğəmbərin (s) bütün elmini öyrənə  və onu müsəlmanlara 
təlim verə bildi. 
Görəsən, belə bir şəxsin mövcud olması ilə yanaşı, ikinci bir şəxsin 
xilafətindən söhbət açmaq olarmı?! 
4. 
ﻰﺑ ﻦﻣﺁ ﻦﻣ ﹼﻰﻠﻋ ﻰﺘﻔﻴﻠﺧ ﻭ (Və xəlifəti əla mən amənə bi) – Peyğəmbər 
(s) bu cümlə ilə bütövlükdə bəhanə axtaranların bəhanəsinə son qoymuş 
və açıq-aşkar  şəkildə  həzrət  Əlinin (ə) canişinliyini bütün dünyaya 
çatdırmışdır.  İslam Peyğəmbəri (s) 
ﻰﺘﻔﻴﻠﺧ (mənim xəlifəm) sözü ilə 
kifayətlənməmiş  və  nəfslərinə tabe olan insanların “Peyğəmbərin (s) 
məqsədi onun bütün müsəlmanlara rəhbərliyi deyil, əksinə ailəsi və 
qadınlarına rəhbərlik və başçılıqdır.” deməsinin qarşısını alaraq həzrət 
Əli (ə) və onun övladlarının imamət və xilafətini  ən yaxşı  və gözəl 
ifadələrlə bəyan etmişdir. Əhli-beyt (ə) və onların başında həzrət Əlinin 
(ə) elmi baxımdan müraciət mənbəyi olması barədə  təkid edilməsinə 
baxmayaraq, həmin məsələni imamət və xilafətdən ayırmaq böyük 
səhvdir və öz ardınca elə pis nəticələr gətirər ki, onu bərpa (təlafi) 
etməyə heç kəsin gücü çatmaz. 
Sözümüzün sonunda Allaha həmd və səna edirik! 


                                                                                                  319
İstifadə edilən mənbələr
1. Quran
2. “Nəhcül-bəlağə”
3. Əhməd ibn Hənbəl, “Müsnəd”
4. Xətib Bağdadi, “Bağdad tarixi”
5. “Feyzul-Qədir”
6. “Əs-Səvaiqul-muhriqə”
7. Təbərsi, “Məcməul-bəyan”
8. “Qurtubi təfsiri”
9. “Sələbi təfsiri”
10. Şiblənci, “Nurul-əbsar”
11. “Təbəri təfsiri”
12. Əllamə Əmini, “Əl-Qədir” 
13. “Əbsus-Səud” (Fəxri Razinin təfsirinə haşiyə) 
14. “Əs-Siracul-munir”
15. Səd ibn Məhəmməd ibn Səd ibn Seyfi  Təmimi, “Reyhanətul-
ədəb”
16. Fəxri Razi, “Ət-Təfsirul-kəbir”
17. Şeyx Kuleyni, “Üsuli-kafi” kitabının tərcüməsi
18. “Əl-Qədir fi kitab vəs-sünnəh vəl-ədəb”
19. Süyuti, “Durrul-mənsur”
20. Hakim Həskani, “Şəvahidut-tənzil”
21. Ayətullah Məkarim Şirazi, “Təfsire-nümunə”
22. Alusi, “Ruhul-məani”
23. Zəməxşəri, “Əl-Kəşşaf” təfsiri 
24. Əllamə Məclisi, “Biharul-ənvar”
25. Ayətullah Məkarim Şirazi, “Təfsir be rəy”
26. “Mizanul-hikmət”, Rey Şəhri
27. Şeyx Tusi, “Təhzibul-əxbar”
28. Şeyx Tusi, “Əl-İstibsar” 
29. Şeyx Səduq, “Mən la yəhzurul-fəqih” 
30. “Sünəne Tirmizi”
31. “Müstədrəkus-səhihəyn”
32. “Səhih Müslim”
33. Nəsai, “Xəsaisun-Nəsai”
34. İbn Həcər, “Əs-Səvaiqul-mühriqə” 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə