İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə23/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   19   20   21   22   23   24   25   26   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

86 


 

qanunların belə, səmərəli  şəkildə  həyata keçirilməsi çətin 

olur. Tədqiqatçılar arasında demokratiyanı iqtisadiyyatla 

bağlayanlar da vardır. Onların fikrinə görə, insan maddi 

ehtiyacdan azad olmalıdır ki, digər hüquqları barədə  də 

düşünə bilsin.  

2007-ci il mayın 23-də Bakıda “Keçid cəmiyyətində 

demokratiya” mövzusunda keçirilmiş beynəlxalq elmi-

praktik konfransın iştirakçısı, Ankara Universitetinin 

professoru, siyasi elmlər doktoru Ergün Özbud “Xalq 

qəzeti”nə müsahibəsində bu vəziyyəti belə  şərh edir: “Elə 

ölkələr var ki, orada iqtisadi inkişaf yüksəkdir, amma 

demokratiyanın inkişafına  əngəl törədən məsələlər 

mövcuddur və dövlət onları aradan qaldırmaq istəmir. 

Amma bu bir faktdır ki, insan maddi ehtiyacını ödəyə 

bilmirsə, o asılı  vəziyyətdə olur. Ölkə iqtisadi cəhətdən 

gücləndikdə, demokratik prinsiplər daha asan bərqərar olur. 

Azərbaycanın vəziyyəti bu cəhətdən çox sevindiricidir. 

Ölkəniz sürətlə inkişaf edir və problemləri həllini tapır. 

İnsanlar işləyirlər, zənginləşirlər və digər hüquqlarının da 

yüksək qorunmasını istəyirlər. Bu isə demokratik cəmiyyət 

quran dövlətinizin işini asanlaşdırır.”

48

 Professor  E.Özbud 



keçid cəmiyyətində müxtəlif meyarların olduğunu və onlara 

yüksək tələblərlə yanaşmağın düzgün olmadığını qeyd edir. 

O, kommunist üsul-idarəsi illərində Azərbaycanın işğal 

                                            

48

 Demokratiya  Azərbaycanın inkişafını müəyyən edən nadir dəyərdir. 



“Xalq qəzeti”, 2007-ci il, 25 may. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

87 


 

altında olduğunu, sovet imperiyası dağılanda isə müharibə 

apardığını vurğulayaraq, belə bir şəraitdə demokratiyanın, 

milli inkişafın və  vətəndaş  cəmiyyəti quruculuğunun 

müşkül məsələ olduğunu deyir və bütün bunlara 

baxmayaraq, Azərbaycanın böyük siyasət xadimi Heydər 

Əliyevin səyi ilə  Qərb demokratiyasını  mənimsəməyə 

başladığını, demokratiya prinsplərini cəmiyyətin bütün 

sahələrinə  tətbiq etdiyini və buna nail olduğunu xüsusi 

vurğulayır.

49

     


Ümumiyyətlə, yuxarıda sadalanan mülahizələri 

nəzərdən keçirərək, belə  nəticəyə  gəlmək olur ki, 

cəmiyyətin köklü şəkildə yeniləşməsi dövründə insanın 

fəaliyyəti ilə bağlı bütün sosial-mənəvi və əxlaqi vasitələrin 

hərəkətə  gətirilməsi olduqca vacibdir. Bu sahədə 

jurnalistikanın funksiyası daha xarakterik əhəmiyyət kəsb 

edir. Bütövlükdə, mədəniyyət insanların yaratdıqları maddi 

və  mənəvi dəyərlərdə, insanlar arasındakı münasibətlərin 

xarakter və formalarında, cəmiyyətin və onu təşkil edən 

təbəqə  və qrupların inkişaf səviyyələrində ifadə olunur. 



Jurnalistikanın mədəniyyət-maarifləndirmə funksiyası 

cəmiyyətin mədəniyyət institutlarından biri kimi yüksək 

mədəni dəyərlərin mənimsənilməsində  və yayılmasında, 

                                            

49

 Demokratiya  Azərbaycanın inkişafını müəyyən edən nadir dəyərdir. 



“Xalq qəzeti”, 2007-ci il, 25 may. 

 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

88 


 

insanların ümumdünya mədəniyyət nümunələri  əsasında 

tərbiyə edilməsində  fəal surətdə  iştirak etməkdən ibarətdir 

ki, bununla da o, insanın hərtərəfli inkişafına kömək etmiş 

olur. Mədəniyyətin başlıca məqsədi insanın daxili aləmini 

zənginləşdirməkdir. Jurnalistikanın bu funksiyasının sərt 

praqmatik yönümlülüyü yoxdur və  hər bir insan 

cəmiyyətdəki müəyyən dəyərləri sərbəst  şəkildə öz daxili 

dünyasına qəbul edə və ya da etməyə bilər. Bu şərt jurnalisti 

öz auditoriyasının mədəni aludəçiliyini və meyliliyini 

bilməyə, onu müvafiq informasiya ilə  təmin etməyə vadar 

edir.  Mədəniyyəti məhz jurnalistika hamı üçün əlçatan 



edir

Sözügedən sferada jurnalistin fəaliyyətinin başlıca 

prinsipləri humanizm, sosial ədalət, insan hüquqlarının 

bərabərliyi, vətənpərvərlik, bütövlükdə  cəmiyyətin, ayrı-

ayrılıqda isə hər bir şəxsin azad inkişafı və s. müddəaların 

ardıcıl surətdə  həyata keçirilməsi üçün lazımi  şəraitin 

yaradılmasından ibarətdir. Beynəlxalq təcrübə  (əsasən də 

MDB regionu ölkələrində - İ.M.) göstərir ki, hər bir 

cəmiyyət bu prinsiplərə davamlı  şəkildə  əməl edərək, 

totalitar-inzibati təfəkkürün ağalığı  şəraitində formalaşmış 

milli məsələ stereotiplərindən tədricən yaxa qurtara bilər. 

Azad fərdlərin vətəndaş hüquq və öhdəliklərinin real şəkildə 

həyata keçirilməsi üçün ümumi baza yaradan siyasi, hüquqi, 

mənəvi, estetik və digər dəyərlərin təbii surətdə birləşməsi 

cəmiyyətdə demokratiya və humanizm prinsiplərinə 

əsaslanan yeni sosial-mədəni oriyentrlərin tərbiyə 




İlham A.Mazanlı_________________________________________________________ 

 

89 


 

edilməsinə  şərait yaradır. Ümumiyyətlə, demokratik 

prinsiplərin möhkəmlənməsində dövlətin, kütləvi 

informasiya vasitələrinin və  cəmiyyətin eyni mövqedən 

çıxış etmələri tələb olunsa da, bu işdə  əsas vəzifə kütləvi 

informasiya vasitələrinin üzərinə düşür.   

Müəyyən tarixi dövrlərdə, əsasən də cəmiyyətdə baş 

verən xaotik mərhələlərdə, insanların itirdikləri öz həyat 

oriyentirlərini bir növ “kollektiv inamda” – polisentrik 

cəmiyyətdə insanları birləşdirməyə qadir olan, sosial 

pərakəndəliyi aradan qaldıran, millətin dirçəlməsinə  şərait 

yaradan dünyagörüşü rolunu oynaya bilən milli ideyada 

tapmaq cəhdləri qaçılmaz olur. Hər bir cəmiyyətdə 

ümummilli ideyanın işlənib hazırlanması millətlərarası  və 

dövlətlərarası  mədəniyyətin formalaşmasının, cəmiyyətin 

səfərbər edilməsinin başlıca faktorlarından biri kimi çıxış 

edir. 

Köklü ictimai transformasiyaların baş verdiyi 



dövrlərdə geniş sosial-siyasi spektrə daxil olan qüvvələrin 

hər biri məhz onun siyasi əqidə  və  məsləkinin “milli 

ideya”nı özündə daha dolğun  əks etdirdiyini iddia edir. 

Milli ideya”nın formalaşdırılması və gerçəkləşdirilməsi 



uğrunda mübarizə ilk növbədə  qəzet və jurnal 

səhifələrində, televiziya və radio verilişlərində  və son 

dövrlərdə isə daha çox internet saytlarında aparılır. Bu 

isə özünü əsasən hakimiyyət uğrunda mübarizə  şəklində 

büruzə verir. Xüsusilə  də parçalanmış  cəmiyyətlərin 

bütövlüyünün bərpa olunmasına yönəlmiş milli ideya siyasi 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə