İkt-baza bilikləri



Yüklə 279,91 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix29.11.2023
ölçüsü279,91 Kb.
#138944
1   2   3   4   5   6   7   8   9
Anatomiya (Qadın cinsiyyət sistemi)11

Qadın Cinsiyyət Sistemi
Qadın cinsiyyət sistemi, qadınların üreme və hormon funksiyalarını icra etməsi üçün
əhəmiyyətli olan orqanlar və strukturlardan ibarətdir. Bu sistem, daxili və xarici
orqanlardan ibarətdir və bir sıra funksiyonları yerinə yetirir. Aşağıda, qadın cinsiyyət
sisteminin əsas komponentlərini izah edirəm:
1. Daxili Qadın Cinsiyyət Organları:

Vajina: Vajina, qadın cinsiyyət orqanlarının ən
aşağı hissəsidir və cinsi əlaqə zamanı bədənə
daxil olmaq üçün xidmət edir.

Rahim (uterus): Rahim, embriyonun inkişaf
etməsi və fetusun daşıyılması üçün əhəmiyyətli
bir orqandır.

Fallop tüpləri: Fallop tüpləri, yumurta hüceyrəsinin ovariumdan rahimə keçidi
üçün zəncir olur.

Ovariumlar (yumurtalıq): Ovariumlar, yumurtlama zamanı yumurta hüceyrəsinin
buraxılması və hormonların sintezi üçün əhəmiyyətli orqanlardır.
Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq pərdəsi hesab edilir. Qızlıq
pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səthindən ifraz olunan qan kütləsinin
axıb xaric olması üçün səthində bir, iki və ya daha artıq sayda dəlikləri olan elastik
pərdədən ibarətdir.
Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müayinə
aparıldıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə
söyləmək olmaz. Qızlıq pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç
də bütün hallarda qadının keçmiş seksual həyatı barədə qəti şəkildə fikir söyləməyə
imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma,
bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər.
Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər,
ya da usaqlığın girişini natamam şəkildə örtə bilər. Əksinə, cinsi akt heç də hər
zaman qızlıq pərdəsinin cırılmasına - deşilməsinə səbəb olmaya bilər. Belə ki, bəzi
hallarda, daha elastik olması nəticəsində qızlıq pərdəsi dartılsa da cırılma (deşilmə)
ilə nəticələnmir.
Bəzi hallarda cinsi inkişaf dövründə, ikincili cinsi əlamətlərin normal inkişaf etməsi
fonunda qız uşaqlarında menstruasiyanın (aybaşının) olmaması və hər ay qarının
aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq pərdəsindəki
dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili olaraq
həkim müdaxiləsi tələb olunur.



Yüklə 279,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə