İdentifikasiya anlayışı


Eksperimentin planlaşdırılması



Yüklə 80,83 Kb.
səhifə3/14
tarix11.05.2022
ölçüsü80,83 Kb.
#86570
1   2   3   4   5   6   7   8   9   ...   14
Cavablar

Eksperimentin planlaşdırılması

Obyektinin öyrənilməsi üçün xüsusi təcrübələr aparmaqla keçid proseslərinə uyğun müəyyən xarakteristiaları almaq lazımdır. Təcrübənin nəticələrini araşdırmaqla obyektin xəttiliyi, qeyri-xəttiliyi, stasionarlığı, qeyri- stasionarlığı, sistemin koordinatları arasında əlaqə dərəcəsi, kəmiyyətlərin dəyişmə xarakteri və s. müəyyən edilir. İlkin araşdırmalar nəticəsində obyektin riyazi modelinin tipi və ümumi quruluşu təyin edilir və sonrakı təcrübələrin aprılması planlaşdırılır. Mövcud imkanlardan asılı olaraq aktiv, yaxud passiv təcrübələr planlaşdırıla bilər.



Aktiv təcrübələrdə obyektin girişinə bu və ya digər şəkildə (məlum, yaxud təsadüfi) həyəcanlandırıcı siqnal verilərək obyektin çıxış siqnalları qeyd edilir. Aktiv təcrübələr qısa vaxtda, daha az məlumat əsasında obyektdə gedən səciyyəvi prosesləri üzə çıxarmağa, idarəetmə məqsədini təmin edən informatik riyazi model almağa imkan verir. Lakin aktiv təcrübələrdən sənaye qurğularında istifadə etmək həmişə mümkün olmur. Çünki bu, texnoloji prosesin normal gedişinin pozulmasına və digər xoşagəlməz hadisələrə səbəb ola bilər. Ona görə də bəzən aktiv təcrübələrdən istifadə etmək sərfəli deyildir.

Passiv təcrübələr zamanı obyektdə gedən prosesə müdaxilə edilmədən onun əsas giriş və çıxış dəyişənləri qeyd edilir. Bu üsul real sənaye qurğusunda bilavasitə müşahidələr aparmaqla alınan informasiyadan, həm də arxiv maddəlarından istifadə etməyə imkan verir. Bunlar passiv təcrübələrin müsbət cəhətləridir. Mənfi xüsusiyyəti isə uzun müddətli müşahidələr tələb edir.


Yüklə 80,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə